Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kofu
Kofu (yap. 甲府市) — Yaponiyanın Honşu adasında olan Çubu regionunda yerləşən Yamanaşi prefekturasının paytaxtı.
Koku
Koku (yap. 石石, çin. 石, Pinyin: Dàn, (qədim çincə: "şí")) — təxminən 180,39 litrə bərabər olan ənənəvi yapon həcm vahidi. 1891-ci ilədək koku 10 kub şakuya ( ≈ 0,278 m3) bərabər götürülürdü. Həmin il verilən imperator fərmanı ilə 1 kiçik koku 240100/1331 litrə bərabər götürüldü ki, bu da təxminən 180,39 litrə (və ya 5 buşel, 40 imperiya qallonu, yaxud 48 ABŞ qallonu) bərabərdir. Tarixən koku yetişkin bir şəxsin 1 ildə istehlak edə biləcəyi düyünün miqdarına əsasən müəyyən edilirdi. 1 koku düyü təxminən 150 kq bərabərdir. Samurayların maaşı, vilayətin gəlirliliyi koku ilə müəyyən olunurdu. Koku həm də gəminin yükgötürmə səviyyəsini ölçmək üçün də istifadə edilirdi — 50 kokuluq kiçik gəmilər və 1000 kokuyadək böyük gəmilər. Hazırda Yaponiyada bu ölçü vahidi hələ də istifadə edilir.
Qoxu
Qoxu və ya iy — insan və heyvanlar tərəfindən havada uçan iyli maddələri hissetmə halı. Qoxu, qoxu hissi ilə hiss edilən, adətən havada çox kiçik konsentrasiyalarda həll olunan hər hansı kimyəvi maddələrdir. Fraqrens və aroma terminləri çox vaxt kosmetika və qida sənayesi tərəfindən xoş ətirləri təsvir etmək üçün istifadə olunur. Qoxuları qavrayışlarına görə pis və xoş qoxulara bölmək olar. == Əsas məlumatlar == Qoxu havada həll olunan qoxu molekullarının hissiyyatıdır. Qoxuların əksəriyyəti üzvi birləşmələrdən qaynaqlansa da, hidrogen sulfid və ammonyak kimi qeyri-üzvi maddələr də qoxuya bilər. Ətirin təsiri iki addımlı bir prosesdə həll edilə bilər. Birincisi, fizioloji mərhələdir; reseptorlarla burundakı stimul sahəsinin hissi. Sonra Psixoloji mərhələ başlayır. Qıcıqlandırıcılar insan beyninin qoxuya cavabdeh olan bölgəsi tərəfindən stimullaşdırılır və işləməsi təmin edilir.
Dönüş kodu
Dönüş kodu (en. Return code)– proqramlaşdırmada: altproqram və ya proses bitdikdə (qaytardıqda), yaxud sistemin idarəetməsini başqa altproqrama verdikdə prosedurun nəticələrini bildirmək, yaxud sonrakı hadisələrə təsir etmək üçün istifadə olunan kod. Məsələn, dönüş kodu əməliyyatın uğurlu, yaxud uğursuz olmasını göstərə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Hemminq kodu
Hemminq kodu – ötürülən verilənlərin ayrı-ayrı bitlərində xətaların aşkarlanması və düzəldilməsi üçün istifadə olunan kod. Hemminq kodu hər bir dörd verilən bitdən sonra üç nəzarət bitinin artırılmasını nəzərdə tutur. Hər bir nəzarət biti, dörd verilən bitindən üçünün müəyyən kombinasiyasına uyğun hesablanan kəmiyyətdir. Qəbuledici qurğu nəzarət bitlərinin qiymətlərini yenidən hesablamaqla qəbul etdiyi dörd verilən bitindən hər birinin düzgünlüyünü müəyyənləşdirə, bəzi hallarda isə yanlış bitləri düzəldə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Hemminq kodun hesablanması Hemminq kod nədir?
Klaviş kodu
Klaviş kodu(key code, код клавиши,tuş kodu)-klaviaturada konkret klavişə mənimsədilən və onun basıldığını tanımaq üçün istifadə olunan unikal ədədi kod. Klaviş kodu klavişin üzərində olan nə hərf, nə rəqəm, nə simvoldur, nə də klavişi basdıqda generasiya olunan kod cədvəlinin elementidir; bu klavişin özünün xüsusi idenfikatorudur. Klaviş kodu termini ən çox Apple Macintosh kompüterlərində istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,467s.
