Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərbaycan Kinematoqrafçılar İttifaqı
Azərbaycan Kinematoqrafçılar İttifaqı — Azərbaycan kinematoqrafçılarının sovet dövründə təsis edilmiş ictimai birliyi. == Tarixi == 11 yanvar 1963-cü ildə təsis edilmişdir. Təşkilatın 1981-ci il V qurultayında kinodramaturq Rüstəm İbrahimbəyov AKİ-nin birinci katibi seçilmişdir. İttifaq MDB və Baltik ölkələri Kino İttifaqları Konfederasiyasınn təsisçilərindən və üzvüdür. 1981-ci il V qurultayında kinodramaturq Rüstəm İbrahimbəyov Azərbaycan Kİ-nin birinci katibi seçilmişdir. 1996-cı ildə MDB və Baltikanı Kinematoqrafçılar Birliyi Konfederasiyasının iştirakı ilə, Azərbaycan Kinematoqrafçılar ittifaqı Azərbaycanda dünya kinosunun 100 illiyinə həsr olunmuş ilk Beynəlxalq Bakı festivalı - "Şərq-Qərb" keçirildi və nəticədə bu cür tədbirlər ənənəvi hal aldı. 18 dekabr 2000-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev tərəfindən avqustun 2-nin kinematoqrafçılar günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalandı. Hər cümə günü kino pərəstişkarları üçün dünya və milli kinematoqrafının Qızıl Fondunu təşkil edən filmlərin nümayişləri keçirilir, həmçinin yeni çəkilmiş filmlər də göstərilir. AKİ beynəlxalq əlaqələrin inkişafı üçün çalışır. 2005-ci ildə səfirliklər və Mədəniyyət Nazirliyi ilə birgə tədbirlər keçirilmişdi.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı — Azərbaycan kinematoqrafçılarının mövcud olmuş ictimai birliyi. == Ümumi məlumat == 21 iyun 2012-ci ildə təsis edilib. Sədri Azərbaycan Respublikasının xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci il iyunun 21-də «Nİzami» Kino Mərkəzində «Kino və konseptual problemlər» mövzusunda keçirilmiş tədbirdə yaradılıb. Tədbirdə baş tutan müzakirələrdən sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaradıldığı elan olunmuş və xalq artisti Şəfiqə Məmmədova ittifaqın sədri, Cəmil Quliyev isə qurumun icraçı katibi seçilmişdir. İttifaqın təşəbbüs qrupunun və idarə heyətinin üzvləri aşağıdakılardır: Şəfiqə Məmmədova, Mais Ağabəyov, Ramiz Fətəliyev, Müşfiq Hətəmov, Səyavuş Kərimi, Cəmil Quliyev, Eldar Quliyev, Yusif Quliyev, Vaqif Mustafayev, Nəriman Məmmədov, Oqtay Mirqasımov, Ayaz Salayev. İttifaq tərəfindən Milli Kino Mükafatı təsis olunub. Mükafat hər il 2 avqust - Kino Günündə Azərbaycan kinosuna verdiyi töhfələrə görə fərqlənən kinematoqrafçıya təqdim olunacaq. == Fəaliyyəti == 2012-ci ilin iyul ayından başlayaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyəti səkkiz iclas keçirib. İdarə heyətinin iclaslarında bir sıra vacib sənədlər hazırlanıb və qəbul olunub.
Kinematoqrafçılar İttifaqı
Azərbaycan Kinematoqrafçılar İttifaqı
SSRİ Kinematoqrafçılar İttifaqı
SSRİ Kinematoqrafçılar İttifaqı — SSRİ kinematoqrafçılarını birləşdirən ictimai təşkilat. 1965-ci ilin noyabrında təsis qurultayında yaradılıb, təşkilat komitəsi 1957-ci ildə yaradılımışdı.
