KONQRES

(latın congressus görüş, yığıncaq) 1) dövlət, ərazi, təşkilat, birlik(lər) rəhbərlərininin və yaxud səlahiyyətli nümayəndəlrinin müəyyən məqsədlərdən ötrü adətən geniş heyətli yığıncağı, toplantısı, həmçinin beynəlxalq konfransın bir növü (sülh tərəfdarlarının dünya K.-i, elmi K., və s.); 2) ABŞ və bir sıra Latın Amerikası ölkələrinin (Boliviya, Braziliya, Venesuela, Kolumbiya, Meksika, Honduras və s.) Ali Qanunverici orqanın və ya (əgər ikipalatalı sistemdirsə) aşağı palatasının adı. Fransada Parlamentin hər iki palatasının birgə iclası K. adlanır; 3) Bir sıra dövlətlərdə, xalqlarda siyasi partiyaların, milli təşkilatların adı.
KONFRANS
KONSERVATİZM
OBASTAN VİKİ
Konqres
Konqres – [lat. congressus – görüşmə, görüş, yığıncaq, toplaşma] Beynəlxalq – genişmiqyaslı yığıncaq, qurultay; ABŞ-də və bəzi burjua ölkələrində parlamentin adı; Dövlət, ərazi, təşkilat rəhbərlərinin, yaxud nümayəndələrinin görüşü, həmçinin beynəlxalq konfrans növü. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Konqres Kitabxanası
Konqres Kitabxanası (ing. The Library of Congress) — ABŞ-də kitabxana ABŞ Konqres Kitabxanası 1800-cü il aprelin 24-də ABŞ prezidenti Con Adamsın göstərişi ilə yaradılıb. Prezident kitab alınmasına və saxlanılmasına o vaxtın pulu ilə böyük məbləğ — 5 000 dollar pul ayırır və qərar imzalayır ki, kitabxananı ancaq prezidentlər, Konqresin üzvləri ziyarət edə bilərlər. O vaxtdan etibarən kitabxananın adı Konqres Kitabxanası qalır. 1814-cü ildə ABŞ-Britaniya müharibəsi vaxtı kitabxana demək olar ki, məhv olur. İngilis əsgərləri kitabxananın yerləşdiyi Kapitoli binasını yandırırlar. 3000-dən çox kitab məhv olur. Eks-prezident və kitab həvəskarı Tomas Cefferson özünün yarım əsr ərzində yığdığı 6487 cilddən ibarət kitabxanasını kitabxanaya bağışlayır. Belə bir kitabxana ABŞ-də heç kimdə yox idi. Konqres Kitabxanası Britaniya Milli Kitabxanasından sonra dünyanın ən böyük kitabxanası hesab olunur.
Kontinental Konqres
Kontinental konqres — Filadelfiya Konqresi kimi də tanınan Kontinental Konqres On üç koloniya nümayəndələrinin birgə qəbul etdikləri razılaşma əsasında formalaşmışdır. Konqres Amerika inqilabı zamanında Birləşmiş Ştatların rəhbər orqanı halına gəlmişdir. Konqres 1774-cü ildən, 1789-cu ilədək üç məsələnin həlli üçün bir araya gəlmişdir. Konqres üçün ilk çağırış 1774-cü ildə Benjamin Franklinə Koloniyalara nümayəndə heyətlərinin formalaşmasına razılığını bildirən, həmçinin Massaçusets ştatında baş verən blokadalara və Dözümsüzlük nümayişlərinə qarşı cəza tədbirlərinin görülməsini nəzərdə tutan qanunların qəbul olunması ilə bağlı idi. Bugünədək qəbul olunan konvensiyalar və sərəncamlar Kontinental Konqresin illər boyu qəbul etdiyi qərarların bir növ tərkib hissəsi olması da bilinməkdədir. Birləşmiş Krallığın təmsilçilərinin nəzərdə tutulan bölüşdürücülüklə razı olub-olmayacağına baxmayaraq, 1776-cı ildə Konqresin ikinci — "Müstəqillik Haqqında Qanun"u yekdilliklə qəbul edildi. Müstəqillik haqqında qətnamənin qəbulundan iki gün sonra yeni dövlətin — Amerika Birləşmiş Ştatlarının yaradılmaaının əsası qoyuldu. Bu, həm də Virciniyadan olan Corc Vaşinqtonun başçılıq etdiyi Kontinental Ordunun yaradılmasını da rəsmiləşdirdi. Ordu Böyük Britaniya ilə müharibə etmiş, Fransa krallığı ilə Hərbi İttifaq bağlamış və müharibə iştirakçılarını kreditlər və kağız pullarla maliyyələşdirmişdir. Birinci Kontinental Konqres 1774-cü il, 5 sentyabrdan 17 oktyabradək Pensilvaniya ştatının Filadelfiya şəhərindəki Karpenter Sarayında qısa zaman ərzində bir araya gəlmişdir.
İkinci Kontinental Konqres
İkinci Kontinental konqres — Filadelfiya Konqresi kimi də tanınan Kontinental Konqres On Üç Koloniya təmsilçilərinin birgə qəbul etdikləri sözləşmə əsasında formalaşmışdır. Konqres Amerikan İnqilabı zamanında Birləşmiş Ştatların rəhbər orqanı halına gəlmişdir. Konqres 1774-cü ildən, 1789-cu ilədək üç məsələnin həlli üçün bir araya gəlmişdir. Konqres üçün ilk çağırış 1774-cü ildə Benjamin Franklinə Koloniyalara nümayəndə heyətlərinin formalaşmasına razılığını bildirən, həmçinin Massaçusets ştatında baş verən blokadalara və Dözümsüzlük nümayişlərinə qarşı cəza tədbirlərinin görülməsini nəzərdə tutan qanunların qəbul olunması ilə bağlı idi. Bugünədək qəbul olunan konvensiyalar və sərəncamlar Kontinental Konqresin illər boyu qəbul etdiyi qərarların bir növ tərkib hissəsi olması da bilinməkdədir. Birləşmiş Krallığın təmsilçilərinin nəzərdə tutulan bölüşdürücülüklə razı olub-olmayacağına baxmayaraq, 1776-cı ildə Konqresin ikinci- "Müstəqillik Haqqında Qanun"u yekdilliklə qəbul edildi. Müstəqillik haqqında qətnamənin qəbulundan iki gün sonra yeni dövlətin-Amerika Birləşmiş Ştatlarının yaradılmaaının əsası qoyuldu. Bu, həm də Virciniyadan olan Corc Vaşinqtonun başçılıq etdiyi Kontinental Ordunun yaradılmasını da rəsmiləşdirdi. Ordu Böyük Britaniya ilə müharibə etmiş, Fransa ilə Hərbi İttifaq bağlamış və müharibə iştirakçılarını kreditlər və kağız pullarla maliyyələşdirmişdir.
