Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Do I Wanna Know?
"Do I Wanna Know? – ingilis rok qrupu Arctic Monkeys-in Aleks Törner tərəfindən yazılmış mahnısı. 19 iyun 2013-cü ildə Domino Recording Company tərəfindən AM adlı beşinci studiya albomundan ikinci sinql olaraq buraxılmışdır. iTunes-da rəqəmsal endirmə və musiqi videosu ilə bərabər yayımlandı. Sinql kimi buraxılmazdan əvvəl mahnının premyerası qrup tərəfindən 2013-cü ilin may ayında AM Tour-da canlı ifa edildi və burada o, tez-tez açılış treki kimi səsləndirildi. "Do I Wanna Know?" Böyük Britaniya Singles Chart-da 11-ci yerə yüksəldi, bir sıra digər ölkələrdə pillələrə düşdü, ABŞ-də Billboard Hot 100 hitlərinə daxil olan ilk Arctic Monkeys mahnısı oldu və 2014-cü ilin martında 70-ci yerə yüksəldi. Mahnı 2015-ci ildə 57-ci Grammy Mükafatlarında Ən Yaxşı Rok Performansına namizəd oldu. 2019-cu ilin dekabrında mahnı Guitar World-un onilliyin ən yaxşı 20 gitara rifi siyahısında üçüncü yeri tutdu.
All We Know Is Falling
All We Know Is Falling — ABŞ rok qrupu Paramore-un debüt studiya albomu. 26 iyul 2005-ci ildə Fueled by Ramen tərəfindən buraxılıb.
Everything I Know About Love
Everything I Know About Love — İslandiya müğənnisi Leyveyin debüt studiya albomu. 26 avqust 2022-ci ildə AWAL tərəfindən buraxılıb.
You Know I'm No Good
"You Know I'm No Good", ingilis musiqiçi Emi Uaynhaus-un ikinci studio albomu Back to Black'in ikinci təklisidir (single-dır). Musiqi 2007-ci ilin yanvar ayında Birləşmiş Krallıq-da və İrlandiya-da, 2008-ci ilin fevral ayında isə ABŞ-də dərc olunmuşdur.
I Know I'm Funny Haha
I Know I'm Funny Haha — ABŞ müğənnisi Fey Vebsterin dördüncü studiya albomu. 25 iyun 2021-ci ildə Secretly Canadian tərəfindən buraxılıb.
Did You Know That There's a Tunnel Under Ocean Blvd
Did You Know That There's a Tunnel Under Ocean Blvd — amerikalı müğənni Lana Del Reyin doqquzuncu studiya albomu. 24 mart 2023-cü ildə Polydor və Interscope Records tərəfindən buraxılıb. Albomun prodüserliyini Del Reyin özü, Mike Hermosa, Jack Antonoff, Drew Erickson, Zak Daues və Benji etmişdir. Bəzi trekləri Jon Batiste, Bleachers, Father John Misty, Tommy Genesis, SYML və Riopy ifa edib.
Heaven Knows
Heaven Knows — İngiltərə musiqiçisi PinkPantheress-in debüt albomu. 10 noyabr 2023-cü ildə Warner UK tərəfindən buraxılıb. Bu albom onun 2021-ci ildə buraxdığı "To Hell with It" miksteypindən sonra gəlir. Albomdan sinql kimi buraxılan mahnılara daxildir: "Boy's a Liar Pt. 2" (Ice Spice ilə), "Mosquito", "Capable of Love" və "Nice to Meet You" (Central Cee ilə). == Haqqında == PinkPantheress 2023-cü ildə NME-yə verdiyi müsahibəsində demişdi ki, müxtəlif musiqi növlərini sınamaq istəyir və ilk albomunu bu il buraxmağı planlaşdırır. O, həmin il "Boy's a Liar Pt. 2" və "Mosquito" mahnılarının uğur qazanmasından sonra oktyabrın 12-də albom çıxaracağını elan edib. O, albomun son iki ildə yazdığı mahnılardan təşkil olunduğunu və mövzusunun tək olarkən daxili dincliyin tapılması haqqında olduğunu bildirir.
