Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İki arvadlı
İki arvadlı – Şəki rayonunun Qaradağlı kəndində yaradılmış məzəli Azərbaycan rəqsi. Kişilərin ifa etdikləri bu rəqs məzəli xarakter daşımış və satirik planda oynanılarmış.
Asiya (Fironun arvadı)
Asiya — Fironun arvadı. Allah "Qurani-Kərim"də onun adını çəkmişdir. Onun əri ən qəddar fironlardan biri idi. Asiya fərqli gözəlliyə və incə hisslərə malik bir qadın idi. O, ərinin əhaliyə verdiyi zülmə, istibdada qarşı çıxırdı. Asiyanın əri Fironun təkəbbürü və lovğalığı o həddə çıxdı ki, rəblik iddiası etməyə başladı. O, belə deyirdi: "Mən sizin uca rəbbinizəm". O, əhalini qorxu altında saxlamağa başladı. Camaat çarəsizlikdən ona boyun əydi və Allaha yox, Firona səcdə etdi. Firon həddini aşmışdı.
Boyar arvadı Morozova
Boyar arvadı Morozova (rus. Боярыня Морозова) — rus rəssamı Vasili Surikov (1848–1916) tərəfindən 1887-ci ildə tamamlanmış, XVII əsrdə Rus kilsəsinin parçalanmasını təsvir edə tablo. == Tarixçə == Vasili Surikovun köhnə təriqətçilər mövzusuna olan maraqları onun Sibirdəki uşaqlığı ilə bağlıdır. Köhnə təriqətçilərin olduğu Sibirdə, "Boyar arvadı Morozova haqqında povest" də daxil olmaqla dini rəvayətlər geniş yayılmışdı. Surikovun "Boyar arvadı Morozova" tablosu da buradan qaynaqlanır. == Rəsmin etüdləri == == Ədəbiyyat == Жуковский В. И., Пивоваров Д. В. Зримая сущность: (визуальное мышление в изобразительном искусстве). — Свердловск: Изд. Урал, ун-та, 1991. — 284 с. — 1000 экз.
Gənc qadının kişisi
Filmdə yaşlı kişinin (Həsənağa Turabov) gənc qıza (Nataliya Lapina) aşiq olması və cavanlaşmaq arzusu ilə qeyri-adi vasitəyə əl atmasından bəhs edir. İnsan yaşından asılı olmayaraq, nə vaxt istəsə nəyi isə arzulaya bilər. Yaşlı kişilər də o cümlədən. Xüsusilə əgər o, cavan və gözəl bir qadına rast gəlibsə. Həmin kişi mütləq cavan, güclü və cəlbedici olmaq istəyəcək. Filmin qəhrəmanları arasında baş verən münaqişə bu fikir üzərində qurulmuşdur. Bu filmi müasir nağıl adlandırmaq olar. Burada sehrli motivlər də var, müasir həyatın reallığı da. Film aktrisa Məleykə Əsədovanın kinoda ilk işidir. Film yazıçı Maqsud İbrahimbəyovun "Kərgədan buynuzu" pyesinin motivləri əsasında çəkilmişdir.
Evin kişisi (film, 1978)
Mövzusu müasir kənd həyatından götürülmüş bu filmdə gənclərin məhəbbətindən, məhəbbətə xəyanətdən, insan mənəviyyatının təmizliyindən bəhs olunur. Film yazıçı İsi Məlikzadənin povesti əsasında ekranlaşdırılmışdır. Film quruluşçu operator Kənan Məmmədovun bədii kinoda ilk işidir. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Ssenari müəllifi: İsi Məlikzadə Quruluşçu rejissor: Tofiq Tağızadə Quruluşçu operator: Kənan Məmmədov Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Əsəd Əsədov Rejissor: Əşrəf Mamayev Montaj: Tamara Nərimanbəyova Geyim rəssamı: A. Əliyev Qrim rəssamı: Firuzə İsmayılova Rejissor assistentləri: Adil İsmayılov, Ş. Əliyeva Operator assistentləri: T. Əlizadə, A. Dadaşov İşıq ustası: Məhəmməd Hacıyev Redaktor: Çingiz Qaryağdı Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Filmin direktoru: Nəriman Axundov Elza Beaşimova — Əntiqə Fərhad İsrafilov — Rövşən Ömür Nağıyev — Pənah Barat Şəkinskaya — Rövşənin anası Sadıq Hüseynov S. Rəsulova Məlik Dadaşov Əliağa Ağayev Sofa Bəsirzadə Əliabbas Qədirov — Mansur M. Sadıxov Zemfira Sadıqova — Ana Hacı İsmayılov — balıqçı B. Əliyev M. Kərimov A. Quliyev Ötkəm İsgəndərov Mərkəzi Televiziya (Moskva) Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 414.
