Kolumbiya

coğ. Colombie f

kolt
koma
OBASTAN VİKİ
Kolumbiya
Kolumbiya (isp. Colombia), rəsmi adı Kolumbiya Respublikası (isp. República de Colombia [reˈpuβlika ðe koˈlombja]) — Cənubi Amerikada dövlət. == Etimologiya == Kolumbiya sözü Xristofor Kolumbun adı ilə bağlıdır (italyanca: Cristoforo Colombo; ispanca: Cristóbal Colón). Kolumbiya İspan ağalığına qarşı vuruşduğu bir anda ölkədə 1812-1814 ci illərdə Birinci Kolumbiya vətəndaş müharibəsi baş verir. 1819-cu ildə Böyük Kolumbiya Respublikası elan olundu. Bu respublikaya Venesuela general-qubernatorluğu və Yeni Qranada vitse-krallığı (indiki Kolumbiya, Panama, Venesuela və Ekvador) daxil idi. 1835-ci ildə Venezuela və Ekvador vahid dövlətdən ayrıldıqdan sonra, qalan ərazidə Yeni Qranada Respublikası yaradıldı. 1858-ci ildə Yeni Qranadanın adı rəsmən dəyişdirilərək Qranada Konfederasiyası adlandırılır, 1863-cü ildə Birləşmiş Kolumbiya Ştatları və nəhayət 1886- ildəki konsitutsiyanın qəbulu ilə indiki adı - Kolumbiya Respublikası oldu. == Tarixi == === Koloniyalar === XVI əsrdən etibarən ispanlar Cənubi Amerikada, o cümlədən indiki Kolumbiya ərazisində koloniyalar qurmağa başladı.
Amasonas (Kolumbiya)
Amasonas (isp. Amazonas) — Kolumbiyanın departamentlərindən biri və Amazon çayı adına əsasən adlandırılmışdır. Ölkənin cənubunda yerləşən Amasonas, şərqdə Braziliya, cənub-qərbdə Peru ilə sərhəddir. İnzibati mərkəzi - Letisiya şəhəri. == İqtisadiyyatı == Amasonasda əsasən kənd təsərrüfatı, balıqçılıq və turizm sahəsi mühüm rol oynayırdı.
Armeniya (Kolumbiya)
Armeniya — Kolumbiyada yerləşən şəhər, Kindio departamentinin inzibati mərkəzidir. 1999-cu il 25 yanvarda şəhərin əhəmiyyətli bir hissəsi 6,2 bal gücündə bir zəlzələ ilə məhv oldu. 1230 insan məhv oldu, 200 000 ailə isə evsiz qaldı.
Böyük Kolumbiya
Böyük Kolumbiya (isp. Gran Colombia) və ya Kolumbiya Respublikası (isp. República de Colombia) – Venesuela, Yeni Qranada Respublikası və Ekvatorun müasir ərazilərini əhatə etmiş dövlət. Dövlətin quruçusu Simon Bolivar, Latın Amerikasında yaşayan yerli xalqları, vahid şəkildə birləşdirmək məqsədi ilə BKR adlı dövlət yaratmışdır. Dövlətin qurulmasına qarşı çıxan İspaniya dərhal hərbi müdaxiləyə başlamışdır. 1819-cu ilə qədər davam edən silahlı mübarizənin sonunda, Simon Bolivar qalib gəlmiş və üç dövlətin birləşməsindən yaranan Böyük Kolumbiya Respublikasının müstəqilliyini rəsmən elan etmişdir. Dövlətin ilk prezidenti olan Simon Bolivara BKR-in ən yüksək mükafatı Libertador (Xilaskar) ordeni verilmişdir. Birliyə daxil olan Venesuelanın digər iki dövlət üzərində üstünlük əldə etmək istəməsi, tərəflər arasında fikir ayrılığına səbəb olmuşdur. 1830-cu ildə Venesuela, Yeni Qranada Respublikası və Ekvadorun formalaşması ilə Böyük Kolumbiya Respublikasının fəaliyyətinə fikir ayrılığı səbəbindən son qoyulmuşdur.
Kartexena (Kolumbiya)
Kartexena (isp. Cartagena de Indias) — Kolumbiyanın beşinci böyük şəhəri, Bolivar departamentinin inzibati mərkəzi, Karib dənizinin sahilində iri liman şəhəri hesab edilir. == Tarixi == === XVI-XVII əsrlərdə === İspanların gəlməsindən qabaq, bugünkü Kartexena bölgəsi Karib və Araşakan dillərini danışan, məşğuliyyətləri balıqçılıq, yığıçılıq və ibtidai kənd təsərrüfatı olan hind tayfaları tərəfindən məskunlaşmışdı. == İqtisadiyyatı == Kartaxena ölkənin üçüncü ən mühüm (Boqota və Medellin) iqtisadi mərkəzi olan müasir çeşidli iqtisadiyyata malikdir. Əsas sənaye sahələri: Turizm (Kolumbiyanın əsas turizm yerləri) Sənaye (ilk növbədə petrokimya, neft emalı, tikinti materialları istehsalı) Xidmətlər və ticarət Logistika (Kolumbiya əsas limanı) İnşaatŞəhərdə və ətrafında imtiyazlı vergi rejimi və gömrük administrasiyası olan bir neçə pulsuz iqtisadi zona mövcuddur. == Həmçinin bax == Kolumbiyanın inzibati bölgüsü Barrankilya Yopal Tunxa Popayan Valyedupar == İstinadlar == == Xarici keçidlər == La guía más completa de Cartagena de Indias This Is Cartagena Mapa de los principales barrios de Cartagena: Bocagrande, Castillogrande, Laguito, Centro, Pie de la Popa, Manga, Condominio Brisas del Mar. Fiestas de Nuestra Señora de La Candelaria en Pie de la Popa. Exposición virtual sobre Cartagena de Indias en el Centro Virtual Cervantes. Mapa de la Ciudad y la Bahía de Cartagena de Indias desde 1735.
Kolumbiya (qitə)
Kolumbiya (Nuna və ya Hadsonlend) - Eramızdan 2,5-1,6 milyard əvvəl paleoproterozoy erasında mövcud olmuş ilk hipotik qitələrdən biridir. Təxminən eramızdan 1,6-1,2 milyard il əvvəl müxtəlif superqitələrə parçalanmışdır.
Kolumbiya (şattl)
Columbia Kosmik Gəmisi kosmosa çıxan ilk kosmik gəmidir. İlk tapşırığında gəmidə yalnız 2 nəfər astronavt idi. Bu iki astronavtın adları John W. Yanq və Robert L. Ciripendi. İlk uçuş (STS-1) tapşırığında 2 astronavt kosmik yürüyüş etmişdir. İlk uçuş tarixi 12 aprel 1981 -ci ildir. Nasazlıq səbəbəindən geri dönuş zamanı (1 fevral 2003) partlayış baş vermişdir.