Should've Known Better
Should've Known Better (azərbaycanca: Yaxşı bilmək lazım idi) — Danimarka 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Soluna Samay ifa etdiyi mahnıdır. 23-ci yeri tutdu.
On the Internet, nobody knows you're a dog
İnternetdə heç kim sizin it olduğunuzu bilmir (ing. On the Internet, nobody knows you're a dog) — Piter Ştaynerin 5 iyul 1993-cü ildə "The New Yorker"da dərc olunan karikaturasının başlığı, internet anonimliyi haqqında məsəl və internet memi. Bu sözlər iş masasının arxasındakı stulda oturan, pəncəsini qarşısındakı kompüterin klaviaturasına qoymuş, yanındakı yerdə oturan daha kiçik itlə danışan böyük bir itin sözləridir. Ştayner 2013-cü ilə qədər onun təkrar nəşrindən 200,000 ilə 250,000 ABŞ dolları arasında gəlir əldə etmişdi və bu, "The New Yorker"dən ən çox reproduksiya edilən karikaturaya çevrilmişdi. Orijinal karikatura auksionda satımış və komiks üçün ödənilən ən yüksək qiymətə görə rekord qırmışdır. Karikaturaçı rəssam və 1979-cu ildən "The New Yorker" jurnalının müəllifi olan Piter Ştayner 1993-cü ildə onlayn hesaba sahib olmasına baxmayaraq, o zaman internetə xüsusi maraq hiss etmədiyini söyləmişdi. O, karikaturanı yalnız "başlıq uydurmaq" elementi ilə çəkmiş, ona heç bir "dərin" məna əlavə etmədiyini xatırlatmışdır. Ştayner daha sonra onun karikaturası özünəməxsus bir həyat alan zaman özünü "smaylik" yaratmış kimi hiss etdiyini və "onun necə bu qədər məşhur və tanınmış hala gəldiyini başa düşə bilmədiyini" qeyd etmişdir. 6 oktyabr 2023-cü ildə orijinal sənət əsəri "Heritage Auctions" illüstrasiya sənəti satışında 175.000 ABŞ dollarına satılmışdır. Bir vaxtlar dövlət mühəndislərinin və akademiklərinin eksklüziv sahəsi olan internet o vaxtdan "The New Yorker" kimi ümumi maraq doğuran jurnalların müzakirə mövzusuna çevrilmişdi.
Free Knowledge Foundation
Free Knowledge Foundation (FKF) — azad proqram və azad standartlar da daxil olmaqla açıq biliyi təşviq etmək məqsədi daşıyan təşkilat. 2004-cü ildə təsis edilmişdir və İspaniyanın Madrid şəhərində yerləşir. Pablo Maxon 2004-cü ildən FKF-nin prezidentidir. 2005-ci ildə Fond Riçard Stolmanı Fəxri Patron təyin etmişdir. 2006-cı ildə FKF Avropa Azad Proqram Təminatı Fondunun ortaq təşkilatı olmuşdur. == Libremeeting == FKF "LibreMeeting" – Madrid Beynəlxalq Pulsuz Bilik Görüşünü təşkil edir. Adətən Madriddən 50 km məsafədə yerləşən Miraflores-de-la-Syerra şəhərindəki La-Kristalera Mülkündə keçirilir. Fond "libre.org" mükafatlarını "LibreMeeting"də təqdim edir. Bu mükafatlar azad biliyi təbliğ edən insanlara və ya təşkilatlara verilir. == Digərləri == FKF "Libremeeting"dən başqa tədbirlər də təşkil edir və azad proqram təminatı və azad bilik ilə bağlı müvafiq beynəlxalq tədbirlərdə məruzəçilərlə iştirak edir.
