Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səffah
Əbül Abbas Abdullah ibn Məhəmməd (ərəb. أبو العباس عبد الله بن محمد السفّاح‎) və ya Əs-Səffah (ərəb. السفّاح‎) (722, Humeyma[d] – 754, Əl-Anbar, Abbasilər xilafəti) — İlk Abbasi xəlifəsi. Hümeymə qəsəbəsində dünyaya gəldi. Doğum tarixiylə bağlı 718–726-cı illər arasında müxtəlif tarixlər verilsə də, 722-ci ildə doğulduğu güman edilir. Əməvilərə qarşı tərtiblənən çevrilişin banisi Məhəmməd ibn Əlinin oğlu olan Əbül Abbas, uşaqlıq və gənclik illərini doğulduğu Hümeymə qəsəbəsində ailəsiylə birlikdə keçirdi. Böyük qardaşı İmam İbrahim, Əməvi xəlifəsi II Mərvan tərəfindən həbs edilmədən öncə qardaşı Əbül Abbası ailəsinin varisi elan etdi. Abbasi birliklərinin Kufəyə girməsindən bir ay sonra — 749-cu ilin oktyabrında Əbül Abbas ailəsiylə birlikdə Kufəyə gəldi. Ancaq şəhərdə heç xoş qarşılanmadı. Belə ki, şəhərin hakimi və gizli Əməvi tərəfdarı olan Əbu Sələmə çevrilişi gecikdirməyə çalışırdı.
Luffa
Luffa (lat. Luffa) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi.
Şəffaf çömçəxul
Şəffaf çömçəxul (lat. Benthophilus ctenolepidus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Orta və Cənubi Xəzər regionunda yayılmışdır. Uzunluqları 38—65 mm, çəkisi isə 1,2 - 6,7 q arasında dəyişir. Xəzər dənizi: Abşeron yarımadasından Astaranın cənubuna qədərki sahil ərazisi.
Əmir əl-Səffar
Əmir əl-Səffar — əslən iraqlı Amerika cazmeni Əmir əl-Səffar əslən iraqlıdır. 1977-ci ildə Çikaqonun yaxınlığında, ABŞ-nin İllinoys ştatında anadan olub. Məktəb illərindən musiqi ilə məşğul olub, Çikaqonun De Paul Universitetində təhsil alıb. Sonra Nyu-Yorkda yaşayıb, cazı sevib. Truba alətində məşhur Daniel Barenboym və Sesil Teylorla konsertlər verib. Caz kompozisiyaları bəstələyib. Bacısı Dina əl-Səffar və onun həyat yoldaşı Tim Murla birlikdə "Salam" muğam üçlüyünü yaradıb. ABŞ dövlətinin ayırdığı qrantla Azərbaycan Milli Konservatoriyasında 3 ay muğam sənətini öyrənib.
Osman bin Əffan
Osman ibn Əffan (ərəb. عثمان بن عفان الأموي القرشي‎; 574, Məkkə – 656, Mədinə) — 644–656-cı illərdə üçüncü Rəşidi xəlifəsi. Fil hadisəsindən 6 il sonra Taifdə dünyaya gəldi. Qureyşin ən varlı tacirlərindən olan atası Əfvan cahiliyyət dövründə dünyasını dəyişdi. Anası Ərva binti Qüreyz Rəsulallahın bibisi Ümmü Hakim Bəyza binti Əbdülmüttəlibin qızıdır. Mənsub olduğu Əməvi (Üməyyə) qəbiləsinin soyu Əbdümənaf ibn Quseydə Həzrəti Peyğəmbərin nəsəbilə birləşir. Rəsuli-Əkrəmdən altı yaş kiçikdir. Gənclik dövründə atasının yanında ticarətlə məşğul olan Osman, İslamdan əvvəl Məkkənin önəmli tacirlərindən biri idi. İslami dəvətin ilk mərhələsində Əbu Bəkrin vasitəsilə Rəsulallahın yanına gedərək müsəlman oldu və ilk on müsəlman arasında yer aldı. Əşrafdan olması səbəbilə İslamı qəbul etməsi Qureyş qəbiləsi içində əks-səda doğurdu.
Osman ibn Əffan
Osman ibn Əffan (ərəb. عثمان بن عفان الأموي القرشي‎; 574, Məkkə – 656, Mədinə) — 644–656-cı illərdə üçüncü Rəşidi xəlifəsi. Fil hadisəsindən 6 il sonra Taifdə dünyaya gəldi. Qureyşin ən varlı tacirlərindən olan atası Əfvan cahiliyyət dövründə dünyasını dəyişdi. Anası Ərva binti Qüreyz Rəsulallahın bibisi Ümmü Hakim Bəyza binti Əbdülmüttəlibin qızıdır. Mənsub olduğu Əməvi (Üməyyə) qəbiləsinin soyu Əbdümənaf ibn Quseydə Həzrəti Peyğəmbərin nəsəbilə birləşir. Rəsuli-Əkrəmdən altı yaş kiçikdir. Gənclik dövründə atasının yanında ticarətlə məşğul olan Osman, İslamdan əvvəl Məkkənin önəmli tacirlərindən biri idi. İslami dəvətin ilk mərhələsində Əbu Bəkrin vasitəsilə Rəsulallahın yanına gedərək müsəlman oldu və ilk on müsəlman arasında yer aldı. Əşrafdan olması səbəbilə İslamı qəbul etməsi Qureyş qəbiləsi içində əks-səda doğurdu.
