Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kolatan
Kolatan (Astara) — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Bala Kolatan — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Böyük Kolatan — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Kolatan (Germi) == Həmçinin bax == Kolatağ — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd.
Bala Kolatan
Bala Kolatan — Azərbaycan Respublikasının Masallı rayonunun Böyük Kolatan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Böyük Kolatan kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bala Kolatan kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == Oykonim Külotan variantında da qeydə alınmışdır. Əvvəllər bıı ərazidə bir Kolatan kəndi mövcud idi. Sonralar indiki Bala Kolatan yaşayış məntəqəsi yarandıqda keçmiş Kolatan kəndi Böyük Kolatan adlandırılmışdır. Talış dilində "meşədə təmizlənmiş, açılmış sahə" (tala) külət adlanır. == Tarixi == Digər məlumatlara görə Qədə Kuləton talış dilində "Qədə" – kiçik, "Kulət" – meşənin içindəki təbii çəmənlik və ya yaşamaq, əkinçilik və heyvandarlıq məqsədi ilə insanlar tərəfindən ağaclardan təmizlənmiş meşə ərazisi, "on" – cəm şəkilçisi mənasını verir. "Kulət" sözünün "çəmənlik", "Qədə Kuləton" sözünün rus dilindəki analoqu "Маленкие луга" ola bilər. Bala Kolatanın indiki tarixi çoxda qədim deyil və təxminən 250 ildən bir az çoxdur. Bala Kolatanın yuxarı məhəlləsinin ilk sakinləri indiki Lerik rayonunun Mastail kəndindən gəliblər.
Böyük Kolatan
Böyük Kolatan — Azərbaycan Respublikasının Masallı rayonunun Böyük Kolatan kənd inzibati ərazi dairəsində kənd.Böyük Kolatan kəndi Azərbaycan Respublikasının Masallı rayonunun cənub qərbində, Talış dağlarının şərq ətəyində, rayon mərkəzindən 13 km. məsafədə yerləşir. Kəndin relyefi dərə və hamardır. Ərazinin suları şirin və içməlidir. Kəndin ərazisindən üç dağ çayı keçir. Bu çaylardan ən böyüyü Kolatançaydır.[mənbə göstərin] == Tarixi == Kəndin yaranma tarixi XVII əsrin ortalarına təsadüf edir. İlk sakinləri Qarabağdan və Lerik rayonundan gələn insanlar olmuşlar. Bu ərazidə küp qəbirlərin, hündür kurqan təpələrinin mövcudluğu, Qanqal qalası, Çolabil qala şəhəri, Peşkə dəlion kulət, Dəli ru, Osyo kut kimi tarixi yerlərin olması Böyük Kolatan ərazisinin qədim insan məskəni olmasına əyani sübutdur. Deyilənlərə görə Kolatan ərazisi qədimdə kol-kos və sıx meşəlik olmuşdur. Ora köçən əhali abadlıq məqsədi ilə ərazini təmizləmişlər.
Kiçik Kolatan
Bala Kolatan — Azərbaycan Respublikasının Masallı rayonunun Böyük Kolatan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Böyük Kolatan kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bala Kolatan kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == Oykonim Külotan variantında da qeydə alınmışdır. Əvvəllər bıı ərazidə bir Kolatan kəndi mövcud idi. Sonralar indiki Bala Kolatan yaşayış məntəqəsi yarandıqda keçmiş Kolatan kəndi Böyük Kolatan adlandırılmışdır. Talış dilində "meşədə təmizlənmiş, açılmış sahə" (tala) külət adlanır. == Tarixi == Digər məlumatlara görə Qədə Kuləton talış dilində "Qədə" – kiçik, "Kulət" – meşənin içindəki təbii çəmənlik və ya yaşamaq, əkinçilik və heyvandarlıq məqsədi ilə insanlar tərəfindən ağaclardan təmizlənmiş meşə ərazisi, "on" – cəm şəkilçisi mənasını verir. "Kulət" sözünün "çəmənlik", "Qədə Kuləton" sözünün rus dilindəki analoqu "Маленкие луга" ola bilər. Bala Kolatanın indiki tarixi çoxda qədim deyil və təxminən 250 ildən bir az çoxdur. Bala Kolatanın yuxarı məhəlləsinin ilk sakinləri indiki Lerik rayonunun Mastail kəndindən gəliblər.