Gənc Qadının Kişisi (1988)
Gənc qadının kişisi (film, 1988)
Filmdə yaşlı kişinin (Həsənağa Turabov) gənc qıza (Nataliya Lapina) aşiq olması və cavanlaşmaq arzusu ilə qeyri-adi vasitəyə əl atmasından bəhs edir. İnsan yaşından asılı olmayaraq, nə vaxt istəsə nəyi isə arzulaya bilər. Yaşlı kişilər də o cümlədən. Xüsusilə əgər o, cavan və gözəl bir qadına rast gəlibsə. Həmin kişi mütləq cavan, güclü və cəlbedici olmaq istəyəcək. Filmin qəhrəmanları arasında baş verən münaqişə bu fikir üzərində qurulmuşdur. Bu filmi müasir nağıl adlandırmaq olar. Burada sehrli motivlər də var, müasir həyatın reallığı da. Film aktrisa Məleykə Əsədovanın kinoda ilk işidir. Film yazıçı Maqsud İbrahimbəyovun "Kərgədan buynuzu" pyesinin motivləri əsasında çəkilmişdir.
Kisəli ayı
Kisəli ayılar
Kisəli ağacqurbağası
Kisəli ağacqurbağası (lat. Gastrotheca) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin hemiphractidae fəsiləsinə aid heyvan cinsi.
Kisəli fillər
Kisəli fillər (lat. Burramyidae) i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Kisəli köstəbəklər
Kisəli köstəbəklər (lat. Notoryctemorphia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi.
Kisəli yerqazanlar
Kisəli yerqazanlar (lat. Monodelphis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinə aid heyvan cinsi.
Kisəli göbələklər
Kisəli göbələklər (lat. Ascomycota) — fungi aləminə aid göbələk şöbəsi. Bu şöbə 30000-dən artıq növü birləşdirir ki, bu da məlum göbələk növlərinin 30 %-ni təşkil edir. Kisəli göbələklərin əsas əlaməti cinsi proses nəticəsində kisələrin və ya askların, yəni sabit sayda, adətən 8 ask sporundan təşkil olunmuş təkhüceyrəli strukturun əmələ gəlməsidir. Kisələr ya birbaşa ziqotdan ya da bu ziqotdan meydana gələn askogen hiflər əsasında yaranır. Bu göbələklərin vegetativ cismi şaxələnmiş haploid mitselilərdən təşkil olunmuşdur, onlarda septalaşaraq arakəsmələrə malikdir. Kisəli göbələklərin hüceyrə divarının tərkibi xitin və qulikan, o cümlədən, D-qlükozanın polimerlərindən ibarətdir. Kisəli göbələklərin vegetativ çoxalması ya mitselinin fraqmentləşməsi, ya da mayayabənzər hüceyrələrin bölünməsi yolu ilə həyata keçirilir. Bu göbələklər arasında qeyri-cinsi çoxalma da geniş yayılmışdır. Bu göbələklərin qeyri-cinsi çoxalması həmişə ekzogen sporlar və ya konidilər vasitəsilə həyata keçirilir.
Avranlı
Avranlı Tiflis quberniyasının Borçalı qəzasında (indi Salqa rayonu) kənd adı. Avranlı- Tiflis quberniyasının Borçalı qəzasında (indi Salqa rayonu) kənd adı. Gürcücə yazılış forması Avranlo. XIX əsrin II yarısında əhalisi Türkiyədən gəlmə yunanlar idi (yenə orada). XIX əsrin 70-ci illərində Trialeti kənd icmasına mənsub məntəqələrdən idi. Yerli tələffüz forması Əvrənli olmuşdur. "Kitabi-Dədə Qorqud" eposunda Əvrən şəxs adı ilə səsləşir.
Abadlı
Təhlə (əvvəlki adı: Abadlı) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Bərdə rayonunun Babək adına kolxozun ərazisindəki yaşayış məntəqəsi Abadlı kəndi adlandırılaraq rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və bu kənd mərkəz olmaqla Abadlı kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bərdə rayonunun Abadlı kəndi Təhlə kəndi adlandırılmışdır.
