Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Katyuşa
Katyuşa — məşhur sovet mahnısı
Katyuşa (mahnı)
Katyuşa — məşhur sovet mahnısı. == Tarixi == 1938-ci ildə yaranmış bu sovet mahnısının sözləri Mixail İsakovskiyə məxsusdur, bəstəkarı isə Matvey Blanterdir.
Katyuşa (silah)
Katyuşa — BM-8 (82mm), BM 13 (132 mm) və BM-31 (310 mm) reaktiv artilleriyalarından ibarət hərbi maşınlara verilmiş qeyri-rəsmi addır. Bu qurğular ikinci dünya müharibəsi ərəfəsində SSRİ qoşunları tərəfindən aktiv istifadə edilmişdir. Almanlar buna "Stalin orqanı" adını vermişlər. Çünki arxadan bu silah sistemi orqan musiqi alətinə oxşayırdı. Adi artilleriya qurğularına nisbətən Katyuşa qısa müddətdə bir neçə raket ata bilir. Bununla o düşmən tərəfini qorxuya salır və eyni zamanda onlara cavab verməyə imkan vermir. Sadə konstruksiyaya malik olması onun istənilən şəraitdə tətbiqinə imkan yaradır. Böyük atəş sahəsinə malikdir. Ancaq bu sistemin də öz çatışmazlıqları vardır. katyuşa raketləri artilleriya mərmilərinə nisbətən daha çox yanacaq istifadə edir və qeyri dəqiqdir.
Ratuşa
Ratuşa və ya Bələdiyyə zalı (alm. Rathaus‎ — sözün hərfi mənasında "Şura evi", pol. ratusz) — şəhər və ya qəsəbə rəhbərliyinin özunu idarə etmə orqanı və orqanın binası. Bələdiyyə binası, şəhər şurası, idarə binası anlaşılır. Ratuşalar ilk dəfə Almaniyada ticarət şəhərlərində meydana gəlib, daha sonra digər ölkələrə yayılır. Artıq orta əsrlərdə Ratuşa şəhərin özünü idarəetmə və müstəqillik əlamətinə çevrilmişdi. Ölkəmizdə bu daha çox Bələdiyyə idarəsi kimi anlaşılır. Almaniya: Rathaus — sözün hərfi mənasında "Şura evi" İngiltərə: Taun Holl (ing. Town Hall) və ya Şəhər binası (ing. City Hall) — Hərfi tərcümədə "şəhər iclas salonu" Fransa: Otel de ville (fr.
Katya
Katya — qadın adı. Katya Sambuka — Rusiya müğənnisi. Katya Chilly — ukraynalı müğənni, musiqiçi və bəstəkar. Katya Dorner – alman siyasətçi. Katya Rimann — alman aktrisa.
Masako Katsura
Masako Katsura(yap. 桂 マサ子, ləqəbi "Ketsi", bəzən Bilyardın birinci xanımı)- yaponiyalı məşhur karambol bilyardçısı. O, o dövrlər kişilərin iştirak etdiyi yarışlarda yüksək nəticələr göstərərək bilyard tarixində qadınlar üçün iz buraxdı.
Toşinobu Katsuya
Toşinobu Katsuya (d. 2 sentyabr 1961) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 27 oyun keçirib.
Katsura Taro
Kaçura Taro (1848-1913) — Yaponiyanın İmperator ordusunun generalı, siyasi xadim, Yaponiyanın 11-ci baş naziri. == Həyatı == Samuray sinfinə mənsub olan K.Taro 1848-ci il yanvarın 4-də dünyaya gəlib. 1868-ci il çevrilişi zamanı imperatorun tərəfində durdu və Kiotoda onun sarayını müdafiə etdi. Sonra isə Yaponiyanın şimalında syoqunluğun tərəfdarları ilə müharibədə iştirak etdi. 1870-1873-cü illərdə Berlində hərbi məktəbdə təhsil alıb. 1875-1878-ci illərdə Yaponiyanın Berlində hərbi attaşesi vəzifəsini icra edib. 1894-1895-ci illər Yapon-Çin müharibəsində fərqlənib və 1898-ci ildə müdafiə naziri təyin edilir. 1900-cü ildə qraf İto Xirobuminin hökuməti təşkil olunan zaman K.Taro vəzifəsindən gedir. 1901-ci ildə İtonun istefasından sonra isə yeni hökumət qurdu. K.Taro 1913-cü il oktyabrın 10-da dünyasını dəyişib.
