Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dempinq
Dempinq — (ingilis dumping-azalma sözündəndir)- malların daxili və xarici bazarda süni surətdə endirilmiş, orta pərakəndə qiymətlərdən aşağı, bəzən isə maya dəyərindən aşağı satılmasıdır. Dempinq bazara müdaxilə etmək, orada yer tutmaq, rəqibləri sıxışdırıb çıxarmaq məqsədilə həyata keçirilir. Hökumətlər və ya şirkətlər tərəfindən isə gələcəkdə dempinq hesabına bazarda möhkəm mövqeyə nail olunduğu halda cari xərclərin ödənilməsi üçün istifadə edilir. Dünya iqtisadiyyatı təcrübəsində bir çox ölkələrdə antidempinq qanunlarının qəbul edilməsi, xüsusi dempinqə əks rüsumların müəyyən edilməsi yolu ilə dempinqə qarşıdurma qəbul edilir.
Stock-keeping unit
SKU (Stock Keeping Unit) — Hissələr şəklində anbarda olan inventar vahidinin qeydə alınan miqdarı formasında tərif verilir. Məhsulun özəlliyi, formasi və ölçüsü barədə xüsisiyyətlərdir. Bu xüsusiyyətlər məhsulun anbarlaşma metodunu və yerini təyin edər. Məhsulun xüsusiyyətləri və görüləcək işlərin üsullarına görə istifadə ediləcək avadanlıqlar da dəyişə bilər.
Kenninq
Kenninq (kenning, qədim Norveç mənşəli sözdən törəmişdir (kenna- “bilmək”, “tanımaq”, “hiss etmək”), müasir island tələffüzündə [cʰɛnːiŋk]) — skandinav skaldik poeziyası üçün, habelə ingilis-sakson və kelt poeziyası üçün səciyyəvi olan azı iki isimdən ibarət məcaz növüdür. Kenninq hər hansı əşyanın və ya şəxsin adi adını əvəz etmək üçün istifadə edilir. Məsələn, “Odinin oğlu” Toru bildirir, “Dalğa qabanı” deyəndə dəniz, “Arı canavarı” (Beovulf) deyəndə ayı nəzərdə tutulur. Kenninqlərin quruluşu prinsipləri və çoxsaylı nümunələrinə Kiçik Eddada və digər saqalarda rast gəlmək olar. == Kenninqin anlayışı və quruluşu == Rudolf Mayssnerin və Andreas Xoyslerin əsərlərindən qaynaqlanan müasir kenninq nəzəriyyəsinə uyğun olaraq, kenninq “özül” (Grundwort) və “təsvir”dən (Bestimmung) ibarət ikiüzvlü isimləşmiş parafrazdır. Kenninq adi isimlər və ya poetik isimlər (heiti) vasitəsilə qurula bilər. Heitiyə misal olaraq hökmdar mənasında işlədilən “hilmir” (hərfi tərcüməsi “dəbilqə paylayan”) sözünü göstərmək olar. Kenninqlə adları da əvəz etmək mümkündür. XI əsrdə yazılmış “Həyat mahnısı”nda Grettir öz qardaşı Dromund ləqəbli Torsteyni “uzaq dənizin böyük gəmisi (stórskip rauðahafs), polad ilahının qatili Reginin evi(stálgoðs bani ok Regins skáli)” adlandırır. Əgər bu “tapmaca”nı təhlil etsək görərik ki, “drómundr” sözü “uzaq səyahət üçün nəzərdə tutulmuş gəmi”ni bildirir, “polad ilahının qatili” ilah Tora aid kenninqdir, Torun adı Torsteyn adının birinci hissəsini təşkil edir.
Kerninq
Kerninq — simvollararası intervaldır. Bu parametr üç qiymət alır: normal, genişlənmiş, sıxılmış. İnterval Sıxılmış [Condensed] İnterval Normal [Normal] İ n t e r v a l Genişlənmiş [Expanded]Adətən, kerninqin normal qiyməti verilmiş şriftin şəklinə görə avtomatik müəyyən olunur. Kerninqin qiymətini dəyişdirmək olar.