Open Knowledge Foundation
Open Knowledge Foundation (OKF) — məzmun və verilənlər daxil olmaqla, informasiyanı ödənişsiz təbliğ edən və paylaşan qlobal, qeyri-kommersiya şəbəkəsi. 20 may 2004-cü ildə Kembricdə Rufus Pollok tərəfindən təsis edilmişdir. Bu, İngiltərə və Uelsdə zəmanətlə məhdud olan özəl şirkət kimi təsis edilmişdir. 2016-cı ilin mayından 2019-cu ilin mayınadək təşkilat "Open Knowledge International" adlandırılmış, lakin 2019-cu ilin may ayında "Open Knowledge Foundation" adına qayıtmaq qərarına gəlmişdir. "Open Knowledge Foundation"ın məqsədləri bunlardır: Açıq bilik ideyasının həm nə olduğunu, həm də nə üçün yaxşı ideya olduğunu təbliğ etmək. "OKCon" kimi açıq bilik tədbirlərinin həyata keçirilməsi. "Open Economics" və ya "Open Shakespeare" kimi açıq bilik layihələri üzərində işləmək. Açıq bilik layihələri, icmalar və resurslar üçün infrastrukturun və potensial olaraq evin təmin edilməsi. Məsələn, "KnowledgeForge" xidməti və CKAN. Birləşmiş Krallıq, Avropa və beynəlxalq səviyyələrdə açıq bilik məsələlərində fəaliyyət göstərmək. Renata Avila Pinto 2021-ci ilin oktyabrında "Open Knowledge Foundation"ın yeni Baş İcraçı Direktoru vəzifəsinə gəlmişdir.
Knowlesia
Tradeskansiya (lat. Tradescantia) — bitkilər aləminin kommelinaçiçəklilər dəstəsinin kommelinakimilər fəsiləsinə aid bitki cinsi.
Knos
Knoss və ya Knos (yun. Κνωσός, lat. Cnossus, minoy dilində orijinal adı – KA-NU-TI) — Krit adasında, müasir İraklion yaxınlığında, şimal sahilində, dənizdən 4 km məsafədə, qədim zamanlarda iki limanı olan qədim şəhər. Minoy sivilizasiyası dövründə adanın əsas şəhəri Fest və Maliya ilə birlikdə onun mədəni və siyasi mərkəzlərindən biri idi. Knoss özünün çiçəklənməsi və gücü dövründə bütün Aralıq dənizinin ən nüfuzlu şəhərlərindən biri idi. Minoy dövründə Knoss öz sarayı ilə bəşər tarixində çoxmərtəbəli binalar, təbii və süni işıqlandırma, santexnika və kanalizasiya, ventilyasiya, istilik və asfalt yollar kimi mühəndislik və memarlıq nailiyyətlərindən istifadənin ilk nümunələrindən birini təmsil etmişdir. Miken sivilizasiyası zamanı Axeya yunanlarının hakimiyyəti altına düşmüşdür. Knossun dramatik ölümü bütün minoy sivilizasiyasının tədricən tənəzzülünə səbəb olmuşdur. Yunan mifologiyasında Knoss əfsanəvi Krit padşahı Minosun adı ilə əlaqələndirilir. Rəvayətə görə, yaxınlıqda Minotavrın həbs olunduğu Dedal labirinti var idi.
Now
Now (Türkiyənin televiziya kanalı)
The Now Now
The Now Now — Böyük Britaniya virtual musiqi qrupu Gorillaz-ın altıncı studiya albomu. 29 iyun 2018-ci ildə Parlophone və Warner Records tərəfindən buraxılıb.
Bronven Knox
Bronven Knox (16 aprel 1986, Brisben) — Avstraliyanı təmsil edən su poloçusu. Bronven Knox, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına və 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb və 2 dəfə bürünc medal qazanıb. == Karyerası == Bronven Knox, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu. Bronven Knox, 2012-ci ildə Avstraliya yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 13:11 hesabı ilə məğlub edən Avstraliya yığması, XXX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Emma Knox
Emma Noks (2 mart 1978) — Avstraliyanı təmsil edən su poloçusu. Emma Noks, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatılıb və bürünc medal qazanıb. == Karyerası == Emma Noks, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu. Emma Noks, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu.
