Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Keyli
Keyli (rəqs)
Keyla çayı
Keyla çayı (est. Keila jõgi) — Estoniyanın şimal-qərbində axan çay. Yurudan cənubda yerləşən Raplamaa vilayətinin Loosalu bataqlığından başlayır və kiçik kənd yeri Keyla-Yola tərəflərdə Fin körfəzinə tökülür. Çayın uzunluğu 111.8 km, hövzəsinin sahəsi 669.3 km²-dir. Keyla, Fin körfəzinin ən uzun çayıdır. Əsas qolları Atla və Maydladır. Keyla şəlaləsi dənizdən gələn balıqların miqrasiyasına faktiki olaraq maneə olur.
Keyli (rəqs)
Keyli (şot.kelt cèilidh) — ənənəvi Qal ictimai məclisi, adətən Qal xalq musiqisi və rəqsləri ilə müşaiət olunur. Keyli İrlandiya və Şotlandiyada yaransa da, hazırda Şotlandiya və İrlandiya diasporu tərəfindən işlənir.
Keyli Qilkrist
Keyli Qilkrist (16 may 1992, Nyuport-Biç[d], Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Keyli Qilkrist, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Keylani
Kehlani Eşli Perriş (ing. Kehlani Ashley Parrish; 24 aprel 1995, Oklend, Kaliforniya) — amerikalı müğənni, bəstəkar və rəqqasə.
Keylogger
Keylogger, Keystroke logging və ya Klaviatura ələ keçirmə (ing. key — açar və logger — qeydiyyat qurğusu) — kompyuterin klaviaturasında düymələrin basılmasını fayla yazan proqramdır. Bu kəşfiyyatçı proqramın köməyi ilə gizli məlumatların toplanmasını həyata keçirirlər. Keylogger proqramları Spyware proqram təminatlarına aid edilirlər. Proqramların özləri qanuni olsa da, bir çoxu işəgötürənlərə kompüterlərinin istifadəsinə nəzarət etmək üçün nəzərdə tutulmuşdur, keyloggerlər ən çox parolları və digər məxfi məlumatları oğurlamaq üçün istifadə olunur. Keylogging həmçinin düymələrin vuruş dinamikasını və ya insan-kompüter qarşılıqlı əlaqəsini öyrənmək üçün istifadə edilə bilər. Aparat və proqrama əsaslanan yanaşmalardan tutmuş akustik kriptoanalizə qədər bir çox keylogging metodları mövcuddur. == Tarix == 1970-ci illərin ortalarında Sovet İttifaqı yazı maşınlarını hədəf alan aparat keyloggeri hazırladı və tətbiq etdi. "Elektrik səhvi" adlandırılan o, IBM Selectric yazı maşınlarının çap başlığının hərəkətlərini çap başlığının fırlanması və hərəkəti nəticəsində yaranan regional maqnit sahəsinə incə təsirlər vasitəsilə ölçdü. Erkən keylogger Perry Kivolowitz tərəfindən yazılmış və Usenet xəbərlər qrupunda net.unix-wizards, net.sources 17 noyabr 1983-cü ildə yerləşdirilmişdir.
Keylor Navas
Keylor Navas (15 dekabr 1986[…]) —Kosta-Rikalı peşəkar futbolçu, Real Madrid klubunun qapıçısı. Keylor Navas peşəkar karyerasına Kosta-Rikanın Saprissa futbol kulubunda 2005-ci ildə başlayıb. 5 ildən sonra İspaniyanın Albbasete klubuna transfer olunub. 2 il sonra icarə əsasında İspaiyanın Levante klubuna keçib. Navasın oyununu bəyənən Levante Navası alır. O öz oyunu ilə hətta Real Madrid kulubunun diqqətini də çəkir. Nəhayət 2014-cü ildə Reala transfer olunur. Hazırda Real Madrid futbol klubunun qapısını qoruyur. == Real Madrid == 2014-cü ildə Real Madrid FK onu öz heyətinə qatıb.