Kolumbiya Prezidenti
Kolumbiya Prezidenti (TBD) — Kolumbiyanın ali dövlət vəzifəsi. Kolumbiya Prezidenti dövlətin başçısı hesab olunur. Kolumbiya Prezidenti, vəzifəyə seçim yolu ilə təyin olunur. Kolumbiya vətəndaşları seçim yolu ilə bir nəfəri dörd il müddətinə Kolumbiya Prezidenti vəzifəsinə seçir. Kolumbiya Prezidenti seçilən şəxsin səlahiyyət müddəti seçildiyi il avqustun 7-də başlayır və dörd il sonra başa çatır. 2018-ci il avqustun 7-dən Kolumbiya Prezidentinin səlahiyyətlərini İvan Duqe icra edir. Onun səlahiyyət müddəti 2022-ci il avqustun 7-də başa çatır. == Tarixi == == Prezidentin səlahiyyətləri == == Seçilmə qaydaları == === Prezidentin səlahiyyət müddəti === Kolumbiya Konstitusiyasında qeyd olunub:Kolumbiya Konstitusiyasında qeyd olunub: === Prezidentin andiçmə mərasimi === Kolumbiya Prezidenti seçilən şəxsin andiçmə mərasi avqustun 7-də baş tutur. Latviya Prezidenti seçilən şəxsə andiçmə mərasimi zamanı Kolumbiya Prezidentinin qurşağı təqdim edilir. Andiçmə mərasimi zamanı Kolumbiya Prezidenti seçilən şəxs sağ əlini ürəyinə qoyur və aşağıda olan andı qəbul edir: == Prezidentin rəmzləri == === Kolumbiya Prezidentinin bayrağı === == Prezidentin iqamətgahları == Kolumbiya Prezidentinin rəsmi iqamətgahı Narinio Evidir.
Azərbaycan–Kolumbiya münasibətləri
Azərbaycan–Kolumbiya münasibətləri — Azərbaycan Respublikası ilə Kolumbiya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin dekabr ayının 13-də qurulmuşdur. Hələlik iki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmamışdır, lakin iqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Kolumbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri var. Belə ki, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri, həmçinin Kolumbiya Respublikasına da akkreditə olunmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. 4 mart 2016-cı il tarixindən Əsabil Qasımov işçi qrupunun rəhbəridir.
Birləşmiş Kolumbiya Ştatları
Birləşmiş Kolumbiya Ştatları (isp. Estados Unidos de Colombia).Ölkə Mərkəzi və Cənubi Amerika regionunda yerləşirdi.XIX-əsrin ikinçi yarısında mövcud olmuş dövlət. == Tarixi == 1863-ci ildə Qranada Konfederasiyası dağılır.Konfederasiyasının dağılması 1860-1862 ci illərdəki vətəndaş müharibəsi baş verir.Buna səbəb konservantların mərkəzlışdirmə siyasəti olurki liberallar buna kəskin etirazını bildirərək konstutsiyanın kobud şəkildə pozulduğunu bildirirlər.1862-ci ildə Yeni Qranada Respublikası keçmiş prezidenti Tomas Sipriona de Moskera konfederasiya prezidentini həbs edərək ,özünü prezident elan edir və paytaxtı Boqotaya köçürür.Müvqqəti hökumət təkil edilir,konfederasiya Birləşmiş Yeni Qranada Ştatlarına (isp. Estados Unidos de Nuvea Grandi)çevrilir.Vətəndaş müharibənin bitməsini rəsmiləşdirmək üçün Rioneqroda konfrans təkil edilir və bunun nətiçəsində konstutsiya təstiqlənır.Bu konstutsiyaya görə ölkə Birləşmiş Kolumbiya Ştatları adlanır.Mərkəzi hökumətin hərbi və siyasi səlahiyyətlərinin azaldılması konstutsiyada öz əksini tapırdı.Bununda nətiçəsində vətəndaş münaqişələrinin girdabına yuvarlanır.Ən güçlüsü 1875-1877 ci illərdə vətəndaş müharibəsinə çevrilir.1886-cı ildə prezident Rafael Nunesin təziqi ilə yeni konstutsiya yaradılır.Federasiya ləğv edilərək mərkəzləşdirmə həyata keçirilir və ölkə Kolumbiya Respublikası adlandırılır.
Böyük Kolumbiya Respublikası
Böyük Kolumbiya (isp. Gran Colombia) və ya Kolumbiya Respublikası (isp. República de Colombia) – Venesuela, Yeni Qranada Respublikası və Ekvatorun müasir ərazilərini əhatə etmiş dövlət. Dövlətin quruçusu Simon Bolivar, Latın Amerikasında yaşayan yerli xalqları, vahid şəkildə birləşdirmək məqsədi ilə BKR adlı dövlət yaratmışdır. Dövlətin qurulmasına qarşı çıxan İspaniya dərhal hərbi müdaxiləyə başlamışdır. 1819-cu ilə qədər davam edən silahlı mübarizənin sonunda, Simon Bolivar qalib gəlmiş və üç dövlətin birləşməsindən yaranan Böyük Kolumbiya Respublikasının müstəqilliyini rəsmən elan etmişdir. Dövlətin ilk prezidenti olan Simon Bolivara BKR-in ən yüksək mükafatı Libertador (Xilaskar) ordeni verilmişdir. Birliyə daxil olan Venesuelanın digər iki dövlət üzərində üstünlük əldə etmək istəməsi, tərəflər arasında fikir ayrılığına səbəb olmuşdur. 1830-cu ildə Venesuela, Yeni Qranada Respublikası və Ekvadorun formalaşması ilə Böyük Kolumbiya Respublikasının fəaliyyətinə fikir ayrılığı səbəbindən son qoyulmuşdur.