Arallı
Arallı — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanının Hir bəxşində şəhər. 2019-cu ildə, Böyük Arallı və Kiçik Arallı kəndləri birləşdirilərək, şəhər statusu almışdır. 2016-cı ilin məlumatına görə şəhərdə 3,261 nəfər yaşayır (913 ailə). Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Aranlı
Aranlı — təxəllüs. Bu təxəllüsü olan tanınmışlar Mücahit Ahmet Aranlı — şair. Məqsəd Aranlı — şair. Yaşayış məntəqələri Aranlı (Biləsuvar) — Azərbaycanın Biləsuvar rayonunda kənd. Aranlı (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Aranlı bələdiyyəsi Aranlı bələdiyyəsi (Biləsuvar) — Biləsuvar rayonunda bələdiyyə. Aranlı bələdiyyəsi (İmişli) — İmişli rayonunda bələdiyyə.
Araplı
Araplı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd əhalisinin sayı 1118 nəfərdir və azərbaycanlılardan ibarətdir.
Araqlı
Araqlı (türk. Araklı) — Trabzon ilinin ilçəsi.
Arğalı
Arğalı — Arazbar qəzasında var olmuş kənd. Hal-hazırkı ərazidə Qazaxlar və Əhmədalılar kəndi yerləşir. Arğalı yurdu qədim-qayım Qarabağın Arazbar qəzasında yerləşirdi. Orta çağlarda ara savaşları zəminində əhalisi köçürülmüşdür. Hazırda kəndin yerində Qazaxlar və Əhmədalılar yaşayış məntəqələri bərqərardır. XIII yüzillikdə Arğalı kəndində Arğalı türbəsi inşa edilmişdir. 1727-ci ilə aid Osmanlı qaynağında yazılır: "Arazbar qəzasına tabe olan Arğalı kəndi". Heç kimin yaşamadığı bu kənddə kənardan gələn rəiyyətlər çəltik əkib-becərirdilər. Orta çağlarda Xudafərin körpüsündən Arğalıya qədər yol uzanırdı. Bu yol "Arğalı yolu" adlanırdı.
Dikili
Dikili (türk. Dikili) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 75 km-dir. İlçənin şərqində Berqama ilçəsi, şimalında Balıkəsir ili, qərbində və cənubunda isə Egey dənizi yerləşir. İlçənin sahəsi 534 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 43,806 nəfərdir.
Keçili
Keçili (Şahbuz) — Azərbaycanın Şahbuz rayonunda kənd. Keçili (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Keçili (Sərdarabad) — Sərdarabad kəndi. Keçiliqaya — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Keçili (Amasya) — Türkiyədə kənd. Keçili — Kəlbəcər rayonu ərazisində çay. Tutqunçayın qoludur.
Keşəli
Keşəli (Sarvan) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Keşəli (Qaraçöp) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsində inzibati-ərazi vahidində kənd.
Kilimli
Kilimli (türk. Kilimli) — Zonquldak ilinin ilçəsi. Türkiyə Böyük Millət Məclisinin 12 noyabr 2012 tarixində qəbul etdiyi 6360 nömrəli qanun ilə ilçə statusu qazanmışdır. Geniş liman var. Balıqçılıq ilçənin iqtisadiyyatında mühüm yer tutur. Bölgənin tarixi eramızdan əvvəl 1400-cü ilə aiddir. Orta Anadolunun demək olar ki, hamısında üstünlük təşkil edən xetlər, 1200-cü illərdə başlayan köçlər ilə birlikdə söküldü, Ege miqrasiya tayfaları hərəkatı adlanır və Mərkəzi Avropadakı Mərkəzi Anadoluya qədər uzanırdı, lakin Frigiya tayfalarının əksəriyyəti Bithin, Marlandyn və Migdan adlanırdı. icmaları Zonguldak bölgəsinin və ətrafının ilk sakinləri idi. Eramızın 6-cı əsrində Qərbi Anadoluda başlayan müstəmləkəçilik prosesi ilə bölgədə Ereğli, Hisarönü, Amasra kimi ticarət körpüləri quruldu. Eramızdan əvvəl VI əsrin əvvəllərində Ligya Dövləti şimala doğru genişləndi və Zonguldak bölgəsində və ətrafında bir üstünlük qazandı.
