Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Süleymani
Süleymani — soyad, təxəllüs. Süleymani — Azərbaycanın milli rəqsi. Qasım Süleymani — İran hərbçisi, general-mayor. Peyrəv Süleymani — tacik sovet şairi. Qurban Süleymani — dutar musiqiçisi və müğənni.
Kuleyni
Şeyx Kuleyni (fars. شیخ کلینی‎) və ya Əllamə Kuleyni — (tam adı: Əbu Cəfər Məhəmməd ibn Yaqub ibn İshaq əl-Kuleyni ər-Razi; d. M. 864, H.Q. 250, Kuleyn, Rey, Abbasilər xilafəti - ö. M. 941, H.Q. Şaban 329, Bağdad, Abbasilər xilafəti) - fars əsilli islam alimi. 9-10-cu əsrlərin Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi. == Həyatı == Kuleyni M. 864, H.Q. 250-ci ildə indiki İran İslam Respublikasının Rey şəhərinin 38 km-liyindəki Kuleyn kəndində anadan olmuşdur. Təhsilini artırmaq üçün müxtəlif şəhərlərdə yaşadıqdan sonra Bağdada köçmüşdür. M. 941, H.Q. Şaban 329-cu ildə Bağdadda vəfat etmiş və oradakı Bab əl-Kufə məzarlığında dəfn edilmişdir. Cənazə namazını dövrün məşhur alimlərindən Əbu Kayrat Məhəmməd b. Cəfər əl-Həsən qılmışdır.
Peyrəv Süleymani
Peyrəv Süleymani (tam adı: Atacan Süleymani; 15 aprel 1899, Buxara, Rusiya Türkistanı general-qubernatorluğu – 9 iyun 1933, Düşənbə) — tacik sovet şairi. == Həyatı == Peyrəv Süleymani 15 aprel 1899-cu ildə Buxarada anadan olub. Peyrəv Süleymani 9 iyun 1933-cü ildə Səmərqənddə vəfat edib. == Yaradıcılığı == Yaradıcılığa aşiqanə şeirlərlə başlamışdır. İnqilabın, sosializm quruculuöunun, qadın azadlığının, Şərq xalqlarının milli azadlıq mübarizəsinin tərənnümü yaradıcılığının əsas mövzuları olmuşdur. Bəzi şeirləri Azərbaycan dilinə tərcümə olunmuşdur. == Kitabları == Ədəbiyyat gülləri, 1931 Şeirlər, 1932 Divan, 1971 == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.493-494 Очерк истории таджикской советской литературы, М., 1961, с. 48—53, 88—91; Табаров С., Пайрав Сулаймони, Душанбе, 1962.
Qasım Süleymani
Qasım Süleymani (fars. قاسم سلیمانی‎‎; 11 mart 1957, Qənati-Məlik, Kirman ostanı, Pəhləvilər İranı[d] – 3 yanvar 2020[…], Bağdad Beynəlxalq Hava Limanı[d], İraq) — İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru. 1998–2020-ci illər aralığında ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlar icra edən xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinin komandiri olub. Hərbi karyerasına 1980-ci illərdə İran-İraq müharibəsinin başlanğıcında 41-ci Tarallah divizionunun (bəzən Sarallah da deyilir) komandiri olaraq başlamışdır. İraqda Səddam əleyhdarı olan şiə və kürd qruplaşmalarına, daha sonra Livanda təşkilatlanan Hizbullah və Fələstinli hərbiləşdirilmiş təşkilat Həmasa hərbi dəstək verən əməliyyatlarda iştirak edib. 2012-ci ildə Suriyada vətəndaş müharibəsi əsnasında İranın müttəfiqi kimi Suriya hökumətini dəstəklədi. Süleymani 2014–15-ci illərdə İŞİD-ə qarşı vuruşan birləşmiş İraq hökuməti və yerli Şiə qüvvələrinə (Həşdi Şabi qruplaşması) dəstək verdi. Onun üsulları ittifaqa və hərbi-strateji diplomatiyaya hərbi və maliyyə yardımının birləşməsinə gətirib çıxarıb. == Keçmişi == Qasım Süleymani 1957-ci ilin 11 mart tarixində Kirman ostanının Rabor şəhristanında yerləşən Qənati-Məlik kəndində anadan olub. Məktəbi bitirdikdən sonra Kirman şəhərinə köçmüş və atasının borcunu ödəmək üçün tikinti işçisi olmuşdu.
Qurban Süleymani
Hacı Qurban Süleymani (1920, Qoçan, Rəzəvi Xorasan ostanı – 20 yanvar 2008) — Xorasan türklərinin tanınmış Baxşi (aşıq), dutar musiqiçisi və müğənnilərindənidir ki, Nişapurun Əliabad kəndində dünyaya gəlmişdir. == Təltifləri == Fransanın Lion musiqi festivalında birinci yeri qazanmışdır.