Mərc əl-Səffar döyüşü
Mərc əl-Səffar və ya Mərc əl-Suffar döyüşü, eyni zamanda Şaqhab döyüşü də adlandırılmaqdadır. 22 aprel 1303-cü ildə Məmlük ordusu ilə Elxani ordusu arasında müasir Suriyanın Kisve adlı məntəqəsi yaxınlığında baş vermişdir. Bu yer Dəməşqin cənubunda yerləşməkdədir. Döyüş həm İslam tarixində, həm də müasir dövrdə digər müsəlmanlara qarşı mübahisəli cihad və özü də döyüşə qatılan İbn Teymiyyənin Ramazan<nowiki>dakı bağlı fətvaları səbəbindən təsirli olmuşdur. Döyüş, Elxanilər üçün fəlakətli məğlubiyyət ilə nəticələndi, beləliklə də Elxanilərin Levanta hücumlarına son qoydu. 1218-ci ildə Xarəzmi işğal etdikdən sonra monqolların bir sıra zəfərləri onlara tez bir zamanda İranın böyük bir hissəsinə,, həmçinin İraqda Abbasilər sülaləsinə və Kiçik Asiyanın Rum Səlcuq Sultanlığına nəzarət etmə imkanı təmin etdi. Kilikiya çarlığı və Gürcü çarlığı kimi vassal hakimliklərdən də ordu toplayan Elxani ordusu 1258-ci ildə Abbasilərin paytaxtı olan Bağdadı yağmaladılar. Bunun ardıyca 1260-cı ildə Hələb və Dəməşq də ələ keçirildi. Lakin həmin ilin sonrakı hissəsində monqol ordusu özlərinin ilk böyük məğlubiyyətini aldılar. Əyn Cəllud döyüşündə Məmlük ordusuna məğlub olan Elxanilər Dəməşq və Hələbdən çıxmağa, Fərat çayından şərqə doğru geri çəkilməyə məcbur oldular.
Lehvaz
Lehvaz — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-qərbdə, Meğri çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Meğri rayonunda Lehvaz adlı iki kənd olunmuşdur: Birinci Lehvaz, İkinci Lehvaz. Sonralar bu kəndlər birləşdirilərək Levaz adlı kənd yaranmışdır. == Toponimi == Toponim Strabonun "Coğrafiya" əsərində göstərilən skif tayfalarından olan leh etnonimi ilə türk dilində "sıldırım qaya, şiş qaya ətəyində dar dərədə axan çay yanında dağ" mənasında işlənən bayz//bays sözündən əmələ gəlmişdir. Bu söz Azərbaycan toponomiyasında "düzən yerdə tirə, təpəcik, hündür yer" mənasında işlənən bazı formasında da işlənir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. XX əsrin əvvəllərinə aid mənbədə kəndin adı Leqvaz kimidir (yenə orada).
Lefka
Lefka (yun. Λεύκα; türk. Lefke) ― Kiprdə qəsəbə. Ərazi Şimali Kiprin de-fakto nəzarəti altındadır. 2011-ci ildə qəsəbənin 3009 nəfər sakini var idi. Qəsəbə 2016-cı ilə qədər Gözəlyurd ilçəsinin mərkəzi olmuş, daha sonra isə yeni yaradılan Lefka ilçəsinin mərkəzinə çevrilmişdir. Lefka sitrus meyvələri və mədənləri ilə məşhurdur. Qəsəbədə Avropa Lefka Universitetinin yerləşir. Kiprin Venesiya dövründə Lefkada İtalyan əsilli Katoliklər üstünlük təşkil etmiş, Osmanlı hakimiyyəti dövründə isə əraziyə türklər köçürülmüşdür. Asil Nadir və Nil Burak Lefkada anadan olmuşdurlar.
NEFAZ
NEFAZ — Kamaz şirkətlər qrupunun tərkibinə daxil olan avtomobil istehsalını həyata keçirən avtomobilqayırma şirkəti. Kamaz avtomobillərinin şassiləri əsasında Rusiyada avtomobil istehsal edən iri şirkətlərdən biri. 2000-ci ilin dekabrında zavod özünün ilk şəhər içtimai nəqliyyatı olan «NefAZ-5299» avtobusununu nümayiş etdirmişdir. Zavod Başqırdıstanın Neftekamsk şəhərində yerləşir. 17 dekabr 1970-ci ildə SSRİ Nazirlər Soveti Kam Avtomobil zavodlarını ehtiyat hissələri ilə təmin etmək məqsədi üçün xüsusi layihəni imzalayır. Bu illərdə KAMAZ üçün peyk zavodlar inşa edilirdi. 13 iyul 1972-ci ildə zavodun inşasın başlanılır. 15 aprel 1977-ci ildə zavodda ilk 10 tonluq «KAMAZ-5511» samosvaldları istehsal edilir. 11 oktyabr 1977-ci ildə əsas konveyr istismara buraxılır. Bundan sonra «KAMAZ-5511» modelinin seriya buraxılışı başlanır.
Neffa
Neffa (əsl adı Covanni Pellino, it. Giovanni Pellino 7 oktyabr 1967, Skafati, Kampaniya) — tanınmış İtalyan müğənnisi. Neffa 7 oktyabr 1967-ci ildə İtaliyanın Skafati şəhərində doğulub.