Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kilkə
Kilkələr (lat. Clupeonella) — Siyənəkkimilər (Clupeidae) fəsiləsinə aid dəniz balığı cinsi. Cinsə daxil olan növlər 14,5 sm uzunluğa və 26 q çəkiyə sahib olurlar. Yetkinlik yaşına 1–2 illiyində çatırlar. Orta ömür müddəti 5–6 ildir. Əsasən kiçik zooplanktonlarla qidalanırlar. Xırda balıqlardır. Boğazından anal dəliyinə qədər "kil" olduğuna görə kilkə adlanır. Xəzər dənizində üç növü yaşayır. Ən çox ehtiyata malik olanı ançousabənzər kilkədir.
Ançous kilkə
Ançousabənzər kilkə (lat. Clupeonella engrauliformis) — kilkələr cinsinin nümayəndəsidir. == Yayılması == Bu kilkə Cənubi və Orta Xəzərin sahildən aralı, dərinliyi 20 m-dən çox olan hissələrində, əsasən isə dairəvi axın zonasında, 50–200 m dərinliklərdə yayılmışdır. Dənizin 200 m-dən dərin hissələrində də ançousabənzər kilkəyə təsadüf edilir. == Morfoloji əlamətləri == Bədəni oxlovşəkilli, alçaq, qarıncığı dəyirmiləşmişdir, kili güclə seçilir. Qalınlaşmış beli tünd göy rəngdədir. Ağzı kiçikdir. Gözləri xırdadır, anal üzgəcin iki son şüası uzanmışdır. Bel üzgəcində 12-14,anal üzgəcində 16-18 şüa olur.Uzunluğu 14,5-15,5 sm-ə, kütləsi 20 q-a qədər çatan bu kilkə 7 ilə qədər yaşayır. == Yaşayış yeri və həyat tərzi == Dəniz balığıdır, şirin suya getmir.
Ançousabənzər kilkə
Ançousabənzər kilkə (lat. Clupeonella engrauliformis) — kilkələr cinsinin nümayəndəsidir. == Yayılması == Bu kilkə Cənubi və Orta Xəzərin sahildən aralı, dərinliyi 20 m-dən çox olan hissələrində, əsasən isə dairəvi axın zonasında, 50–200 m dərinliklərdə yayılmışdır. Dənizin 200 m-dən dərin hissələrində də ançousabənzər kilkəyə təsadüf edilir. == Morfoloji əlamətləri == Bədəni oxlovşəkilli, alçaq, qarıncığı dəyirmiləşmişdir, kili güclə seçilir. Qalınlaşmış beli tünd göy rəngdədir. Ağzı kiçikdir. Gözləri xırdadır, anal üzgəcin iki son şüası uzanmışdır. Bel üzgəcində 12-14,anal üzgəcində 16-18 şüa olur.Uzunluğu 14,5-15,5 sm-ə, kütləsi 20 q-a qədər çatan bu kilkə 7 ilə qədər yaşayır. == Yaşayış yeri və həyat tərzi == Dəniz balığıdır, şirin suya getmir.
İrigöz kilkə
İrigöz kilkə (lat. Clupeonella grimmi) — Xəzər dənizində yaşayan endemik növdür. == Yayılması == İrigöz kilkə Cənubi və Orta Xəzərin 40-50- m-dən yuxarı (200–500 m və daha çox) dərinliklərində yayılmışdır.Belə sahələr Xəzər dənizinin ümumi sahəsinin 50% - dən çoxunu (200 min km2 ) təşkil edir. İrigöz kilkə üst qatlardan çəkinərək Xəzərin daha dərin qatlarında yaşamağa uyğunlaşdığından dənizdə neft çıxarılan ərazilərdə (müqavilə sahələrində) daha çox təsadüf edilir. Mövsümlə əlaqədar olaraq irigöz kilkə areal daxilində müntəzəm olaraq öz yerini dəyişir. Belə ki, qış - yaz mövsümündə irigöz kilkə Cənubi Xəzərin şimali-qərbində və şərq hissəsində, payız mövsümündə isə Cənubi və Orta Xəzərin şimali - qərbində külli miqdarda toplanır. Adi və ançousabənzər kilkə növlərinə nisbətən irigöz kilkənin başı böyük, gözləri iri, üzgəcləri isə uzun olur. İrigöz kilkə digər kilkələrlə yanaşı Xəzər ixtiofaunasmm vətəgə əhəmiyyətli ən kiçik balıqlarından olub, uzunluğu 45–120 mm-ə, nadir hallarda isə 150 mm-ə çatır. == Morfoloji əlamətləri == D 12-18, orta hesabla 14,8, A 18-21, qəlsəmə dişiciklərini sayı 43-51, orta hesabla 47,4, omurğa pulcuqlarının ümumi sayı 21-30, orta hesabla 26,0-dır. Başı hündür və böyükdür, başının uzunluğu bədən uzunluğunun 23,5%-dən çoxdur.