Kolumbiya-Ekvador müharibəsi
Bİrləşmiş Kolumbiya Ştatları (Kolumbiya və Panama) və Ekvador müharibəsi 1863-cü illin 6 - 30 dekabra davam etmişdir.İki ölkə İspaniya ağalığı dövründə Yeni Qranada vice krallığına aid idi.1819-1831-ci illərdə iki ölkə Böyük Kolumbiya dövlətinin tərkibində idi. == Tarixi == İki dövlət arasında dəfələrlə sərhədlə bağlı anlaşılmazlıqlar baş vermişdir.Ekvador prezidenti Qabriel Qarsia Morena ölkənin ərazi dil baxımından birləşdirilməsi xətdini tutur.Bu siyasətin bir qolu kimi millətçiliyin müclənməsinə fikir artırılır. Yerli liberallar isə kilsəni sosial və siyasi inşafa əsas maneə olmasını bildirirdilər.Kolumbiyalı liberal prezident Tomas Sipriona de Moskera Ekvador liberallarına yardım edəcəyini bildirir.1863-cü ildə Moskera Böyük Kolumbiyanın Ekvaorla birləşməsini istəyirdi.Bu məqsədlə Morenanı sərhədə çağırır.Morena isə görüşə gəlmir.Bundan sonra Mosker sərhədə 4000-lik qoşun yerləşdirir.Buna cavab Morenada 6000 qoşun Xuan Xose Floresin(1-ci prezident) başçılığı bölgəyə göndərilir.6 dekabrda Kuaspada iki ordu toqquşur.Döyüşdə Ekvador ordusu 1500 itki və 2000 əsir verir.Kolumbiya ordusu Ekvadora doğru irrələyərək İberra şəhərini tutur.Bundan sonra münaqişə tərəfləri atəşkəs elan etməsinə razı olur. 30 dekabrda imzalanmış sülh müqaviləsini imzalayırlar.Şərtlərinə əsasən müharibədən əvvəl ki,vəziyyət bərpa edilir. == Ehtimallar == Belə bir fərziyə var ki, Kuapsadakı ilk məğlubiyyətdən sonra Morena Danışıqsız təslim olmanı qəbul edir. Hakimiyyətin verdiyi rəsmi məlumata görə:Kolumbiyanın qalib olan vəziyyətdə bu müqaviləyə qol çəkməsinin səbəbi Morenanın yeni güclü ordunun yaradılması haqqındakı qərarı idi.
Kolumbiya Konservativ Partiyası
Kolumbiya Konservativ Partiyası (isp. Partido Conservador Colombiano) həmcinin S partiyası kimi də tanınır. Kolumbiyada XIX əsrdə mövcud olmuş iki əsas partiyadan biri olmuşdur. Partiyanın əsası 1848-ci ildə qoyulmuşdur. Partiyanın proqramı 1849-cu ildə təstiqlənmişdir. Əsası Mariano Ospina və Xose Eysebio Koro tərəfindən qoyulmuşdur. İlk əvvəl partiya Kolumbiya Liberal Partiyasına rəqib olaraq yaradılmışdır. 1948-ci ildə iki partiya arasında 10 il sürən münaqişə baş verir. Bu münaqişə tarixə La Violensiya müharibəsi kimi düşür.1957-ci ildə Konservativlər və Liberallar arasında ümumi razılığa gəlinərək barışıq elan edilir və Milli Cəbhə yaradırlar. Bu birlik Ölkəni 12 il idarə edir.
Kolumbiya Liberal Partiyası
Kolumbiya Liberal Partiyası (isp. Partido Liberal Colombiano) — Partiya həm də (<<L>>) kimi tanınır. Bu partiya XIX əsrdə Kolumbiya Konservativ Partiyası ilə birlikdə ölkənin iki əsas partiyası olmuşdur. Liberallar sosial-internasional qrupuna aiddir. Partiyanın əsası 1848-ci ildə qoyulmuşdur. İlk əvvəl partiya Konservatlar əlehinə fəaliyyət göstərirdi. Bu iki partiya arasında 1948-ci ildə münaqişə baş verir ki, bu da tarixə La Violensiya müharibəsi kimi düşür. 1958-ci ildə iki partiya arasında barışıq sazışı imzalanır və "Milli Cəbhə" yaradırlar. == Fəaliyyəti == Partiyanın nümayəndəsi Ernesto Samper Pisano 1994-1998 ci illərdə ölkəni idarə edir. 2002-ci ildə ölkə prezidenti Alvaro Uribe seçilir ki, oda nə Liberalardan və nə də Konservatlardan deyildi.
"Kolumbiya" sirki (film, 2010)
"Kolumbiya Sirki", Bosniyalı rejissor Danis Tanoviçin çəkdiyi bir dram filmidir (2010). Antalya IFF-də Qızıl Portağal Mükafatı (2010) na layiq görülmüşdür. 67-ci Venesiya Film Festivalında və 2011-ci ildə Trieste Film Festivalının açılışında təqdim edilmişdir. Bosniya və Herseqovina tərəfindən rəsmi olaraq 2010-cu ildə "Ən yaxşı xarici film" nominasiyasında Oskar mükafatına namizəd göstərilmiş, lakin son beş nominasiyaya daxil ola bilməmişdir. == Süjet == Filmin qəhrəmanı, 40 yaşlıı xorvatiyalı Divko, Almaniyadan doğma yurdu Bosniyaya qayıdır və ömrünün yarısını hərbi çağırışdan yayınmaq üçün sosialist Yuqoslaviyasından gizlənir. İndi o varlanmışdır, dəbdəbəli Mercedes avtomobili, Azra adlı gənc bir məşuqəsi var. Divkonun məqsədi, qaçaq düşdükdən sonra əlaqə saxlamadığı arvadından boşanmaq, evini qaytarmaq və Azra ilə yeni bir həyat qurmaqdır. Talisman hesab etdiyi qara pişiyini də özü ilə gətirir (həmin pişiyi tapdıqdan sonra həyatı yoxuşa qalxmışdır). Şəhərin yeni meri, xorvat millətçisi və çoxdankı dostu, evinə sahib çıxmağına kömək edir, bununla da keçmiş həyat yoldaşı Lusia və oğlu Martin küçəyə atılır (daha sonra onlar köhnə bir mənzildə yerləşirlər). Bələdiyyə başçısı aktiv şəkildə əmlak bölgüsü aparır və quldurlar etiraz etmək istəyəndə keçmiş kommunist bələdiyyə başçısını döyürlər.