Keylum Vörti
Keylum Vörti — Kanadalı aktyor və müğənnidir. == Həyatı == Vörti Viktoriyada, Britaniya Kolumbiyasında doğuldu. O Lochside Elementar Palıd Ortasında və Claremont TƏRƏFLƏR Orta məktəblərində iştirak etdi. 9 yaşında o Tarlington Training Professional Uşaq sinfinə qəbul edildi və həftəsonu proqramında iştirak etmək üçün Vankuverə səyahət etdi. O dörd yaşında ikən Makaley Kalkini Evdə Tək filmində görəndən sonra o, aktyor olmağı istədi. O musiqini, notları, fortepianonu öyrəndi. O, 11 yaşında olanda Kanada Milli Gənc Bəstəkarının Mükafatını qazandı.
Yakov Keylixis
Yakov Keylixis (Yakov İosifoviç Keylixis, 11 may 1872, Balta[d], Podolsk quberniyası[d] – 1950, Bakı) — heykəltaraş, Bakıda qoyulmuş ilk heykəlin müəllifi. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1949). 1872-ci ildə Odessa yaxınlığındakı Balta şəhərciyində yəhudi taciri İosif Keylixisin ailəsində anadan olmuşdur. Biznesini genişləndirən İosif Keylixis bir neçə ildən sonra Odessaya köçür. Odessada Yakov atasının xeyir-duası ilə əvvəlcə Odessa rəssamlıq məktəbinə, daha sonra Odessa Rəssamlı Texnikumuna daxil olur. Odessa Bədii məktəbində Yakov florensiyalı professor Luici Yorininin sinfində təhsil alır və elə burada Yakovun heykəltaraşlığa meyli hiss olunmağa başlayır. İmperator Karakallanın büstünə görə Odessa sərgisində bürünc medal qazanan Yakov Keylixis daha sonra Peterburq İmperator Rəssamlıq Akademiyasına qəbul olur. Təhsildə qazandığı uğurlara görə onu İtaliyaya, Florensiya Rəssamlıq Akademiyasına oxumağa göndərirlər. Burada o professor Montinin emalatxanasında əvvəlcə təcrübə qazanır, sonra isə işləməyə başlayır. Yakov Keylixisin ilk iri işi 1897-ci ildə Florensiyada bədii sərgidə nümayiş etdirilmişdi və dəniz sahilində yengəc (krab) tutmuş oğlanı təsvir edirdi.
Keql
Keql — sriftin ölçüsüdür. Ənənəvi olaraq keql punktla (pt) ölçülür. Bir punkt 0.35 mm-ə bərabərdir. Bir sıra standart keqllər vardır.
Meyl
Meyl (astronomiya)
Keyt
Keyt — ad. Keyt Qunter — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Hooper — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Vitali — ABŞ döyüş ustası və aktyorudur. Keyt Bekinseyl — ingilis kinoaktrisası. Keyt Qlasko — ABŞ aktyoru və yanğınsöndürəni. Keyt Hadson — ABŞ aktrisası. Keyt Ueyn Keyt Nelson — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Keyt Kuk – Amerika aktyoru, kaskadyor və döyüş sənətləri ustası Keyt Apton — amerikalı model və aktrisa. Keyt Bristol — ABŞ aktrisası.
Keya
Keya (Keos, Tsia, yun. Κέα ή Τζια) — Yunanıstanda, Egey dənizinin cənubunda ada. Afinaya ən yaxın olan Kiklad arxipelaqının adasıdır. Varlı afinalılar Keya adasını Attikaya yaxınlığına görə sevirdilər. Bu, Sunion burunundan cəmi 20 kilometr məsafədədir. Adaya Lavriondan bərələr və Pireydən sürətli qayıqlar xidmət göstərir. İnzibati mərkəzi İulidadır. 2011-ci il siyahıyaalınmasına əsasən 2,455 nəfərlik əhaliyə sahib idi.
Florida Keys
Florida Keys, ABŞ-nin Florida əyalətində yerləşən bir qrup arxipelaqdır. Təxminən 1700 adadan ibarətdir. Floridanın 24 kilometr cənubundadır. Ən ucunda yerləşən Key West, Kubadan 140 kilometr məsafədədir. Florida Keys 23,5 ilə 25,5 enlik arasında yerləşir. Bu xüsusiyyətlərinə görə adalarda subtropik iqlim mövcuddur. Adaları "Overseas Highway" ("Xarici magistral") adlanan bir yol birləşdirir. == Əhalisi == Adaların əhalisi 2000-ci il siyahıyaalınmasında 79.535 olaraq müəyyən olunmuşdur. Bir kvadrat kilometrə 223,66 nəfər düşür. Əhalinin 32% -i Key Westdə yaşayır.