Heydər Əliyev Konqres Mərkəzi
Heydər Əliyev Konqres Mərkəzi - Qəbələ şəhərində, Qaraçay çayının sahilində layihələr və qlobal qərarların verildiyi görüşlərin keçirilməsi üçün fəaliyyət göstərən konqres mərkəzi. Ərazisinin ümumi sahəsi 8,5 hektar olan mərkəzin layihələndirmə və tikinti işlərinə 2012-ci ilin mayından başlanılmış və 2013-cü ilin iyulunda başa çatdırılmışdır. Üç mərtəbədən ibarət olan bina 4,2 metr dərinliyində zirzəmiyə sahibdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Mərkəzdə 6 qüllə və zalın üzərində diametri 20 metr, hündürlüyü isə zalın döşəmə səviyyəsindən 13 metr olan günbəz düzəldilmişdir. İsveçrə istehsalı olan və səstənzimləmə xassələrinə malik materialdan istifadə olunaraq hazırlanan bu günbəz zalda akustikanın tənzimlənməsinə xidmət edir. Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir. Heydər Əliyev Konqres Mərkəzi Qəbələ şəhərinin mərkəzindən 4 km aralıda inşa edilmişdir. Mərkəzin layihələndirmə və tikinti işlərinə 2012-ci ilin mayından başlanılmış və 2013-cü ilin iyul ayında yekunlaşdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 avqust, 2013-cü il tarixində, Qəbələ rayonuna səfəri zamanı Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak etmişdir.
Lütfü Kırdar Konqres və Sərgi Sarayı
Lütfü Kırdar Konqres və Sərgi Sarayı (türk. Lütfi Kırdar Kongre ve Sergi Sarayı) — İstanbulun Şişli ilçəsində yerləşən çoxməqsədli konqres mərkəzi. "Rumeli Sərgi Salonu ve Sərgi Merkezi" adlı əlavə binası ilə birlikdə bir çox önəmli sərgilər, konsertlər ilə sosial və mədəni tədbirlərin keçirilməsində istifadə olunur. Əvvəllər "Fənərbağça" kimi bir sıra basketbol klubları oyunlarını bu sarayın idman salonunda oynayırdılar. 1940-cı illərdə İstanbul valisi olan Lütfü Kırdar tərəfindən "Dünya Güləş Çempionluq oyunu"nda istifadə edilmək üçün tikdirilmişdir. O dövrdə idman və sərgi sarayı adlanmışdır. Çempionluq oyunlarından sonra da bir çox idman ilə əlaqədar tədbirlərə ev sahibliyi etmişdir. Beynəlxalq konqreslərdə istifadə edilə bilməsi üçün bina restovrasiya edimiş və indiki adıyla adlandırılmağa başlanmışdır. 1996-cı ilin iyun ayında Həbibət konqresinin keçirilməsi ilə xidmətə açıq elan edlmişdir. Əsas bina olaraq Lütfü Kırdar Mərkəzi 2.000 nəfərlik Anadolu Auditoriyası, Mərmərə Salonu, iki Topqapı Salonu, üç Dolmabaxça Salonu, Qalata Salonu, Xaliç Salonu, üç Sultan iclas otağı, üç Barbaros iclas otağı, dörd Levənt iclas otağı və VIP otaqlardan ibarətdir.
Lütfü Kırdar Konqres və Sərgi Sarayı (İstanbul)
Lütfü Kırdar Konqres və Sərgi Sarayı (türk. Lütfi Kırdar Kongre ve Sergi Sarayı) — İstanbulun Şişli ilçəsində yerləşən çoxməqsədli konqres mərkəzi. "Rumeli Sərgi Salonu ve Sərgi Merkezi" adlı əlavə binası ilə birlikdə bir çox önəmli sərgilər, konsertlər ilə sosial və mədəni tədbirlərin keçirilməsində istifadə olunur. Əvvəllər "Fənərbağça" kimi bir sıra basketbol klubları oyunlarını bu sarayın idman salonunda oynayırdılar. 1940-cı illərdə İstanbul valisi olan Lütfü Kırdar tərəfindən "Dünya Güləş Çempionluq oyunu"nda istifadə edilmək üçün tikdirilmişdir. O dövrdə idman və sərgi sarayı adlanmışdır. Çempionluq oyunlarından sonra da bir çox idman ilə əlaqədar tədbirlərə ev sahibliyi etmişdir. Beynəlxalq konqreslərdə istifadə edilə bilməsi üçün bina restovrasiya edimiş və indiki adıyla adlandırılmağa başlanmışdır. 1996-cı ilin iyun ayında Həbibət konqresinin keçirilməsi ilə xidmətə açıq elan edlmişdir. Əsas bina olaraq Lütfü Kırdar Mərkəzi 2.000 nəfərlik Anadolu Auditoriyası, Mərmərə Salonu, iki Topqapı Salonu, üç Dolmabaxça Salonu, Qalata Salonu, Xaliç Salonu, üç Sultan iclas otağı, üç Barbaros iclas otağı, dörd Levənt iclas otağı və VIP otaqlardan ibarətdir.
Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı (Konqres Kitabxanası)
Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı — ABŞ Konqresi Kitabxansının 2008-ci ilin əvvəlinə aid kataloqların məlumatları əsasında hazırlanıb. Siyahı konkret bu şəxslərə həsr edilmiş monoqrafiyaların sayına əsasən tərtib edilib. Karl Marks (Marx) (1818–1883) — alman filosofu, 3180 İmmanuel Kant (Kant) (1724–1804) — alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, 2005. Vladimir Lenin (Lenin) (1870–1924) — rus inqilabçısı, dünyanın ilk sosialist dövləti olan SSRİ-nin qurucusu və ilk rəhbəri, 1970. Avraam Linkoln (Lincoln) (1809–1865) — ABŞ Prezidenti, 1933. Adolf Hitler (Hitler) (1889–1945) — alman siyasətçisi, 1773. Fridrix Hegel (Hegel) (1770–1831) — alman filosofu, 1654. Ziqmund Freyd (Freud) (1856–1939) — Avstriya psixoloqu, psixoanaliz elminin banisi, 1537. Mahatma Qandi (Gandhi) (1869–1948) — hind mütəfəkkiri və ictimai xadimi, 1487. Fridrix Nitsşe (Nietzsche) (1844–1900), alman filosofu, 1468.