Birinci Kolumbiya vətəndaş müharibəsi
Mərkəzləşdirmə və Federallaşma tərəfdarları arasındakı vətəndaş müharibəsi.Müharibə 1812–1814 illəri əhatə edir.Bu müharibə Kolumbiya tarixində ilk vətəndaş müharibəsidir. == Münaqişədən öncə == 1810-cu ildə Yeni Qranada vitse krallığında inqilabi hərəkat başlayır.Vilayyətlərin çoxu Requn idarə üsuluna qarşı cıxır və bir-birinin ardınca mərkəzə tabe olmaqdan imtina edir.1810-cu ilin dekabrında üsyançılar yürüş təşkil edirlər ancaq yürüşə cəmi 8 vilayyət qoşulduğundan (Kartaxena ,Popayan,Tunja,Pamplona,Antokiya) konstutsiya qəbul etmək mümkünsüz olur.27 dekabr 1811-ci ildə Tunjada ikinçi yürüş təşkil edilir.Burada Antokiya,Kartaxena,Neyva,Pamplona və Tunja vilayyətləri birləşərək Birləşmiş Yeni Qranada Provensiyasını yaradırlar.Burada Federasiya aktı imzalanır.Aktda vilayyətlərin muxtariyyəti,sərbəstliyi və bərabərliyi nəzardə tutulurdu.Federallaşma tərəfdarlarına qarşı Mərkəzləşdirmə tərəfdarları müqavimət göstərirdi.Mərkəzləşdirmə tərəfdarları əsasən Boqota və Cako vilayyətlərində cəmləşmişdilər.Onlar bu aktı imzalamaqdan imtina etdilər.Bu vilayyətlər isə müstəqilliyini elan etdilər.Yeni Qranadanın bəzi vilayyətləri isə İspaniyaya sədaqətli qaldılar.1811-ci ildə Kundinamarka vilayyəti Marikita vilayyətini və Neyva vilayyətinin bir hissəsini işğal edir.Buda digər vilayyətlərin etirazına səbəb olur.1812-ci ilin dekabrında isə hərbi əməliyyatlar başlayır. == Müharibənin gedişi == 2 dekabr 1812-ci ildə federalistlərin qüvvələri Antonio Barayanın başçılığı ilə Ventakemadda qalib gəlir və Santa Fe de Boqotaya irrəlləyir.9 yanvar 1813-ci ildə Antonio Narino federalistləri Santa Viktorinoda Boqota yaxınlığında məğlub edir.Bundan sonra hərbi əməliyyatlarında fasilə yaranır.1813-ci ilin sonlarında cənubdan Loyalistlər hüçuma keçirlər.Narino loyalistlərin qarşısını almağa gedir və ilk döyüşdə qalib gəlsədə sonrakı döyüşdə məğlub olaraq əsir düşür.Bundan xəbər tutan Federalistlər Simon Bolivarın başçılığı ilə hüçum başlanır.10 dekabr 1814-ildə Boqota tutulur və Kundinamarka Birləşmiş Yeni Qranada Provensiyasına birləşdirilir. == Nəticəsi == Daxili çəkişmələr səbəbindən öz güclərini artırmağa imkan olmaması səbəbindən bütün Kolumbiya əraziləri bir ildən sonra İspaniyanın işğalına məruz qalır.
Kolumbiya Respublikası
Kolumbiya (isp. Colombia), rəsmi adı Kolumbiya Respublikası (isp. República de Colombia [reˈpuβlika ðe koˈlombja]) — Cənubi Amerikada dövlət. == Etimologiya == Kolumbiya sözü Xristofor Kolumbun adı ilə bağlıdır (italyanca: Cristoforo Colombo; ispanca: Cristóbal Colón). Kolumbiya İspan ağalığına qarşı vuruşduğu bir anda ölkədə 1812-1814 ci illərdə Birinci Kolumbiya vətəndaş müharibəsi baş verir. 1819-cu ildə Böyük Kolumbiya Respublikası elan olundu. Bu respublikaya Venesuela general-qubernatorluğu və Yeni Qranada vitse-krallığı (indiki Kolumbiya, Panama, Venesuela və Ekvador) daxil idi. 1835-ci ildə Venezuela və Ekvador vahid dövlətdən ayrıldıqdan sonra, qalan ərazidə Yeni Qranada Respublikası yaradıldı. 1858-ci ildə Yeni Qranadanın adı rəsmən dəyişdirilərək Qranada Konfederasiyası adlandırılır, 1863-cü ildə Birləşmiş Kolumbiya Ştatları və nəhayət 1886- ildəki konsitutsiyanın qəbulu ilə indiki adı - Kolumbiya Respublikası oldu. == Tarixi == === Koloniyalar === XVI əsrdən etibarən ispanlar Cənubi Amerikada, o cümlədən indiki Kolumbiya ərazisində koloniyalar qurmağa başladı.
Kolumbiya Universiteti
Kolumbiya Universiteti (ing. Columbia University) — ABŞ-nin Nyu-York şəhərinin Manhetten bölgəsində yerləşən özəl ali təhsil müəssisəsi. Universitet Sarmaşıq Liqasının üzvüdür. == Məşhur məzunlar == Barak Obama – Amerika Birləşmiş Ştatlarının Prezidenti Teodor Ruzvelt – Amerika Birləşmiş Ştatlarının 26-cı Prezidenti Mixeil Saakaşvili – Gürcüstan Prezidenti Salome Zurabişvili — Gürcüstan Prezidenti Tomas Hendrik İlves – Estoniya Prezidenti Madlen Olbrayt – ABŞ-nin keçmiş dövlət katibi Əbdül Zahir – Əfqanıstanın Baş naziri Martin Çalf – kimyaçı, Nobel mükafatı laureatı Robert Qrabs – kimyaçı, Nobel mükafatı laureatı Con Mather – fizik, Nobel mükafatı laureatı Ceyms Hekman – iqtisadçı, Nobel mükafatı laureatı Robert Mandell – iqtisadçı, Nobel mükafatı laureatı Edmund Felps – iqtisadçı, Nobel mükafatı laureatı Riçard Aksel – həkim-psixoloq, Nobel mükafatı laureatı Orxan Pamuk – türk yazıçı, Nobel mükafatı laureatı == Reytinqi == == Mənbə == Lamiyə Əliyeva, Dünya universitetləri: Kolumbiya Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 23.10.2009, № 41.
Kolumbiya bayrağı
Kolumbiya bayrağı — Kolumbiyanın Dövlət bayrağı
Kolumbiya burnu
Kolumbiya burnu (ing. Cape Columbia) — Kanadanın ən ucqar şimal nöqtəsi. Burun Elsmir adasının şimalında, Linkoln dənizinin sahilində yerləşir. Burun ilk dəfə 1876-cı ildə britaniyalı dənizçilər Pelqam Aldriç və Corc Ners tərəfindən aşkar edilmişdir. Burun Şimal qütbündən 769 km məsafədə yerləşir. Qrenlandiya istisna qütbə ən yaxın quru sahəsi hesab edilir. Kolunmiya burnu ilə Kanadanın ən ucqar cənub nöqtəsi Midl adası arasında məsafə 4640 km-dir. == Mənbə == Corc Ners (1878). Narrative of A Voyage to the Polar Sea in H. M. Ships 'Alert' and 'Discovery'. London: Sampson Low, Marston, Searle, & Rivington.