Hamsi (kilkə) Dolması
Hamsi (kilkə) Dolması - Türkiyənin Qara dəniz sahillərində ən sevilən yeməklərdən biridir və “hamsi dolması” adı ilə məşhurdur.
Qaradəniz kilkəsi
Qaradəniz kilkəsi (lat. Clupeonella cultriventris) — Siyənəkkimilər (Clupeidae) fəsiləsinə daxil olan sənaye əhəmiyyətli dəniz balığı. Əvvəllər Qaradəniz kilkəsi iki yarımnövə bölünürdü:Xəzər kilkəsi (Clupeonella caspia) və Carqalen kilkəsi (Clupeonella tscharhalensis). == Təsviri == Bədəninin uzunluğu 15 sm, çəkisi isə 22 q təşkil edir. Bədəni güclü şəkildə yanlardan sıxılmışdır. Kilkənin yanları boyunca 24–19 (ortalama 27) cərgə pulcuq olur. Başı uzun və enlidir. Bel üzgəcində 14–17 (ortalama 15), anal üzgəcində 17–21 (ortalama 18) şüa olur. Fəqərələrinin sayı 41–43 (ortalama 42), quyruqda 23–26 (ortalama 25) olur. Rəngi boz-yaşıldan, mavi-yaşıla qədər olan çalarlarda olur.
Xəzər kilkəsi
Xəzər kilkəsi (lat. Clupeonella caspia) — Siyənəkkimilər (Clupeidae) fəsiləsinə daxil olan sənaye əhəmiyyətli dəniz balığı. Əvvəllər Qaradəniz kilkəsinin yarımnövü hesab edilirdi. Son təsnifat zamanı bu balığın müstəqil bir növ olması təstiqlənmişdir. Xəzər kilkəsi ancaq Xəzər dənizində yaşayır. Balıqların maksimal uzunluğu 15 sm təşkil edir. İqtisadi əhəmiyyətli sənaye balığıdır. == Arealı == Xəzər kilkəsinin bütün sakit sularında müşahisə etmək mümkündür. Bircə Qaraboğazgöl körfəzi istisnadır. Onlara Volqa, Ural və Terek çaylarının mənsəblərində belə müşahidə etmək mümkündür.
Kilsə
Kilsə — Xristianlığın ibadətlərinin və digər bəzi dini vəzifələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ictimai bina, məbəd.
Aşağı Kilsə
Aşağı Kilsə — İrəvan quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km cənub-qərbdə, Hallavarla Güllüdərə kəndləri arasında yerləşir. Quqark rayonunda tarixən Kilsə kəndi olmuşdur. Sonra Kilsə kəndindən ayrılanlar yeni kənd salırlar. Yeni salınan kənd Kilsə kəndindən fərqləndirilmək üçün Aşağı Kilsə kəndi adlandırılmışdır. Toponim «aşağı» fərqləndirici sözü ilə «dini məbəd» mənasında işlənən kilsə sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1922-ci ildə 87, 1926-cı ildə 110, 1931-ci ildə 128 nəfər, 1987-ci ildə 120 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin dekabr ayında ermənilər kəndə hücum edərək azərbaycanlıları zor və qırğınlarla öz doğma kəndlərindən qovmuşlar. İndi burada yalnız ermənilər yaşayır.