Caucasian Knot
Kavkazskiy Uzel (rus. Кавказский узел; ing. Caucasian Knot), bəzi azərbaycandilli mənbələrdə Qafqaz Düyünü — Qafqaz regionu haqqında ingilis və rus dillərində xəbərlər yayımlayan onlayn xəbər saytı. 2001-ci ildə yaradılan saytın baş redaktoru Qriqori Şvedovdur. Sayt siyasətə və insan hüquqları məsələlərinə, o cümlədən mətbuat azadlığına xüsusi diqqət yetirir. == Tarixi == 2001-ci ildə sayt "Memorial" hüquq müdafiə təşkilatı ilə əlaqəli layihə kimi fəaliyyətə başlamış, lakin daha sonra müstəqil jurnalistika saytına çevrilmişdir. 2003-cü ildə ingilis dilli versiyası açılıb. Sayt ABŞ və Qərbi Avropadakı bir sıra xeyriyyə təşkilatları tərəfindən maliyyələşdirilir. 2011-ci ildə aylıq təxminən 1,8 milyon oxucusu var idi. == Komanda == Saytın təhlükəsizlik səbəblərinə görə redaksiyası yoxdur.
Kid Krow
Kid Krow — ABŞ müğənnisi Konan Qreyin debüt studiya albomu. 20 mart 2020-ci ildə Republic Records tərəfindən buraxılıb.
Let It Snow! Let It Snow! Let It Snow!
Let It Snow! Let It Snow! Let It Snow! və ya daha çox bilinən adıyla Let It Snow! 1945-ci ildə sözləri Semmi Kan, musiqisi Jüli Stayn tərəfindən yazılmış məşhur mahnı. Mahnı 1945-ci ilin iyun ayında Hollivudda yazlıb və Kaliforniyanın isti günlərindən birində lentə alınıb. Mahnı ilk dəfə Voqn Monronun ifasında, 31 oktyabr 1945-ci ildə lentə alınıb. Bundan sonra mahnının dünya turnesi başlayıb və mahnı dünyanın ən məşhur, dahi ifaçılarının repertuarına daxil olub. Hələ Voqn Monronun ifasında mahnı elə yazıldığı ildəcə Billboard hit paradının birinciliyinə yüksəlib və uzun müddət bu yerini qoruyub. Mahnının tarixçəsində sözsüz ki, ən sevilən və mükəmməl ifalardan biri Vudi Herman və Bob Krosbinin jazz qrupu tərəfindən 1945-ci ilin sonu, 1946-cı ilin əvvəllərində lentə alınan ifa olub.
Now & Then
Now & Then — The Carpenters albomu.
Ukraine NOW
Ukraine NOW — Banda Agency tərəfindən yaradılmış və Ukrayna Nazirlər Kabinetinin qərarı ilə 10 may 2018-ci il tarixində təsdiqlənmiş Ukraynanın turistik brendi. 2018-ci ildə Ukraine NOW brendi Red Dot Design Award 2018 mükafatını qazanmışdır. Brendin loqotipində ölkənin adı, kommunikasiya mesajı səciyyəsi daşıyan NOW (ing. indi) yazısı və Ukraynanın yuxarı dərəcəli milli domeni olan UA piktoqramı yer almışdır. Loqotipin fərqli xüsusiyyətlərindən biri onun üzrəində dəyişikliklərin aparıla bilməsi imkanından ibarətdir. İstifadə zamanı məxsusi elementlər üzərində dəyişikliklərin aparılması mümkündür. Həmçinin, brend üçün çıxıntısız şrift kateqoriyasına aid edilən Ermilov Bold şrifti hazırlanmışdır. Şriftin adı avanqardçı rəssam Vasili Yermilovun adı ilə bağlıdır. Şriftin müəllifi rəssamın işlərindən ilhamlandığını bildirmişdir. Brendin üslubuna sarı, göy, qara rənglərdən istifadə xasdır.
Speak Now
Speak Now — amerikalı müğənni Teylor Sviftin üçüncü studiya albomu. 25 oktyabr 2010-cu ildə Big Machine Records tərəfindən buraxılıb.