Kolatan (Astara)
Kolatan — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd.
Kolatan (Germi)
Kolatan (fars. كولاتان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 42 nəfər yaşayır (9 ailə).
Refik Koraltan
Bəkir Refik Koraltan — (1889, Divriği – 17 iyun 1974, İstanbul) Türk siyasətçi, Demokrat Parti dövründə, 1950 ile 1960 arasında Türkiyə Böyük Millət Məclisi Başqanı. == Həyatı == Ilk təhsilini Sivas ilinin Divriği şəhərində alan Koraltan Istanbula gedərək liseydə oxuyur. Daha sonra Istanbul Universitetinin Hüquq fakültəsində təhsil alır. 1914-ci ildən etibarən prokuror və vəkil işləməyə başlayır. Mudros müqaviləsindən sonra bir müddətdə Istanbulda işləyir və Konyaya qayıdır. O burada Milli Qüvvələrin tərkibinə qatılaraq Istiqlal müharibəsinə qoşulur. 1920-ci il 23 apreldə Konyadan TBMM-ə CXP-dən deputat seçilir. Koraltan həmçinin Konyadan II, III, IV çağırış millətvəkili seçilir. Deputatlıqdan 1935-də ayrılır və bir daha 4 il sonra Içeldən Məclisə daxil olur. 1945-ci ildə Cəlal Bayar rəhbərliyi altında Adnan Menderes, Fuad Köprülü ilə birlikdə demokratik çoxpartiyalı sistemə keçidi tələb edən "Dördlü Takrir" adlı sənədi CXP-yə təqdim etdilər və partiyadan qovuldular.
Kökatan nargülü
Kökatan nargülü == Təbii yayılması == Şimali Amerika, Çin və Vyetnamda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə qədər olan, iri, qalın gövdəsi üzərində külli miqdarda hava kökləri əmələ gətirən sarmaşıqdır. Budaqda xırda yarpaqların sayı 9–11 ədəd olub, qarşılıqlı, lələkvari, ellipsvari, uzunluğu 3–6 sm-dir, üst hissəsi yaşıl, kənarları dişli, çılpaq, alt hissəsi isə açıq-yaşıl, kənarları bütöv, damarcıqları damarcıqları tüklüdür. Qıfabənzər iri çiçəkləri, 10 sm uzunluğunda, 5 sm enində, kənarları tünd-narıncı rəngli, çiçəkləri dəstədə 4–12 ədəd olmaqla süpürgə çiçək qrupunda toplanır. Çiçək tacının uzunluğu 5–7 sm, diametri 3–4 sm olub, uzunsov-boruşəkilli, üstdən narıncı, içəridən sarıdır. Çiçəkləməsi yay aylarına təsadüfən edir və uzun müddət çiçəkləyir. Meyvələrin uzunluğu 12 sm-ə qədər olan, uzunsov-silindrik qutucuqlardır. Toxumlarla, kök qələmləri və zoğlarla çoxaldılır. == Ekologiyası == Zəngin və orta miqdarda nəmişli torpaqlarda tez böyüyür. Quraqlığa davamlı, işıq və istisevəndir, ancaq qışda −20 °C temperaturda şaxta vurur.
Conatan
Conatan — Ad. Conatan Li Riçes — Dünyanın ən maraqlı insanı. Conatan Teydor — ABŞ ssenaristi, prodüseri və rejissoruDigərConatan (tısbağa) — dünyanın ən yaşlı tısbağasi.
Goravan
Goravan — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Vedi çayının sahilində, Vedi kəndinin cənubunda yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Kürəvan, Qafqazın 5 verstlik xəritəsində Goravan kimi qeyd edilmişdir. == Toponimi == Toponim qədim türk dilində "mal-qara üçün pəyə", "həyət" mənasında işlənən kora sözünə , urartu dilində "ölkə yer" mənasında işlənən "ebani", "abani" sözünün fonetik forması olan avan (van) sözünün qoşulması əsasında əmələ gəlmişdir. Yuxarıda qeyd edilmişdir ki, kəndin adı 1728-ci il tarixdə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Kürəvan kimi qeyd edilmişdir. Toponimin Kürəvan formasının kökünü kürə sözü təşkil edir. Bu söz də qədim türk dilində kura formasında "mal-qara pəyəsi" mənasını ifadə edir. Kəndin adı yerli tələffüz forması Gorvan olduğuna görəErmənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1944-cü il tarixli fərmanı ilə dəyişdirilib Yenikənd qoyulmuşdur. Sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.
