ƏLÜZYUYAN

is. Əl-üz yumaq üçün xüsusi quruluşlu lüləyi olan alət. Əlüzyuyanda boynunu yumaq.
– Otaq pis deyil idi; student otağına məxsus hər bir şey var idi: yazı masası, kürsü, əlüzyuyan, çarpayı, hətta elektrik işığı da yerində idi. Çəmənzəminli.
[Nəriman] …şapkasını təkyənin üstünə ataraq ağ, tüklü biləklərini çirməyib əlüzyuyana yaxınlaşdı. İ.Əfəndiyev.
Fərman evinə iki yaxşı çarpayı, stol, stullar, paltar şkafı, kitab rəfi, əlüzyuyan və başqa avadanlıq almışdı. Ə.Sadıq.

ƏLÜZSİLƏN
ƏLVAN₁

Digər lüğətlərdə