Herman Veyl
Herman Veyl (ing. Hermann Klaus Hugo Weyl; 9 noyabr 1885[…] – 8 dekabr 1955, Sürix) — alman riyaziyyatçısı, nəzəri fiziki və filosofu. 1933-cü ildə nasistlərin hakimiyyətə gəlməsi ilə Almaniyanı tərk edərək ABŞ-də məskunlaşmış və 1951-ci ilədək Prinston Universitetində işləmişdir. Funksiyalar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, qruplar nəzəriyyəsi üzrə əsərlərin müəllifidir. Həndəsənin vektor aksiomatikasını qurmuşdur. == Həyatı == == İstinadlar == == Ədəbiyyat == "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008.
Keyn adası
Keyn adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Dairəvi formaya malikdir. Diamerti 6 km-dir. Ziçi adaları qrupuna daxildir. Qrili adasından 2 km şimal-şərqdə yerləşir. Ondan Ştrenek boğazı ilə ayrılır. Bütünlüklə buzdan azaddır. Ada qütb araşdırmaçısı İlayş Kent Keynin şərəfinə adlandırılmışdır.
Keyp-Breton
Keyp-Breton (ing. Cape Breton Island, fr. Île du Cap-Breton) — Şimal-şərqdən Yeni Şotlandiya yarımadasından Kanso boğazı, Uels Şahzadəsi (ada)sından isə Müqəddəs Lavrentiya körfəzi ilə ayrılır. Mikmaki dilində Unama’kik — "Duman Torpağı". Ada inzibati cəhətdən Yeni Şotlandiya vilayəti ərazisinə daxildir. == Coğrafiyası == Adanın sahəsi 10 311 km² təşkil edir (Adaların dünyada sahəsinə görə sıralsması]]nda 75-ci, Kanadada isə 18-ci yeri tutur. Adada laqun məşəlli Bra-d'or gölü vardır. Onun sadəsi 932–1099 km² arasında dəyişiir. Ən hündür zirvəsi Vayt-Hill dağıdır (532 m). Dağ zirvəsi sıldırımlıdır.
Keyp-Fir
Keyp-Fir (ing. Cape Fear) ― Şimali Karolina sahillərində Keyp-Fir çayının mənsəbini Atlantik okeanından ayıran dil. Çayın hövzəsi boyunca Uilminqton şəhəri yerləşir. Şimali Karolina ştatı əhalisinin dörddə biri burada yaşayır. Keyp-Fir özünün qumlu çimərlikləri ilə seçilir. Bold-Hed-Aylend kəndində yaşayış məntəqələri vardır ki, onlarda dilin qurtaracağına yaxın yerləşir. Burada avtomobillərin hərəkəti qadağandır. Dil ərazisində Cey Li Tomsonun «Qorxu burnu (1962)» və Martin Skorsezenin «Qorxu burnu (1962)» filmləri çəkilmişdir. Dilin dayazlıqları hər zaman dənizçilərdə qorxu yaradırdı. Buranı Kiçik Atlantida qəbrstanlığı adlandırırlar.
Keyp-Reys
Keyp-Reys burnu (ing. Cape Race) — Kanadanın Nyufaundlend adası, Avalon yarımadasının cənub-şərq qutaracağında yerləşən burun. Belə hesab edilir ki, portuqal sözü olan Raso kəlməsindən törəmişdir (səhra). Burun haqqında ilk yazılı məlumat XVI əsrə aiddir. İnzibati baxımından Nyufaundlend və Labrador əyaləti ərazisinə daxildir. == Coğrafiya == Qatı duman, sahilin qayalıqlardan ibarət olması və burunun dəniz yollarına yaxın olması səbəbindən burada tez-tez gəmi qəzaları baş verir. Bunlar arasında ən məşhuru təkərlikli SS Arctic paraxodunun qəzası olmuşdur (1854). Burunun özü küləklərin ilin böyük qismi vurduğu bir platodur. Maksimal hündürlüyü 30 m olan bir qayalıqdan ibarətdir. İlin 158 günü burada duman müşahidə edilir.