Karaman
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
Keratin
Keratin (/ˈkɛrətɪn/ ) — skleroproteinlər kimi də tanınan struktur lifli zülallar ailəsindən biri. Alfa-keratin (α-keratin) onurğalılarda olan bir keratin növüdür. Onurğalılarda pulcuqları, saçları, dırnaqları, lələkləri, buynuzları, pəncələri, və dərinin xarici təbəqəsini təşkil edən əsas struktur materialdır. Keratin həmçinin epiteliya hüceyrələrini zədələnmədən və ya stressdən qoruyur. Keratin suda və üzvi həlledicilərdə yüksək dərəcədə həll olunmur. Keratin monomerləri bərk və sürünənlərdə, quşlarda, suda-quruda yaşayanlarda və məməlilərdə olan sərt, minerallaşmamış epidermal əlavələr meydana gətirən ara filamentlər yaratmaq üçün dəstələrə yığılır. Həddindən artıq keratinləşmə müəyyən toxumaların, məsələn, mal-qara və kərgədanların buynuzları, eləcə də armadillosların osteodermlərinin möhkəmlənməsində iştirak edir. Məlumdur ki, keratinləşdirilmiş toxumanın gücünə yaxınlaşan yeganə digər bioloji maddə xitindir. Keratin iki növdür: bütün onurğalılarda rast gəlinən ibtidai, daha yumşaq formalar və yalnız sürünənlər və quşlar olan daha sərt törəmə formalar . Hörümçək ipəyi keratin kimi təsnif edilir , baxmayaraq ki, protein istehsalı onurğalılarda prosesdən asılı olmayaraq inkişaf etmiş ola bilər.
Kolatağ
Kolatağ — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Kolatağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Kolatağ kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Kəndin əsl adı Kolatəkdir. Oykonim kol (meşəlik, xırda meşə) və ətək komponentlərindən düzəlib, "meşə ətəyi" mənasındadır. Yaşayış məntəqəsi meşə ətəyində salındığı üçün belə adlandırılmışdır. Bəzi tədqiqatçıların fikrinə görə, toponim əslində Gulyataq olub, "güllü, çiçəkli yataq" mənasındadır. == Tarixi == Kolatağ kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Kolatağ kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin yamacında yerləşir.
Komutan
Komandir (alm. Commanding Officer‎) — Hərbi komandir - Hərbi birləşməyə,hissəyə və ya gəmiyə başçılıq edən şəxs.Məsələn:Bölük komandiri,Hərbi Hissə komandiri və s.Komandirlər birləşmə və ya hissələrə görə bölünürlər,beləki manqa(yarımqrup),taqım(qrup) və ya tim komandirləri "kiçik komandir" heyəti adlanırlar onlar şəxsi heyətin "bir başa rəis"ləri sayılırlar.Bölük və ya ondan böyük birləşməyə başçılıq edən şəxslərsə "bilavasitə rəislər" sayılır. İstehsalat rəhbərlərinə (mühəndislərə,texniklərə) bəzi hallarda komandir deyilir.
Koramal
Koramal (lat. Anguis) — Koramallar fəsiləsinə aid cins. Ayaqsız ilana bənzər kərtənkələlərdir. == Növləri == Bu cinsə 6 növ daxildir: Anguis cephallonica Anguis colchica Anguis fragilis — Cılız koramal Anguis graeca Anguis incomptus Anguis veronensisCılız koramal Avropada, həmcinin Türkiyə, Əlcəzir və Tunis ərazilərində yayılmışdır. A. cephallonica növü cənubi Yunanıstanın emdemik növü sayılır. A. incomptus növü isə 2010-cu ildəOphisaurus cinsinə daxil edilmişdir. 1758-ci ildə Karlos Linneaus Koramal cinsinə bir cox kərtənkələ və ilan növü daxil etmişdi.
Koramaz
Koramaz — çiy südlə qatığın qarışığından ibarət ağartı, yaxud sərinləşdirici içki. Ənənəvi sərinlədici içkilərin az təsadüf edilən tipoloji növlərindən biri də südə qatıq qarışdırmaq yolu ilə hazırlanan koramaz (körəməz) olmuşdur. Turşməzə tama malik olan və bir növ məzəiçkisi sayılan koramaz (körəməz), əsasən isti yay aylarında düzəldilib içilirdi. Koramaz (körəməz) Azərbaycanın qərb bölgəsində daha geniş yayılmışdı.