Demokratik Konqres
Azərbaycanda seçki blokları və siyasi birliklər — Azərbaycanda seçkilər üçün vahid namizəd irəli sürülməsi üçün yaradılan seçki blokları və siyasi partiyaların, siyasətçilərin birliyi üçün yaradılan siyasi birliklər. == Tarixi == Azərbaycanda hələ müstəqillikdən əvvəl SSRİ dönəmində seçki blokları yaranmışdır. 1990-cı il avqustun 24-də qəbul edilmiş Azərbaycan Xalq Cəbhəsinin Ali Sovetə seçkilərə dair seçkiqabağı proqramında Azərbaycanın tam dövlət müstəqilliyinin bərpa edilməsi əsas proqram məqsədi kimi bəyan olundu. Həmin proqram "Demokratik Azərbaycan " seçki blokunun da platforması kimi təsdiq edildi. Seçki blokları tarixi rəsmi olaraq 1994-cü ildən başlayır. == Seçki blokları == === 2000-ci il parlament seçkiləri === Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokratik Maarifçilik Partiyasıseçkilərdə partiyalar bloku halında çıxış etməyi qərara aldılar və ölkənin parlament seçkiləri praktikasında ilk dəfə olaraq "Demokratik Azərbaycan" Siyasi Partiyalar Bloku qeydiyyatdan keçirildi. Proporsional seçkilərin partiyalar üzrə blok 0,40% səs topladı. === 2003-cü il prezident seçkiləri === ==== Bizim Azərbaycan Bloku ==== 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır. Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk növbədə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir.
ABŞ Konqres Binası
Amerika Konqres Binası (İngilis dilində: United States Capitol) ABŞ-ni idarə edən ABŞ Konqresinin iqamətgahıdır. Bina ABŞ-nin paytaxtı Vaşinqton şəhərindəki Capitol Hill bölgəsində və National Mall dairəsinin şərq ucunda yerləşir. Orijinal binanın 1792-ci ildə Tomas Jefferson tərəfindən təşkil edilən bir yarışma ilə təyin edilməsi qərara alındı. Ən azı 10 memarın qatıldığı yarışmada Stephen Halletin dizaynı ən ideal olaraq təyin olunsa da, sonradan seçim edilmədi, çünki həmin bina tikilsəydi dəyəri çox yüksək olacaqdı. Müsabiqəyə son anda girən həvəskar memar William Thorntonun 31 yanvar 1793-cü ildə təqdim etdiyi dizaynı 5 aprel 1793-cü ildə rəsmi olaraq qəbul edildi. Bununla birlikdə bu dizayn həm inşaat zamanı, həm də gələcək illərdə xeyli dəyişikliyə məruz qaldı.
ABŞ Konqres Kitabxanası
Konqres Kitabxanası (ing. The Library of Congress) — ABŞ-də kitabxana ABŞ Konqres Kitabxanası 1800-cü il aprelin 24-də ABŞ prezidenti Con Adamsın göstərişi ilə yaradılıb. Prezident kitab alınmasına və saxlanılmasına o vaxtın pulu ilə böyük məbləğ — 5 000 dollar pul ayırır və qərar imzalayır ki, kitabxananı ancaq prezidentlər, Konqresin üzvləri ziyarət edə bilərlər. O vaxtdan etibarən kitabxananın adı Konqres Kitabxanası qalır. 1814-cü ildə ABŞ-Britaniya müharibəsi vaxtı kitabxana demək olar ki, məhv olur. İngilis əsgərləri kitabxananın yerləşdiyi Kapitoli binasını yandırırlar. 3000-dən çox kitab məhv olur. Eks-prezident və kitab həvəskarı Tomas Cefferson özünün yarım əsr ərzində yığdığı 6487 cilddən ibarət kitabxanasını kitabxanaya bağışlayır. Belə bir kitabxana ABŞ-də heç kimdə yox idi. Konqres Kitabxanası Britaniya Milli Kitabxanasından sonra dünyanın ən böyük kitabxanası hesab olunur.
Bakı Konqres Mərkəzi
Bakı Konqres Mərkəzi — Bakıda Təbriz küçəsində yerləşən müasir beynəlxalq tədbirlər mərkəzi. == Tarixi == Mərkəzin tikintisinə 2014-cü ilin fevralında başlanılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 aprel 2015-ci ildə Mərkəzin açılışında iştirak etmiş və Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsmişdir. == Ərazisi == Mərkəz Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşir. Mərkəzin ümumi sahəsi 6,2 hektar, tikintialtı sahəsi isə 46,6 min kvadratmetrdir. Ətrafda geniş abadlıq-quruculuq işləri aparılmış, yaşıllıq zolaqları salınmışdır. Bina bütün zəruri infrastrukturla təmin olunub. == Maddi-texniki bazası == Binanın foyesində 405 kvadratmetrlik monitor quraşdırılıb. Bu, dünyada qapalı məkanda quraşdırılan ən böyük və ən çox pikselli monitordur. Ümumilikdə isə binada müxtəlif ölçülü 50-dən artıq monitor quraşdırılıb.
