Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kilva-Kisivani
Kilva-Ksivani — Şərqi Afrikada, müasir Tanzaniyanın cənub sahilində yerləşən Hind okeanı adasında yaşayış məskəni. Tarixən bura, 13-15 əsrlərdə Suahili sahili boyu uzanan bir orta əsrlər sultanlığı olan Kilva sultanlığının mərkəzi idi. Kilva Ksivani, yaxınlıqdakı Sonqo-Mnara ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Tarix və arxeologiya == Kilva-Ksivani, Kilva arxipelaqında, Süahili sahili boyunca yerləşən bir arxeoloji şəhər-dövlət sahəsidir. Bura ən azı 8-ci əsrdən tutulmuş və sahil boyunca ən güclü yaşayış məntəqələrindən birinə çevrilmişdi. Ərazidəki mövsümi külək fasilələri ticarət dövriyyəsinə təsir etmiş ola bilər. Ərəbistan yarımadası, habelə Hindistan və Çin ilə ticarət əlaqələri Kilvanın böyüməsinə və inkişafına təsir göstərmişdi və burada mədəniyyətə uyğunlaşdırılmış İslam mətnləri və adətləri mövcudları olsa da, şəhər Afrika mənşəli idi. Suahili yaşayış məntəqələrinin bir çoxunda qruplar arasındakı sosial münasibətləri əks etdirən mürəkkəb planlar göstərilsə də, Kilvada şəhərin qurulması ilə bağlı hələ də cavabsız qalan bir çox sual var. Qəbiristanlıqlar bölgə üçün adi olaraq şəhərin kənarında yerləşirdi və böyük, açıq yerlər, ehtimal ki, sosial yığıncaqlar üçün istifadə olunurdu. Ticarət üçün əhəmiyyətli olan şəhərdə 13-cü əsrdə istehkamlar artdı və daha çox mal axını oldu.
Kişvəri
Nemətullah Kişvəri (XV əsr, Salmas, Qərbi Azərbaycan ostanı – XVI əsr, Təbriz) — Azərbaycan şairi. XV əsrin ortalarında Cənubi Azərbaycanın Dilməqan (indiki Səlmas) şəhərində anadan olmuş, 1490-cı ilə qədər Ağqoyunlu sultanı Yaqubun sarayında yaşamış, sultan öldürüldükdən sonra saraydan uzaqlaşdırılmışdır. Onun adı Nemətullah, təxəllüsü isə Kişvəridir. O, Təbriz ədəbi mühitində formalaşmışdı. Saray şeir ənənələrinə əməl etmək məcburiyyəti qarşısında qalmış istedadlı şair məddahlığa alışa bilməmiş, Ağqoyunlu sarayını tərk edərək 6 divan yaratmış özbək şairi, mütəfəkkiri və dövlət xadimi Əlişir Nəvaiyə pənah aparmışdır. Kişvəri Azərbaycan (türk) və fars dillərində "Divan" yaratmış, əsasən lirik qəzəllər müəllifi kimi tanınmışdır. == Həyatı == Kişvərinin həyat və yaradıcılığı haqqında məlumatlar natamam və pərakəndə haldadır. Təəssüf ki, orta əsr mənbələrində şairin anadan olduğu il və yer barədə məlumata rast gəlinmir. Lakin şairin hansı illərdə yaradıcılıqla məşğul olduğunu təxmin etmək mümkündür. Sam Mirzə "Töhfəyi-Sami" təzkirəsində sənətkardan danışarkən aşağıdakı məlumatla kifayətlənir: "Mövlana Kişvəri Qəzvin çaybasarı ətrafındandır.
İşikari
İşikari (yap. 石狩市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın İşikari sabprefekturanın eyni adlı paytaxtı.
Nazim Pişiyari
Nazim Pişyari və ya Faytonçu Nazim olaraq da tanınır. (26 avqust 1968, Lənkəran) — Azərbaycan müğənnisi, aktyoru. 1968-ci il avqustun 26-da Lənkəranda anadan olub. 1985-cı ildə Bakı şəhəri 26 saylı orta musiqi məktəbinin klassik gitara və ümumi fortepiano şöbəsini bitirib. 1988-1991-ci illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fərdi qaydada vokal dərsləri alıb. 1990-cı ildən peşəkar səhnədədir. 1994-cü ildə İsveç və Norveçdə qastrol səfərlərində olub. 1995-ci ildə "Kainat" qrupunu yaradıb. 1998-ci ildə "Kainat" qrupuyla Almanıyanın bir sıra şəhərlərində qastrolda olub.
Yosuke Kaşivaqi
Yosuke Kaşivaqi (d. 15 dekabr 1987) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Nemətulla Kişvəri
Nemətullah Kişvəri (XV əsr, Salmas, Qərbi Azərbaycan ostanı – XVI əsr, Təbriz) — XV əsrin ortalarında Cənubi Azərbaycanın Dilməqan (indiki Səlmas) şəhərində anadan olmuş, 1490-cı ilə qədər Ağqoyunlu sultanı Yaqubun sarayında yaşamış, sultan öldürüldükdən sonra saraydan uzaqlaşdırılmışdır. Onun adı Nemətullah, təxəllüsü isə Kişvəridir. O, Təbriz ədəbi mühitində formalaşmışdı. Saray şeir ənənələrinə əməl etmək məcburiyyəti qarşısında qalmış istedadlı şair məddahlığa alışa bilməmiş, Ağqoyunlu sarayını tərk edərək 6 divan yaratmış özbək şairi, mütəfəkkiri və dövlət xadimi Əlişir Nəvaiyə pənah aparmışdır. Kişvəri Azərbaycan (türk) və fars dillərində "Divan" yaratmış, əsasən lirik qəzəllər müəllifi kimi tanınmışdır. Kişvərinin həyat və yaradıcılığı haqqında məlumatlar natamam və pərakəndə haldadır. Təəssüf ki, orta əsr mənbələrində şairin anadan olduğu il və yer barədə məlumata rast gəlinmir. Lakin şairin hansı illərdə yaradıcılıqla məşğul olduğunu təxmin etmək mümkündür. Sam Mirzə "Töhfəyi-Sami" təzkirəsində sənətkardan danışarkən aşağıdakı məlumatla kifayətlənir: "Mövlana Kişvəri Qəzvin çaybasarı ətrafındandır. Nəstəliq xətti ilə yazılmış çoxlu şeirləri var.
Nemətullah Kişvəri

Kişiləri qoruyun (film, 2006)
== Məzmun == Orxan (Anar Heybətov) Ceyranın nişanlısıdır. Lakin bir gün Ceyranı (Samirə Rüstəmova) zooparkda ayı ilə təkbaşına buraxıb qaçandan sonra onların arası birdəfəlik dəyir. Ceyran isə ayı qiyafəsində zooparkda işləyən Zaura (Tural Əsədov) aşiq olur. İş evlənməyə qədər gəlib çıxanda Orxan toy günü Zaurdan və Ceyrandan qisas almaq qərarına gəlir. Və dostunun (Əkbər Əlizadə) köməyi ilə toy günü bəyi oğurlayır. Lakin sonluqda yenə xeyir şərə qalib gəlir. Film bir neçə ayrı süjet xəttinə malikdir: Ceyranın atasının (Ramiz Əzizbəyli) baş həkim olduğu ruhi xəstəxanada baş verən tragikomik əhvalatlar, digər şadlıq sarayları ilə rəqabət aparmağa çalışan sarayların birində baş verən əhvalatlar və nəhayət Zaurla Ceyranın başına gələn əhvalat.