Keyp-Taun
Keyptaun (ing. Cape Town, afrik. Kaapstad, xosa. iKapa) — Cənubi Afrika Respublikasının əhali sayına görə ikinci şəhəri (Yohannesburqdan sonra) . CAR-ın qanunverici paytaxtı.
Keyp-York
Keyp-York (ing. Cape York Peninsula) — Avstraliyanın Kvinslend ştatı ərazisində yerləşən, şərqdən Mərcan dənizi, qərbdən Karpentariya körfəzi, şimaldan isə Torres boğazı ilə əhatələnir. Bu dünyanın mənimsənilməmiş yarımadasıdır. Onun insan sivilizasiyası tərəfindən toxunulmayan rütubətli meşələrəri və savannaları böyük dərin ekoloji əhəmiyyət daşıyır. Hazırda rütubətli tropik meşələrin UNESCO Ümumdünya irsi siyahısına namizədliyi göstərilir. Keyk-York yarımadası 137 000 km² sahəyə malikdir. Yarımadanın şərq hissəsi dağlıqdır, qərbi isə düzən relyefə malikdir. Yarımada ərazisində ümumilikdə 18 min insan yaşayır ki, onlarında ~60 % yerli avstraliya aborigenlərindən ibarətdir. Yarımadanın şimal qutaracağında York burnu yerləşir. Buradan Yeni Qvineya sahillərinə qədər məsafə 160 km təşkil edir.
Keys üsulu
Keys üsulu və ya Keys metodu (ing. Case method; case-study) == Hadisənin öyrənilməsi == Hadisənin öyrənilməsi (case study) hadisəni yaradan səbəblərin, onun hərəkət verici amillərinin aşkara cıxarılması məqsədilə bu hadisənin bütün dərinliyi ilə tədqiq edilməsindən ibarətdir. === Hadisənin öyrənilməsi metodu === Hadisə öyrənilməsi metodundan təhsil, sosial psixologiya, sosiologiya, siyasət, iqtisadiyyat kimi sahələrdə istifadə edilir. Məsələn, sahibkar olmaq istəyən bir şəxsin, öz işini açarkən keçdiyi mərhələləri öyrənmək və analiz etmək bu sahədəki çatışmazlıqlar və hansı addımlar atılarsa onların aradan qaldırıla bıləcəyi haqqında qiymətli məlumatlar verə bilər. Psixologiya sahəsində son dövrlərə qədər hadisənin öyrənilməsindən ən çox istifadə olunan yer neyropsixologiya idi. Tədqiqiatçılar beynin müxtəlif sahələrinin zədələnməsinə məruz qalmış insanların davranışındakı dəyişiklikləri öyrənərək sinir sisteminin fəaliyyəti haqqında dəyərli məlumatlar əldə edə bilirlər. Gündəlik psixologiyada isə insan davranışının, onun səbəblərinin öyrənilməsi üçün uzun müddət ümumiyyətlə kəmiyyət tədqiqiatlarına üstünlük verilmişdir, həm də tədqiqatlar daha çox laboratoriya təcrübələri üzərində qurulmuşdur. Lakin son illər təbii şəraitdə aparılan və ümumi şəkildə çöl tədqiqatları adlanan üsullara diqqət yetirilməyə başlandı. Bir çox tədqiqatçılar psixologiyanın gələcəyinin məhz təbii şəraitdə aparılan tədqiqatlar üzərində qurulacağını ehtimal edirlər. === Hadisə öyrənilməsi metodunun tipləri === Tədqiqat metodlarına aid ədəbiyyatda hadisənin öyrənilməsi üsulunun bir neçə tipi göstərilir.
