Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kolumbit-tantalit
Kolumbit-tantalit — minerallar, kolumbit (Fe, Mn)Nb2O6 - tantalit (Fe, Mn)Ta2O6 izomorf sırası. Rombik. Habitus prizmatik və ya lövhəvari. Ayrılması {010} üzrə orta, {100} üzrə qeyri-mü­kəm­məl. Rəngi dəmiri-qaradan qonuru-qara­yadək, manqanlı növləri daha açıq rənglidir. Sərtliyi 6-6,5. Xüsusi çəkisi 5,2-7,9 (tantalitə doğru artır). Peqmatitlərdə. Ta və Nb filizi. Sinonim: Niobit-tantalitlər.
Kokimbit
Kokimbit - mineral, Fe23+[SO4]3× 9H2O. == Haqqında == Kokimbit - Heksonal. Kristalları qısa prizmatik və dipiramidal. Ayrılması {101} üzrə olduqca qeyri-mükəm­məl. Aqreqat: sıx, dənəvər. Açıq bənövşəyidən tünd bənövşəyiyədək, yaşımtıl, sarımtıl. Parıltısı şüşəli. Sərtliyi 2-2,5. Xüsusi çəkisi 2,11. Dadı büzüşdürücü; suda həll olur. Somolnokit, ryomerit, kopiapit və b.
Kolumbiya
Kolumbiya (isp. Colombia), rəsmi adı Kolumbiya Respublikası (isp. República de Colombia [reˈpuβlika ðe koˈlombja]) — Cənubi Amerikada dövlət. == Etimologiya == Kolumbiya sözü Xristofor Kolumbun adı ilə bağlıdır (italyanca: Cristoforo Colombo; ispanca: Cristóbal Colón). Kolumbiya İspan ağalığına qarşı vuruşduğu bir anda ölkədə 1812-1814 ci illərdə Birinci Kolumbiya vətəndaş müharibəsi baş verir. 1819-cu ildə Böyük Kolumbiya Respublikası elan olundu. Bu respublikaya Venesuela general-qubernatorluğu və Yeni Qranada vitse-krallığı (indiki Kolumbiya, Panama, Venesuela və Ekvador) daxil idi. 1835-ci ildə Venezuela və Ekvador vahid dövlətdən ayrıldıqdan sonra, qalan ərazidə Yeni Qranada Respublikası yaradıldı. 1858-ci ildə Yeni Qranadanın adı rəsmən dəyişdirilərək Qranada Konfederasiyası adlandırılır, 1863-cü ildə Birləşmiş Kolumbiya Ştatları və nəhayət 1886- ildəki konsitutsiyanın qəbulu ilə indiki adı - Kolumbiya Respublikası oldu. == Tarixi == === Koloniyalar === XVI əsrdən etibarən ispanlar Cənubi Amerikada, o cümlədən indiki Kolumbiya ərazisində koloniyalar qurmağa başladı.
Kolumbus
Kolumbus (ing. Columbus) — ABŞ-nin Ohayo ştatının paytaxtı və ən iri şəhəri.Kolumbus ABŞ-nin 16-cı ən iri şəhəridir.
Kolumb
Xristofor Kolumb (lat. Christophorus Columbus, it. Cristoforo Colombo, isp. Cristóbal Colón; ən tezi 25 avqust 1451 və ən geci 31 oktyabr 1451[…], ehtimal ki, Genuya, Genuya Respublikası – 20 may 1506[…], Valyadolid, Kastiliya krallığı, Kastiliya krallığı) — Amerika qitəsini kəşf edən ilk səyyah. Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib. == Həyatı == Kolumb 1451-ci ildə oktyabrın 27-də İtaliyanın Genuya şəhərində doğulmuş, ömrünü İspaniyada başa vurmuşdur. O, ilk dəniz səyahətinə 1472-ci ildə doğma şəhərindən başlamışdı. 1476-cı ildə Portuqaliyaya gedən Kolumb ilk dəfə buradan uzaq dəniz səyahətinə çıxdı.İngiltərəyə, Atlantik okeanındakı Madeyra adasına, Qvineya körfəzinə üzdü. Bir müddət Madeyra adasında yaşadı. Xristofor Kolumb Portuqaliyada ailə həyatı qurdu.