Kayuqa (xalq)
Kayuqa — İrokez Konfederasiyasını yaradan beş irokez qəbiləsindən biri. Kayuqa xalqının yurdu onlarla əlaqəli Onondaqa və Seneka qəbilələri arasında yerləşən Finger gölünün ətrafındadır. == İndiki dövrdə == ABŞ siyahıyaalmalarında Kayuqa xalqı adətən irokezlərin bir hissəsi sayılır. == İstinadlar == == Əlavə ədəbiyyat == Hansen, B. and J. Rossen. «Building Bridges Through Public Anthropology in the Haudenosaunee Homeland.» In Past Meets Present: Archaeologists with Museum Curators, Teachers, and Community Groups. Jameson, Jr., J and S. Baugher. 2007. Springer: New York.
Katya Dorner
Katya Dörner (18 fevral 1976, Ziqen, Şimali Reyn-Vestfaliya) – alman siyasətçi. Bonn şəhərində 27 sentyabr 2020 tarixində bələdiyyə sədri vəzifəsinə seçilib. == Haqqında == Dorner Altenkirxen bölgəsindəki Şteynbaxda böyüyüb. 1995-ci ildə özəl Marienştat gimnaziyasını bitirdikdən sonra o, Bonn, York və Edinburqda siyasi elmlər, ictimai hüquq və ədəbiyyat üzrə təhsil alıb, 2000-ci ildə Magistra Artium ilə bitirib. 2001-ci ildən Dorner Şimali Reyn-Vestfaliyadakı yaşıl parlament qrupunun lideri Silviya Löhrmanın şəxsi müşaviri olub. 2010-cu ilin iyun ayından 2014-cü ilin iyul ayına qədər Katya Dorner Müasir Həmrəylik İnstitutunun idarə heyətinin üzvü olub. 2013-cü ilin dekabrında Deutsches Kinderhilfswerk -in direktorlar şurasına seçilib. Evlidir, bir oğlu var və ailəsiylə birlikdə Bonnun Auerberq rayonunda yaşayır.
Katya Rimann
Katya Hannçen Leni Rimann (1 noyabr 1963[…], Vaye[d], Aşağı Saksoniya) — alman aktrisa. == Filmoqrafiyası == 1985–1986: Sommer in Lesmona (série télé), de Peter Beauvais 1988: Faust – Vom Himmel durch die Welt zur Hölle, de Dieter Dorn 1989: Tatort – Katjas Schweigen (série télé), de Hans Noever 1989: Salz für das Leben (court-métrage), de Rainer Kaufmann 1990: Regina auf den Stufen (série télé), de Bernd Fischerauer 1991: Von Gewalt keine Rede, de Theodor Kotulla 1992: Der Fahnder – Zwischen den Stühlen, (série télé) 1992: Abgeschminkt!, de Katja von Garnier 1992: Ein Mann für jede Tonart, de Peter Timm 1992: Die Distel, de Gernot Krää 1993: Polizeiruf 110 – Blue Dream – Tod im Regen (série) de Bodo Fürneisen 1994: Les nouveaux mecs, de Sönke Wortmann 1994: Himmel und Hölle (téléfilm), de Hans-Christian Schmid 1995: Nur über meine Leiche, de Rainer Matsutani 1995: Stadtgespräch, de Rainer Kaufmann 1996: Pour l'amour du risque − Operation Jennifer (série), de Tom Mankiewicz 1996: Nur aus Liebe, de Dennis Satin 1996: Die Apothekerin, de Rainer Kaufmann 1997: Bandits, de Katja von Garnier 1997: Comedian Harmonists, de Joseph Vilsmaier 1999: Männer sind wie Schokolade 1999: Balzac (téléfilm), de Josée Dayan 1999: Else – Geschichte einer leidenschaftlichen Frau, d'Egon Günther 1999: Long Hello and Short Goodbye, de Rainer Kaufmann 2000: Desire, de Colleen Murphy 2001: Goebbels und Geduldig (téléfilm), de Kai Wessel 2001: Girl, de Piers Ashworth 2002: Bibi Blocksberg, d'Hermine Huntgeburth 2002: Nachtmusik (court-métrage) de Johannes Thielmann 2003: Rosenstrasse, de Margarethe von Trotta 2003: Der Job seines Lebens, de Rainer Kaufmann 2004: Der Job seines Lebens 2 – Wieder im Amt, de Hajo Gies 2004: Une famille allemande (Agnes und seine Brüder), d'Oskar Roehler 2004: Bibi Blocksberg und das Geheimnis der blauen Eulen, de Franziska Buch 2004: Bergkristall, de Joseph Vilsmaier 2005: Die Diebin und der General, de Miguel Alexandre 2005: Küss mich, Hexe!, de Diethard Küster 2006: Je suis l'autre (Ich bin die Andere), de Margarethe von Trotta 2006: Das wahre Leben, d'Alain Gsponer 2007: Le Goût du sang (Blood and Chocolate), de Katja von Garnier 2007: Ein fliehendes Pferd, de Rainer Kaufmann 2007: Mon Führer : La Vraie Véritable Histoire d'Adolf Hitler (Mein Führer – Die wirklich wahrste Wahrheit über Adolf Hitler), de Dani Levy 2007: Shanghai Baby, de Berengar Pfahl 2008: Up! Up!
