KATYUŞA

[ rus. xüs. addan] dan. 1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı avtomobildə qurulmuş reaktiv minaatan silahın zarafatyana adı.
Mən od-alov yağdırdım katyuşatək dilimdən. S.Rüstəm.

KATTALIQ
KAUÇÚK
OBASTAN VİKİ
Katyuşa
Katyuşa — məşhur sovet mahnısı
Katyuşa (mahnı)
Katyuşa — məşhur sovet mahnısı. == Tarixi == 1938-ci ildə yaranmış bu sovet mahnısının sözləri Mixail İsakovskiyə məxsusdur, bəstəkarı isə Matvey Blanterdir.
Katyuşa (silah)
Katyuşa — BM-8 (82mm), BM 13 (132 mm) və BM-31 (310 mm) reaktiv artilleriyalarından ibarət hərbi maşınlara verilmiş qeyri-rəsmi addır. Bu qurğular ikinci dünya müharibəsi ərəfəsində SSRİ qoşunları tərəfindən aktiv istifadə edilmişdir. Almanlar buna "Stalin orqanı" adını vermişlər. Çünki arxadan bu silah sistemi orqan musiqi alətinə oxşayırdı. Adi artilleriya qurğularına nisbətən Katyuşa qısa müddətdə bir neçə raket ata bilir. Bununla o düşmən tərəfini qorxuya salır və eyni zamanda onlara cavab verməyə imkan vermir. Sadə konstruksiyaya malik olması onun istənilən şəraitdə tətbiqinə imkan yaradır. Böyük atəş sahəsinə malikdir. Ancaq bu sistemin də öz çatışmazlıqları vardır. katyuşa raketləri artilleriya mərmilərinə nisbətən daha çox yanacaq istifadə edir və qeyri dəqiqdir.

Digər lüğətlərdə