Kosacan
Kosacan — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Kosacan oyk., sadə. Şərur r-nunun Siyaqut i.ə.v.-də kənd. Arpa çayının sahilində, Şərur düzündədir. Bəzi tədqiqatçılara görə, XIII əsrdə Türkiyə ərazisində monqolların dağıtdığı Kusakan şəhərindən gəlmiş ailələrin gətirdiyi addır. Lakin bu oykonimin Azərb. ərazisində də özünəməxsus arealları vardır: Kosakan (Zəngilan), Küsəkan/Küsəkəran (Lerik). Türkiyədə, Sivasın 80 km.- liyində Kosadağ oronimi qeydə alınmışdır.
Kotavan
Noravan
Noravan — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Qorağan
Qorağan — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bəzi tədqiqatçılar oykonimi qədim türk dillərində "dayanacaq", "hərbi düşərgə" mənasında işlədilən qori-qan (monqol variantı xoruqan) sözü ilə əlaqələndirib, yaşayış məntəqəsinin monqol işğalından (XIII əsr) sonra yarandığını güman edirlər. Ehtimal ki, kənd monqol işğalı dövründə hərbi məqsədlə salınmış məntəqə əsasında yaranmışdır. Azərbaycanda monqol mənşəli sözlərdən yaranmış toponimlərin çoxu Şəki, Balakən, İsmayıllı, Qax rayonlarının payına düşür. == Tarixi == 1917-ci ildə, fevral inqilabından sonra Zaqatalanın nüfuzlu din xadimlərindən olan Hafiz Əfəndi (1920 və 1930-cu illərdə Zaqatalada antisovet üsyanlarının başçısı) vaxtı ilə çarizmin xristianlaşdırdığı bəzi məntəqələrdə, ələlxüsus da Qorağan kəndində sakinləri yenidən islam dininə döndərmək məqsədilə fəal təşviqat aparırdı. Bu da bölgədə konfessional zəmində gərginlik doğurmuşdu. XX əsrin 30-cu illərində isə Qorağan kəndində yaşayan xristian ingiloyların əksəriyyəti Gürcüstana köç edərək Tsiteltskaro rayonunda Samtatskaro (əvvəlki adı Anaqar Qorağan) kəndində məskunlaşmışlar. == Coğrafiyası və iqlimi == Kənd Acıçay sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. Relyefi düzən-çay-meşə relyeflərindən ibarətdir. Kəndin ərazisində çoxlu düzən yerlər kənd təsərrüfatının və maldarlığın inkşafına kömək edir.
Toratau
Toratau və ya Şixan (Tratau, Toratau; başq. Торатау — «qala-dağ») — Rusiya Federasiyasının Başqırdıstan Respublikası İşimbay rayonu və İşimbay şəhərinin rəmzi. Bu zirvə istər şəhərin istərsə rayonun gerbində əks olunmuşdur. 1965-ci ildən etibarən təbiət abidəsidir. İşimbay rayaonu ərazisində olan şahid dağlar arasında olan Kuştau, Yuraktau və Şaxtau Rusiyanın yeddi möcüzəsinə namizəd olaraq göstərilirdi. == Fiziki-coğrafi xüsusiyyətləri == Toratau dağının Ağidel çayı sahilindən olan hündürlüyü 275 metrdir. Ətrafında olan düzənlikdən isə 280 metr hündürlüyə malikdir. Dağın dəniz səviyyəsindən olan hündürlüyü isə 406 metr təşkil edir. Dağ üzərində və çevrəsində 100 növdən çox ot bitkisinə rastlamaq mümkündür. Zirvənin qərb və cənub-qərb ətəklərində mağaralar vardır.
