Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aydın Kazımzadə (kinoşünas)
Aydın Ələsgər oğlu Kazımzadə (15 yanvar 1940, Bakı) — Azərbaycan kinoşünası, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2000) və əməkdar incəsənət xadimi(2005), Prezident təqaüdçüsü (2012). == Həyatı == Kazımzadə Aydın Ələsgər oğlu (Aydın Kazımov) 1940-cı il yanvar ayının 15-də Bakı şəhərində anadan olmuşdur.7-ci sinfə kimi Bakıdakı 44 nömrəli orta məktəbdə oxumuş, 1958-ci ildə isə 57 nömrəli axşam fəhlə-gənclər məktəbini bitirmişdir.1955–1958-ci illərdə istehsalatda işləyib. 1958–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsində təhsil alıb. 1963-cü ildən isə kinematoqrafiya sahəsində çalışıb. 1985-ci ildə Moskvada ÜDKİ nəzdində reklam işi üzrə yaradıcı və rəhbər kinematoqrafiya işçillərinin ixtisasartırma kurslarını bitirmişdir. 50 il iş stajı var. == Fəaliyyəti == 1963-cü ildən kinematoqrafiya sahəsində çalışıb. 1985-ci ildə Moskvada ÜDKİ nəzdində reklam işi üzrə yaradıcı və rəhbər kinematoqrafiya işçillərinin ixtisasartırma kurslarını bitirmişdir. 50 il iş stajı var. Azərbaycanda kino mətbuatının yaradıcısı olmuş, " Kino " qəzetinin və " Film " jurnalının baş redaktoru, Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsi Məlumat-reklam bürosunun direktoru, Az.
Kinoşünaslıq
Kinoşünaslıq — kino sənətinin tarixini, kinematoqrafiyanın xüsusiyyətlərini, kino sənətinin komediya, dram, sənədli film, tarixi film və s. kimi müxtəlif növlərini öyrənən peşədir. Kinoşünaslıq üç yerə bölünür: Kino tarixi, kino tənqidi və kino nəzəriyyəsi. == Tarixi == Kino yarandığı tarixdən (1895) günümüzə qədər istehsal olunmuş filmlərin tarixini öyrənir. == Tənqidi == Filmlərin və film mühitinin təhlili və qiymətləndirilməsidir. == Nəzəriyyəsi == Kinonun mahiyyətini, konseptual əsasını öyrənməyə xidmət edir, digər sənət növləri ilə əlaqəsini, bəhs etdiyi həyat hadisələrini, insanlara təsirini aydınlaşdırır.
Rafiq Əliyev (dinşünas)
Rafiq Yəhya oğlu Əliyev (1 yanvar 1947, Ağdam rayonu) – "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elməri doktoru, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri. 1953–1963: Ağdam rayonu, Quzanlı kənd orta məktəbi; 1963–1968: Azərbaycan Dövlət Universiteti, Şərqşünaslıq fakültəsi, ərəb dili bölməsi (1966–1967: Bağdad Universitetində internatura); 1972–1975: Fəlsəfə elmləri namizədi (fəlsəfə), Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun din tarixi bölməsi. Namizədlik Dissertasiyası: "Cənubi Yəməndə elmi sosializmin yayılması"; 1989–1990: Fəlsəfə elmləri doktoru (fəlsəfə), Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu. Doktorluq dissertasiyası: "Milli sosializm konsepsiyasının analizi" (Əlcəzair, Misir, Suriya, İraq, Liviya, Cənubi Yəmən); 1994: Professor (fəlsəfə tarixi), Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu. İşin adı: "İslam, millətçilik, sosializm" 1985–1998: Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, din tarixi bölməsinin müdiri; 1997–1999: Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda xarici əlaqələr üzrə müdir müavini; 1998–2000: Azərbaycan Elmlər Akademiyasının Qafqazda İslam Araşdırmaları Mərkəzinin direktoru; 1991-hazırkı vaxtadək: "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin təsisçisi, "İslam araşdırmaları" jurnalının baş direktoru (azərbaycan və ingilis dillərində), "Şərq tibb jurnalı"nın təsisçisi (azərbaycan və ingilis dillərində); 21.06.2001–27.06.2006: Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri; 27.06.2006-hazırkı vaxtadək: "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin direktoru. Demokratik Yəmən ictimai tərəqqi yolunda (Publisistika), Bakı, "Elm", 1975, 32 səh. Beynəlxalq islam təşkilatları (Məlumat kitabçası), Bakı, "Bilik", 1986, 45 səh. İslam "Milli sosializm" konsepsiyasında (Əlcəzair, Misir, Cənubi Yəmənin timsalında), Bakı, "Elm", 1986, 156 səh. "İslam və ərəb ölkələrində milli azadlıq hərəkatı" (azərbaycan dilində), Bakı, "Elm", 1985, 55 səh. "İslamizm, ərəbizm, sosializm" (rus dilində), Bakı, "Elm", 1994, 386 səh.
Kinosura burnu
Kinosura (yun. Ακρωτήριο Κυνόσουρα, q.yun. Κυνοσούρα, lat. Kynosoura, Cynosura — «İt quyruğu») — Yunanıstanın eyni adlı yarımadasının şərq qurtaracağında burun. Burun Salamin adasının şərqində, Attikanın yaxınlığında, eləcə də Psitaliya və Atlandi adalarının şimal-qərbində yerləşir. Yaxınlığında Prey şəhər-limanı var. Burun ərazisinin ən yüksək nöqtəsi 37 metrdir. Kinosura brunundan qərbdə eyni adlı kənd yerləşir. Ərazi Attika periferiyasına daxildir. Afina şəhərinin 13 km-dir.
Azərbaycan kinosunun salnaməsi (film, 2013)
Azərbaycan kinosunun 60 illiyi (film, 1976)
Azərbaycan kinosunun 60 illiyi qısametrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1976-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə 1916-cı ildə çəkilmiş ilk tammetrajlı bədii film-"Neft və Milyonlar Səltənətində" kino əsərindən sonra Azərbaycan kinosunun təşəkkül tapıb inkişaf etməsindən, kinematoqrafçıların yaradıcılıq yolundan, əldə olunan uğurlarından söhbət açılır. == Məzmun == Filmdə 1916-cı ildə çəkilmiş ilk tammetrajlı bədii film-"Neft və Milyonlar Səltənətində" kino əsərindən sonra Azərbaycan kinosunun təşəkkül tapıb inkişaf etməsindən, kinematoqrafçıların yaradıcılıq yolundan, əldə olunan uğurlarından söhbət açılır.