Armenia Now
ArmeniaNow — Ermənistan müstəqil onlayn xəbər saytı. Mərkəzi İrəvanda yerləşir. İngilis və erməni dillərində dərc edilmişdir. Sayt 2002-ci ilin iyulunda təsis edilib və son nömrəsini 2016-cı ilin iyununda dərc edib. O, Ermənistanda əsas internet qəzetlərindən biri kimi tanınırdı. Qəzetin baş redaktoru amerikalı proqressivist Con Xyuz idi və 20 jurnalistdən ibarət heyəti var idi. "ArmeniaNow"a müxtəlif müəlliflər və siyasi analitiklər, həmçinin "Human Rights Watch", "Amnesty International" və "Freedom House" kimi beynəlxalq təşkilatlar istinad ediblər.
Now (Türkiyənin televiziya kanalı)
NOW — "The Walt Disney Company" adlı şirkətin tabeliyində olan, Türkiyədə yayımlanan televiziya kanalıdır. TGRT kanalının bağlanmasından sonra həmin kanalın tezliyində 24 fevral 2007-ci il tarixində yayıma başlamışdır. 24 yanvar 2024-cü il tarixində Disneyin FOX üçün aldığı ad haqqının dolması səbəbi ilə Türkiyədə 12 fevral 2024-cü il tarixindən etibarən NOW adını almışdır. "TGRT" İhlas Holdinqin tabeliyində olan "Huzur Radyo TV A. Ş." şirkətinə aid telekanal idi. 17 dekabr 2004-cü ildə İhlas Holdinq kanalın satıldığını açıqladı. Nəticədə şirkətin 56,5%-i satılmış oldu. "TGRT" kanalını satın alan ABŞ-nin media şirkətlərindən biri "News Corporation"ın sahibi Rupert Keit Murdoç idi. Daha sonra "News Corporation" digər hissədarları ilə də razılaşaraq bu şirkətin bütün hissələrini satın aldı. İhlas Holdinq "TGRT" kanalını satsa da, "TGRT Haber" və "TGRT Belgesel" kanallarını satmadı. "News Corporation" şirkəti bu işi Ahmet Ertegün vasitəsilə həll etdi.
In the Army Now (mahnı)
In the Army Now – ilk dəfə alman dueti Rob and Ferdi Bolland tərəfindən 1981-ci ildə ifa edilmiş mahnı. Mahnını daha sonra ingilis rock qrupu Status Quo tərəfindən 1986 – cı ildə ifa etmişdir. Mahnı qrupun 1986 – cı ildə çıxardığı In the Army Now albomuna da daxil edilib. Mahnı bu qrupun ifasında çox sevilmiş və dünya şöhrəti qazanmışdır. Status Quonun ifasında "In the Army Now" mahnısı UK Singles Chartda ikinci yerə qədər yüksəlib. Bu uğurlu ifadan sonra mahnıya müxtəlif illərdə müxtəlif ölkələrin musiqiçiləri tərəfindən müraciət edilmiş və mahnının müxtəlif versiyaları meydana gəlmişdir.
If You Could See Me Now (The Script mahnısı)
"If You Could See Me Now" mahnısı — The Script rok qrupunun indiyə kimi həm #3 albomundan, həm də ümumiyyətlə çıxardığı ilk və tək "Hip hop" tərzində olan trekidir. Bu mahnı qrupun solisti Danny O'Donoghuenin atası Shay O'Donoghue xatirəsinə həsr olunmuşdur. Mahnının ərsəyə gəlməsində demək olar ki, Danny O'Donoghue özü iştirak etmişdir. Yalnız bir sıra yerlərində gitarist Mark Sheehan və digər bəstəkarlar düzəlişlər etmişdir. Mahnıda ən yadda qalan və təsir edici hissəsi isə "The roses came, but they took you away" yəni tərcümədə mənası "Güllər gəldi, amma onlar səni uzaqlaşdırdı" deməkdir. Bu hissə isə əbəs yerə işlədilməyib. Çünki Denninin atası məhz 14 Fevralda — Sevgililər günündə dünyasını dəyişmişdir. Məhz bu hadisə bu günə təsadüf etdiyi üçün o, bunu beləcə əlaqələndirib. Mahnının klipi 18 fevral 2013 tarixində çəkilmişdir. Hazırda klipin baxış sayı 20 milyondan çoxdur.