Şeyx Kuleyni
Şeyx Kuleyni (fars. شیخ کلینی‎) və ya Əllamə Kuleyni — (tam adı: Əbu Cəfər Məhəmməd ibn Yaqub ibn İshaq əl-Kuleyni ər-Razi; d. M. 864, H.Q. 250, Kuleyn, Rey, Abbasilər xilafəti - ö. M. 941, H.Q. Şaban 329, Bağdad, Abbasilər xilafəti) - fars əsilli islam alimi. 9-10-cu əsrlərin Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi. == Həyatı == Kuleyni M. 864, H.Q. 250-ci ildə indiki İran İslam Respublikasının Rey şəhərinin 38 km-liyindəki Kuleyn kəndində anadan olmuşdur. Təhsilini artırmaq üçün müxtəlif şəhərlərdə yaşadıqdan sonra Bağdada köçmüşdür. M. 941, H.Q. Şaban 329-cu ildə Bağdadda vəfat etmiş və oradakı Bab əl-Kufə məzarlığında dəfn edilmişdir. Cənazə namazını dövrün məşhur alimlərindən Əbu Kayrat Məhəmməd b. Cəfər əl-Həsən qılmışdır.
Əllamə Kuleyni

Safine-ye Süleymani
Safine-ye Süleymani (azərbaycanca: Süleymanın gəmisi) — Səfəvi sülaləsindən olan şah I Süleymanın (1666–1694) Siamda yerləşən Ayutiya krallığına göndərdiyi elçiliyin səyahətnaməsi nəzərdə tutulur.Səyahətnamənin mətni elçiliyin katibi Məhəmməd Rəbi ibn Məhəmməd İbrahim tərəfindən qələmə alınmışdır. Səyahətnamədə əks olunanlar Səfəvi imperiyasının bu dövrdə Hind okeanının şərq bölgələrindəki varlığı barədə mükəmməl məlumat verir. Həmçinin səyahətnamədəki məlumatlar əsasında Siamın XVII əsrin sonlarında tarixini öyrənmək üçün də istifadə edilə bilər. Bu səyahətnamə dünyanın bu xüsusi bölgəsi ilə Səfəvi imperiyasının əlaqələrinin tarixindən bəhs edən yeganə qaynaqdır. == Tərcümələri == Muhammad Rabi' ibn Muhammad Ibrahim (1972). The Ship of Sulaiman (azərbaycanca: Süleymanın gəmisi). Con O' Kane tərəfindən tərcümə edilmiş və Nyu-York şəhərində yerləşən Kolumbiya Universiteti Nəşriyyatında nəşr edilmişdir. Bu tərcümə Britaniya Muzeyində saxlanılan əlyazma əsasında həyata keçirilmişdir. Həmçinin əsərin tərcüməsinə tərcüməçi tərəfindən qeydlər və giriş qismi əlavə edilmişdir. == Həmçinin bax == İsgəndər bəy Münşi == İstinadlar == == Mənbə == M. Ismail Marcinkowski.
Abbas Əli Süleymani
Abbas Əli Süleymani (fars. عباسعلی سلیمانی‎; 25 may 1947, Esbu Kola[d], Pəhləvilər İranı[d] – 26 aprel 2023, Babülsər, Mazandaran ostanı) — iranlı Ayətullah Dini Ekspertlər Şurasının Sistan və Bəlucistan ostanı üzrə nümayəndəsi. == Həyatı == Abbas Əli Süleymani 1947-ci ilin 25 may tarixində İranın Mazandaran ostanında şəhrisdanlardan biri olan Savadkuhda, dindar ailədə anadan olmuşdur.O, 5 yaşında ilk dini təhsilini almağa başlamış, 12 yaşından Qumda, daha sonra Behşəhrdə həvzələrində dini təhsil almışdır. Ali dini təhsilini Məşəd şəhərində davam etdirmişdir.Kaşan şəhərində Vilayəti-Fəqih və həmin şəhərin imam cüməsi təyin edilmişdir. Vilayəti-Fəqih sistemi İranda Ayətullah Ruhulla Xomeyni tərəfindən yaradılmışdır və bu şəxslər İranın Ali Rəhbərinin bölgələrdəki rəsmi nümayəndələri hesab olunmaqdadırlar. Bir müddət sonra Dini Ekspertlər Şurasının Sistan və Bəlucistan ostanı üzrə nümayəndəsi seçilmişdir. Mazandaran əyaləti siyasi təhlükəsizlik üzrə idarə rəisinin müavini Ruhulla Selaqinin verdiyi məlumata əsasən, İran Dini Ekspertlər Şurasının üzvü, ayətullah Abbas Əli Süleymani Babülsər şəhərində silahlı hücum zamanı qətlə yetirilib. Hadisə 2023-cü ilin 26 aprel tarixində Mazandaran ostanın Babülsər şəhərindəki yerli bankların birində baş verib. Bank əməliyyatı üçün növbə gözləyən ayətullaha əlində kalaşnikov avtomatı olan bir nəfər arxadan yaxınlaşaraq qəfil atəş açıb. Hadisə nəticəsində Abbas Əli Süleymani yerindəcə vəfat edib, hadisəni törətməkdə təqsirləndirilən şəxs isə saxlanılıb.