Azərbaycan Kinematoqrafçılar Birliyi
Azərbaycan Kinematoqrafçılar İttifaqı — Azərbaycan kinematoqrafçılarının sovet dövründə təsis edilmiş ictimai birliyi. == Tarixi == 11 yanvar 1963-cü ildə təsis edilmişdir. Təşkilatın 1981-ci il V qurultayında kinodramaturq Rüstəm İbrahimbəyov AKİ-nin birinci katibi seçilmişdir. İttifaq MDB və Baltik ölkələri Kino İttifaqları Konfederasiyasınn təsisçilərindən və üzvüdür. 1981-ci il V qurultayında kinodramaturq Rüstəm İbrahimbəyov Azərbaycan Kİ-nin birinci katibi seçilmişdir. 1996-cı ildə MDB və Baltikanı Kinematoqrafçılar Birliyi Konfederasiyasının iştirakı ilə, Azərbaycan Kinematoqrafçılar ittifaqı Azərbaycanda dünya kinosunun 100 illiyinə həsr olunmuş ilk Beynəlxalq Bakı festivalı - "Şərq-Qərb" keçirildi və nəticədə bu cür tədbirlər ənənəvi hal aldı. 18 dekabr 2000-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev tərəfindən avqustun 2-nin kinematoqrafçılar günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalandı. Hər cümə günü kino pərəstişkarları üçün dünya və milli kinematoqrafının Qızıl Fondunu təşkil edən filmlərin nümayişləri keçirilir, həmçinin yeni çəkilmiş filmlər də göstərilir. AKİ beynəlxalq əlaqələrin inkişafı üçün çalışır. 2005-ci ildə səfirliklər və Mədəniyyət Nazirliyi ilə birgə tədbirlər keçirilmişdi.
Avstraliya kinematoqrafı
Avstraliya kinosu — Avstraliyanın kinematoqrafiya və film sənayesi. Avstraliya kinosunun yaranması XX əsrin əvvəllərinə təsadüf edir. O vaxtdan bəri Avstraliyanın çəkiliş qrupları çoxsaylı filmlər çəkmiş, onlardan bir neçəsi beynəlxalq səviyyədə təriflənmişdir. Bir çox tanınmış aktyor və rejissor karyeralarına Avstraliyada başlamış, onların bir çoxu beynəlxalq reputasiya qazanmış, bəziləri isə ABŞ kimi daha böyük kino mərkəzlərində karyeralarında daha böyük uğur tapmışdır. Avstraliyada filmlər təsnifatlaşdırılaraq senzuraya məruz qalır. == Tarixi == Avstraliya İttifaqında kinematoqrafiya XX əsrin əvvəllərində yaranmışdır. "İlk xristian şəhidləri" (1900, rejissor Cozef Perri) Avstraliya İttifaqının ilk bədii filmidir. Səsli film 1930-cu ildə çəkilmişdir ("Kölgələr aləmindən", rejissor A. R. Harvud). Avstraliya İttifaqı sənədli kinosunun inkişafına məşhur Niderland rejissoru Yoris İvensin ("İndoneziya çağırır", 1945; Avstraliyada çəkilmişdir) böyük təsiri olmmuşdur. Xarici kino şirkətlərinin ölkənin kinostudiyalarına nəzarət etməsi Avstraliya İttifaqı kinematoqrafiyasının inkişafına təsir göstərmişdir.
Avstriya kinematoqrafı
Avstriya kinematoqrafı — Avstriya mədəniyyət və iqtisadiyyatının film istehsalı və onların auditoriyaya nümayişi ilə əlaqədar qolu. == Tarixi == Avstriyada ilk bədii film 1908-ci ildə çəkilmişdir ("Pillədən pilləyə", rejissor X. Hanus). 1920-ci illərdə Avstriyada işləyən macar rejissoru Aleksandr Kordanın "Şahzadə və dilənçi" (1920), "Samson və Dalila" (1923), Robert Vinenin "Orlakın əlləri" (1924) filmləri ilə Avstriya kinosunda müvəqqəti yüksəliş başlamışdı. Nasist ağalığı dövründə Avstriya kinematoqrafiyası tənəzzülə uğramışdı. İkinci Dünya müharibəsindən sonra antisemitizm əleyhinə çəkilmiş "Mühakimə" (1948, rejissor Georq Vilhelm Pabst) filmi Avstriya kinosunun nailiyyətidir. Avstriya kinosunda revü janrı ("Dünay övladı", 1951, rejissor Georq Yakobi; "Qızıl simfoniya", 1956, rejissor E. Bordozi), milli və xarici bəstəkarların həyatından alınmış bioqrafik filmlər – "Frans Şubert" (1953, rejissor V. Kilm-Velte), Motsartın həyatının son illərindən bəhs edən "Ver əlini, mənim həyatım" (1956, rejissor K. Xartl), pyes ("Uzaq ölkə", 1973, Artur Şnitslerin pyesi üzrə), opera ("Vindzor cici bacıları", 1965) və operettaların ekranlaşdırılması əsas yer tutur. 1950-ci illərin axırlarından etibarən Almaniya, ABŞ, Birləşmiş Krallıq, İtaliya, Fransa və başqa ölkələrin kino prokatları Avstriya kinosuna böyük təzyiq göstərməyə başlamışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Г. С. Паповян. Австрийская кинематография // Кино: Энциклопедический словарь / С. И. Юткевич. — Москва: Советская энциклопедия, 1987.