KFOR
KFOR (ing. Kosovo Force) və ya digər adı ilə Kosovo Qüvvələri — NATO-nun rəhbərliyi ilə Kosovoda təhlükəsizliyi təmin etmək məqsədilə təşkil olunmuş sülhməramlı qüvvələr. KFOR 11 iyun 1999-cu ildə, BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinin qəbul edilməsindən iki gün sonra Kosovoya daxil oldu. Həmin vaxt Kosovo ərazisində Serbiya və Monteneqro qoşunları ilə Kosovo Azadlıq Ordusu arasında baş verən gündəlik toqquşmalar nəticəsində ağır humanitar böhran baş vermişdi. Bir milyona yaxın insan məcburi köçkün vəziyyətinə düşmüşdü. Hal-hazırda KFOR tədricən öz məsuliyyətini Kosovo Polisi başda olmaqla yerli təhlükəsizlik orqanlarına ötürür. 23 may 2016-cı ilə olan məlumata görə KFOR sülhməramlı qoşunlarının tərkibində 4600 nəfər hərbçi xidmət edir. == Məqsədləri == Burada NATO-nun ilkin vəzifələri aşağıdakılardan ibarət idi: Yuqoslav və serb qoşunları tərəfindən Kosovoya qarşı baş verə biləcək istənilən təhdidin qarşısını almaq; Kosovoda təhlükəsiz şərait yaratmaq və onu qoruyub saxlamaq; Kosovo Azadlıq Ordusunu hərbsizləşdirmək; Beynəlxalq humanitar yardıma dəstək vermək; Beynəlxalq mülki iştirakı koordinasiya etmək və dəstəkləmək. Hal-hazırda isə KFOR etnik mənsubiyyətindən asılı olmayaraq bütün mülki vətəndaşların təhlükəsizlik və sülh şəraitində yaşamağına dəstək olmaqla bərabər, beynəlxalq yardım, demokratiya və vətəndaş cəmiyyətinin tədricən inkişaf etməsinə kömək edir. KFOR-un əsas tapşırıqları aşağıdakı kimidir: Müharibə nəticəsində öz yaşayış yerini tərk edən əhalinin geri qayıtmasına kömək etmək; Yenidən qurma və minasızlaşdırma fəaliyyətinin təşkili; Tibbi yardım; Təhlükəsizlik və ictimai asayişi təmin etmək; Etnik azlıqlar arasında təhlükəsizliyi təşkil etmək; Sərhəd təhlükəsizliyi; Sərhəd keçməklə silah qaçaqçılığına qarşı mübarizə aparmaq; Bütün Kosovo ərazisində silahların, mərmilərin və partlayıcı maddələrin amnistiyası proqramının tətbiqi; Silahların məhv edilməsi; Mülki institutların, hüquq-mühafizə, konstitusiya və cəza sistemi, həmçinin siyasi, iqtisadi və sosial həyatın müxtəlif aspektlərinin yaradılmasına dəstək göstərmək.
Kanop
Kanop (yun. Κάνωβος, lat. Canopus) — gəcdən hazırlanmış, qapağı insan ya da heyvan başı formasında olan ritual qab, Qədim Misirdə mumiyalanmaq üçün cəsəddən xaric edilmiş daxili orqanları saxlamaq üçün istifadə olunan küp. Daxili orqanlar çıxarılıb, yuyulub təmizləndikdən sonra Kanob balzamı (buna görə də küp kanop adlandırılmışdır) doldurulmuş qablara yığılaraq saxlanılırdı. Ən qədim kanop Hetenpheresin məzarından tapılmışdır. Hər bir mumiya üçün dörd kanop hazırlanırdı. Əsasən kanop qapaqları Horun dörd oğlunun şərəfinə onların baş fiqurları formasında hazırlanırdı: pavian başlı Hapi, insan başlı Amset, şahin başlı Kebexsenuf, çaqqal başlı Duamutef. Hər bir kanop müvafiq bir orqan üçün nəzərdə tutulmuşdur, beləki, Amset kanopunda qaraciyər, Duamutef kanopunda mədə, Kebexsenuf kanopunda bağırsaqlar və Hapi kanopunda isə ağciyərlər saxlanılırdı.