Koka kolu
Erythroxylum coca (lat. Erythroxylum coca) — eritroksilumkimilər fəsiləsinin eritroksilum cinsinə aid bitki növü.
Kokain kolu
Erythroxylum coca (lat. Erythroxylum coca) — eritroksilumkimilər fəsiləsinin eritroksilum cinsinə aid bitki növü.
Koku Ameqaşi
Koku Messan Ameqaşi (25 iyul 1984) — Toqolu üzgüçü. Koku Ameqaşi Toqonu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Koku Ameqaşi birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:11.13 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 111-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Kolu (Ərdəbil)
Kolu (fars. كلي‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 518 nəfər yaşayır (134 ailə).
Komu Vnız
Komu Vnız (ukr. Кому Вниз) - 1988-ci ildə Kiyevda yaranmış Ukraynanın rok qrupudur.
Ladan kolu
Ladan kolu (lat. Ledum) - erikakimilər fəsiləsinə aid bitki cinsi.
Maşın kodu
Maşın kodu - Assembler dilindən, yaxud C və ya Pascal kimi istənilən yüksək səviyyəli dildən translyasiyanın son nəticəsi; maşın kodu modu9clları mikroprosessor tərəfindən yüöklənən9 və yerinə yetirilən 1 və 06-ların ardıcıllığından ibarət olur. Maşın koduna 0həm də maşın dili (MACHINE LANGUAGE) deyilir, çünki o, kompüterlərin “başa düşdüyü” yeganə dildir (başqa proqramlaşdırma dillərinin hamısı insanların kompüteri spesifik məsələləri həll etməyə məcbur edə bilmələri üçün insan dilini strukturlaşdırmaq cəhdidir). Yüksək səviyyəli dildə yazılmış proqramları maşın koduna kompilyator-proqramlar çevirir (translyasiya edir) 8B542408 83FA0077 06B80000 0000C383 FA027706 B8010000 00C353BB 01000000 B9010000 008D0419 83FA0376 078BD98B C84AEBF1 5BC3 n-ci Fibonaççi ədədini hesablayan maşın kodu == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Mənbə kodu
Mənbə kodu - hər-hansısa proqramlaşdırma dilində yazılan və insan tərəfindən oxuna bilən kompüter proqramının mətnidir. Mənbə kodu tam olaraq icraçı koda kompilyator və ya interpretator vasitəsilə translyasiya edilir. == Təyinatı == Mənbə kodu ya obyekt kodunu əldə etmək üçün ya da interpretator tərəfindən icra olunur. Dəyişiklik heç vaxt obyekt kodundan icra edilmir. Obyektin növbəti dəyişiklməsi ilə yalnız mənbə kodu üzərindən icra edilir. Mənbə kodunun digər önəmli təyinatı proqramın təsviridir. Proqramən mətni vasitəsilə onun özünüaparma məntiqini bərpa etmək olar. Mənbə kodunun anlaşılan olması üçün şərhdən istifadə edilir. Həmçinin elə alətlər var ki, mənbə kodu haqqında avtomatik kömək fayllarının qəbuluna imkan verir. Bundan əlavə mənbə kodunun bir çox digər tətbiqləri var.
Nəqliyyat kodu
Nəqliyyat vasitəsi kodu — nəqliyyat vasitəsinin individual qeydiyyat nişanı (nömrəsi). Bu kod bir qayda olaraq naqliyyat vasitəsinin ön və arxa hissələrinə bərkidilmiş işıqqaytaran metal və ya plastmas lövhəcik üzərində, ya da salondan nəqliyyat vasitəsinin ön və arxa şüşəsinə yapışdırılmış kağız və ya karton parçası üzərində əks olunur.
Pambıq kolu
Pambıq kolu (lat. Gossypium) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Pambıq çoxillik bitkidir. Bu sahədə tanınmış alim F. M. Mauyerin təsnifatına görə pambığın Asiya, Amerika, Afrika və Avstraliyanın tropik və subtropik rayonlarında bitən 35 növü var. Pambıq Azərbaycanda "ağ qızıl" adlanır. Pambıq isti və işıq sevən bitkidir. Vegetasiya müddətində (110–145 gündür) pambığın yetişməsi üçün orta faydalı temperaturun cəmi 2500–3000 selsidən az olmamalıdır. Becərilən pambıq əsas texniki bitkidir. Dünya toxuculuq sənayəsi üçün lazım olan lifin təxminən 50%-i pambıqdan alınır. 100 kq xam pambıqdan orta hesabla 30–35% lif alınır.