Birinci Kontinental Konqres
Kontinental konqres — Filadelfiya Konqresi kimi də tanınan Kontinental Konqres On Üç Koloniya təmsilçilərinin birgə qəbul etdikləri sözləşmə əsasında formalaşmışdır. Konqres Amerikan İnqilabı zamanında Birləşmiş Ştatların rəhbər orqanı halına gəlmişdir. Konqres 1774-cü ildən, 1789-cu ilədək üç məsələnin həlli üçün bir araya gəlmişdir. Konqres üçün ilk çağırış 1774-cü ildə Benjamin Franklinə Koloniyalara nümayəndə heyətlərinin formalaşmasına razılığını bildirən, həmçinin Massaçusets ştatında baş verən blokadalara və Dözümsüzlük nümayişlərinə qarşı cəza tədbirlərinin görülməsini nəzərdə tutan qanunların qəbul olunması ilə bağlı idi. Bugünədək qəbul olunan konvensiyalar və sərəncamlar Kontinental Konqresin illər boyu qəbul etdiyi qərarların bir növ tərkib hissəsi olması da bilinməkdədir. Birləşmiş Krallığın təmsilçilərinin nəzərdə tutulan bölüşdürücülüklə razı olub-olmayacağına baxmayaraq, 1776- cı ildə Konqresin ikinci - "Müstəqillik Haqqında Qanun"u yekdilliklə qəbul edildi. Müstəqillik haqqında qətnamənin qəbulundan iki gün sonra yeni dövlətin - Amerika Birləşmiş Ştatlarının yaradılmasının əsası qoyuldu. Bu, həm də Virciniyadan olan Corc Vaşinqtonun başçılıq etdiyi Kontinental Ordunun yaradılmasını da rəsmiləşdirdi. Ordu Böyük Britaniya ilə müharibə etmiş, Fransa ilə Hərbi İttifaq bağlamış və müharibə iştirakçılarını kreditlər və kağız pullarla maliyyələşdirmişdir.
Ümumi Milli Konqres
Ümumi Milli Konqres (ərəbcə: المؤتمر الوطني العام, Bərbərcə: Agraw Amuran Amatay) Liviyanın qanunverici orqanı olan çoxpartiyalı məclisdir. Liviya tarixində ilk plüralist, demokratik məclisdir. 200 üzv var Liviya Vətəndaş Müharibəsində Müəmmar Qəddafi rejimi çökdü və ölkədə Liviya Milli Keçid Şurasının rəhbərliyi altında demokratik keçid prosesinə başlanıldı. Daha sonra ölkə daxilində bir çox siyasi qruplar yaradıldı, liderlər seçildi. 2012 Liviya Ümumi Milli Konqresi üçün seçkilər 7 iyul 2012 tarixində keçirilmişdir. 200 yer müxtəlif qruplar və şəxslər üçün ayrılmışdı. Konqres 8 avqust 2012-ci ildə quruldu. Ümumi Milli Konqres 1 aprel 2016-cı ildə ləğv olunduğunu elan etdi və yerinə Dövlət Ali Şurası gətirildi.
Vüqar Novruzov (konqres sədri)
Vüqar Şahmar oğlu Novruzov (1962, Laçın rayonu) — hüquq elmləri doktoru, Moldova Azərbaycanlıları Konqresinin sədri. 1962-ci ildə Laçın rayonunda anadan olub. 1980-ci ildən Moldova Respublikasında yaşayır. 1988-ci ildə Moldova Dövlət Universitetinin hüquq fakultəsini bitirib, hüquq elmləri doktorudur. 1992-ci ildən biznes fəaliyyəti ilə məşuldur, "Azmol Company" şirkətinin prezidentidir. 2004-cü ildən Moldova Azərbaycanlıları Konqresinin sədridir. "Dədə Qorqud" Fondu və "Azərbaycan Dünyası" Beynəlxalq jurnalı Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzovu "Vətən övladı" ordeni ilə təltif edib. Təltifetmə mərasimi 10 fevral 2011-ci il tarixində Moldovanın paytaxtı Kişinyov şəhərində “Moldexpo”nun «Casa vinului» sərgi salonunda keçirilib. Moldova Prezidenti tərəfindən "Gloria Muncii" ordeni ilə təltif edilib. Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Vüqar Şahmar oğlu Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 iyul 2011-ci il sərəncamı ilə “"Tərəqqi" medalı” ilə təltif edilib.
ABŞ Konqres Binasına hücum (2021)
ABŞ Konqres Binasına hücum — 2021-ci il 5–6 yanvar tarixlərində ABŞ prezidenti Donald Trampın tərəfdarları 2020-ci il ABŞ prezident seçkilərinin nəticələrinə etiraz etmək və Trampın vitse-prezident Mayk Pens və Konqresdən prezident seçkilərində Co Baydenin qələbəsini ləğv etmək tələbini dəstəkləmək üçün Vaşinqton şəhərində toplaşdı. Etirazçılar ilk olaraq Tramp və Rudolf Culiani tərəfindən əvvəlcədən planlanmış olan "Amerikanı qoru" mitinqi üçün Ellips parkına gəldilər. Tramp və Rudolf Culianinin nitqləri sona çatmamış etirazçılardan ibarət kütlə Konqresə doğru irəlilədi və binaya hücum etdi. Konqress bu vaxt sessiyada idi. Sessiyada Seçicilər kollegiyası səslərinin sayılması məsələsinə baxılır və Texasın senatı Ted Kruz və Arizona dördüncü konqresional bölgəsindən olan Pol Qosarın Arizonadakı səsləri Seçkilər kollegiyasının səhv hesablandığı debatı gedirdi. ABŞ Konqres Binasının bir hissəsi təxliyə edildi və etirazçılar Milli Heykəltaraşlıq Zalı da daxil olmaqla, Konqres Binasına daxil olmaq üçün təhlükəsizliyi pozdular. Sonda, Konqresin bütün binaları kilidləndi. Nümayəndələr Palatası məclis otağının qapısında silahlı qarşıdurma yaşandı və Konqresin içində bir nəfər silahla vuruldu. Silahla vurulan şəxsin vəziyyətinin ağır olduğu deyildi. Konqres ərazisində və Respublikaçılar Partiyasının qərargahından bir qədər kənarda bir ədəd yararsız partlayıcı qurğu tapıldığı bildirildi.
Cənubi Afrika Həmkarlar İttifaqları Konqresi
Cənubi Afrika Həmkarlar İttifaqları Konqresi (ing. Congress of South African Trade Unions) — Cənubi Afrikanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Yohannesburqda yerləşir. Konqres 1 dekabr 1985-ci ildə bir neçə təşkilat və federasiyanın birləşməsi nəticəsində yaranmışdır. Yarandığı vaxt qısa zaman ərzində tərkibinə 33 təşkilat və yarım milyon üzv cəmləşmişdir. Hazırda təşkilatın tabeçiliyində 21 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Konqres 1,8 milyon üzvü özündə cəmləşdirir. Təşkilat yarandığı ilk gündən ona üzv olan işçilərin hüquqlarını qorumaq istiqamətində əlindən gələni əsirgəməyib. Dəfələrlə təşkilatın təşəbbüsü ilə irimiqyaslı nümayiş, tətil, etiraz aksiyaları keçirilib. Etirazlara əsas səbəb isə işçilərin maaşlarının qaldırılmaması, iş şəraitinin yaxşılaşdırılması yönündə heç bir addım atılmaması, iş saatının uzadılması olub.