Kino
Film, kino və ya kinofilm – hərəkətli təsvirlərdən istifadə etməklə hekayələri, fikirləri, hisləri, gözəlliyi və müxtəlif düşüncələri bizə çatdıran vizual sənət sahəsidir. Buradakı təsvirlər səslə, çox nadir hallarda isə, digər vasitələrlə müşayiət olunur. Kinematoqrafiya sahəsinin qısaldılmış adı olan "sinema" sözü, tez-tez film çəkilişi və ya film sənayesi sahələrinə istinadən işlədilir. Dünya kino tarixində ilk film 1896-cı ildə Lümyer qardaşları tərəfindən çəkilmişdir. Azərbaycanda isə ilk filmlər 1898-ci ildə fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmişdir. Hazırda filmlər kinoteatr və televiziyalarda ağ-qara, rəngli, səssiz, səsli və musiqili şəkildə nümayiş olunur. == Filmləri hazırlanması və yayımlanması == Filmdəki hərəkətli təsvirlər bəzi vizual effektlər və ya bu kimi tekniki proseslərin birləşməsi nəticəsində CGI, kompüter animasiyası vasitəsilə ənənəvi animasiya üsulundan istifadə edərək yaradılır. Hazırlanmış miniatür təsvirlər və ya kinokamera vasitəsilə çəkilmiş şəkillər ardıcıl olaraq birləşdirilir və nəticədə hərəkətli illüstrasiyalar yaratmaq mümkün olur. Rəqəmsal istehsalın tətbiqindən əvvəl, film saniyədə 24 kadr və ya təsvir sürətlə çəkilmiş canlı hərəkətin bir sıra statik və ya hərəkətsiz şəkillərindən ibarət fiziki bir hərəkət zolağı idi. Buradakı şəkillərin ardıcıl hərəkəti nəticəsində şəkil illüstrasiyası yaranır.
Kinoa
Kinoa (lat. Chenopodium quinoa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin tərə cinsinə aid bitki növü. Kinoa günəbaxan toxumu kimi becərilən bitkidir. Taxıllara oxşar olsa da, qırtıckimilərdən deyil, ispanaq və çuğundur kimi bitkilərə daha yaxındır.
Knin
Knin (xorv. Knin) — Xorvatiyanın Şibenik-Knin qraflığında, Dalmatiya diyarnın iç bölgəsində yerləşən şəhər. Şəhər Krka çayının mənbəyinin yaxınlığında olub Zaqreb ilə Split arasındakı qovşağın və dəmiryol xətləri üzərindədir. Knin şəhərinin əhəmiyyəti tarixdə iki dəfə artmışdır. Həm orta əsrlərin Xorvatiya Krallığının, həm də XX əsrin sonunda Krayina Serb Respublikasının paytaxtı olmuşdur. == Ad == Orta əsrlərdə şəhər macarca Tinin, italyanca Tenin, latınca Tinum adlanmışdır. Tinum sözü indi də bir yepiskop titulu adı kimi işlənməkdədir. == Coğrafiya == Knin şəhəri Dalmatiya diyarında yerləşmiş olub sahil şəhəri Şibenikdən 56 km uzaqlıqdadır. Şəhərin yaxınlığında Knin meşəsi, Krka çayı, Dinar Alp dağları yerləşir. == Milli etnik tərkib == == İdman == Şəhərin başlıca futbol klubu 1913-cü ildə qurulmuş "Dinara" FK-dır.
Kong
Bəndər Kung — İranın Hörmüzgan ostanının şəhərlərindən biri, Minab şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14 881 nəfər və 2 908 ailədən ibarət olmuşdur.