Poçt kodu
Poçt indeksi - yazışmaların çeşidlənməsini asanlaşdırmaq məqsədilə poçt ünvanına əlavə edilən hərf və ya rəqəm ardıcıllığı. Hazırda dünyadakı poçt xidmətlərinin əksəriyyəti, o cümlədən Azərbaycan Respublikasında poçt xidmətlərini həyata keçirən "Azərpoçt" MMC poçt indekslərindən istifadə edir.
QR kodu
QR kodu (ing. Quick Response code — "Tez cavab") — ştrix kodların növlərindən biri. "Quick Response" ("tez cavab") sözlərinin abreviaturasıdır. 1994-cü ildə Yaponiyanın "Denso-Wave" şirkəti tərəfindən işlənib hazırlanmış və təqdim olunmuş matrisli kod (ikiölçülü barkod). Yaponiyada böyük populyarlıq qazanmış barkodun (BAR CODE) getdikcə tələbatı ödəməməsi, yəni onun vasitəsilə kodlaşdırılan informasiyanın həcminin məhdud olması səbəbindən yaranıb. Bir QR koduna 7089 rəqəm, 4296 işarə (rəqəm və hərf), 1817 heroqlif yerləşdirmək mümkündür. == Tarixi == 1994-cü ildə təkmilləşdirilmiş QR kodunun patenti Yaponiyanın Denso şirkətinə aiddir. == Statistik göstəriciləri == Bir QR koduna 7089 rəqəm, 4296 işarə (rəqəm və hərf), 1817 heroqlif yerləşdirmək mümkündür. == Xüsusi qeydlər == Ən böyük QR kodu Kanadanın Albert əyalətində yaşayan fermer ailəsi tərəfindən hazırlanmışdır. Onlar bunu özlərinə məxsus 2,9 hektar qarğıdalı sahəsində hazırlayıblar.
Q kodu
Q kodları; hamısı Q ilə başlayan, 3 hərfli mesajlarıdır. İlk dəfə ticari məqsədlərlə simsiz teleqraf (radio-teleqraf) əlaqəsində, xüsusilə həvəskar radioçuluqda istifadə edilmək üçün qurulmuşdur. Əvvəllər Morze kodu ilə istifadə edilməsinə baxmayaraq, şifahi ünsiyyətin icadından sonra da istifadə edilməyə başlanılmışdır. QAA-QNZ arasındakı kodlar aviasiyaya, QOA-QQZ dənizçiliyə, QRA-QUZ bütün xidmətlərə ayrılmışdır. Q kodları hansısa sözün qısaltması deyillər. Həvəskar radioçuluqda istifadəsindən nümunələr: QRL: Məşğulsan? QRV: Hazırsan? QTR: Saat neçədir?Aviasiyadakı istifadəsinə nümunələr: QNH: Dəniz səviyyəsindəki atmosfer təzyiqi. QFE: Hər hansı bir səviyyədə atmosfer təzyiqi QNE: Standart təzyiq xətti. (1013,25 hektopaskal.) QDM: Hər hansı bir stansiyaya doğru maqnetik baş.
Qoxu orqanı
Qoxu orqanı — bəzi heyvanların həyatında əhəmiyyətli rol oynayır. İnsanda qoxu orqanı ətraf aləmin tanınmasında böyük əhəmiyyət kəsb edir. Həm tənəffüsdə, həm də qoxunun qəbulunda burun boşluğu əsas rol oynayır. Burun sümük, qığırdaq və əzələlərdən təşkil olunub. Onun içərisində yerləşən xırda vəzilər selik ifraz edir ki, bu da burun boşluğuna düşmüş tozu kənarlaşdırmağa xidmət edir. Qoxu hüceyrələri müxtəlif iyləri hiss etməyə imkan verir. Qaz halında olan iyli maddələr qoxu hüceyrələrini qıcıqlandırır. Həmin qıcıqlardan oyanan reseptorlar qıcıqları qoxu siniri ilə beyin yarımkürələri qabığının gicgah hissəsində olan qoxu nahiyəsinə örtürür və müxtəlif qoxular burada ayırd edilir.İnsanda bu hissiyyat bir çox heyvanlara nisbətən zəif inkişaf etmişdir. Heyvanlar qoxu hissiyatı ilə düşmənin yaxınlaşdığını müəyyən edir, hətta qidasını iyinə görə tapır. İnsanlar qoxu hissiyyatı vasitəsilə qidaları bir-birindən seçir, atmosferin qaz tərkibini müəyyən edir və həmçinin, təbiətin müxtəlif ətirli gül və çiçək qoxularından zövq alır.İnsanın qoxu orqanı onun dad almasına da kömək edir.