Dünya Azərbaycanlılar Konqresi
Dünya Azərbaycanlıları Konqresi (qısaca "DAK"") — Dünyadakı Azərbaycan diasporunun bir hissəsini birləşdirən beynəlxalq təşkilat. Dünya Azərbaycanlıları Konqresi (DAK) 1997-ci ildə ABŞ-də yaradılıb və Azərbayсanda, həmçinin ondan kənarda yaşayan azərbaycanlıların hüquqlarının bərpası və insan haqları uğrunda mübarizə aparan müstəqil, iсtimai və beynəlxlaq diaspor təşkilatıdır. DAK fəaliyyətə başladığı ilk gündən dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, bərabərliyi istiqamətində müvafiq addımlar atıb, Azərbaycan diasporunun inkişafı üçün səylərini səfərbər edib. Təşkilat dünyaya səpələnmiş azərbaycanlıların bir araya gəlməsi, xüsusilə də adi insani hüquqlardan məhrum olan güneyli soydaşlarımızın səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında aktivlik nümayiş etdirib. Bu sahədə DAK-ın gördüyü işlər dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın bir məqsəd ətrafında birləşməsinə, eyni zamanda Güney Azərbaycan probleminin dünya birliyinin gündəminə gətirilməsinə güclü təkan vermişdir. Təşkilatın rəhbərliyinin nüfuzlu beynəlxalq qurumların əsas şəxsləri, aparıcı ölkələrin dövlət rəsmiləri, parlament üzvləri ilə intensiv görüşləri, ictimaiyyət nümayəndələri qarşısında mütəmadi çıxışları artıq müəyyən konkret nəticələr vermiş, hətta BMT-nin Baş katibi səviyyəsində Güney Azərbaycanda yaşayan soydaşlarımızın dil, milli təhsil və milli mətbuat hüquqlarından məhrum olması faktı etiraf edilmişdir. DAK bununla belə fəaliyyəti dövründə əldə etdiyi uğurlarla yanaşı, problemlərlə də qarşılaşıb, müəyyən çətinliklərlə üzləşib. Təşkilatın üzləşdiyi ən ciddi problemlərdən biri zaman-zaman parçalanması, müəyyən insanların konqresdən ayrılmaları, bəzilərinin isə DAK-a alternativ qurumlar yaratması olub. Dünya Azərbaycanlıları Konqresi daxilində ilk parçalanma 2005-ci ilə təsadüf edib. Təşkilatın 2002-ci ildə Haaqada keçirilən qurultayından sonra bir qrup şəxslər adı çəkilən qurumdan ayrılaraq yeni konqres formalaşdırmaq istiqamətində fəaliyyət göstəriblər.
Dünya Azərbaycanlıları Konqresi
Dünya Azərbaycanlıları Konqresi (qısaca "DAK"") — Dünyadakı Azərbaycan diasporunun bir hissəsini birləşdirən beynəlxalq təşkilat. Dünya Azərbaycanlıları Konqresi (DAK) 1997-ci ildə ABŞ-də yaradılıb və Azərbayсanda, həmçinin ondan kənarda yaşayan azərbaycanlıların hüquqlarının bərpası və insan haqları uğrunda mübarizə aparan müstəqil, iсtimai və beynəlxlaq diaspor təşkilatıdır. DAK fəaliyyətə başladığı ilk gündən dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, bərabərliyi istiqamətində müvafiq addımlar atıb, Azərbaycan diasporunun inkişafı üçün səylərini səfərbər edib. Təşkilat dünyaya səpələnmiş azərbaycanlıların bir araya gəlməsi, xüsusilə də adi insani hüquqlardan məhrum olan güneyli soydaşlarımızın səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında aktivlik nümayiş etdirib. Bu sahədə DAK-ın gördüyü işlər dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın bir məqsəd ətrafında birləşməsinə, eyni zamanda Güney Azərbaycan probleminin dünya birliyinin gündəminə gətirilməsinə güclü təkan vermişdir. Təşkilatın rəhbərliyinin nüfuzlu beynəlxalq qurumların əsas şəxsləri, aparıcı ölkələrin dövlət rəsmiləri, parlament üzvləri ilə intensiv görüşləri, ictimaiyyət nümayəndələri qarşısında mütəmadi çıxışları artıq müəyyən konkret nəticələr vermiş, hətta BMT-nin Baş katibi səviyyəsində Güney Azərbaycanda yaşayan soydaşlarımızın dil, milli təhsil və milli mətbuat hüquqlarından məhrum olması faktı etiraf edilmişdir. DAK bununla belə fəaliyyəti dövründə əldə etdiyi uğurlarla yanaşı, problemlərlə də qarşılaşıb, müəyyən çətinliklərlə üzləşib. Təşkilatın üzləşdiyi ən ciddi problemlərdən biri zaman-zaman parçalanması, müəyyən insanların konqresdən ayrılmaları, bəzilərinin isə DAK-a alternativ qurumlar yaratması olub. Dünya Azərbaycanlıları Konqresi daxilində ilk parçalanma 2005-ci ilə təsadüf edib. Təşkilatın 2002-ci ildə Haaqada keçirilən qurultayından sonra bir qrup şəxslər adı çəkilən qurumdan ayrılaraq yeni konqres formalaşdırmaq istiqamətində fəaliyyət göstəriblər.
Fici Həmkarlar İttifaqları Konqresi
Fici Həmkarlar İttifaqları Konqresi və ya qısaca FHİK (ing. Fiji Trades Union Congress - FTUC) — Ficinin ən irimiqyaslı və nüfuzlu həmkarlar ittifaqı təşkilatı. Beynəlxalq Əmək Təşkilatının üzvüdür. Təşkilat 1952-ci ildə yaranmışdır. İlk illərdə Fici Sənaye İşçilərinin Konqresi adlanırdı. 1973-cü ildə qurumun adı dəyişdirilir və həmin vaxtdan Fici Həmkarlar İttifaqları Konqresi adlanır. Konqresin tabeçiliyində 26 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. 33 min üzvü var. Konqres Okeaniya ölkələrinin işçilərini müdafiə edən üçüncü ən böyük qurumdur. Hazırda Konqresə Daniel Uray başçılıq edir.