Kilsə (Kəlbəcər)
Kilsə — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Kilsə Kəlbəcər rayonunun Çaykənd inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə indiki Laçın rayonunun Alxaslı kəndindən gəlmiş Qasım Məhərrəmoğlu saldığına görə ona Qasımlı da deyilir. Kənd meşənin ortasında, köhnə kənd yerində, qədim alban kilsəsinin ətrafında salındığına görə belə adlandırılmışdır.
Kilsə (Xoy)
Kilsə (fars. كليسا‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Kilsə (dəqiqləşdirmə)
Kilsə — xristian dini və onun cərəyanlarının cəmiyyəti (Xristian kilsəsi, pravoslav kilsəsi, katolik kilsəsi, protestan kilsəsi, saentologiya kilsəsi, marmonlar kilsəsi və s). Bu termin islam və iudaizm dinlərinə xas deyil. Kilsə (bina) — Xristianların ibadetlərini həyata keçirdikləri bina, məbəd. Kilsə-təşkilat — ümumi inamla birləşən insanlar cəmiyyəti. Kilsə-rəşkilat dinin saflığını qoruyur və yeni üzvləri cəlb edir.Yaşayış məntəqələriKilsə (Mahnişan) Kilsə (Xoy) — Kilsə (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd.
Kilsə (fərqləndirmə)
Kilsə sözü xristianlıqda iki fərqli mənada işlənir: Kilsə (bina): ibadət və toy mərasimi kimi dini vəzifələrin yerinə yetirildiyi bina, məbəd. Kilsə (təşkilat): Öz ruhaniləri, binaları, digərlərinə nisbətən fərqli təlimlərə sahib xristian təriqətləri.
Kilsə doktoru
Kilsə doktoru — Kilsə doktoru fəxri bir ünvandır. Katolik Kilsəsi tərəfindən teologiya sahəsində ən yüksək səlahiyyətə sahib olduğu qəbul edilən istər kişi, istərsə də qadın vəftizli şəxsdir. İmanlarının dərinliyi və müqəddəs, nümunəvi yaşayışları, onların təlimlərinin düzgünlüyü ilə birlikdə, yazılarına və təlimlərinə xristian doktrinasında uzunmüddətli və diqqətəlayiq bir çəki və təsir qazandırır.
Kilsə məclisi
Ekumenik Kilsə Məclisləri - rasmi Xristian kilsəsi tərəfindən və onun adından adından çağrılan keşişlərin toplantılarıdır. Bu məclislərdə dini əqidə ilə bağlı yaranan problemlər həll olunurdu. Ekumenik kilsə məclislərindən yalnız ilk yeddisi həm Ortodoks (Pravoslav), həm də Katolik kilsələri tərəfindən qəbul olunmaqdadır. == I Ekumenik (I Nikeya) Kilsə Məclisi (325-ci il) == Roma imperatoru I Konstantin tərəfindən Nikeya şəhərində çağırılmışdır. Bu məclisdə xristian imanının simvolu . tərtib edildi. Burada Roma, İsgəndəriyyə, Antakiya və Qüds yepiskoplarının Kilsə üzərində xüsusi səlahiyyətləri təsdiq edildi. Daha sonra bu məclisdə presviter Ariusun təlimi pislənib, rədd edildi. Belə ki, Arius hesab edirdi ki, Tanrının oğlu (İsa) Atanın ən yüksək məxluqudur və Ondan fərqli mahiyyətə malikdir. Onun fikrincə, İsa mahiyyətinə görə deyil, yalnız oğulluğa götürüldüyünə görə Tanrının oğlu adlandırılmalıdır.