Xorasan
Xorasan (fars. خراسان‎ – gün çıxan yer) — İranın şərqində tarixi vilayət. Xorasan qədim yaşayış yeri olub dünya şöhrətli memarlıq abidələri və xalçaları ilə tanınır. 29 sentyabr 2004-cü ildə vahid Xorasan ostanı üç ostana bölünmüşdür: Şimali Xorasan ostanı (mərkəzi: Bocnurd) Cənubi Xorasan ostanı (mərkəzi: Bircənd) Rəzəvi Xorasan ostanı (mərkəzi: Məşhəd) == Əhalisinin etnik tərkibi == 25 %-ini türklər təşkil edir. Azərbaycanlılar (20%), farslar , Xorasan türkləri , türkmənlər , kürdlər , həzaralar, bəluclar, puştunlar və s. ibarətdir . Məşhəd şəhərində 500 mindən çox azərbaycanlı yaşayır. == İqtisadiyyatı == İqtisadiyyatının əsas sahələri — avtomobil, elektrotexnika, neft-kimya, metallurgiya, kənd təsərrüfatı, qida (buğda, arpa, şəkər çuğunduru, pambıq, zəfəran, üzüm, pomidor, raps), dəri, ayaqqabı, toxuculuq, keramika sənayesi, energetika, tikinti materiallarının istehsalı, silisium, turizm və səyahət, nəqliyyat, ticarət, neft, qaz hasilatı, firuzəni, mis filizi, qızıl, daş duz.
Aratan
Aratan — qədim türkcə ər "kişi", "igid", "sərrast atıcı", və tən "bərabər", "sanki özü", "elə bil" sözlərindən; ümumi mənası: "igid kimi", "sanki igid", "igidə tay" və s. Qədim türkcə təng (sonunda qovuşuq "nq" fonemi ilə) öz inkişafında eyni mənalı iki söz yaratmışdır: tən və tək. Azərbaycan dilində bu sözlərin ikisi də vardır. Məsələn, Aytən qız adı "Ay kimi", "Sanki ay" mənasını verir; tək sözü isə, məsələn, "aslan tək döyüşdü", yəni "şair kimi döyüşdü" ifadəsində qalır. Bu söz dilimizdə təkin formasında da işlənir. == Tarixi == Aratan- İrəvan xanlığının Karpibasar mahalında kənd adı. XIX əsrin II yarısından etibarən adı çəkilmir. Musa Kalankatlının "Alban tarixi"ndə Albaniyanın Arsak bölgəsində Tancik (yəni "Kiçik Tan"), Bulu-Tan (1828-ci ildə İrandan gəlmə ermənilər yerləşdikdən sonra təhrif olunmuş Plıtans şəklindədir) yəni "Ulu (böyük) Tan" və 1727-ci il arxiv sənədinə görə orada Müsəlman-Tan kənd adları ilə sıra təşkil edir. 1949-1950-ci illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür.
Cortan
Cortan, Cortdan və ya Cotdan- Bir növ süd məhsulu. == Hazırlanması == Kəndlərdə qatığı motal içinə töküb, onu çalıb kərəsini alarlar.Qatıqın kərəsi alınandan sonra,ayran əldə edilər.Sonra qurut hazırlamak üçün bu ayran torbaya tükülər və suyu alınar və bununla belə cortan ələ gələr ki süzmə qatıq kimi bərkdir və aşlarda istifadə olunar.Cortanları bir qoz ölçüsü qədər düzəldib və qurutsalar qurut yaranar. Bu məhsul Cənubi Azərbaycanda Marağa, Binab, Əcəbşir və Azərşəhrdə hazırlanar.
Dortan
Dortan (fr. Dortan) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şimali Oyonna kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01148. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1996 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1350 nəfər arasında (15-64 yaş) 1071 nəfər İqtisadi fəal, 279 hərəkətsizdir (fəaliyyət göstərici 79.3%, 1999-cu ildə bu 76.9%). Fəal 1071 sakindən 955 nəfər (527 kişi və 428 qadın) işləyir, 116 nəfər işsizdir (49 kişi və 67 qadın). Aktiv olmayan 279 nəfər arasında şagird və ya tələbə, 111 nəfər təqaüdçü, 74 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Aykut Kocaman
Aykut Kocaman (türk. Aykut Kocaman; 4 aprel 1965, Sakarya, Türkiyə) — Türkiyə futbolçusu və futbol baş məşqçisi. Hazırda Türkiyə Super Liqası klublarından Fənərbaxçada baş məşqçilik edir. == Oyun statistikası == Mənbə: "Aykut Kocaman" (türk). Mackolik.com. 2015-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-09.
Kömüratan
Kömüratan (göl)