KİNOŞÜNAS

[ yun. kine və fars. …şünas] Kinoşünaslıq sahəsində çalışan alim.
KİNOŞƏKİL
KİNOŞÜNASLIQ
OBASTAN VİKİ
Aydın Kazımzadə (kinoşünas)
Aydın Ələsgər oğlu Kazımzadə (15 yanvar 1940, Bakı) — Azərbaycan kinoşünası, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2000) və əməkdar incəsənət xadimi(2005), Prezident təqaüdçüsü (2012). == Həyatı == Kazımzadə Aydın Ələsgər oğlu (Aydın Kazımov) 1940-cı il yanvar ayının 15-də Bakı şəhərində anadan olmuşdur.7-ci sinfə kimi Bakıdakı 44 nömrəli orta məktəbdə oxumuş, 1958-ci ildə isə 57 nömrəli axşam fəhlə-gənclər məktəbini bitirmişdir.1955-1958-ci illərdə istehsalatda işləyib. 1958-1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsində təhsil alıb. 1963-cü ildən isə kinematoqrafiya sahəsində çalışıb. 1985-ci ildə Moskvada ÜDKİ nəzdində reklam işi üzrə yaradıcı və rəhbər kinematoqrafiya işçillərinin ixtisasartırma kurslarını bitirmişdir. 50 il iş stajı var. == Fəaliyyəti == 1963-cü ildən kinematoqrafiya sahəsində çalışıb. 1985-ci ildə Moskvada ÜDKİ nəzdində reklam işi üzrə yaradıcı və rəhbər kinematoqrafiya işçillərinin ixtisasartırma kurslarını bitirmişdir. 50 il iş stajı var. Azərbaycanda kino mətbuatının yaradıcısı olmuş, " Kino " qəzetinin və " Film " jurnalının baş redaktoru, Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsi Məlumat-reklam bürosunun direktoru, Az.TV-də dublyaj şöbəsinin müdiri, " Azərkinovideo " İB-də reklam şöbəsinin müdiri, Azərbaycan Kino Ensiklopediyasının baş redaktor müavini,icraçı direktoru, Dövlət Filmfondunun direktor müavini, baş mütəxəssisi vəzifələrində çalışmışdır.
Kinoşünaslıq
Kinoşünaslıq — kino sənətinin tarixini, kinematoqrafiyanın xüsusiyyətlərini, kino sənətinin komediya, dram, sənədli film, tarixi film və s. kimi müxtəlif növlərini öyrənən peşədir. Kinoşünaslıq üç yerə bölünür: Kino tarixi, kino tənqidi və kino nəzəriyyəsi. == Tarixi == Kino yarandığı tarixdən (1895) günümüzə qədər istehsal olunmuş filmlərin tarixini öyrənir. == Tənqidi == Filmlərin və film mühitinin təhlili və qiymətləndirilməsidir. == Nəzəriyyəsi == Kinonun mahiyyətini, konseptual əsasını öyrənməyə xidmət edir, digər sənət növləri ilə əlaqəsini, bəhs etdiyi həyat hadisələrini, insanlara təsirini aydınlaşdırır.

Digər lüğətlərdə