Qızıl kilsə
Qızıl kilsə (erm: Karmiravank) – Türkiyə Cümhuriyyətində, Qars ilinin Ani şəhər xarabalığının 15 km Şimalında, Yağıkəsən kəndi ərazisində erkən orta əsrlər dövrünə aid kilsə. Kilsə kiçik bir çayın kənarında, ətrafında heç bir ağac olmayan hündür bir təpənin üstündə inşa edilmişdir. Kilsənin kilometrlərlə uzaqlıqdan görünən konik dam silueti, üfuqdəki dağ və təpələrlə uyğunluq təşkil edərək, əsrarəngiz bir görüntü əmələ gətirir. Kilsənin tarixiylə bağlı demək olar ki, heç nə məlum deyil. Sadəcə araşdırmaçılar binanın bir erkən orta əsr abidəsi olduğunu qeyd edirlər. Kilsə, XIX əsrə qədər Yağıkəsən kəndinin kilsəsi olaraq istifadə edilmiş və rəsmi qeydlərdə adı Surb Astvatsatzin (Məryəm ana kilsəsi) olaraq qeyd edilmişdir. 1877-ci il Rusiya – Osmanlı müharibəsində kilsə böyük ziyan görmüş, lakin sonradan dəyən zərər aradan qaldırılmışdır. Keşiş Salatiel Ter Davityanın kilsəni "öz əlləriylə" bərpa etməsi haqqında kilsənin giriş qapısı üstündəki kitabədə məluat verilir. 1920-ci ildə Yağıkəsən kəndinin əhalisi Qərbi Azərbaycan ərazisində qurulan qondarma Ermənistan SSR ərazisinə köçürülənə kimi kənd bir erməni kənd idi və kilsə də həmin kəndin sakinlərinə məxsus idi. Kəndin əhalisi Azərbaycana köçürüldükdən sonra isə kilsə tərk edilib.
Titulyar kilsə
Titulyar kilsə — Roma ətrafında inşa edilmiş və adları onları tez-tez tanıyan havadarlarına aid edilən bir çox erkən xristian kilsələrindən (toplu olaraq "tituli" kimi tanınır): Bu növün tituluna istinad edən ən qədim mətn IV əsrə aiddir — Böyük Afanasiyin Ariellərə qarşı müdafiəsi. V əsrin sonunda Liber Pontificalis 25 tituli tanıdı. XII əsrdə daha üçü əlavə edildi. Roma Katolikliyində bu kilsələrdən birinin sahibi tituldur. Bu sahiblər əvvəlcə ənənəvi olaraq yüksək sosial statuslu yerli Romalılar idi. Romalı İtalyan olmayan bir titula sahib olan ilk kilsə Santi-Kuattro-Koronati idi: Ditrix Trir, 975-ci ildə Papa VII Benedikt tərəfindən titullu təyin edildi. Bu bazilika, əvvəlcə, şübhəsiz ki, geniş Roma villasına sahib olan qurucusuna görə Titulus Aemilianae adlanırdı. Bu gün kardinal presbiyer dərəcəsindəki kardinallar kollecinin hər bir üzvünə titullu bir kilsə təyin edilmişdir. Kollec beynəlmiləlləşdikdən sonra hər bir kardinala bir titul verildi və onu Roma ruhanilərinin fəxri üzvü etdi. Bu gün kardinal ağsaqqallar titullu kilsələri ilə sərbəst himayə münasibətlərinə malikdirlər (adları və gerbləri kilsədəki xatirə lövhəsində yazılmışdır, kilsələrini saxlamaq və bərpa etmək üçün pul da alır), lakin artıq faktiki kilsənin rəhbərliyində iştirak etmirlər.
Xristianlıqda kilsə
Xristian kilsəsi (q.yun. Κυριακόν) — kilsənin yaradıcısı İsa Məsihin Tanrı və Xilaskar olması kimi ortaq bir inancla birləşən xristianların dini icması. Dini araşdırmalarda, kilsə ümumi bir etiqad əsasında birləşən, ayrı bir icma və ya ümumdünya xristian icmalarının birliyi olaraq xristianlar birliyini ifadə edir.
