Nemətullah Kişvəri

Nemətulla Kişvəri — XV əsrin ortalarında Cənubi Azərbaycanın Deyləmqan (indiki Səlmas) şəhərində anadan olmuş, 1490-cı ilə qədər Ağqoyunlu sultanı Yaqubun sarayında yaşamış, sultan öldürüldükdən sonra saraydan uzaqlaşdırılmışdır.[1] Onun adı Nemətulla, təxəllüsü isə Kişvəridir.[2]

Kişvəri
Doğum tarixi XV əsr
Doğum yeri
Vəfat tarixi XVI əsr
Vəfat yeri
Fəaliyyəti şair, yazıçı
Əsərlərinin dili Azərbaycan dili
Vikimənbənin loqosu Kişvəri Vikimənbədə

O, Təbriz ədəbi mühitində formalaşmışdı. Saray şeir ənənələrinə əməl etmək məcburiyyəti qarşısında qalmış istedadlı şair məddahlığa alışa bilməmiş, Ağqoyunlu sarayını tərk edərək 6 divan yaratmış özbək şairi, mütəfəkkiri və dövlət xadimi Əlişir Nəvaiyə pənah aparmışdır.[1][3] Kişvəri Azərbaycan (türk)fars dillərində "Divan" yaratmış, əsasən lirik qəzəllər müəllifi kimi tanınmışdır. Onun Əlişir Nəvaiyə həsr olunmuş bir sıra şeirləri vardır. Doğma dildə yazdığı qəzəllərindən birində Kişvərinin poetik məharətinin şahidi oluruq:[1]

"

Məndən ey naseh ki, rüsvayi-cahanam yarsız,
Arü namus istəmə kim, aşiq olur arsız.

"

Azərbaycan (türk) ədəbi dilinin formalaşmasına Nemətulla Kişvərinin böyük təsiri olmuşdur. Azərbaycan şeirində ərəb və fars tərkiblərinin azaldılması prosesində bu şairin nəzərəçarpacaq rolu vardır.[1] Kişvəri şeirlərində güclü azadlıq meylləri və həyat eşqi duyulur.[3] O, insanları ömrü mənalı keçirməyə, həyatın gözəlliklərindən zövq almağa çağırır. Sadə xalq danışıq dilindən istifadə edərək yazdığı qəzəllərdə şair real, həyati məhəbbəti tərənnüm edir. Heç bir dini təriqətə qoşulmayan sənətkarın şeirlərində bədii, fəlsəfi ümumiləşdirmələrlə yanaşı həyatilik, gerçəkliyə bağlılıq var. Bəzən isə şair həyatdan, dövrün ədalətsizliklərindən şikayətlənir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 "Arxivlənmiş surət". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-08.
  2. "Arxivlənmiş surət". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-08.
  3. 1 2 3 https://archive.org/stream/AzrbaycanKlassikDbiyyatyndanSenmSlrIICild/az.kss2_djvu.txt

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]