Fici Sənaye İşçilərinin Konqresi
Fici Həmkarlar İttifaqları Konqresi və ya qısaca FHİK (ing. Fiji Trades Union Congress - FTUC) — Ficinin ən irimiqyaslı və nüfuzlu həmkarlar ittifaqı təşkilatı. Beynəlxalq Əmək Təşkilatının üzvüdür. Təşkilat 1952-ci ildə yaranmışdır. İlk illərdə Fici Sənaye İşçilərinin Konqresi adlanırdı. 1973-cü ildə qurumun adı dəyişdirilir və həmin vaxtdan Fici Həmkarlar İttifaqları Konqresi adlanır. Konqresin tabeçiliyində 26 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. 33 min üzvü var. Konqres Okeaniya ölkələrinin işçilərini müdafiə edən üçüncü ən böyük qurumdur. Hazırda Konqresə Daniel Uray başçılıq edir.
Filippin Həmkarlar İttifaqları Konqresi
Filippin Həmkarlar İttifaqları Konqresi (filip. Katipunan ng Manggagawang Pilipino – KMP) — Filippinin ən böyük milli həmkarlar ittifaqları təşkilatlarından biri. Mərkəzi ofisi Quezon şəhərində yerləşir. Konqres 1975-ci ildə yaradılmışdır. Həmin dövrdə Filipində fəaliyyətdə olan 23 həmkarlar ittifaqı ortaq qərara gəlirlər ki, əgər onlar birləşib vahid bir təşkilat kimi fəaliyyət göstərsələr daha uğurlu nəticələr əldə edə bilərlər; daha dinamik və aktiv addımlar atarlar. Məhz bu məqsədlə həmin ildə dekabrın 14-də keçirilən konfransda təşəbbüskarlar Filippin Həmkarlar İttifaqları Konqresinin yaranmasını bəyan edirlər. Konqres yarandığı ilk gündən qarşısına əsas məqsəd olaraq iş yerlərində demokratik mühitin yaradılmasını qoyub. Bununla yanaşı işçi hərəkatının, daxili və beynəlxalq həmrəyliyin gücləndirilməsi, iş yerlərində müasir və yeni avadanlıqların tətbiqi də diqqət mərkəzində saxlanılır. Hazırda konqresin 1,2 milyon üzvü var. Qurumun tabeçiliyində 30 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir.
Gürcüstan Xalqları Ümumdünya Konqresi
ýGŸrcŸstan Xalglarõ †mŸmdŸnya Kongresi (GX†K)ý – GŸrcŸstanda və xaricində yaşayan gŸrcŸlərin ictimai təşkilatõ; 2009 il mart ayında təsis olunmuşdu. GXÜKün baş ofisi Venada, Avstriyada yerləşir. Rusiya filialı Sankt-Peterburqda açılmışdır. Prezident, Aleksandr Yebralidze Rusiya biznesmeni, OAO ˝Talion˝un baş direktorudur. Prezident müavinin, Badri Meladze, Moskva şəhərində GUP ˝Stoliçnıye apteki˝ təşkilatõnda baş direktorunun təhlŸkəsizlik Ÿzrə mŸavinidir. Prezident mŸavini, Vladimir Xomeriki yenilikilik və investisiyalar sahəsində mŸtəxəssislərin Rusiya dšvlət akademiyasõnda rektorun məsləhətisidir. Rusiya filialõnõn direktoru – Aleksandr Kinteraya. Kongresin müraciətində Gürcüstanı böhran vəziyyətindən stabil demokratik inkişaf yoluna çıxartmaq və vahid, bitərəf, azad, iəklənən GŸrcŸstanõ yaratmaq məqsədi elan edilir. Mixail Saakaşvilinin GŸrcŸstan prezidenti vəzifəsindən kšnŸllŸ istefa haqqõnda təklif irəli sŸrŸlŸr. Onlayn konfransında İA Regnum GXÜKün Tbilisidə gürcü filialı aşmaq, šz gəzetini, radiostansiyasõnõ və televiziya kanalõnõ yaratmaq planlarõ haqqõnda bildirilmişdir.
Hindistan Milli Konqresi
Hindistan Milli Konqresi (ing. Indian National Congress) Hindistanda mövcud olan siyasi partiyalardan biridir. Partiya, 1885-ci ildə Allan Octavian Hume tərəfindən yaradılmışdır. Partiyanın rəhbərliyində 2006-cı ildən etibarən Sonia Gandhi əyləşmişdir. Partiyanın “Congress Sandesh” adlı mətbuat orqanı mövcuddur. Hindistan Gənclik Konqresi (ing. Indian Youth Congress) isə partiyanın gənclik qolu hesab olunur.
Kanada Əmək Konqresi
Kanada Əmək Konqresi (ing. Canadian Labour Congress – CLC; fr. le Congrès du travail du Canada – CTC) — Kanadanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konqresin baş qərargahı Ottava şəhərində yerləşir. Kanada Əmək Konqresi 23 aprel 1956-cı ildə xidmət sahəsində fəaliyyət göstərən işçiləri özündə cəmləşdirən Kanada Həmkarlar İttifaqları və Əmək Konqresi ilə bütün sahələrin əməkçilərini özündə cəmləşdirən Kanada Əməkçilərinin Konqresinin birləşməsi nəticəsində yaranmışdır. Qeyd olunan hər iki təşkilat o dövrün işçilərinin maraqlarını qoruyan aparıcı qurumlar idi. İlk dövrdə Kanada Əmək Konqresinin üzvləri arasında nəqliyyat, mədən və özəl sektorun işçiləri çoxluq təşkil edirdi. 1960-cı illərdən etibarən digər sahələrdə çalışanlar da bu çoxluğa qatılmağa başladı. 1963-cü ildən başlayaraq Kanadada bir neçə azad həmkarlar ittifaqları yarandı. Bunlardan biri Kanada Dövlət Qulluqçularının Birliyi idi.