Konk
Konk (fr. Conques, oks. Concas) — Averonun Fransız departamentində kommuna. Əhalisi - 300 nəf. Orta əsrlərdə - Ruerg əyalətindəki bir şəhər, təsvirli şəkildə Həcc ziyarəti yolunda yüksək bir təpənin yamacında yerləşirdi. Fransanın ən gözəl kəndləri Birliyinə daxil edilmişdir. Konka gedən orta əsr zəvvarları əfsanəyə görə, nağıllarına görə, rahiblər Agendən oğurladığı nağıl bu reliklərin istirahət etdiyi abbey kilsəsi XI - XII əsrlərdə inşa edilmişdir. Roman üslubunda və dövrün monastır memarlığının bir nümunəsidir. 1424-cü ildə bağlandı, şəhər öldü və içərisində tikinti demək olar ki, dayandı. IX əsrdə Orta əsrlərin bu guşəsi tarix tamponları üçün Prosper Merimeyi yenidən kəşf etdi.
Konq
Honkonq və ya Honq Konq (çin. 香港, ing. Hong Kong), rəsmi şəkildə Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Bölgəsi (abreviatur. Honq Konq XİB və ya HKXİB), cənubi Çində Mirvari çayı deltasının şərq hissəsində yerləşən şəhər və xüsusi inzibati rayondur. 1,104 kvadrat kilometr (426 kvadrat mil) ərazidə müxtəlif millətlərdən olan 7.5 milyon insan ilə Honq Konq dünyanın ən sıx məskunlaşıldığı yerlərindən biridir. Honq Konq həm də böyük maliyyə mərkəzi və dünyanın ən inkişaf etmiş şəhərlərindən biridir. == Etimologiya == Honq Konq dünyada ən yüksək həyat şəraitinə malik ölkə kimi də seçilir. Ölkədə adambaşına düşən milli gəlir 90 min 856 dollardır. Bu göstərici ilə Honq Konq Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Danimarka, İtaliya və Yaponiyanı qabaqlayır. Ölkədə ümumdaxili məhsul 253 milyard dollar təşkil edir.
Knud
Knud (994, Danimarka – 12 noyabr 1035) – Danimarka şahzadəsi I Sven Çəngəlsaqqalən oğlu. O, I Haroldun oğlu və varisi. Beləliklə, Danimarkanın birləşməsində rolu olan Skandinaviya hökmdarlarından biridir. Harthacnut I 10-cu əsrin əvvəllərində Danimarka kral evinin yarı əfsanəvi qurucusu idi və onun oğlu Qoca Qorm nəsildə birinci kral oldu (adındakı "Qoca" bunu göstərir). Qormun oğlu və Knutun babası Harald Bluetooth, Danimarkanın xristianlaşması zamanı Danimarka kralı idi; Xristianlığı qəbul edən ilk Skandinaviya krallarından biridir.
Kont
Kont(qraf), Avropada bir əsilzadə ünvanı. Kontun xanımına və ya kont mövqeyindəki qadına kontes deyilir. Böyük Britaniyadak; qarşılığı earldür. Hal hazırda, əsilzadəlik sıralamasında markizdən sonra, markizin olmadığı ölkələrdə hersoqdan sonra gəlir. Sözün etimologiyası Latin dilində comes (müşayətçi, nəzarətçi) sözündən gəlməkdədir. Roma İmperiyasında comeslər imperatorun müşayətçilərindən biri idi. Franklarda isə kontlar yerli komandir və hakimlər idilər. Kontlar zamanla feodal quruluşa daha cox integrasiya oldular və hersoqun müavini vəzifəsinə yüksəldilər. Flandriya, Tuluza ve Barselona kimi bəzı ölkə ve qraflıqlarda isə hersoq mövqeyinə bərabər hala gəldilər. Kralların feodal bəylər üzərindəki hakimiyyətlərini artırmağa çalışdıqları sonraki dövrlərdə hakimiyyətlər get-gedə mərkəzləşdi və kontlar siyasî güclərini itirdilər.