Kolumbiya dairəsi
Vaşinqton (ing. Washington, D.C.) — Amerika Birləşmiş Ştatlarının paytaxtı. == Tarixi == Paytaxt salınması üçün Potomak çayı sahilini ölkənin ilk prezidenti Corc Vaşinqton seçib və şəhərin əsası 1790-cı ildə qoyulub. 1800-cü ildə Vaşinqton rəsmən Birləşmiş Ştatların paytaxtı elan olunub. == Xüsusiyyətləri == Dünyanın paytaxt şəhərləri ilə müqayisədə bu şəhərin bir neçə xüsusiyyəti var. Vaşinqton məhz paytaxt funksiyasını yerinə yetirmək üçün salınan şəhərdir. Bundan başqa, məlum olduğu kimi, hələ şəhər salınarkən əldə edilmiş ümumi razılığa əsasən, Vaşinqtonda Konqres binasından hündür bina tikməyə icazə verilmir. Bu qadağının məqsədi ölkədə Konqresin və qanunların hər şeydən uca olduğunu göstərməkdir. Xatırladaq ki, Kapitoli təpəsində tikilmiş və xalq arasında "Kapitoli" adı almış Konqres binası 1800-cü ildə istifadəyə verilib, lakin bu, heç də o demək deyil ki, paytaxt başdan-başa üç və ya beşmərtəbəli binalardan ibarətdir. Şəhərdə kifayət qədər 10–12 mərtəbəli binalar da var.
Pasto (Kolumbiya)
Pasto (isp. Pasto) — Narino departamentinin paytaxtı, şəhərin əsası 1539-cu ildə ispanyalı Atris tərəfindən qoyulmuşdur. == Tarixi == Pasto şəhəri İspaniya konkistadoru Sebastian de Belalcázar tərəfindən 1537-ci ildə qurulub. 1539-cu ildə başqa bir İspaniya konkistadoru Atris şəhəri cari yerinə köçürmüş və onu "San Xuan de Pasto" adlandırmışdı. Pasto şəhərinin iqtisadiyyatının inkişaf etməsinin əsas səbəblərindən biri italyan əsilli Qvido Buçelinin fəaliyyəti idi. Şəhər müstəmləkə dövründən bəri inzibati, mədəni və dini mərkəzi şəhər olmuşdur. Buna görə də şəhər Kolumbiyanın müqəddəs şəhəri hesab edilirdi. İspaniyaya qarşı Müstəqillik Savaşları zamanı Pasto realist bir şəhər idi. Partiya bu siyasi mövqeyə görə və coğrafi mövqeyindən ötrü müstəqillik qazandıqdan sonra, Pasto Kolumbiyanın qalan hissəsindən uzun müddət təcrid olunmuşdu. == Həmçinin bax == Kolumbiyanın inzibati bölgüsü Tunxa Monteriya Mokoa Florensiya (Kaketa) İnirida San Xose del Quavyare == İstinadlar == == Xarici keçidlər == Alcaldía de San Juan de Pasto Portal de turismo y Cultura del Municipio de Pasto.
Vaşinqton (Kolumbiya)
Vaşinqton — şəxs adı və soyadı. Bu adı olan tanınmış şəxslərVaşinqton İrvinq — Amerika yazıçısı, qısa hekayələr müəllifi, esseist, bioqraf, jurnal redaktoru və diplomat.Bu soyadı olan tanınmış şəxslərCorc Vaşinqton — ABŞ-nın dövlət xadimi, ABŞ-nin ilk Prezidenti (1789-1797). Marta Vaşinqton — ABŞ siyasətçisi, 1-ci Prezidenti Corc Vaşinqtonun həyat yoldaşı.Yaşayış məntəqələriVaşinqton şəhəri — Amerika Birləşmiş Ştatlarının paytaxtı. Vaşinqton ştatı — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Olimpiya şəhəridir.DigərVaşinqton Post (qəzet) — ABŞ-də qəzet.
Kolumbiya şəhərləri
Kolumbiya yüksək şəhərləşmiş ölkədir və əhalinin 70%-i böyük şəhərlərdə yaşayır. Sonuncu əhalinin siyahıyaalınması 2005-2006-cı illərdə aparılıb və daha sonra məşğulluq və əhalinin miqrasiyası ilə bağlı məlumatlar əsasında statistik hesablamalar Milli Statistika Departamenti (DANE) tərəfindən aparılıb. == Siyahı == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cities in Colombia ilə əlaqəli mediafayllar var.
Kolumbiya çay dərəsi
Kolumbiya çayı dərəsi — ABŞ-nin Sakit okeanın şimal-qərbindəki Kolumbiya çayının kanyonu. ABŞ-nin Sakit okeanın şimal-qərbindəki Kolumbiya çayının kanyonudur.Məşhur istirahət məkanı olan dərə Kolumbiya çayı dərəsi Milli Scenic Ərazisi kimi federal qorunan statusa malikdir və Kolumbiya Çay dərəsi Komissiyası və ABŞ Meşə Xidməti tərəfindən idarə olunur. == Təsvir == Kolumbiya çayı, Kaliforniyanın şimalında Klamat və Pit çayı və Britaniya Kolumbiyasının cənubunda Fraser çayı Cascade silsiləsinin şərq tərəfindəki su hövzələrini Sakit Okeanla birləşdirən yeganə dörd çaydır. Hər çay Cascades vasitəsilə dərə yaratmışdır. Dərə yalnız 80 mil (130 km) məsafədə mülayim yağış meşələrindən quru çəmənliklərə keçir. Qərbdə mülayim yağış meşələri əraziləri, meşələr böyük yarpaqlı ağcaqayınlar, Duqlas küknarları və qərb hemlokları ilə örtülmüşdür. Keçid zonasında (Hud çayı və Dalles arasında) bitki örtüyü Oreqon ağ palıdına, ponderosa şamına və pambıq ağacına çevrilir. Şərq ucunda meşələrdən sonra geniş çəmənliklər görünür. Dərə gəzinti, velosiped sürmək, görməli yerləri gəzmək, balıq tutmaq və su idmanı üçün məşhur yerdir. Ərazi yalnız dərənin Oreqon tərəfində 90-dan çox şəlalənin yüksək konsentrasiyası ilə tanınır.
Afro-kolumbiyalılar
Afrokolumbiyalılar Afrika əsilli Kolumbiya vətəndaşlarına verilən addır. Kolumbiya qərb yarımkürəsində Braziliya, ABŞ və Haitidən sonra dördüncü ən böyük qaradərili əhaliyə malikdir. == Tarix == Afrika qaradərililərinin Kolumbiyada mövcudluğu müstəmləkə dövrünə gedib çıxır. Qara afrikalılar XVI əsrin ilk onilliyində ispanlar tərəfindən köləliyə gətirilməyə başladılar. 1520-ci illərdə yerli Amerika əhalisinin davamlı azalmasını əvəz etmək üçün Kolumbiyaya qaradərililər gətirildi. Zəncilər qızıl, şəkər qamışı plantasiyalarında, təsərrüfatlarda və iri mülklərdə işləməyə məcbur oldular. Afrikalı qara işçilər Kolumbiyanın hər yerində, hətta müasir dövrdə də zəruridir. Qara işçilər Kolumbiyanın qərbindəki Choco, Antioquia, Cauca, Valle del Cauca və Nariño'nun müvafiq bölgələrində alüvial yataqlardan qızıl çıxarılmasında və şəkər qamışının becərilməsinin qabaqcılları idi. Kolumbiyanın şərqində, Vélez, Cúcuta, Socorro və Tunja şəhərlərinin yaxınlığında afrikalılar ticarət fabriklərində parça istehsal edirdilər. Boqotadan kənarda yerləşən zümrüd mədənləri tamamilə Afrika İşçilərindən asılıdır.