Lemminq
Lemminqlər — dağ siçanı fəsiləsinin (Cricetidae) çöl siçanları (Arvicolinae) alt ailəsinə mənsub gəmiricilər. == Xarici görünüşü == Lemminqlərdə ayaqları və quyruğu qısa olur. Kiçik qulaqları xəzlərinin altında gizlənmiş şəkildədir. Bədənlərinin uzunluğu 10-15 sm, quyruğunun uzunluğu isə 2 sm-ə qədər, kütləsi 20-70 q olur. == Yaşayışı və qidalanması == Lemminqlər Avrasiya və Şimali Amerikanın, tundra və meşə-tundra zonalarında, eləcə də Şimal Buzlu Okeanın adalarında yaşayır. Qışı adətən qarın altındakı torpaqda qurduğu yuvada bitki kökləri ilə qidalanmaqla keçirir. Bəzi növləri mövsümi olaraq yem bol olan yerlərə köç edirlər. Cil, kolcuqlar və mamırlarla qidalanır. Lemminqlər gün ərzində fasilələrlə qidalanırlar. Bəzi növləri qış üçün yem tədarükü görürlər.
Kempir
Kempir — türk və altay mifologiyasında və nağıllarda adı çəkilən nəhəng. Azman, çox böyük varlıq. Mastan (Mıstan, Bıstan) Kempir adlı bir nəhəng insanın topuqlarından qanını əmər və yer altına aparıb məhbus edər sonra da acanda yer. Bəzən ağızından alovlar saçar. Zulman Kempir adlı dişi bir nəhəng də tez-tez nağıllarda xatırlanar. Yalmavuz Kempir isə nəhəng anlayışının fərqli bir adıdır. Qazaxlarda yaşlı çirkin bir qoca qarı şəklindədir. Qazaxlar göy qurşagına Kempirqoşax adı verirlər. Kambar Xan ilə də əlaqəli olma ehtimalı vardır. Göy qurşagına bəzən Kempirqurşaq bəzən də Kambarquşaq adı verilər.
Ceyn Kempion
Ceyn Kempion (30 aprel 1954 Wellington, Yeni Zelandiya) Oscar mükafatı sahibi film rejissoru və senaristi.The Piano filmi ilə Ən Yaxşı Xüsusi Ssenari Akademiya Mükafatını almış və Ən Yaxşı Rejissor Akademiya Mükafatına namizəd göstərilmişdir. Lina Wertmuller, Sofia Coppola və Kathryn Bigelow ilə birlikdə bu mükafata namizəd göstərilən dörd qadından biridir. The Piano ilə Cannes Film Festivalında ən yaxşı filmə verilən Qızıl Palmiye'yi almışdır. 2007 Venesiya Film Festivalı münsif üzvlərindən biridir. == Filmoqrafiya == Sweetie (1989) An Angel at My Table (1990) The Piano (1993) The Portrait of a Lady (1996) Holy Smoke!
Hans Memlinq
Hans Memlinq (alm. Hans Memling‎, nid. Jan van Mimmelynghe, lat. Johannes Memmelinc və ya Memlinc) - alman mənşəli Niderland rəssamı, XV əsrin ikinci yarısında Flandriyada ən əhəmiyyətli rəssamlardan biri. Son qotik rəsm ənənəsini davam etdirən Memlinq, əsasən mənəvi mövzularda şəkil çəkmişdir. == Həyatı == Hans Memlinq Zelingeştadtda anadan olmuşdur. Memlinq adı, ehtimal ki, Bavariyada Aşaffenburq yaxınlığındakı Memlinqen kəndinin adından götürülmüşdür. Hans Memlinqin atası ehtimal edilir ki, 1451-ci ildə Zelingeştadtda vəfat etmişdir. Memlinqin gənclik illəri haqqında məlumat azdır. Onun Kölndə bir sənətkar kimi formalaşmasında Ştefan Loxnerin təsiri izlənilir.