Kiqali
Kiqali (ing. Kigali) — Ruandanın paytaxtı və ən böyük şəhəri. Əhalisi 2010-cu ilin hesablamalarına görə 1 029 384 nəfərdir. Sahəsi 730 km² təşkil edir. Ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi, əsas nəqliyyat qovşağıdır. Şəhərin əsası 1907-ci ildə alman kolonistləri tərəfindən qoyulmuş və 1962-ci ildə ölkə müstəqillik əldə etdikdən sonra paytaxt statusu qazanmışdır. Ölkənin əvvəlki ənənəvi mərkəzi şəhəri Nyanza, kolonial paytaxtı isə Butare olsa da, müstəqillikdən sonra yeni paytaxt seçilərkən Kiqalinin ölkənin mərkəzi hissəsində yerləşməsi məhz onun seçilməsində həlledici rol oynamışdı.
Kişilər
Kişi — erkək insandır. "Kişi" sözü yetkinlik yaşına çatmış insanlar barəsində işlənilir, bu sözun tayı az yaşlı uşaqlara və ya yeniyetmələrə oğlan deyilir. Leonardo da Vinçinin "Vitruvius İnsanı" bir kişinin nisbətini göstərməktədir Kişilik erkək insanın bir baliğ mərhələyə qədəm qoymasıdır. Müxtəlif sünnət əsaslı icmalar bu mərhələyə keçmək üçün xüsusi mərasimlər qururlar. Modern icmalarda qanun bu mərhələni təyin edir. Bu baliğ mərhələsinə yetən oğlan bundan sonra kişi adlanır və qanun baxımından öz işlərinin məsulu və cavab vericisidir.
Yuri Kisil
Yuri Kisil (18 sentyabr 1995) — Kanadalı üzgüçü. Yuri Kisil Kanadanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Yuri Kisil birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 22.50 saniyəlik nəticəsi ilə 35-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Kiçik kisəli siçan
Kiçik kisəli siçan (Antechinus minimus ) yırtıcıların kisəli siçanlar ailəsinin bir növüdür. Avstraliyaya xasdır Alt növü A. m. maritimus cənub-şərqi Avstraliya əyalətlərinin sahil bölgələrində , Cənubi Avstraliya Viktoriya , o cümlədən adanın qərbində Peninsula Vilson Promontoridə daha çox yayılmışdır. Alt növü A. m. Minimusa Tasmaniya və Bass Boğazı ərazisində təsadüf edilir . Təbii yaşayış sahəsi - yüksək rütubət və sıx məskunlaşma olan ərazilərdir. Onlar meşəliklərdə, çəmənliklər və kollarda yaşayırlar . Yetkin fərdlərin orta çəkisi təxminən 42 q-dır. Bədənin uzunluğu - 90-140 mm, quyruq - 60-100 mm çatır. Xəzi yumşaq, incədir.
Svenson kisəli siçanı
Svenson kisəli siçanı (lat. Antechinus swainsonii) yırtıcı kisəlilər ailəsinin bir cinsidir. Avstraliyaya endemikdir. Avstraliyanın şərq və cənub-şərq sahillərində yaşıyırlar. Üç alt cinsə ayırd edilir Antechinus Svenson insulanus (Davison, 1991). Grampians aralığında Viktoriyanın qərb hissəində rast gəlinir Antechinus Svenson Thomas, 1924). Queenslandın cənub-şərq hissəsində, Nyu- South Valesin şərq hissəsində, Viktoriyanın cənub hissəsində yaşıyrılar Antechinus svenson svenson (Vaterhouse, 1840). Tasmaniya adalarının çoxunda rast gəlinir . Təbii yaşayış mühiti, adətən, yüksək rütubətə və kolların qalın olduğu ərazilər, dağlıq zonalar və skleropik meşələrdir . Bu növ cinsin demorfizmi var.
Arxazlı (Nəmin)
Arxazlı (fars. ارخازلو‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 671 nəfər yaşayır (136 ailə).