Azərbaycan kinematoqrafı
Azərbaycan kinematoqrafiyası — Azərbaycanda istehsal olunan filmlərdən ibarətdir. Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, hər bir xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə nüfuz edən kino sənəti bəşəriyyətin ən böyük kəşfidir. Kino yeganə sənət növüdür ki, özündə mədəniyyətin bir neçə sahəsini birləşdirir. Kinonun bir üstünlüyü də əyaniliyindədir, inandırma gücünə və təsirə malik olmasındadır. == Tarixi == === Səssiz dövr === Azərbaycan kinematoqrafının tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və "İlişdin" bədii kinosüjetdən ibarət idi. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Sankt-Peterburqdan rejissor Boris Svetlov dəvət olunmuşdur. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi.
Moldova kinematoqrafı
Moldova kinosu — Moldovanın kinematoqrafiya və film sənayesi. 1952-ci ildə Kişinyovda xronika və sənəfli filmlər kinostudiyası (1957-ci ildən "Moldova-film") təşkil olunmuşdur. İlk moldav bədii filmi ("Moldav havaları") 1955-ci ildə yaradılmışdır. Moldova kinosunda tarix və vətənpərvərlik mövzusu, eləcə də dövrün problemlərinə həsr edilmiş filmlər başlıca yer tuturdu. Moldova SSR kinosunun "Armageddon" (1962, rejissor M. İzrailev), "Payızın son ayı" (1965, rejissor V. Derbenyov), "Sergey Lazo" (1967, rejissor A. Qordon), "Qətldə ittiham edilirlər" (1969, rejissor B. Volçek), "Leytarlar" (1971, rejissor E. Lotyanu), "Sonuncu qayduk", "Kişi arxa olanda" (1972, 1977, rejissor V. Qajiu), "Dmirti Kantemir" (1973, rejissorlar V. İovitse və V. Kalaşnikov), "Gecə quşunun çığırtısına inanma" (1976, rejissor Y. Burgin), "Qala" (1978, rejissor V. Paskaru), "Şeytan yuvasında" (1981, rejissor V. İovitse) və s. filmləri ən çox tanınanlardandır. 1962-ci ildə Moldova Kinematoqrafçılar İttifaqı təşkil edilmişdir. Большая советская энциклопедия, статья «Молдавская ССР», раздел «Кино».
Kinematoqraf
Kinematoqraf (yun. κινημα, κινηματος — "hərəkət" və yun. γραφω — "yazıram" sözlərindən) — kinofilmlərin istehsalını və tamaşasını təşkil edən mədəniyyət və təsərrüfat sahəsi. Bəzən sinematoqraf (fr. cinématographe) və kinematoqrafiya (rus. кинематография) kimi də adlanır. İncəsənətin ən kütləvi növü olmaqla elmi və siyasi təbliğatın mühüm vasitəsidir. Kinematoqraf kino texnikası vasitələrinə malikdir. Filmlərin istehsalı kinostudiyalarda mərkəzləşmişdir. Kino plyonkası və aparatlarının hazırlanması ilə kino sənayesi məşğul olur.