Azərbaycan-Kolumbiya futbol matçlarının siyahısı
== Kişilər ==
Britaniya Kolumbiyası
Britaniya Kolumbiyası (ing. British Columbia [ˌbrɪtɨʃ kəˈlʌmbiə], fr. Colombie-Britannique) — Kanadada əyalət, inzibati mərkəzi Viktoriya şəhəridir. Ən böyük şəhər Vankuverdir, ölkənin üçüncü böyük metropol sahəsi və Pasifik Şimal-Qərbindəki ikinci böyük şəhərdir. 2009-cu ildə vilayətin əhalisi 4.419.974 (təxminən iki milyonu Böyük Vankuverdə yaşayırdı) olaraq qiymətləndirildi. Britaniya Kolumbiyası iqtisadiyyatı ilk növbədə təbii qaynaqlara əsaslanır. Qitələrarası yolların və dəmir yollarının son nöqtəsidir və Sakit okean bölgəsindəki aktiv beynəlxalq ticarətə imkan verən ən böyük limanlara ev sahibliyi edir. İsti iqlimi sayəsində, torpaqlarının 5% -dən azının əkinə yararlı olmasına baxmayaraq, vilayət, xüsusilə Fraser və Okanagan Vadisində kənd təsərrüfatını inkişaf etdirdi. İqlim açıq istirahət və turizmin inkişafı üçün əlverişlidir, baxmayaraq ki, ağac kəsmə və mədənçilik uzun müddət vilayətin iqtisadi onurğa sütunu olmuşdur. == Etimologiyası == Əyalətin adı Britaniya Kolumbiyası 1858-ci ildə İngilis olduqdan sonra Kraliça Viktoriya tərəfindən seçildi.
Britaniya Kolumbiyası Universiteti
Britaniya Kolumbiyası Universiteti (ing. University of British Columbia) — Kanadanın Britaniya Kolumbiyası əyalətinin Vankuver şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1908-ci ildə Kanadanın Britaniya Kolumbiyası əyalətində universitet yaradılması haqqında qanun qəbul edilir, lakin harada yerləşməsi qeyd olunmur. Qanuna əsasən, yaradılacaq universitetin akademik işlər üzrə Senatı, Çağırışı, İdarəçilər Şurası təsdiq edilir. 1910-cu ildə bütün əyaləti axtardıqdan sonra Vankuver şəhərinin Point Qrey ərazisi gələcək kampusun salınacağı yer kimi müəyyənləşir. 1912-ci ildə universitet Çağırışının ilk iclası keçirilir və doktor Frensis Karter-Kotton yaradılacaq universitetin ilk kansleri, prezidenti isə bir il sonra Frank Ferçayld Uesbruk seçilir. 1914-cü ildə Point Qreydə universitetin ilk binalarının tikintisi həyata keçirilir, lakin I Dünya müharibəsinin başlanması işlərin ləngiməsinə səbəb olur. 1915-ci ildə Vankuver şəhərində yerləşən keçmiş MakGill Universiteti Kollecinin qərargahında Britaniya Kolumbiyası Universiteti yaradılır. Universitet üç fakültə — incəsənət, tətbiqi elmlər, kənd təsərrüfatı fakültələrindən ibarət olur. Həmin ilin sentyabrında buraya 379 tələbə qəbul olunur.
Böyük Kolumbiya-Ekvador müharibəsi
Bİrləşmiş Kolumbiya Ştatları (Kolumbiya və Panama) və Ekvador müharibəsi 1863-cü illin 6 - 30 dekabra davam etmişdir.İki ölkə İspaniya ağalığı dövründə Yeni Qranada vice krallığına aid idi.1819-1831-ci illərdə iki ölkə Böyük Kolumbiya dövlətinin tərkibində idi. == Tarixi == İki dövlət arasında dəfələrlə sərhədlə bağlı anlaşılmazlıqlar baş vermişdir.Ekvador prezidenti Qabriel Qarsia Morena ölkənin ərazi dil baxımından birləşdirilməsi xətdini tutur.Bu siyasətin bir qolu kimi millətçiliyin müclənməsinə fikir artırılır. Yerli liberallar isə kilsəni sosial və siyasi inşafa əsas maneə olmasını bildirirdilər.Kolumbiyalı liberal prezident Tomas Sipriona de Moskera Ekvador liberallarına yardım edəcəyini bildirir.1863-cü ildə Moskera Böyük Kolumbiyanın Ekvaorla birləşməsini istəyirdi.Bu məqsədlə Morenanı sərhədə çağırır.Morena isə görüşə gəlmir.Bundan sonra Mosker sərhədə 4000-lik qoşun yerləşdirir.Buna cavab Morenada 6000 qoşun Xuan Xose Floresin(1-ci prezident) başçılığı bölgəyə göndərilir.6 dekabrda Kuaspada iki ordu toqquşur.Döyüşdə Ekvador ordusu 1500 itki və 2000 əsir verir.Kolumbiya ordusu Ekvadora doğru irrələyərək İberra şəhərini tutur.Bundan sonra münaqişə tərəfləri atəşkəs elan etməsinə razı olur. 30 dekabrda imzalanmış sülh müqaviləsini imzalayırlar.Şərtlərinə əsasən müharibədən əvvəl ki,vəziyyət bərpa edilir. == Ehtimallar == Belə bir fərziyə var ki, Kuapsadakı ilk məğlubiyyətdən sonra Morena Danışıqsız təslim olmanı qəbul edir. Hakimiyyətin verdiyi rəsmi məlumata görə:Kolumbiyanın qalib olan vəziyyətdə bu müqaviləyə qol çəkməsinin səbəbi Morenanın yeni güclü ordunun yaradılması haqqındakı qərarı idi.