Hemminq kodu
Hemminq kodu – ötürülən verilənlərin ayrı-ayrı bitlərində xətaların aşkarlanması və düzəldilməsi üçün istifadə olunan kod. Hemminq kodu hər bir dörd verilən bitdən sonra üç nəzarət bitinin artırılmasını nəzərdə tutur. Hər bir nəzarət biti, dörd verilən bitindən üçünün müəyyən kombinasiyasına uyğun hesablanan kəmiyyətdir. Qəbuledici qurğu nəzarət bitlərinin qiymətlərini yenidən hesablamaqla qəbul etdiyi dörd verilən bitindən hər birinin düzgünlüyünü müəyyənləşdirə, bəzi hallarda isə yanlış bitləri düzəldə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Hemminq kodun hesablanması Hemminq kod nədir?
Kambinq adası
Kambinq adası (ind. Pulau Kambing) — Madura boğazında yerləşən, İndoneziyaya məxsus olan ada. Adanın sahəsi 1,3 km²-dir. İnzibati baxımından Şərqi Yava vilayətinin (ind. Provinsi Jawa Timur), Sampanq dairəsinə daxildir. Ada dairəvi formaya malikdir. Ada arxitekturası əsasən Portuqaliya dönəminə aiddir.
Riçard Hemminq
Riçard Hemminq (ing. Richard Wesley Hamming; 11 fevral 1915[…], Çikaqo, İllinoys – 7 yanvar 1998[…], Monterey, Kaliforniya) — ABŞ riyaziyyatçısı; onun informasiya nəzəriyyəsi sahəsində işləri kompüter elmləri və telekommunikasiyanın inkişafına böyük təsir göstərib. Əsas töhfəsi Hemminq kodu hesab edilir. == Həyatı == Riçard Hemminq 11 fevral 1915-ci ildə İllinoys ştatının Çikaqo şəhərində anadan olmuşdur. == Təhsili == O, 1937-ci ildə Çikaqo Universitetini bitirərək bakalavr dərəcəsinə yiyələnib. Sonra Riçard Nebraska Ştat Universitetində təhsilini davam etdirib, 1939-cu ildə magistr dərəcəsinə layiq görülüb. O, 1942-ci ildə Urbana-Şampeyn İllinoys Universitetində riyaziyyat sahəsində fəlsəfə doktoru olub. 1945-ci ildə Hemminq məşhur atom bombasının yaradılması üzrə Manhetten tədqiqat layihəsində iştirak edib. 1946-cı ildən "Bell laboratoriyası"nda kompüterlərin qurulması ilə məşğul olmağa başlayır. O, K. Şennon və bir sıra digər görkəmli alimlərin çalışdığı bu məşhur mərkəzdə 30 il işləyib.
Şarlotta Remplinq
Şarlotta Remplinq (ing. Charlotte Rampling d. 5 fevral 1946) — Böyük Britaniya aktrisası.
Memlinq gölü
Memlinq gölü — Bu qədim nişan perimetri boyunca qarmaqları olan pilləli medalyon-göldür. == Haqqında == Belə təsvirlərin ilkin örnəkləri Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə aid edilən çeşidli saxsı məmulatı üzərində təsadüf edilir. Alimlərin fikrincə nişan bolluq, bərəkət, artım və çoxalma kimi anlayışlar əks etdirirdi. Zaman keçdikcə həmin element sənət əsərləri üzərində təkrarlanaraq getdikcə öz esatiri məzmununu itirmiş və sadəcə ornamental formaya çevrilmişdir. Lakin bu heç də onun xalça üzərindeki müxtəlifliyinə təsir göstərməmiş əksinə xalça sənətimizin ən populyar naxışlar sırasına çıxarmışdır. Azərbaycan xalçalarının keyfiyyəti və bədii özəllikləri onların təkcə ölkə daxilində deyil, eyni zamanda məmləkətimizdən çox-çox uzaqlarda məşhurlaşmasının başlıca səbəbi idi. Xarici ölkələrdə, ilk növbədə orta əsr Avropasında Azərbaycan xalçaları yüksək zövqün, var-dövlət sahibliyinin bir əlameti olaraq, eyni zamanda hansısa sirli, ecazkar bir aləmin simvolları sayılırdı. Məhz bu görkəmde onlar Avropa İntibah dövrù incəsənətində, o dönəmdə yaşamış rəssamların əsərlərində təzahür edirdi. Belələrindən birisi XV əsr görkəmli flamand rəssamı Hans Memlinq olmuşdur. Qarmaqlı medalyon onun tablolarında dəfələrlə əks etdirildiyindən elmi ədəbiyyatda ona şərti olaraq "Memling gölü" adı verilmişdir.