Keyt Apton
Keyt Apton (ing. Kate Upton; 10 iyun 1992) — amerikalı model və aktrisa. == Həyatı == Keyt Apton 10 iyul 1992-ci ildə ABŞ-nin Miçiqan əyalətində anadan olmuşdur. Uşaqlığını Florida ştatının Melburn şəhərində keçirmişdir. == Karyerası == 2008-ci ildə "Miami Elite Model Managment" ilə müqavilə imzalayan Kate, sonradan Nyu-Yorka köçmüşdür və elə orada ilk dəfə modelliyə addım atmışdır. İlk dəfə Dooney&Bourke çanta markasının modeli olmuşdur. Daha sonra "Sports Illustrated Swimsuit Issue" üz qabığına çıxmışdır və müxtəlif mükafatlara layiq görülmüşdür. Həmin dövrdən, indiyədək Beach Bunny çimərlik geyimi və Victoria Secret üçün modellik edir. Həmçinin 2011-ci ilin iyul ayında, "Esquire" jurnalı tərəfindən "Yayın qadını" seçilmişdir. 2014-cü ildə Kameron Diaz və Lesli Mannla birlikdə "Digər qadın" filmində rol almışdır.
Keyt Bekinseyl
Ketrin Romany Bekinseyl və ya sadəcə Keyt Bekinseyl (ing. Kate Beckinsale) — ingilis kinoaktrisası. == Həyatı == İngilis aktrisası Keyt Bekinseyl 26 iyul 1973-cü ildə Londonda, teatr və televiziya aktrisası Cudi Lo və məşhur televiziya aktyoru Riçard Bekinseylin ailəsində doğulub. Atası 1979-cu ildə, 31 yaşında vəfat edib. Keytin böyük bacısı Samanta da aktrisadır. London məktəblərinin birində təhsil alan Keyt gənc yazarlar arasında birinci yer tutsa da, məktəbi bitirdikdən sonra valideynlərinin yolunu davam etdirərək aktyorluq karyerasına başlayır. Aktrisa uzun müddət aktyor Maykl Şinomla görüşür və bu münasibətdən 1999-cı il yanvarın 31-də qızı Lili Mo Şin dünyaya gəlir. 2003-cü ildə Şinlə ayrılandan bir neçə ay sonra Bekinseyl rejissor Len Uayzmanla nişanlanır və cütlük 2004-cü il mayın 9-da Los-Ancelesdə evlənir. == Yaradıcılığı == O, ilk rolunu "Tək küləyə qarşı" (1991) televiziya filmində oynayır. Bundan sonra Keyt Oksford Universitetinin yeni kollecində fransız və rus ədəbiyyatını öyrənsə də, elmi dərəcə ala bilmir.
Keyt Blanşet
Katerin Eliz "Keyt" Blanşett (ing. Catherine Élise «Cate» Blanchett) — Avstraliya aktrisa. İki dəfə Oskar, üç dəfə BAFTA və üç dəfə Qızıl qlobus mükafatı qazanmışdır. == Həyatı və karyerası == Keyt Blanşett 1969-cu ilin mayın 14-də Avstraliyanın Melburn şəhərində anadan olub. Atası Robert Blanşett əslən Texasdan olub, dənizçi zabiti idi. Keytin 10 yaşı olanda atası ürək xəstəliyindən vəfat edir və üç uşağın — Keyt, böyük qardaşı Bob və kiçik bacısı Jenevyevanın yükü ananın çiyinlərinə düşür. Keyt Melburn şəhərində yerləşən Qadın Metodika Kollecində təhsil alıb, sonra isə Melburn Universitetində təhsilini davam etdirib. O, tezliklə təhsilini yarımçıq qoyur və İngiltərəyə səyahət edir. Vizasının vaxtı bitdikdə Keyt Misirə yollanır və burada mehmanxana qonaqlarından biri ona Misir filmində bir səhnəyə çəkilməyi təklif edir. Keyt pula ehtiyacı olduğu üçün təklifi qəbul edir.