Yaşıl kilsə
Müqəddəs Vəftizçi Yuhənna kilsəsi (erm. Սուրբ Հովհաննսես Մկրտիչ եկեղեցի) — Şuşada yerləşən və el arasında daha çox Yaşıl kilsə (erm. Կանաչ Ժամ — Kanaç jam) kimi tanınan, hal-hazırda fəaliyyət göstərməyən kilsə. Kilsə 1818-ci ildə, digər mənbələrə görə 1847-ci ildə inşa edilmişdir. Əvvəlki günbəzi yaşıl rəngdə olduğuna görə qeyri-rəsmi olaraq Yaşıl kilsə kimi tanınmışdır. Yarımdairəvi günbəz sonradan itiuclu günbəz ilə əvəz edilmişdir. Azərbaycanda kilsənin əvvəllər rus pravoslav kilsəsi olduğu haqda fikirlər irəli sürünmüşdür.2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Erməni Həvari kilsəsinin tabeliyində olan Yaşıl kilsə fəaliyyətini dayandırmışdır. 2021-ci ildə erməni mənbələri yaydığı peyk şəkilləri əsasında kilsənin azərbaycanlılar tərəfindən məhv edilməsini iddia etmişdir. Azərbaycan mənbələri bunun həqiqət olmadığını və müharibə zamanı zərər görmüş kilsə binasında hal-hazırda təmir işlərinin aparıldığını və günbəzin bərpa edildiyini bəyan etmişdir.Həmçinin ermənilər Şuşanın azad edilməsindən sonra Azərbaycanın kilsəni sökərək, təmir adı ilə ruslaşdırdığını, Azərbaycan isə əksinə kilsənin əslində rus-provaslav kilsəsi olduğunu, Şuşanın işğalından sonra ermənilərin bu kilsəni erməniləşdirdiyini, dairəvi günbəzini ləğv edərək qriqoryan kilsəsinə çevirdiyini, indi isə Azərbaycanın kilsəni təmir edərək ilkin vəziyyətinə qaytarmaqda olduğunu açıqlayıb. == Şəkillər == == İstinadlar == == Xarici keçidlər == Şuşadakı kilsə kimə məxsusdur?
Yuxarı Kilsə
Yuxarı Kilsə, Kilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km cənub-şərqdə yerləşir. Toponim cəhət, fərqləndirici əlamət bildirən yuxarı sözü ilə dini mərkəz bildirən kilsə sözündən əmələ gəlmişdir. Kəndin Kilsə adlarıdırılması XV yüzillikdə Yuxarı Kilsə kəndində tikilmiş alban kilsəsi ilə bağlıdır. Alban kilsəsi 1935-ci ildə dağıdılıb. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1922-ci ildə 96 nəfər, 1926-cı ildə 130 nəfər, 1918-ci ildə 154 nəfər, 1987-ci ildə 575 nəfər azərbaycanlı yaşamışdır. Kəndin əhalisi 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından zorla qovulmuşlar. İndi burada ermənilər yaşayır.
İstehkam kilsə
İstehkam kilsə (alm. Wehrkirche‎, rus. Веркирхе) — tikilisi və yerləşməsi səbəbindən istehkam kimi istifadə edilə bilən kilsə. Rus kilsə inşası praktikasında bu tip binalar üçün xüsusi bir termin yoxdur. Əhali kilsələrə sığınaraq orada düşməndən xilas olmağı haqqında tarixdə bir çox nümunə var. Bu tip kilsələr orta əsrlərdə Avropada möhkəmləndirmə prinsiplərinə əsaslı bir dəyişiklik gətirən odlu silahın hələ geniş tətbiq olunmadığı bir dövrdə qurulmağa başlanıldı. Bəzən bu cür kilsələr qüllələr, oyaq və digər müdafiə elementləri olan möhkəm divarla əhatə olunmuşdur. Bu divarın içərisində tez-tez bir qəbiristanlıq yerləşdirilibdir. Belə bir quruluşun tipik bir nümunəsi, Nyurnberq hava limanından şimalda yerləşən Kraftsxof (alm. Kraftshof‎) kəndindəki Müqəddəs Georqa həsr olunmuş istehkam kilsə.