Korinf konqresi
Xeroneya döyüşündən sonra II Filipp Cənubi Yunanıstana yürüş etdi. Sparta istisna olmaqla, bütün Peloponnes ittifaqı şəhərləri Makedoniya çarının hakimiyyətini qəbul etdilər. Filipp hər bir şəhər ilə ayrı-ayrılıqda müdafiə və hücum haqqında ittifaq bağladı. Bu ittifaqın əsasında hər bir şəhərin muxtariyyətini və azadlığını qorumaq dayanırdı. Məsələlərin həll edilməsi üçün Filipp bütün yunan şəhərlərinin marağında olan e.ə 338-ci ildə Korinfdə ümumyunan yığıncağını - Korinf konqresini (sinedrion) çağırdı. Konqresə Spartadan başqa bütün yunan dövlətləri dəvət edildi. Konqresə rəhbərliyi Filipp özü edirdi. Konqress Yunanıstanda müharibənin qurtarmasını həll edirdi.Yunan dövlətlərinin parçalanmasının qarşısını almaq üçün Makedoniyanın rəhbərliyi ilə və Makedon çarının hakimiyyəti altında ümumyunan federasiyasının yaradılması nəzərdə tutulurdu. Birləşdirilmiş dövlətlərlə Makedoniya çarı arasında müdafiə və hücum məsələləri haqqında ittifaq bağlanılırdı. Çarın əleyhinə çıxan və onun düşmənlərinə yardım edən hər bir dövlət, hər bir yunan ciddi şəkildə cəzalandırılırdı.
Malayziya Həmkarlar İttifaqları Konqresi
Malayziya Həmkarlar İttifaqları Konqresi (malay Kongres Kesatuan Sekerja Malaysia) — Malayziyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konqresin baş qərargahı Subanq Caya şəhərində yerləşir. Malayziya Həmkarlar İttifaqları Konqresi 1949-cu ildə yaradılmışdır. Fəaliyyətinin ilk illərində Malayziya Həmkarlar İttifaqları Şurası adlanırdı. Lakin 1958-ci ildə keçirilən qurultay zamanı qurumun adı dəyişdirilib və həmin vaxtdan etibarən Malayziya Həmkarlar İttifaqları Konqresi adını daşıyır. Konqres bir çox aktual məsələləri hər zaman gündəmdə saxlayır və onların həlli istiqamətində fəal addımlar atır. Konqresin prioritet məsələləri iş yerlərinin yaxşılaşdırılması, minimal əməkhaqqının yaşayış minimumu səviyyəsinə uyğunlaşdırılması, qadınlara cəmiyyətdə xüsusi diqqət ayrılmasıdır. Konqres hər il 7 Oktyabr layiqli əmək və 1 May zəhmətkeşlərin həmrəylik günlərində minlərlə işçinin iştirakı ilə kütləvi nümayişlər təşkil edir. Məhz konqresin gördüyü işlər nəticəsində Malayziyada iş rejimində dəyişikliklər olub. Yəni iş həftəsi 6 gündən 5 günə, gündəlik iş saatları isə 8-ə salınıb, minimal əməkhaqının həcmi artırılıb.
Paris konqresi
Paris konqresi — Paris müqaviləsinin imzalanması ilə nəticələnən, Krım müharibəsini bitirmək məqsədi ilə çoxtərəfli beynəlxalq danışıqların aparıldığı konqres. 13 fevral (25) 1856-cı ildə Fransanın paytaxtında çağırılmışdır. Konqresin işində Rusiya, Fransa, İngiltərə, Avstriya, Sardiniya, Osmanlı imperiyası və Prussiyanın diplomatik nümayəndələri iştirak etmişdilər. Konqresin sessiyalarına Fransa Xarici İşlər Naziri, Napoleon Bonapartın oğlu qraf A.Valevski rəhbərlik edirdi. Rusiyanı iki şəxs təmsil edirdi. Birinci şəxs fövqaladə səlahiyyətli qraf A.F.Orlov, ikincisi isə Londonda uzun müddət Rusiya səfiri olmuş F.İ.Brunnov idi. Britaniyanı Lord Vilers Corc Klarendon və Henry Vellesli təmsil edirdi. Avstriya Fon Karl Ferdinant Buolem, Sardiniya krallığı isə Kamillo Kavur timsalında konqresə qoşulmuşdu. Osmanlı imperiyası adından qatılan nümayəndə heyətinə sədrəzəm Mehmed Əmin Əli Paşa rəhbərlik edirdi. Rusiya "Şərq məsələsi" çərçivəsində Osmanlı imperiyasına son vermək və türkləri Avropadan, həmçinin İstanbul boğazlarından qovmaq istəyirdi.
Rusiya Yəhudi Konqresi
Rusiya Yəhudi Konqresi (RYK) — Rusiyanın ən böyük müasir yəhudi təşkilatı. 1996-cı ildə yaradılıb. Qeyri-kommersiya xeyriyyə fondu kimi fəaliyyət göstərir. Təşkilat Rusiyanın ən nüfuzlu və varlı yəhudilərini — yüksək rütbəli məmurları, iş adamlarını, elm və mədəniyyət xadimlərini özündə birləşdirir. RYK-nin rəhbər orqanları — rəyasət heyəti, direktorlar şurası və ictimai şuradır. Rəyasət heyətinin tərkibinə daxildir: Mixail Fridman, Leonard Blavatnik, Leonid Melemed, Boris Mints, German Zaxaryayev, Andrey Rappoport, David Yakobaşvili, Yevgeniya Albats, Yuli Qusman, Berl Lazar, Henri Reznik, Vladimir Solovyov, Gennadi Xazanov, Mixail Çlenov, Mixail Berger, Mixail Jvanetski, Qriqor Kroşner və s. Təşkilatın təftiş komissiyasına Rusiyanın keçmiş iqtisadiyyat naziri Yakov Urinson rəhbərlik edir.