Qoxu siniri
Qoxu siniri-(lat. nervus olfactorius) kəllə sinirlərindən 1 cütü, xüsusi duyğu üzvü siniridir, qoxu beynindən (lat. rhinencephalon) inkişaf etmişdir; iki növ nüvəsi vardır. Başlanğıc nüvəsini burun boşluğunun qoxu hissəsini örtən qişadakı bipolyar (iki qütblü) qoxu reseptorları (hüceyrələri) təşkil edir; uc nüvəsi qoxu soğanağında yerləşir. Qoxu siniri hissidir, 15-20 ədəd qoxu lifləri - (lat. fila olfactoria) adlanan kiçik dəstələrdən təşkil olunmuşdur; (Əslində qoxu siniri burun boşluğunun qoxu hissəsini örtmüş selikli qişadakı bipolyar (ikiqütblü) qoxu hüceyrələrinin mərkəzi çıxıntılarından ibarətdir.) bunlar qoxu soğanağından başlayaraq xəlbir sümüyünün xəlbir səfhəsindəki dəliklərdən burun boşluğuna daxil olur. Burada bunlar əvvəlcə sümüküstlüyü və selikli qişa arası ilə gedir, sonra selikli qişaya daxil olub bir qismi yuxarı balıqqulağı sahəsindəki və digər qismi burun arakəsməsinin yuxarı hissəsindəki qoxu reseptorlarında tamam olur. Qoxu sinirləri reseptorların qəbul etdikləri qıcıqları beyinə daşıyır.
Telefon kodu
Telefon kodu — şəhərlərarası və beynəlxalq telefon zənglərini qəbul etməyə imkan verən sistem.
Öküzboğan kolu
İrsilik kodu
İrsilik kodu (ing. inheritance code ~ ru. код наследования ~ tr. kalıtım kodu) – obyekt-yönlü proqramlaşdırmada: obyektə aid olan və ona törəməsi olduğu sinifdən və ya obyektdən ötürülmüş struktur və prosedur əlamətlərin (atributların) toplusu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Başqırd oxu
Başqırd oxu (rus. Башкирская стрела) – artefakt, Türingiyanın Şvarsa torpağında, Müqəddəs Laurensiya Lüteran kilsəsinin təpəsində ox. == Tarixi == Bu tarix 1813-1814-cü illər rus ordusunun xarici yürüşləriylə bağlıdır. 14 aprel 1814-cü il başqırd döyüşçüləri (o vaxtkı adları ilə desək şimal amurları) Şvarsburq-Rudolştadtın (Almaniya) imperator knyazlığının əraziləri vasitəsilə vətənə qayıdaraq, şahzadə Karl Hünterin (imperiya knyazı Qyuntera I Fridrixinin oğulu) dəvəti ilə Şvarsa kəndinə gəldi, harada ki, Müqəddəs Laurensiya kilsəsinin həyətində toplaşmış yerli sakinlər onları qarşıladılar. Karl Hünter Başqırd oxlarının döyüş qabiliyyətindən şübhələndi və Lüteran kilsəsi istiqamətində bir ox vurmağı təklif etdi. Başqırdlar məbədə ox vurmağa cəsarət etməyərək yerli kahinə təəccüblə baxdılar, ancaq o razılıqla başını salladı. Belə olduqda döyüşçülərdən biri gərilmiş yaya oxu qoydu, lüteran kilsəsinə tərəf atdı, ox damın metal tikməsini deşdi.. Taxta ox artıq çoxdan çürüyüb, amma almanlar, başqırd Batırlarının qoçaqlığını tarixə köçürmək üçün həmin oxun metal surətini hazırlamışdılar. Bu ox uzun illər Şvarsa şəhərciyində "Müqəddəs Laurensiya Kilsəsi" günbəzində nümayiş etdirilmişdir. Başqırd yazıçısı Yanıbaya Xammatovanın "Şimal Amurları" tarixi romanında 1812-1814-cü illərdə rus ordusunun Napoleon ordusuna qarşı genişmiqyaslı hərbi əməliyyatlarından bəhs olunur.
Maral kökü