Kilsə (Mahnişan)
Kilsə (fars. كليسا‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 195 nəfər yaşayır (42 ailə).
Qanlı kilsə
Qanlı Kilsə və ya Müqəddəs Məryəm Kilsəsi — İstanbulda yerləşən pravoslav kilsəsidir. İstanbulda Osmanlı dövründə məscidə çevrilməyən və yunanların ibadətinə buraxılan Bizans dövründən qalmış yeganə kilsədir. Fatih səmtində hündür divarlar arxasında olan kilsə ümumiyyətlə ictimaiyyətə açıq deyil. == Tarixi == 7-ci əsrin əvvəllərində İstanbulun beşinci təpəsində Bizans imperatoru Maurikiosun qızı şahzadə Sopatra və onun dostu Eustolia tərəfindən monastır tikilmişdir, lakin monastır Dördüncü Səlib yürüşündən sonra qurulan Latın İmperiyası dövründə dağıdılıb.1261-ci ildə şəhər Bizanslılar tərəfindən yenidən ələ keçirildikdən sonra Georgios Akropolitesin qayınatası və VIII Mixailin dayısı İsaakios Doukas, eyni yerdə sadə bir mərtəbəli monastır tikdirmişdi. 1281-ci ildə İmperator VIII Mixayılın qeyri-qanuni qızı və Monqol Elxanlı hökmdarı Abaqa xanın həyat yoldaşı Maria Despina Palaiologina ərinin ölümündən sonra İstanbula qayıdır. Maria Despina monastır və kilsəni günümüzə gəlib çatan formada tikdirdi və Ktētorissa (qurucu) titulunu aldı. Bu tarixdən etibarən monastır və kilsəyə Mouchliōtissa (yunanca "monqolların") ləqəbi verildi. 1453-cü ildə İstanbulun fəthindən sonra kilsə Sultan II Mehmet tərəfindən Fateh məscidinin memarı Christodoulos'un anasına bağışlanmışdı.
Kilsə Ataları
Kilsə Ataları ( yun. Ἐκκλησιαστικοί Πατέρες ; pravoslavlıqda müqəddəs atalar) — IV əsrin sonlarından doqmatikanın, iyerarxik təşkilatın və ibadətlərin formalaşmasında xüsusi çəkiyə malik olan keçmişin görkəmli və nüfuzu kilsə xadimləri münasibətdə istifadə edilən fəxri titul. Hesab olunur ki, Kilsə Ataları ortodoksallıq, həyatlarının müqəddəsliyi və kilsənin tanınması ilə seçilir; Katolik tədqiqatçılar bu meyarlara qədimliyi də əlavə edirlər. Kilsə Atalarının fəlsəfi və teoloji təlimi patristika, ilahiyyat elminin bu təlimi öyrənən bölməsi isə patrologiya adlanır. Katoliklik və pravoslavlıqda eyni asketlər və ruhani yazıçılar Kilsə Ataları adlandırılır, lakin onların ehtiram səviyyəsində fərq var. Qərbdə klassik patristik dövr adətən Sevilyalı İsidor , Rus Pravoslav Kilsəsində - Dəməşqli İoann , Yunan kilsələrində - Qriqori Palamas və onun tərəfdarları ilə başa çatmış hesab olunur. Sonrakı ilahiyyatçılar Qərbdə Kilsə doktorları, onların təlimi isə sxolastika adlanır.
