Məmmədvəli Kəminə
Məmmədvəli Kəminə (1770[…] – 1840[…]) — XIX əsr türkmən klassik ədəbiyyatının ən böyük nümayəndələrindən biri.
Məmmədvəli Kəminə 1770–1840-cı illər arasında yaşamışdır. Təkə türkmənlərinin Toxtamış boyunun Toxlular qoluna mənsub olan Kəminə maddi imkansızlıq səbəbiylə istədiyi təhsili ala bilməmiş, buna baxmayaraq yaşadığı bölgənin mədəniyyət mərkəzlərini diyar-diyar gəzmiş, görərək və söhbətlərdə iştirak edərək öz-özünü yetişdirməyə çalışmış və bunu bacarmışdır. Kəminənin akademik səviyyədə şərq ədəbiyyatına bələd olmamasına baxmayaraq, bu sahənin ədəbiyyatı haqqında əhəmiyyətli məlumatlara malik idi. Onun ərəb və fars dillərində təhsil verən ədəbi məktəblərdən xəbərsiz olduğunu söyləmək mümkün deyil. Kəminənin türk ədəbiyyatının əhəmiyyət kəsb edən şəxsiyyətlərindən başqa fars dilində əsərlər qələmə alan Firdovsidən, Nizamidən, Dəhləvidən, Sadidən, Rumidən, Hafizdən, Məscididən, Müşfiqidən təsirləndiyini söyləmək olar. Türkmən şairi Kəminə həmçinin Yunus İmrə, Bürhanəddin Sivaslı, Lütfü, Nəvai, Füzuli, Nəsimi, Qaracaoğlan kimi böyük şəxsiyyətlərin əsərlərini bilmiş və onun sənət anlayışının meydana gəlməsində bu şairlərin yaradıcılığının böyük təsiri olmuşdur.
Kəminə, Türkmən klassik ədəbiyyatının ən böyük xəlifəsi olan Maxdımqulunun şagirdidir. Kəminə Maxdımqulunu söz sənətinin, ədəbiyyatın şeyxi kimi dəyərləndirmişdir. Bir məclisdə ondan "Necə yazmaq lazımdır?" deyə soruşulduğunda belə cavab vermişdir: "Ustadımız Maxdımqulu şairlik meydanının dənələrini orağıyla yığdı.