Böyük Kolumbiya və Ekvador müharibəsi
Bİrləşmiş Kolumbiya Ştatları (Kolumbiya və Panama) və Ekvador müharibəsi 1863-cü illin 6 - 30 dekabra davam etmişdir.İki ölkə İspaniya ağalığı dövründə Yeni Qranada vice krallığına aid idi.1819-1831-ci illərdə iki ölkə Böyük Kolumbiya dövlətinin tərkibində idi. == Tarixi == İki dövlət arasında dəfələrlə sərhədlə bağlı anlaşılmazlıqlar baş vermişdir.Ekvador prezidenti Qabriel Qarsia Morena ölkənin ərazi dil baxımından birləşdirilməsi xətdini tutur.Bu siyasətin bir qolu kimi millətçiliyin müclənməsinə fikir artırılır. Yerli liberallar isə kilsəni sosial və siyasi inşafa əsas maneə olmasını bildirirdilər.Kolumbiyalı liberal prezident Tomas Sipriona de Moskera Ekvador liberallarına yardım edəcəyini bildirir.1863-cü ildə Moskera Böyük Kolumbiyanın Ekvaorla birləşməsini istəyirdi.Bu məqsədlə Morenanı sərhədə çağırır.Morena isə görüşə gəlmir.Bundan sonra Mosker sərhədə 4000-lik qoşun yerləşdirir.Buna cavab Morenada 6000 qoşun Xuan Xose Floresin(1-ci prezident) başçılığı bölgəyə göndərilir.6 dekabrda Kuaspada iki ordu toqquşur.Döyüşdə Ekvador ordusu 1500 itki və 2000 əsir verir.Kolumbiya ordusu Ekvadora doğru irrələyərək İberra şəhərini tutur.Bundan sonra münaqişə tərəfləri atəşkəs elan etməsinə razı olur. 30 dekabrda imzalanmış sülh müqaviləsini imzalayırlar.Şərtlərinə əsasən müharibədən əvvəl ki,vəziyyət bərpa edilir. == Ehtimallar == Belə bir fərziyə var ki, Kuapsadakı ilk məğlubiyyətdən sonra Morena Danışıqsız təslim olmanı qəbul edir. Hakimiyyətin verdiyi rəsmi məlumata görə:Kolumbiyanın qalib olan vəziyyətdə bu müqaviləyə qol çəkməsinin səbəbi Morenanın yeni güclü ordunun yaradılması haqqındakı qərarı idi.
Kolumbiya-Peru müharibəsi (1828-1829)
Birinci Kolumbiya və Peru müharibəsi – 1828-1829-cu illərdə Peru və Böyük Kolumbiya Respublikası arasında baş vermiş müharibə. == Tarixi == 1563-cü ildə Peru vice krallığı nəzdində Kito kral andiensiası yaradılır.1717-ci ildə Yeni Qranada krallığa verilir.Bu dövrdə dəqiq xəritələr olmaması və az məskunlasmış ərazilərə marağın olmaması səbəbindən bölgələr arasında sərhədlər təxmini olaraq müəyyənləşirdi.Kral fərmanı ilə 1802-ci ildən Maynas ərazisi Peru vice krallığının hərbi nəzarətinə verilir amma bu fərmanda ərazinin inzibati cəhətdən krallığa aid olub-olmaması bildirilmirdi.1803-cü ildə buna bənzər Quayagil ərazisini Limaya verilməsi də dəqiq müəyyən edilmirdi. Cənubi Amerika regionun İspan ağalığına qarşı müharibə aparan Simon Bolivar <<Uti prossidetis jurris>> şərtini irəli sürürdü.Bu İspan hakimiyyəti dövründə mövcud olan inzibati ərazi vahidləri çərçivəsində müstəqil dövlətlərin ərazi sərhədlərinin təsdiqi prinsipini özündə ehtiva edirdi.Bu da mövcud və dəqiq olmayan sərhədlərlə əlaqədar münaqişələrə səbəb olurdu.Peru bunu əsas gətirərək öz ərazisini Şimal və Şərq istiqamətdə düzəltmək istəyirdi. Carkasa kral audensiyası əvvəl Peru vice krallığına aid idi.1776-ci ildə bu ərazi Pio-de-la Plata vice krallığına verilir.Tarixi cəhətdən bu ərazi <<Yuxarı Peru>> adlanır və buradan Limaya məsafə daha yaxın idi nəyinki Buenos-Ayresə.1826-cı ildə ərazidə Boliviya dövləti yaranır.Boliviyanın Peruya birləşməsi fikri daha da geniş yayılır. 1827-ci ildə Cukisokedə üsyan baş verir və perulular dərhal bundan istifadə edirlər.Ordu Avqustina Qamarri başda olmaqla Boliviyaya hücum edir.18 may 1828 ordu La Pasa daxil olur və prezidenti Sukre istefa verməli olur. == Müharibənin başlaması == Boliviyadakı hadisələrdə xəbər tutan Simon Bolivar 3 iyun 1828-ci ildə Peruya müharibə elan edərək Sukreni Kolumbiya ordusuna komandan təyin edir.Buna cavab olaraq Peru prezidenti Xose-de-la Mar Böyük Kolumbiyaya müharibə elan edərək ordunun və donanmanı hazır vəziyyətə gətirilməsi haqqında əmr verir.Avqust ayında Peru donanması dənizə cıxaraq Kolumbiyanın Quayagil limanını mühasirəyə alır.19 yanvar 1829-cu ildə səhəri ələ keçirirlər.Peru ordusu 3fevral 1829-cu ildə Loha şəhərini də tutmağa müvəffəq olur.Bununla belə Kolumbiya ordusu başda Sukre və Flores peruluları Kuenki rayonunda məğlub edir.Peru ordusunun Quayagilə dənizdən edilən hücüm qurudan dəstək yeriləməsi şəhərin Perulular tərəfindən tutulması əhəmiyyətsiz idi.Bununla belə Maynas və Xaen ərazilərinə irrələyə bilinmədi.Bundan sonra aktiv hərbi əməliyyatlar demək olarki olmur. Bu ərəfədə Peruda hərbi cevriliş olur və hakimiyyətə Qamarra gəlir.Sülh danışıqları başlayır.Miron konvesiyasına görə dövlət sərhədlərinin bərpası haqqında qərar verilir.Bu vice krallıqların sərhədləri cərcivəsidə həll edilir ki,sərhədlərin dəqiqləşdirilməməsi hələdə qalırdı. == Nəticə və sonrakı vəziyyət == 10 iyul 1829-cu ildə Piur sülh anlaşması imzalanır.Bu anlaşmaya əsasən Quayagil ərazisi Kolumbiya torpağı olaraq təsdiqlənir.<<Uti prossidetis juris>> prinsipi əsas götürülsədə yerli şəraitə uyğun hərəkət etmək də bu anlaşmada öz əksini tapmışdı.Belə ki,hər iki dövlət sərhədlərin dəqiləşdirilməsi ücün ümumi komisiya yaradılmasına qərar verirlər. 1831-ci ildə Böyük Kolumbiya dövləti ləğv edilir və yerində Venesuela,Ekvador və Yeni Qranada Respublikası yaradılır.Peru bunda istifadə edərək varlığına son qoyulmuş dövlətlə imzalanmış bütün müqavilələrin ləğv edildiyini bildirir(Venesuela,Ekvador və Yeni Qranadanın bu dövlətin varisi olmasını qəbul etmir).Peru ərazi iddialarına başlayır.