Amasonas (Kolumbiya)
Amasonas (isp. Amazonas) — Kolumbiyanın departamentlərindən biri və Amazon çayı adına əsasən adlandırılmışdır. Ölkənin cənubunda yerləşən Amasonas, şərqdə Braziliya, cənub-qərbdə Peru ilə sərhəddir. İnzibati mərkəzi - Letisiya şəhəri. == İqtisadiyyatı == Amasonasda əsasən kənd təsərrüfatı, balıqçılıq və turizm sahəsi mühüm rol oynayırdı.
Armeniya (Kolumbiya)
Armeniya — Kolumbiyada yerləşən şəhər, Kindio departamentinin inzibati mərkəzidir. 1999-cu il 25 yanvarda şəhərin əhəmiyyətli bir hissəsi 6,2 bal gücündə bir zəlzələ ilə məhv oldu. 1230 insan məhv oldu, 200 000 ailə isə evsiz qaldı.
Böyük Kolumbiya
Böyük Kolumbiya (isp. Gran Colombia) və ya Kolumbiya Respublikası (isp. República de Colombia) – Venesuela, Yeni Qranada Respublikası və Ekvatorun müasir ərazilərini əhatə etmiş dövlət. Dövlətin quruçusu Simon Bolivar, Latın Amerikasında yaşayan yerli xalqları, vahid şəkildə birləşdirmək məqsədilə BKR adlı dövlət yaratmışdır. Dövlətin qurulmasına qarşı çıxan İspaniya dərhal hərbi müdaxiləyə başlamışdır. 1819-cu ilə qədər davam edən silahlı mübarizənin sonunda, Simon Bolivar qalib gəlmiş və üç dövlətin birləşməsindən yaranan Böyük Kolumbiya Respublikasının müstəqilliyini rəsmən elan etmişdir. Dövlətin ilk prezidenti olan Simon Bolivara BKR-in ən yüksək mükafatı Libertador (Xilaskar) ordeni verilmişdir. Birliyə daxil olan Venesuelanın digər iki dövlət üzərində üstünlük əldə etmək istəməsi, tərəflər arasında fikir ayrılığına səbəb olmuşdur. 1830-cu ildə Venesuela, Yeni Qranada Respublikası və Ekvadorun formalaşması ilə Böyük Kolumbiya Respublikasının fəaliyyətinə fikir ayrılığı səbəbindən son qoyulmuşdur.
Columbia Pictures
Columbia Pictures— Hollivudun 6 böyük film studiyasından biri. == Şirkət haqqında == “Columbia Pictures” Hollivudun 6 böyük film studiyasından biridir. Studiyanın əsası 1919-cu ildə “Cohn-Brandt-Cohn Film Sales” adı ilə Cek Koyn, Harri Koyn və Cob Bren tərəfindən qoyulmuşdur. Studiyanın ilk filmi 1922-ci ildə ekranlara çıxdı. “Columbia Pictures” adını isə 1924-cü ildə qəbul etdi. Yarandığı ilk illərdə kiçik işlər görən studiya 1920-ci illərin sonlarında böyüməyə başladı. Məşhur rejissor Frenk Kapra ilə əməkdaşlıq da buna təkan verdi. Studiya komediya filmləri istehsal edən ən uğurlu şirkətlərdən birinə çevrildi. 30-cu illərin sonunda studiyanın müqavilə imzaladığı iki əsas ulduz Cin Artur və Keri Qrant idi. 50-ci illərə doğru Rita Heyvors, Rozalin Rassel, Qlenn Ford, Uilliam Holden və başqaları studiya ilə əməkdaşlığa başladı.