Deminq (Vaşinqton)
Deminq (ing. Deming) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 353 nəfər olmuşdur. Yaşayış məntəqəsində Nuksak qəbiləsinin hökumət mərkəzidir. == Tarixi == Adı ilk poçt müdiri Corc Deminqin adından götürülmüşdür. == Əhalisi == === 2010-cu il əhalinin siyahıyaalınması === 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 353 nəfər əhali, 143 şəxsi təsərrüfat və 97 ailə vardı. Əhalinin sıxlığı 30.0 nəfər/km²-di. Burada 162 ev var və evlərin sıxlığı 11.9/km²-di. Əhalinin etnik tərkibini 93.2%-i Ağ amerikalılar, 0.8%-i Afroamerikalılar, 2.0%-i Hindilər, 1.1%-i digər irqdən olanlar və 2.0%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi. 143 şəxsi təsərrüfatın 31.5%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 51.7%-ində evli ailə, 8.4%-ində əri olmayan qadın, 7.7%-ində arvadı olmayan kişi, 32.2%-ində isə ailəsi olmayanlar vardı.
Riçard Uesli Hemminq
Riçard Hemminq (ing. Richard Wesley Hamming; 11 fevral 1915[…], Çikaqo, İllinoys – 7 yanvar 1998[…], Monterey, Kaliforniya) — ABŞ riyaziyyatçısı; onun informasiya nəzəriyyəsi sahəsində işləri kompüter elmləri və telekommunikasiyanın inkişafına böyük təsir göstərib. Əsas töhfəsi Hemminq kodu hesab edilir. == Həyatı == Riçard Hemminq 11 fevral 1915-ci ildə İllinoys ştatının Çikaqo şəhərində anadan olmuşdur. == Təhsili == O, 1937-ci ildə Çikaqo Universitetini bitirərək bakalavr dərəcəsinə yiyələnib. Sonra Riçard Nebraska Ştat Universitetində təhsilini davam etdirib, 1939-cu ildə magistr dərəcəsinə layiq görülüb. O, 1942-ci ildə Urbana-Şampeyn İllinoys Universitetində riyaziyyat sahəsində fəlsəfə doktoru olub. 1945-ci ildə Hemminq məşhur atom bombasının yaradılması üzrə Manhetten tədqiqat layihəsində iştirak edib. 1946-cı ildən "Bell laboratoriyası"nda kompüterlərin qurulması ilə məşğul olmağa başlayır. O, K. Şennon və bir sıra digər görkəmli alimlərin çalışdığı bu məşhur mərkəzdə 30 il işləyib.
Kering
Kering — (Əvvəlki adların adları Pinault və Pinault-Printemps-Redemps-Redoute (PPR) Fransız lüks qrupu, o cümlədən Gucci, Yves Saint Laurent, Bottega, Balenconta və Alexander McQueen də daxil olmaqla bir neçə marka sahibi var. Kering gözlükləri (30) var. Richemont əmlakının% -i) qrup və digər şirkətlərə aid markalar üçün eynək istehsal edir.Qrup 1988-ci ildə Paris Birjasında 1962-ci ildə François Pinault-da qurulmuşdur.
Hans Memling
Hans Memlinq (alm. Hans Memling‎, nid. Jan van Mimmelynghe, lat. Johannes Memmelinc və ya Memlinc) - alman mənşəli Niderland rəssamı, XV əsrin ikinci yarısında Flandriyada ən əhəmiyyətli rəssamlardan biri. Son qotik rəsm ənənəsini davam etdirən Memlinq, əsasən mənəvi mövzularda şəkil çəkmişdir. == Həyatı == Hans Memlinq Zelingeştadtda anadan olmuşdur. Memlinq adı, ehtimal ki, Bavariyada Aşaffenburq yaxınlığındakı Memlinqen kəndinin adından götürülmüşdür. Hans Memlinqin atası ehtimal edilir ki, 1451-ci ildə Zelingeştadtda vəfat etmişdir. Memlinqin gənclik illəri haqqında məlumat azdır. Onun Kölndə bir sənətkar kimi formalaşmasında Ştefan Loxnerin təsiri izlənilir.