Kolumbiya-Peru müharibəsi (1932-1933)
2-ci Kolumbiya və Peru müharibəsi— 1932-1933 illərdə Peru və Kolumbiya arasında ərazi mübahisəsindən başlanan müharibə. == Müharibənin səbəbi == Müharibənin əsas səbəbi Peru və Kolumbiya arasındakı ərazi mübahisəsi idi.24 mart 1922 hər iki tərəf <<Solomon-Lozano>> anlaşmasını imzalayır.Sazişə görə Letisia ərazisi (Letisia və Loreto çay limanları) Boyo-Amozonas hövzəsi Kolumbiyaya verilir.1932 -ci ildə Peru prezidenti polkovnik Luis Sances Serro anlaşmaya yenidən baxılmalı olduğu və Letisia limanının Peruya verilməli olduğunu bildirdi. == Qüvvələr == Peru quru qoşunlarında 5 diviziya,1kavalerlər briqadası,Milli qvardiya ,dənizdə 2 kreyser,5 çayda hərəkət edən kanoner və 60 təyyarəyə sahib idi.Kolumbiya 5 quruda hərəkət edən diviziya ,1kavalerlər briqadası,3dəniz və 6 çayda hərəkət edən kanoner qayığı,20 təyyarəsi var idi. == Hərbi əməliyyatlar == 1 sentyabr 1932 250 mülki perulu başda mühəndis Ordones olmaqla Peru və Kolumbiya sərhəddini keçir.Qiyam qalxır Letisiya limanı ələ keçirilir.Sonrakı gün Loreto şəhərində ərazinin Peruya verilməsi ücün cıxışlar başlayır.Peru hökuməti bu qiyama hec bir əlaqəsi olmadığını bildirsədə əslində isə separatcılara kömək məqsədi ilə kanoner qayığı vastəsılə əsgər və silah-sursat göndərir.Artıq 30 sentyabrda Peru acıq şəkildə bu torpaqların ona aid olduğunu bildirdi.Bu hadisələr Kolumbiyada vətənpərlik hislərini hücləndirir.19 sentyabrda E.Tiempo qəzetinin verdiyi məlumata görə 10000 nəfər məktub yazaraq müharibəyə getməyə hazır olduqlarını bildirdilər.Boqota kücələrindən 1000 tələbə keçid edərək <<Sances Serroya Ölüm>> şuarını səsləndirirlər.3 oktyabrda Kolumbiya Millətlər Liqasına müraciət edərək Perunu günahlandırır.Bununla belə Peru hücümu davam etdirir və 1 noyabrda Tarapakeni tutaraq mübahisəli torpaqların işğalını bitirir.Kolumbiya tərəfindən hərbi müdaxilənin zəyifliyi torpaqların asanlıqla itirilməsinə səbəb olur.Kolumbiya əraziyə Alfredo Kobonun başçılığı ilə 1500nəfər əsgər və 25 müxtəlif təyinatlı texnika göndərir.Kolumbiya ordusu 1933-fevralın 14 də Braziliya ilə neytral ərazidən bölgəyə irrəliləyir.Kolumbiya ordusu komandanlığı tərəfində Perunun bölgədəki briqada komandiri Diasa işğal olunmuş əraziləri tərk etməsi üçün ultimatum göndərilir.Buna cavab perulular Kolumbiyaya məxsus <<Kordova>> kanoner qayığını atəşə tutur.Bu da Kolumbiyanın hərbi əməliyyatlara başlamasını dahada sürətləndirir.4-saatlıq sürən döyüşdən sonra kolumbiyalı ordu Peru qarnizonunu Taranakedən sıxışdırıb cıxarmağa nail olurlar.15 martda Peru Kolumbiya ilə bütün əlaqələrini kəsərək ,ölkədə səfərbərlik elan edir.17 martda Kolumbiya ordusu hücüm əməliyyatlarını genişləndirərək ,19 martda peruluları Buenos-Ayres kəndindən cıxararaq hərbi əməliyyatları Peru ərazisinə keçirir və möhkəmləndirilmiş Qveli yaşayış məntəqəsini tuturlar.Peru itirdiyini geri qaytarmaqdan ötrü hücumu gücləndirir.Bu məqsədlə <Almirante Qrau> kreyseri və iki sualtı qayıqları Panama kanalı,Karib dənizi oradanda Amazon çayı vastəsi ilə münaqişə bölgəsinə göndərilirdi amma 24 mayda Manausda sulh danışıqları səbəbindən dayanmalı olur. == Sonuc == Serro 30 aprel 1933-cü ildə öldürülür.Onu Osqar Benaviqes əvəzləyir.12 mayda Peru sülh danışıqlarına razı olur(hansı ki o vaxta qədər Braziliyanın sülh danışıqları təklifini rədd etmişdi).25 mayda imzalanmış anlaşmaya əsasən Letisia 1 iliyə Millətlər Liqasının tabeliyinə verilir.24 mayda (Rio-de-Janeyro)anlaşmaya əsasən sərhədlə bağlı bütün anlaşmazlıqlar taamamən aradan qalxır və Letisa Kolumbiya torpağı olaraq təstiqlənir .Sülh anlaşmasına rəsmən 2 noyabrda imza atılır.
Kolumbiya 2018 Qış Olimpiya Oyunlarında
Kolumbiya 2018 Qış Olimpiya Oyunlarında 3 idman növü üzrə 4 idmançı ilə təmsil olunacaqdır. Bu ölkənin artıq ikinci Qış olimpiya oyunlarındakı çıxışıdır. == Millinin tərkibi == == Kanki ilə qaçış == Kecən dəfəki olimpiya yarışmaları ilə müayisədə bu idman yarışlarında dəyişikliklər baş vermişdir. Bura mass-start əlavə edilmişdir ki, burada idmançılar 16 dövrə vururlar. Həmcinin 1994-cü ildən bəri ilk dəfə olaraq kanki srənlər 500 m məsafəni 1 dəfə qət edəcəklər. Kvotalar 2017/2018 illər dünya kubokuna əsasən müəyyən edilir. Bu yarışma əsasında siyahı tərtib edilmişdir. Kolumbiyaya bu idman növündə ilk lisenziyanı Pedro Kausil qazanmışdır. Bir həftə sonra isə Laura Qomes ikinci lisenziyanı qazanır. Bu cənubi Amerika tarixində bir ilkdir.
архимандри́тский вы́свистать магнети́товый прираста́ние распатро́нить ретрогра́дствовать ту́грики дриста́ть кабанёнок па́ля произвести́ сека́ч уплоща́ть врутец cant Kashmir rug lithotrity megalopolitan corridor mescaline plastering poliomyelitis pondage touchback underway панацея