Keyt Blanşett
Katerin Eliz "Keyt" Blanşett (ing. Catherine Élise «Cate» Blanchett) — Avstraliya aktrisa. İki dəfə Oskar, üç dəfə BAFTA və üç dəfə Qızıl qlobus mükafatı qazanmışdır. == Həyatı və karyerası == Keyt Blanşett 1969-cu ilin mayın 14-də Avstraliyanın Melburn şəhərində anadan olub. Atası Robert Blanşett əslən Texasdan olub, dənizçi zabiti idi. Keytin 10 yaşı olanda atası ürək xəstəliyindən vəfat edir və üç uşağın — Keyt, böyük qardaşı Bob və kiçik bacısı Jenevyevanın yükü ananın çiyinlərinə düşür. Keyt Melburn şəhərində yerləşən Qadın Metodika Kollecində təhsil alıb, sonra isə Melburn Universitetində təhsilini davam etdirib. O, tezliklə təhsilini yarımçıq qoyur və İngiltərəyə səyahət edir. Vizasının vaxtı bitdikdə Keyt Misirə yollanır və burada mehmanxana qonaqlarından biri ona Misir filmində bir səhnəyə çəkilməyi təklif edir. Keyt pula ehtiyacı olduğu üçün təklifi qəbul edir.
Keyt Bristol
Keyt Bristol (ing. Kate Bristol, 1 may 1990, Dallas) — ABŞ aktrisası.
Keyt Caret
Keyt Caret (ing. Keith Jarrett,) 22 may, 1945, Allentaun doğumlu — Amerikalı musiqiçi caz, pianoçu və bəstəkar. == Haqqında == Allentaunda (Filadedfiya ştatı) musiqiçilərin böyük ailəsində dünyaya gəlmiş Carret fortepianoda çalmağı öyrənməyə başlayanda onun cəmi üç yaşı vardı. Carretin yeddi yaşı tamam olanda isə o artıq solo konsertlər verirdi. Sonradan zərb alətlərində, soprano-saksofonda və vibrofonda da çalmağı öyrənmişdi. Dərsdən kənar vaxtlarda o, peşəkar ifaçı kimi, müntəzəm olaraq çoxsaylı konsertlərdə çıxış edirdi. 1962-ci ildə Bostona köçüb gedən Carret orada bir il Berkli Kollecində oxuyandan sonra öz triosunu yaratdı və Bostonda peşəkar ifaçılıqla məşğul olmağa başladı. 1965-ci ildə o, Nyu-Yorka köçüb getdi. Carret burada xeyli çalışandan sonra, nəhayət, onun ifaçılıq məharəti Art Bleykinin diqqətini cəlb etdi. Elə həmin ilin dekabr ayında o, Art Blakey's Jazz Messengers qrupuna daxil olub bir neçə ay orada çalışdı, 1966-cı ilin yazında isə Çarlz Lloydun yaratdığı kvartetə qoşuldu.
Keyt Hadson
Keyt Hadson (19 aprel 1979[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. == Həyatı == 1979-cu ilin aprel ayının 19-da, sənətçi ailəsində anadan olan Keyt Hadson, artıq 3 yaşındaykən "Vanity Fair" adlı jurnalın üz qabığına çəkilib. Anası aktrisa Qoldi Houn, atası isə müğənni Bill Hadson olan qızcığazın, gələcəkdə incəsənət yolunu seçməsi artıq məlum məsələ idi. Valideynləri, Keyt 2 yaşındaykən boşanıblar. Ona görə də, Keyti anasının dostu olan Kurt Rassel tərbiyə edərək böyüdüb. İllər sonra, müsahibələrin birində "Öz atam mənə sanki yad olub, mən Kurt Rasseli ata yerinə qoyuram" deyirdi. Uşaqlıqdan rəqsə böyük marağı olan Keyt, elə o zamanlardan ətrafdakıların diqqətini özünə yönəltməyə başladı. Anası onun aktrisa olmasına etiraz edirdi. Buna görə də, məktəbdə təhsilini başa vurduqdan sonra o, Nyu-Yorkda yerləşən universitetlərin birinə daxil olur, lakin buradakı təhsilini yarımçıq buraxır, çünki onun istəyi böyük ekran idi. 1998-ci ildə aktrisanın debütu reallaşdı, amma "Üzücü kədər" və "Rekoşet çayı" adlı filmlər ona məşhurluq gətirə bilmədi.
Keyt Hooper
Keyt Hooper (d. 26 fevral 1978) — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Hooper, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Keyt Hooper, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.