Cavad Cavadlı
Cavad Ələsgər oğlu Cavadov (12 aprel 1926, Dəmirçi – 22 iyun 2015, Bakı) — Azərbaycan dissident ədəbiyyatının yaradıcısı, şair, jurnalist, yazıçı, publisist Cavad Ələsgər oğlu Cavadov (Cavadlı) 1926-cı il aprelin 12-də Naxçıvan Muxtar Respublikasının Şərur (rayonun adı o zaman Noraşen, sonra isə İliç olmuşdur) bölgəsinin Dəmirçi kəndində yoxsul bir ailədə anadan olmuşdur. Şairin doğum tarixi pasportunda həmin ilin 25 mayı, haqqında yazılmış məqalələrdə aprelin 22-i, hətta qış ayları kimi də göstərilmişdir. Aprelin 12-i onun atası tərəfindən qeyd olunan mənbə kimi daha dəqiq hesab olunur. Şair özü də belə hesab edir. Tərcümeyi-halında C.Cavadlı bu məsələyə toxunaraq aydınlıq gəirir: «Pasportumda mayın 25-də (həmin günü özüm seçmişəm) anadan olduğum göstərilib. Gec də olsa, ailə şəcərəsi əldə ediləndən sonra atamın öz əli ilə ərəb və latın əlifbaları ilə yazısında həmin rəqəm 12 aprel göstərilib. Dəqiq doğum tarixinin 12 aprel 1926-cı il kimi qəbul edilməsi doğrudur». Cavad Cavadlı ilk təhsilini ailədə atasından almış, sonra Dəmirçi kənd məktəbində oxumuşdur. C.Cavadlının atasının babası da qabaqcıl ziyalı, xalq həkimi olmuşdur. Cavadlı bu haqda yazır: «Atamın babası Molla Qasım İran şahının yerli nümayəndəsi olub.
Mədaxil Cavadlı
Cavadov Mədaxil Məqatil oğlu (Mədaxil Cavadlı) — şair, publisist, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Mədaxil Cavadlı 1 mart 1958-ci ildə Ağsu rayonunun Sanqalan kəndində anadan olmuşdur. Kənd səkkizillik məktəbi, Sumqayıt şəhərində 44 saylı peşə məktəbini bitirmişdir. Bakı Sənaye Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir (1976-1978). Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1978-1980). Marksizm-leninizm universitetinin dinləyicisi olmuşdur (1982-1984). Hazırda Sumqayıt şəhərində 14 saylı orta məktəbdə direktor müavinidir (1994-cü ildən). Eyni zamanda Rusiya Federasiyasında nəşr olunan "Gülüstan" qəzetinin Sumqayıt şəhəri üzrə təmsilçisidir (2000). XX əsrin 90-cı illərindən dövri mətbuatda lirik şeirləri ilə çıxış edir. "Bu yurdun alınmaz dağları qala", "Sevgi məktubları", "Ümid işığı" və s.
Nemət Cavadlı
Qəmər Cavadlı
Qəmər Cavadlı (23 avqust 1960, Bakı) — jurnalist, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru. Qafqaz Müsəlmanları İdarəsinin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavinidir. Cavadlı Qəmər xanım Aydın qızı – 1960-cı ildə Bakıda anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. AR Mədəniyyət nazirliyinin sosioloji tədqiqatlar şöbəsində, Qafqaz Müsəlmanları İdarəsinin mətbuat və informasiya xidmətində çalışıb. 1991–94-cü illər ərzində "İslam" qəzetində və "Qafqazinform" mərkəzində əməkdaşlıq edib. 1995–97-ci illərdə Türkiyə Diyanət Başkanlığına xidməti ezam olunub. 2002–13 illər ərzində Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi olmuşdur. Q.Cavadlı 2010-cu ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin qərarı ilə QMİ-nin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini vəzifəsinə təyin olunub. Müsəlman dini idarələri tarixində bu statusu qazanan ilk qadındır.
Sarqon Akkadlı
Sargon Akkadlı, Böyük Sarqon və ya Qədim Sarqon (e. ə. XXIV əsr – e. ə. XXIII əsr, Akkad; akkadca Šarru-kīnu) — e.ə. 2300-cü ildə böyük Akkad padşahlığının yaradan hökmdar. O, hakimiyyətə gəldikdən sonra Akkad şəhərini saldırmış və onu paytaxt etmişdir. Akkad dövlətinin adı bu şəhərin adından götürülmüşdür. Sarqonun apardığı müharibələr nəticəsində Akkadın ərazisi xeyli genişlənmişdi. Onun dövründə Akkad nəinki İkiçayarasının, eləcə də Ön Asiyanın yeganə qüdrətli dövlətinə çevrilmişdi.