Kartexena (Kolumbiya)
Kartexena (isp. Cartagena de Indias) — Kolumbiyanın beşinci böyük şəhəri, Bolivar departamentinin inzibati mərkəzi, Karib dənizinin sahilində iri liman şəhəri hesab edilir. == Tarixi == === XVI-XVII əsrlərdə === İspanların gəlməsindən qabaq, bugünkü Kartexena bölgəsi Karib və Araşakan dillərini danışan, məşğuliyyətləri balıqçılıq, yığıçılıq və ibtidai kənd təsərrüfatı olan hind tayfaları tərəfindən məskunlaşmışdı. == İqtisadiyyatı == Kartaxena ölkənin üçüncü ən mühüm (Boqota və Medellin) iqtisadi mərkəzi olan müasir çeşidli iqtisadiyyata malikdir. Əsas sənaye sahələri: Turizm (Kolumbiyanın əsas turizm yerləri) Sənaye (ilk növbədə petrokimya, neft emalı, tikinti materialları istehsalı) Xidmətlər və ticarət Logistika (Kolumbiya əsas limanı) İnşaat Şəhərdə və ətrafında imtiyazlı vergi rejimi və gömrük administrasiyası olan bir neçə pulsuz iqtisadi zona mövcuddur. == Həmçinin bax == Kolumbiyanın inzibati bölgüsü Barrankilya Yopal Tunxa Popayan Valyedupar == İstinadlar == == Xarici keçidlər == La guía más completa de Cartagena de Indias This Is Cartagena Mapa de los principales barrios de Cartagena: Bocagrande, Castillogrande, Laguito, Centro, Pie de la Popa, Manga, Condominio Brisas del Mar. Fiestas de Nuestra Señora de La Candelaria en Pie de la Popa. Exposición virtual sobre Cartagena de Indias en el Centro Virtual Cervantes. Mapa de la Ciudad y la Bahía de Cartagena de Indias desde 1735.
Kolumbiya (qitə)
Kolumbiya (Nuna və ya Hadsonlend) — Eramızdan 2,5–1,6 milyard əvvəl paleoproterozoy erasında mövcud olmuş ilk hipotik qitələrdən biridir. Təxminən eramızdan 1,6–1,2 milyard il əvvəl müxtəlif superqitələrə parçalanmışdır.
Kolumbiya (şattl)
Columbia Kosmik Gəmisi kosmosa çıxan ilk kosmik gəmidir. İlk tapşırığında gəmidə yalnız 2 nəfər astronavt idi. Bu iki astronavtın adları John W. Yanq və Robert L. Ciripendi. İlk uçuş (STS-1) tapşırığında 2 astronavt kosmik yürüyüş etmişdir. İlk uçuş tarixi 12 aprel 1981 -ci ildir. Nasazlıq səbəbəindən geri dönuş zamanı (1 fevral 2003) partlayış baş vermişdir.
Kolumbiya Prezidenti
Kolumbiya Prezidenti (TBD) — Kolumbiyanın ali dövlət vəzifəsi. Kolumbiya Prezidenti dövlətin başçısı hesab olunur. Kolumbiya Prezidenti, vəzifəyə seçim yolu ilə təyin olunur. Kolumbiya vətəndaşları seçim yolu ilə bir nəfəri dörd il müddətinə Kolumbiya Prezidenti vəzifəsinə seçir. Kolumbiya Prezidenti seçilən şəxsin səlahiyyət müddəti seçildiyi il avqustun 7-də başlayır və dörd il sonra başa çatır. 2018-ci il avqustun 7-dən Kolumbiya Prezidentinin səlahiyyətlərini İvan Duqe icra edir. Onun səlahiyyət müddəti 2022-ci il avqustun 7-də başa çatır. == Tarixi == == Prezidentin səlahiyyətləri == == Seçilmə qaydaları == === Prezidentin səlahiyyət müddəti === Kolumbiya Konstitusiyasında qeyd olunub: Kolumbiya Konstitusiyasında qeyd olunub: === Prezidentin andiçmə mərasimi === Kolumbiya Prezidenti seçilən şəxsin andiçmə mərasi avqustun 7-də baş tutur. Latviya Prezidenti seçilən şəxsə andiçmə mərasimi zamanı Kolumbiya Prezidentinin qurşağı təqdim edilir. Andiçmə mərasimi zamanı Kolumbiya Prezidenti seçilən şəxs sağ əlini ürəyinə qoyur və aşağıda olan andı qəbul edir: == Prezidentin rəmzləri == === Kolumbiya Prezidentinin bayrağı === == Prezidentin iqamətgahları == Kolumbiya Prezidentinin rəsmi iqamətgahı Narinio Evidir.