İlkə Özyüksəl
İlkə Özyüksəl (türk. İlke Özyüksel) — Türkiyə müasir beşnövçülük idmançısı, Olimpiya Oyunlarının iştirakçısı. == Bioqrafiyası == İlkə Özüksəl 26 fevral 1997-ci ildə Ankarada anadan olub. Onun atası İlkə anadan olanda təqaüdçü, anası isə məktəbdə məsləhətçi işləyirdi. Ana 15 yaşında göz hipertoniyası səbəbindən görmə qabiliyyətini itirir. Görmə qüsurlu olmasına baxmayaraq, onun anası ali təhsil alır və eyni zamanda ən uğurlu tələbə olur. Doğuşdan iki həftə sonra İlkə ağır xəstələnir. Həkimlər əvvəlcə xərçəngdən şübhələndilər, lakin üç günlük konfrans üçün Türkiyədə olan ABŞ-da yaşayan başqa bir mütəxəssis ona müalicə edilmədikdə ölümlə nəticələnə bilən infantil hemangioma diaqnozu qoyur. İlkə lazer terapiyası keçirir və sağ qala bilir. O, beş damar əməliyyatı keçirmək məcburiyyətində qalır.
Aquen kilsə məclisi
Aquen kilsə məclisi, Aquen məclisi, Aluen məclisi — Qafqaz Albaniyası xristian ruhanilərinin 488-ci ildə Aquendə (indiki Ağdam rayonu ərazisində) alban hökmdarı III Vaçaqan tərəfindən çağırılmış yığıncağı. İlk hüquqi alban sənədinin qəbul olunduğu ali kilsə məclisi. == Aquen kilsə məclisinin kecirildiyi tarixi şərait == Aquen qanunları erkən orta əsrlər Qafqaz Albaniyasının dövrümüzə gəlib çatmış ilk və yeganə siyasi hüquqi sənədi kimi böyük əhəmiyyətə malikdir. Bu sənəddə Albaniyada sosial, hüquq və kilsə münasibətləri öz əksini tapmışdır. Aquen qanunlarının qəbul olunduğu zamanadək Albaniyada, Ermənistanda və Gürcüstanda kilsənin ehtiyac və maraqlarını ifadə edən tərcümə və orijinal qanun mətnləri mövcud idi: hüquqi normalarla birlikdə Bibliyanın tərcüməsi, ümumdünya kilsə məclislərinin (325-ci ilin Nikeya, 381-ci ilin Konstantinopol, 431-ci ilin Efes kilsə məclislərinin) bütün xristianlar üçün icbari olan qanunları. Ümumdünya kilsə məclislərinin hüquqi kodekslərinin müəyyən təsiri və Albaniyada ictimai münasibətlərin daxili inkişafı nəticəsində alban qanunlarının yaradılması zərurəti meydana gəldi. Alban hökmdarı III Vaçaqan Albaniyanın müstəqilliyini möhkəmləndirməyə can ataraq, yad dini-siyasi təsirlərə və yadelli qüvvələrin assimilyasiya siyasətinə qarşı dura biləcək müstəqil alban kilsəsinin böyük siyasi rolunu nəzərə alaraq alban kilsəsinin dayaqlarını möhkəmləndirməyi, onu iqtisadi cəhətdən gücləndirməyi zəruri hesab edirdi. Bunu isə alban kilsə hüquqi normalarının qəbul olunması yolu ilə etmək mümkün idi. III Vaçaqan bu məqsədlə 498-ci ildə Aquen kilsə məclisini çağırdı. Aquen məclisinin çağırılması səbəblərini izah edən Moisey Kalankatlı yazırdı ki, "ruhani olmayanlarla ruhanilər arasında, azatlarla qara camaat (ramiklər) arasında narazılıqlar baş verdi; onda hökmdar məclis — böyük məhkəmə qurmaq istədi".