Sivas konqresi
Sivas Konqresi ya da Qurultayı Mustafa Kamal Atatürkün Amasiya qanununu açıqladıqdan sonra bir çağırış üzərinə Birinci Dünya Müharibəsindən sonra işğala məruz qalan Türk topraqlarını qurtarmaq və Türk millətinin müstəqilliyini qazanmaq üçün çarələr axtarmaq məqsədilə seçilmiş xalq təmsilçilərinin Sivasda bir araya gəlməsiylə, 4–11 Sentyabr 1919 tarixləri arasında gerçəkləşən bir konqresdir. Sivas Konqresində alınan qərarlar, daha öncə gerçəkləşdirilən Ərzurum konqresinin qərarlarını genişlədərək bütün milləti əhatə etmiş və yeni bir Türk dövlətinin quruluşuna təməl olmuşdur; bu səbəblə Sivas Konqresinin Türkiyə tarixindəki önəmi böyükdür. Sivas Konqresində, Ərzurum Konqresində alınan vətənin bütünlüyü və müstəqilliyiylə əlaqəli qərarlar eynilə qəbul edilmişdir. Konqres eyni zamanda Cümhuriyyət Xalq Partiyasının ilk qurultayı olaraq qəbul edilməkdədir. Konqresdə şərq illəri adına nümayəndə olaraq Ərzurum Konqresində seçilən Heyet-i Temsiliye (Təmsil Qurulu) üzvləri vardı. Qərbi və Orta Anadolu illrindən gələn digər təmsilçilərin də qatılması sayəsində Sivas Konqresi, milli bir konqres adını qazanmışdı. Konqresə qatılan nümayəndə sayı mübahisəli bir mövzudur. Ankara kimi bəzi illərdə valilik təzyiqi ilə nümayəndə seçimi gerçəkləşməmiş, bəzi illərdən seçilən nümayəndələrin isə yola çıxması əngəllənmiş, bu səbəbdən konqresə qatılmamış və ya konqres çalışmaları bitdikdən sonra Sivasa gələ bilmişdilər. Sonradan qatılanlarla birlikdə nümayəndə sayının 41 olduğu söylənə bilər. (Fərqli qaynaqlara görə 31, 33, 38 qatılımcı vardır.) Mustafa Kamal Atatürk (9.
Tererife Beynəlxalq Ticarət Sərgiləri və Konqresləri Mərkəzi
Tererife Beynəlxalq Ticarət Sərgiləri və Konqresləri Mərkəzi (isp. Centro Internacional de Ferias y Congresos de Tenerife) və ya Tenerife sərgi sahəsi (isp. Recinto Ferial de Tenerife) — İspaniyanın Santa Kruz de Tenerife şəhərində yerləşən bina. 1996-cı ilin mayında açılmış bina ispan memarı Santiaqo Kalatrava tərəfindən tikilmişdir. Santa Kruz de Tenerife karnavalıda bu binada keçirilir.
Vişeqrad Konqresi (1335)
Vişeqrad Konqresi — 1335-ci il oktyabr ayının sonu noyabr ayının əvvəlində Macarıstanın Vişeqrad şəhərində keçirilən Avropa monarxlarının konqresi. Orada Şərqi Avropanın üç monarxı iştirak etmişdir, Çexiya kralı I Yan, Macarıstan kralı Karl Robert (görüşün təşəbbüskarı) və Polşa kralı III Kazimir. Görüşdə anti-habsburq koalisiyasının yaranması və I Yanın Polşa tacından imtina etməsi barədə müzakirələr aparılmışdır, sonuncu mövzunun müqabilində Sileziya üzərindəki çex suverenliyi tanınmaq və 20 min praqa qroşu məbləğində əlavə ödənişinin edilməsi təklif olunmuşdur. 1300-cü ildə Çexiya kralı II Vatslav taxtda çıxdı və Polşa kralı ela olundu, bu da hakim Polşa sülaləsi Pyastlar nümayəndələrinin narahatlığına səbəb oldu, çünki belə halda Vatslavın varisləri Polşa taxtına namizəd olurdular. Bu münaqişəni həll etmək yolunda monarxlar razılaşma imzalamaq üçün danışıqlara başladılar? Macarıstan kralı I Karl Robert isə bu işdə vasitəçi rolunu oynadı. Trençin Konvensiyası hazırlanandan sonra, 1335-ci ilin payızının sonlarında Vişeqradda hər üç monarxın toplantısı keçirildi, hansında ki I Yanın Polşa tacı və bütöv Polşa ərazisinə iddialarından imtina etdiyi təsdiqləndi, bunun müqabilində ona vəd edilmiş 20 min qroş məbləğində pul təzminatı verildi və Çexiyanın Sileziya hersoqluğu üzərində hakimiyyəti tanındı. Əsas müvəffəqiyyət üç ölkənin Habsburq sülaləsinə qarşı çoxdan gözlənilən müdafiə ittifaqının yaradılması və yeni ticarət yollarının yaradılması ilə bağlı razılaşmaların əldə olunması idi. Sileziya, 1742-ci ildə Prussiya krallığının ərazisinə keçənə qədər Çex tacının hakimiyyəti altında qaldı və Sileziya torpaqlarının çox hissəsi yalnız İkinci Dünya Müharibəsindən sonra Polşaya geri qaytarıldı (Sileziyanın kiçik bir hissəsi indi də Çex Respublikasına aiddir). 6 dekabr 1335-ci ildə, sazişin imzalanmasından sonra, Polşa kralı III Kazimir və Çexiya kralı I Yan Praqaya gəldilər, burada salnamələrə görə, polyak monarxına böyük ehtiram göstərildi.
Vyana konqresi
Vyana konqresi — 1814–1815-ci illərdə keçirilmiş ümumavropa yığıncağı. Vyana konqresi 1814-cü ilin sentyabrı — 1815-ci ilin iyununda fəaliyyət göstərdi. Konqresin işində Osmanlı dövləti istisna olmaqla, bütün Avropa dövlətlərinin 216 nümayəndəsi iştirak edirdi. Lakin əsas rolu İngiltərə, Rusiya və Avstriya oynayırdı. Konqresdə mərkəzi yeri Polşa — Saksoniya məsələsi tutdu. Rusiya bütün Polşa torpaqlarını, Prussiya isə Saksoniyanı birləşdirmək istəyirdi. Hər iki dövlətin güclənəcəyindən ehtiyat edən Avstriya, İngiltərə və Fransa buna mane olmaq istəyirdi. Avstriyanın xarici işlər naziri Metternix İngiltərənin Xarici İşlər naziri lord Kestleri ilə birləşərək, Saksoniyanın Prussiyaya verilməsi müqabilində kral III Fridrix Vilhelmin çara xəyanət edərək onların tərəfinə keçməsinə çalışdı. Kral bu barədə I Aleksandra məlumat verdikdə çarın necə bir vəziyyətə düşməsini təsəvvür etmək çətin deyil. Taleyran belə bir diplomatik gərginlikdən istifadə edərək üç dövlətin — Avstriya, Fransa və İngiltərənin Rusiya və Prussiyaya qarşı ittifaqını yaratmağı təklif etdi.
Bütün Hindistan Ot Kökləri Konqres Partiyası

Digər lüğətlərdə