Kolumbiya Respublikası
Kolumbiya (isp. Colombia), rəsmi adı Kolumbiya Respublikası (isp. República de Colombia [reˈpuβlika ðe koˈlombja]) — Cənubi Amerikada dövlət. == Etimologiya == Kolumbiya sözü Xristofor Kolumbun adı ilə bağlıdır (italyanca: Cristoforo Colombo; ispanca: Cristóbal Colón). Kolumbiya İspan ağalığına qarşı vuruşduğu bir anda ölkədə 1812-1814 ci illərdə Birinci Kolumbiya vətəndaş müharibəsi baş verir. 1819-cu ildə Böyük Kolumbiya Respublikası elan olundu. Bu respublikaya Venesuela general-qubernatorluğu və Yeni Qranada vitse-krallığı (indiki Kolumbiya, Panama, Venesuela və Ekvador) daxil idi. 1835-ci ildə Venezuela və Ekvador vahid dövlətdən ayrıldıqdan sonra, qalan ərazidə Yeni Qranada Respublikası yaradıldı. 1858-ci ildə Yeni Qranadanın adı rəsmən dəyişdirilərək Qranada Konfederasiyası adlandırılır, 1863-cü ildə Birləşmiş Kolumbiya Ştatları və nəhayət 1886- ildəki konsitutsiyanın qəbulu ilə indiki adı - Kolumbiya Respublikası oldu. == Tarixi == === Koloniyalar === XVI əsrdən etibarən ispanlar Cənubi Amerikada, o cümlədən indiki Kolumbiya ərazisində koloniyalar qurmağa başladı.
Kolumbiya Universiteti
Kolumbiya Universiteti (ing. Columbia University) — ABŞ-nin Nyu-York şəhərinin Manhetten bölgəsində yerləşən özəl ali təhsil müəssisəsi. Universitet Sarmaşıq Liqasının üzvüdür. == Məşhur məzunlar == Barak Obama – Amerika Birləşmiş Ştatlarının Prezidenti Teodor Ruzvelt – Amerika Birləşmiş Ştatlarının 26-cı Prezidenti Mixeil Saakaşvili – Gürcüstan Prezidenti Salome Zurabişvili — Gürcüstan Prezidenti Tomas Hendrik İlves – Estoniya Prezidenti Madlen Olbrayt – ABŞ-nin keçmiş dövlət katibi Əbdül Zahir – Əfqanıstanın Baş naziri Martin Çalf – kimyaçı, Nobel mükafatı laureatı Robert Qrabs – kimyaçı, Nobel mükafatı laureatı Con Mather – fizik, Nobel mükafatı laureatı Ceyms Hekman – iqtisadçı, Nobel mükafatı laureatı Robert Mandell – iqtisadçı, Nobel mükafatı laureatı Edmund Felps – iqtisadçı, Nobel mükafatı laureatı Riçard Aksel – həkim-psixoloq, Nobel mükafatı laureatı Orxan Pamuk – türk yazıçı, Nobel mükafatı laureatı == Reytinqi == == Mənbə == Lamiyə Əliyeva, Dünya universitetləri: Kolumbiya Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 23.10.2009, № 41.