Aluen kilsə məclisi
Aquen kilsə məclisi, Aquen məclisi, Aluen məclisi — Qafqaz Albaniyası xristian ruhanilərinin 488-ci ildə Aquendə (indiki Ağdam rayonu ərazisində) alban hökmdarı III Vaçaqan tərəfindən çağırılmış yığıncağı. İlk hüquqi alban sənədinin qəbul olunduğu ali kilsə məclisi. == Aquen kilsə məclisinin kecirildiyi tarixi şərait == Aquen qanunları erkən orta əsrlər Qafqaz Albaniyasının dövrümüzə gəlib çatmış ilk və yeganə siyasi hüquqi sənədi kimi böyük əhəmiyyətə malikdir. Bu sənəddə Albaniyada sosial, hüquq və kilsə münasibətləri öz əksini tapmışdır. Aquen qanunlarının qəbul olunduğu zamanadək Albaniyada, Ermənistanda və Gürcüstanda kilsənin ehtiyac və maraqlarını ifadə edən tərcümə və orijinal qanun mətnləri mövcud idi: hüquqi normalarla birlikdə Bibliyanın tərcüməsi, ümumdünya kilsə məclislərinin (325-ci ilin Nikeya, 381-ci ilin Konstantinopol, 431-ci ilin Efes kilsə məclislərinin) bütün xristianlar üçün icbari olan qanunları. Ümumdünya kilsə məclislərinin hüquqi kodekslərinin müəyyən təsiri və Albaniyada ictimai münasibətlərin daxili inkişafı nəticəsində alban qanunlarının yaradılması zərurəti meydana gəldi. Alban hökmdarı III Vaçaqan Albaniyanın müstəqilliyini möhkəmləndirməyə can ataraq, yad dini-siyasi təsirlərə və yadelli qüvvələrin assimilyasiya siyasətinə qarşı dura biləcək müstəqil alban kilsəsinin böyük siyasi rolunu nəzərə alaraq alban kilsəsinin dayaqlarını möhkəmləndirməyi, onu iqtisadi cəhətdən gücləndirməyi zəruri hesab edirdi. Bunu isə alban kilsə hüquqi normalarının qəbul olunması yolu ilə etmək mümkün idi. III Vaçaqan bu məqsədlə 498-ci ildə Aquen kilsə məclisini çağırdı. Aquen məclisinin çağırılması səbəblərini izah edən Moisey Kalankatlı yazırdı ki, "ruhani olmayanlarla ruhanilər arasında, azatlarla qara camaat (ramiklər) arasında narazılıqlar baş verdi; onda hökmdar məclis — böyük məhkəmə qurmaq istədi".
Maks Tilke
Maks Tilke (6 fevral 1869, Vrotslav, Sileziya[d] – 2 avqust 1942, Berlin) — tanınmış Alman rəssamı və etnoqrafı. 1912-1913-cü illərdə Qafqaza səyahət edib və yerli xalqların milli geyimləri haqqında bilgi verən çox sayda rəsm əsərinin müəllifidir. == Həyatı == == Əsərləri == Tilke, Max Karl. “Orientalische Kostüme in Schnitt und Farbe.” Berlin: E. Wasmuth, 1922. Tilke, Max Karl. indiana.edu “Oriental Costumes Their Designs and Colors.” Berlin: E. Wasmuth, 1922. Tilke, Max Karl. “National Costumes from East Europe, Africa and Asia.” New York, Hastings House, 1978. Tilke, Max Karl. “Costume Patterns and Designs.” New York, Rizzoli, 1990.
Bilnə
Bilnə (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Bilnə (Lerik) — Azərbaycan Respublikasıınn Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Gilək
Gilanlılar və ya Giləklər (gil. گیلک, fars. گیلک‎, rus. Гилянцы) — İranda yaşayan irandilli xalq. Gilan dilinə ən yaxın dil mazandaran və talış dilidir. qalışların tərkibinə daxil olduğu gilək xalqı əsasən Gilan ostanında, az sayda Tehran ostanında və Mazandaran ostanında da yaşayırlar. == İqtisadiyyat == Gilaklar həm Alborz dağlarında, həm də bitişik düzənliklərdə yaşayırlar. Nəticə olaraq Alborz dağlarının şimal tərəfində yaşayanlar heyvandarlığa meylli olurlar, düzənlik təsərrüfatlarında yaşayanlar. Gilaklar vilayət və milli iqtisadiyyatda mühüm rol oynayaraq bölgənin əsas düyü, taxıl, tütün və çay kimi kənd təsərrüfatı məhsullarının əsas hissəsini təmin edir. Digər əsas sənaye sahələrinə balıqçılıq və kürü ixracatı və ipək istehsalı daxildir.