Katya Sambuka
Katya Sambuka (rus. Катя Самбука; doğum adı: Yekaterina Mixailova (rus. Екатери́на Миха́йлова); 27 avqust 1991, Leninqrad, RSFSR, SSRİ) — Rusiya müğənnisi, aktrisası, televiziya aparıcısı və erotik modeli.
Katya Chilly
Yekaterina Petrovna Boqolyubova (Kondratenko) (ukr. Катерина Петрівна Боголюбова; 12 iyul 1978, Kiyev) — Katya Chilly səhnə adı altında çıxış edən ukraynalı müğənni, musiqiçi və bəstəkar. Peşəkar karyerasının on üç ilində mətbuatın və ictimaiyyətin diqqətini çəkən dörd albom buraxmışdır. == Bioqrafiya == === Uşaqlıq və gənclik === Kondratenko ilk dəfə 1986-cı ilin yayında televiziya kanallarında görünür. Onun pioner düşərgələrindən birində “Çernobıl uşaqları” konserti zamanı çıxışı sovet televiziyası tərəfindən göstərilib. Bu səkkiz yaşlı müğənninin "33 inək" mahnısını ifa etdiyi ilk ciddi çıxış idi. Kondratenko ümumtəhsil məktəbinin üçüncü sinfində oxuyarkən folklor dərnəyində iştirak edir və “Oryol” uşaq folklor xorunda oxuyur. Musiqi məktəbində fortepiano və violonçel siniflərində oxuyub. VII sinifdə incəsənət məktəbinin folklor şöbəsində təhsil alır. Daha sonra Taras Şevçenko adına Milli Universitetə daxil olan Milli Humanitar Liseydaha oxuyur Taras Şevçenko adına Milli Universitetinin filologiya fakültəsində oxuyarkən ali təhsil alıb.
Xattusa
Xattusa — Boğazqala yaxınlığındakı qədim şəhər. Het dövlətinin son tunc dövründəki paytaxtı. Çorum ilinin 82 km cənub-qərbindəki müasir Boğazqala bölgəsində yerləşir. "Het şəhəri" mənasına gəlir. Şəhər tarix səhnəsində, Het imperatorluğunun e.ə. 17 və 13-cü əsrlər arasındakı paytaxtı olaraq yer almışdır. Xattusa, 1986-ci ildə UNESCO Dünya irsləri siyahısına daxil edilmişdir. Xattusa Çorumun Sunqurlu əyalətinin cənub-şərqində, Boğazqala əyalətinin 4 km şərqində yerləşir. Het dövlətinin paytaxtı olan Xattusa sənət və memarlıq sahəsində inkişafa öz töhfələrini vermişdir. Xattusa sözü "hattuş" sözündən, yəni, hatti xalqının verdiyi orijinal addan gəlir.
Katitsa Kulavkova
Katitsa Kulavkova (mak. Катица Ќулавкова) ― Şimali Makedoniya yazıçısı və akademiki. O, iyirmi şeir toplusu da daxil olmaqla qırxdan çox kitabın müəllifidir. Kulavkova Skopyedəki Müqəddəs Kiril və Mefodi Universitetinin filologiya fakültəsinin professorudur və beynəxalq PEN ədəbiyyat təşkilatının sədr müavinidir. == Həyatı == Katitsa (Kata) Kulavkova 1951-ci ildə Makedoniya Xalq Respublikasının Veles şəhərində anadan olmuşdur. O, ilkin və orta təhsilini 1969-cu ildə doğma şəhərində başa vurdu. Daha sonra təhsilini Skopyedəki Müqəddəs Kiril və Mefodi Universitetinin Fələsəfə və Tarix fakultəsinin "Cənubi slavyan ədəbiyyatı və makedoniya ədəbiyyatı tarixi" ixtisasına daxil olaraq davam etdirdi. 1973-cü ildə bakalavr dərəcəsini bitirərək, magist pilləsinə keçid etdi və onun buraxılış işinin mövzusu "Metafora və müasir makedoniya poeziyası" olmuşdur. Doktorantura mərhələsini isə 1986-cı ildə Zaqreb Universitetində bitirmişdir. O, Fransa hökumətinin dəstəyi ilə Nova Sarbonna universitetində praktika keçmişdir.