Zeynəb Cavadlı
Zeynəb Cavadlı — Azərbaycanın bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası. Əslən Naxçıvanlı olan Zeynəb Cavadlı 1991-ci ildə Bakıda anadan olmuşdur. O, 1999-2012-ci illərdə Azərbaycan bədii gimnastika yığmasının tərkibində çıxış etmişdir. 2012-ci ildə aldığı zədə səbəbindən idmançı kimi fəaliyyətini yekunlaşdıraraq, məşqçilik karyerasına başlamışdır. Bir müddət Türkiyənin "İstanbul Genclik Spor Kulübü" və "Anabilim Jimnastik Kulübü"ndə çalışmış, 2013-cü ildən etibarən isə özünün gimnastika məktəbini açmışdır. Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl-Məktuma ərə getmişdir. Onlar 2015-ci ildə Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə yarışlarda tanış olmuş və elə həmin il də evlənmişlər. 2016-cı ilin iyun ayında isə onların qız övladı dünyaya gəlib. Körpəyə Səid Əl Məktumun nənəsi Sananın adı verilmişdir. Zeynəb Cavadlı Səid Əl-Məktumun sayca üçüncü həyat yoldaşıdır.
Akkadlı Sarqon
Sargon Akkadlı, Böyük Sarqon və ya Qədim Sarqon (e. ə. XXIV əsr – e. ə. XXIII əsr, Akkad; akkadca Šarru-kīnu) — e.ə. 2300-cü ildə böyük Akkad padşahlığının yaradan hökmdar. O, hakimiyyətə gəldikdən sonra Akkad şəhərini saldırmış və onu paytaxt etmişdir. Akkad dövlətinin adı bu şəhərin adından götürülmüşdür. Sarqonun apardığı müharibələr nəticəsində Akkadın ərazisi xeyli genişlənmişdi. Onun dövründə Akkad nəinki İkiçayarasının, eləcə də Ön Asiyanın yeganə qüdrətli dövlətinə çevrilmişdi.
Arazdlı Abraam
Arazdlı Abraam — erməni keşişi və Levon əzabkeşlərinin şagirdi. Müəllimləri kimi o da uzun müddət işgəncələrə məruz qalmış, lakin onlardan fərqli olaraq sonda azadlığa çıxmışdır. Daha sonra V əsrdə ölümünə qədər bir zahid olmaq üçün cəmiyyəti tərk etmişdir. Erməni kilsəsi tərəfindən 20 dekabrda qeyd olunur və müqəddəs sayılır.
Kilsəli
Kilsəli (digər tarixi adı Ləzgilər Kilsəsi) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Dağıstanın (əhalisi əsasən avarlar və laklardan ibarət olan) Çaroda (Çarodinskiy) rayonundan gəlmələr saldığı üçün bəzən kəndə Ləzgilər Kilsəsi də deyilir. Kənd qədim kilsə yanında salındığı üçün belə adlandırılmışdır. Kilsəli kəndi dağətəyi ərazidədir. Kənd qədim kilsə yanında salındığı üçün belə adlandırılmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Dağıstanın Cardinsk rayonundan gəlmələr saldığı üçün bəzən kəndə Ləzgilər Kilsəsi də deyilir. Kilsəli kəndi dağətəyi ərazidədir. Həmçinin Kilsəli kəndinin yaxınlığında (Əsrik kəndindən cənub-şərqdə), kəndin adını daşıyan Kilsəlidağ dağı da yerləşir.
Kiviıli
Kiviıli (est. Kiviõli) — Estoniyanın şimali-şərqindəki İda-Virumaa bölgəsində şəhər. 1964-cü ildə Kiviıli Kohtla-Yarve şəhərinə daxil edildi və bu 1991-ci ilə kimi davam edirdi. 1991-ci ildə şəhər yenidən özünüidarəetmə hüququnu aldı. Şəhərin əhalisi 5,5 min nəfər təşkil edir (2012). 2000-ci il əhali siyahıyaalma nəticəsində, ruslar əhalinin 51,22 %, estonlar — 39,45 %, finlər — 2,61 %, ukraynalılar — 2,12 % təşkil edirdi. Şəhərdə danışılan əsas dillər — rus və estondur.
Kiçikli
Kiçikli — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd.
Kosalı
Kosalı (Gürcüstan) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. Kosalı (Şəki) — Azərbaycan Respublikasının Şəki rayonunun Çələbixan inzibati ərazi vahidində kənd.