Məmmədvəli Kəminə
Məmmədvəli Kəminə (1770 - 1840) — XIX əsr türkmən klassik ədəbiyyatının ən böyük nümayəndələrindən biri. == Həyatı == Məmmədvəli Kəminə 1770 - 1840-cı illər arasında yaşamışdır. Təkə türkmənlərinin Toxtamış boyunun Toxlular qoluna mənsub olan Kəminə maddi imkansızlıq səbəbiylə istədiyi təhsili ala bilməmiş, buna baxmayaraq yaşadığı bölgənin mədəniyyət mərkəzlərini diyar-diyar gəzmiş, görərək və söhbətlərdə iştirak edərək öz-özünü yetişdirməyə çalışmış və bunu bacarmışdır. Kəminənin akademik səviyyədə şərq ədəbiyyatına bələd olmamasına baxmayaraq, bu sahənin ədəbiyyatı haqqında əhəmiyyətli məlumatlara malik idi. Onun ərəb və fars dillərində təhsil verən ədəbi məktəblərdən xəbərsiz olduğunu söyləmək mümkün deyil. Kəminənin türk ədəbiyyatının əhəmiyyət kəsb edən şəxsiyyətlərindən başqa fars dilində əsərlər qələmə alan Firdovsidən, Nizamidən, Dəhləvidən, Sadidən, Rumidən, Hafizdən, Məscididən, Müşfiqidən təsirləndiyini söyləmək olar. Türkmən şairi Kəminə həmçinin Yunus İmrə, Bürhanəddin Sivaslı, Lütfü, Nəvai, Füzuli, Nəsimi, Qaracaoğlan kimi böyük şəxsiyyətlərin əsərlərini bilmiş və onun sənət anlayışının meydana gəlməsində bu şairlərin yaradıcılığının böyük təsiri olmuşdur. Kəminə, Türkmən klassik ədəbiyyatının ən böyük xəlifəsi olan Maxdımqulunun şagirdidir. Kəminə Maxdımqulunu söz sənətinin, ədəbiyyatın şeyxi kimi dəyərləndirmişdir. Bir məclisdə ondan "Necə yazmaq lazımdır?" deyə soruşulduğunda belə cavab vermişdir: "Ustadımız Maxdımqulu şairlik meydanının dənələrini orağıyla yığdı.
Fatimə xanım Kəminə
Fatma xanım Kəminə (1841, Şuşa, Kaspi vilayəti – 1898, Şuşa) — azərbaycanlı şairə. XIX əsr qadın aşıqlarındandır. == Həyatı == Fatma xanım Kəminə 1841-ci ildə Şuşada dünyaya gəlib. Fatma xanım kiçik yaşlarından etibarən şeirə maraq göstərmişdir. Şairənin atası Mirzə Bəybaba Fəna da şair olub və "Fəna" təxəllüsü ilə şeir yazıb. Fatma xanım fars dilini də mükəmməl bilib və bu dildə də şeirlər yazıb. Təhsilini Şuşada alıb, savadına görə ona "Mirzə fatma xanım" deyirdilər. XIX əsr təzkirələri arasında da şairənin şeirlərinə rast gəlinir. O dövrdə Fatma xanım Azərbaycanın ən məşhur 3–5 şairəsindən biri olub. Şairə onunla bir dövrdə yaşayan bir çox aşığın şeirlərinə nəzirələr yazmışdır.
Fatma xanım Kəminə

Kəminə (film, 2018)
== Məzmun == Filmdə ədəbiyyat tariximizdə dərin iz qoymuş şairlərdən olan Fatma xanım Kəminə haqqında danışılır.