Kolumbiya bayrağı
Kolumbiya bayrağı — Kolumbiyanın Dövlət bayrağı
Kolumbiya burnu
Kolumbiya burnu (ing. Cape Columbia) — Kanadanın ən ucqar şimal nöqtəsi. Burun Elsmir adasının şimalında, Linkoln dənizinin sahilində yerləşir. Burun ilk dəfə 1876-cı ildə britaniyalı dənizçilər Pelqam Aldriç və Corc Ners tərəfindən aşkar edilmişdir. Burun Şimal qütbündən 769 km məsafədə yerləşir. Qrenlandiya istisna qütbə ən yaxın quru sahəsi hesab edilir. Kolunmiya burnu ilə Kanadanın ən ucqar cənub nöqtəsi Midl adası arasında məsafə 4640 km-dir. == Mənbə == Corc Ners (1878). Narrative of A Voyage to the Polar Sea in H. M. Ships 'Alert' and 'Discovery'. London: Sampson Low, Marston, Searle, & Rivington.
Kolumbiya dairəsi
Vaşinqton, Kolumbiya Dairəsi (ing. Washington, D.C.) — Amerika Birləşmiş Ştatlarının paytaxtı və federal dairəsidir. Rəsmi adı Kolumbiya Dairəsi (ing. district of Columbia, qısaldılmış şəkildə D.C., "Di-Si"). Ölkənin şimal-qərbindəki eyniadlı ştatla qarışdırmamaq üçün amerikalılar danışıq dilində şəhəri adətən "Di Si" və yaxud "Vaşinqton Di Si" adlandırırlar == Tarixi == Paytaxt salınması üçün Potomak çayı sahilini ölkənin ilk prezidenti Corc Vaşinqton seçib və şəhərin əsası 1790-cı ildə qoyulub. 1800-cü ildə Vaşinqton rəsmən Birləşmiş Ştatların paytaxtı elan olunub. == Xüsusiyyətləri == Dünyanın paytaxt şəhərləri ilə müqayisədə bu şəhərin bir neçə xüsusiyyəti var. Vaşinqton məhz paytaxt funksiyasını yerinə yetirmək üçün salınan şəhərdir. Bundan başqa, məlum olduğu kimi, hələ şəhər salınarkən əldə edilmiş ümumi razılığa əsasən, Vaşinqtonda Konqres binasından hündür bina tikməyə icazə verilmir. Bu qadağının məqsədi ölkədə Konqresin və qanunların hər şeydən uca olduğunu göstərməkdir.
Kolumbus (Ohayo)
Kolumbus (ing. Columbus) — ABŞ-nin Ohayo ştatının paytaxtı və ən iri şəhəri.Kolumbus ABŞ-nin 16-cı ən iri şəhəridir.
Pasto (Kolumbiya)
Pasto (isp. Pasto) — Narino departamentinin paytaxtı, şəhərin əsası 1539-cu ildə ispanyalı Atris tərəfindən qoyulmuşdur. Pasto şəhəri İspaniya konkistadoru Sebastian de Belalcázar tərəfindən 1537-ci ildə qurulub. 1539-cu ildə başqa bir İspaniya konkistadoru Atris şəhəri cari yerinə köçürmüş və onu "San Xuan de Pasto" adlandırmışdı. Pasto şəhərinin iqtisadiyyatının inkişaf etməsinin əsas səbəblərindən biri italyan əsilli Qvido Buçelinin fəaliyyəti idi. Şəhər müstəmləkə dövründən bəri inzibati, mədəni və dini mərkəzi şəhər olmuşdur. Buna görə də şəhər Kolumbiyanın müqəddəs şəhəri hesab edilirdi. İspaniyaya qarşı Müstəqillik Savaşları zamanı Pasto realist bir şəhər idi. Partiya bu siyasi mövqeyə görə və coğrafi mövqeyindən ötrü müstəqillik qazandıqdan sonra, Pasto Kolumbiyanın qalan hissəsindən uzun müddət təcrid olunmuşdu. Kolumbiyanın inzibati bölgüsü Tunxa Monteriya Mokoa Florensiya (Kaketa) İnirida San Xose del Quavyare Alcaldía de San Juan de Pasto Portal de turismo y Cultura del Municipio de Pasto.
