SEL

is. [ ər. ]
1. Güclü yağmurlardan və ya əriyən qarlardan əmələ gəlib, qarşısına gələn nə varsa alıb aparan su daşqını; daşqın. Yağışdan sonra güclü sel başladı.
– Dağlardan axan sellər alaçıqlara dolub, bəzilərini yumalayıb aparır. S.S.Axundov.
Haray çəkib gəlir bahar; Daşır sellər, aşır sular. R.Rza.
Dağlara səs düşsün, çöllərə səda; Gurlayan sellərin dinlə səsini. N.Xəzri.

□ Sel kimi – müqayisələrdə: çoxluq, bolluq bildirir. Qan sel kimi axır. Pul sel kimi başından tökülürdü.
– Eşşək qulaqlarını sallamış, xamuş durmuşdu, Əhməd də göz yaşlarını sel kimi axıdaraq yalvarmağında davam edirdi. B.Talıblı.
Camaat, arvadlı-kişili, sel kimi axıb gəlirdi. B.Bayramov.

2. məc. Arasıkəsilmədən hərəkət edən insan kütləsi, izdiham, axın haqqında.
[Əbülhəsən bəy:] …Sən bu selin qarşısında dura bilməyəcəksən. M.S.Ordubadi.

3. xüs. Bir yerdən çıxan maqnit, işıq, qaz və s. kütləsi. İşıq seli. Qaz seli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SEL axın — daşqın

Etimologiya

  • SEL 1. ər. sayl – gur axın 2. Bəziləri ərəb dilindən alınma hesab edilir. Məncə, su, islanmaq, sıyıq sözləri ilə kökdaşdır və bizdən ərəblərə keçərək form
SEKUNDÁNT
SEL-SU

Digər lüğətlərdə