Vaşinqton (Kolumbiya)
Vaşinqton — şəxs adı və soyadı. Bu adı olan tanınmış şəxslər Vaşinqton İrvinq — Amerika yazıçısı, qısa hekayələr müəllifi, esseist, bioqraf, jurnal redaktoru və diplomat. Bu soyadı olan tanınmış şəxslər Corc Vaşinqton — ABŞ-nın dövlət xadimi, ABŞ-nin ilk Prezidenti (1789–1797). Marta Vaşinqton — ABŞ siyasətçisi, 1-ci Prezidenti Corc Vaşinqtonun həyat yoldaşı. Yaşayış məntəqələri Vaşinqton şəhəri — Amerika Birləşmiş Ştatlarının paytaxtı. Vaşinqton ştatı — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Olimpiya şəhəridir. Vaşinqton (dairə, Pensilvaniya) Digər Vaşinqton Post (qəzet) — ABŞ-də qəzet.
Columbia Records
Columbia Records — Sony Music Entertainment-ə məxsus səsyazma şirkəti.
Kolumbiya şəhərləri
Kolumbiya yüksək şəhərləşmiş ölkədir və əhalinin 70%-i böyük şəhərlərdə yaşayır. Sonuncu əhalinin siyahıyaalınması 2005-2006-cı illərdə aparılıb və daha sonra məşğulluq və əhalinin miqrasiyası ilə bağlı məlumatlar əsasında statistik hesablamalar Milli Statistika Departamenti (DANE) tərəfindən aparılıb. == Siyahı == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cities in Colombia ilə əlaqəli mediafayllar var.
Kolumbus (film)
Kolumbus (ing. Columbus) — Koqonadanın 2017-ci ildə ekranlara çıxan debüt filmi. == Süjet == Koreyalı memar İndiana ştatının Kolumbus şəhərindəki xəstəxanaların birində koma vəziyyətindədir. Onun oğlu Cin Li ona baxmaq üçün Cənubi Koreyadan yanına gəlib. Cin Li bu şəhərdə olarkən memarlığa həvəsi olan və yerli kitabxanada çalışan Keysi adlı gənc bir qızla tanış olur.
Bartolomeo Kolumb
Bartolomeo Kolumb (it. Bartolomeo Colombo, isp. Bartolomé Colón; 1460, Genuya – 1515, Santo-Dominqo) — Xristofor Kolumbun kiçik qardaşı, adelantado titulu ilə onun müavini. Yeni dünyanın ən qədim şəhəri Santo-Dominqonun əsasını qoymuşdur. == Həyatı == Gəncliyində Lissabonda kartoqraf işləmişdir. Kristofer İspaniyanın katolik padşahlarını öz layihəsinin mümkünlüyünə inandırmağa çalışarkən, Bartolomeo Fransada eyni üzərində işləyirdi. Qardaşının kəşflərindən xəbər tutan Bartolomeo 1493-cü ildə İspaniyada onunla görüşməyə çalışmış, lakin Kristofer artıq ikinci səyahətinə çıxmışdı. Hökumətin köməyi ilə Haiti adasına qədər onun ardınca getmiş və altı il yarım (1494–1500) orada qubernator kimi xidmət etmişdir. Kral prokuroru Fransisko de Bobadilya Kolumbu mənimsəməkdə ittiham etmiş, Bartolomeo onunla birlikdə həbs olunmuşdur. Daha sonra qardaşını Yeni dünyanın sahillərinə son səfərində müşayiət etmişdir.