Lehvaz

LehvazYelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd.[2][3][4]

Kənd
Lehvaz
38°56′41″ şm. e. 46°12′37″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Zəngəzur mahalı
Rayon Meğri rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 16,87 km²
Mərkəzin hündürlüyü 930 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 571 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Lehvaz xəritədə
Lehvaz
Lehvaz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzindən 6 km şimal-qərbdə, Meğri çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir.

Meğri rayonunda Lehvaz adlı iki kənd olunmuşdur: Birinci Lehvaz, İkinci Lehvaz[6]. Sonralar bu kəndlər birləşdirilərək Levaz adlı kənd yaranmışdır.

Toponim Strabonun "Coğrafiya" əsərində göstərilən skif tayfalarından olan leh etnonimi ilə[7] türk dilində "sıldırım qaya, şiş qaya ətəyində dar dərədə axan çay yanında dağ" mənasında işlənən bayz//bays[8] sözündən[9] əmələ gəlmişdir. Bu söz Azərbaycan toponomiyasında "düzən yerdə tirə, təpəcik, hündür yer" mənasında işlənən bazı formasında da[10] işlənir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

XX əsrin əvvəllərinə aid mənbədə kəndin adı Leqvaz kimidir (yenə orada). Toponim "lək" (bir hörgüclü erkək dəvə, burada dağın kənardan lökün hörgücü formasında olmasını ifadə edir) və qədim türk dillərində bays (vayz) "sıldırım" (bax: Bozabdal) sözlərindən ibarətdir. Deməli, toponim lök dəvə belinə oxşadığına görə "hörgüc formalı sıldırım" mə’nasındadır. Adın "leh" hissəsi Kəlbəcər r-nunda Lök (yerli əhali içərisində Leh və Lev kimi də adlanır) kəndinin və oradakı sıldırım qaya üzərində Alban çarı Artnerseh oğlu Qriqori tərəfindən (IX) əsr tikilmiş Levqala qalasının adında da vardır. Meğriçayın bir qolu da Lehvaz adlanırdı[11][12]

Kənddə 1831-ci ildə 15 nəfər, 1873-cü ildə 172 nəfər, 1886-cı ildə 375 nəfər, 1897-ci ildə 346 nəfər, 1904-cü ildə 525 nəfər, 1914-cü ildə 836 nəfər yalnız azərbaycanlı yaşamışdır[13].

1918-ci ildən kənd erməni təcavüzünə məruz qalmış, sakinləri qırğınlarla deportasiya olunmuşdur[14].

İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edənlər tarixi-etnik torpaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 189 nəfər, 1926-cı ildə 145 nəfər, 1931-ci ildə 171 nəfər[13], 1987-ci ildə 1002 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kənddə yaşayan azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис. 1913.
  4. Шавров И.И. Новая угроза русскому делу в Закавказье: предстоящая распро-дажа Мугани инородцам. Спб.,. 1911.
  5. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 158
  6. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типография К. П. Козловскаго, 1913, стр. 68
  7. Azərbaycan tarixi üzrə qaynaqlar (tərtibçilər: S. S. Əliyarov, F. R. Mahmudov və b.), Bakı, 1989. s.18
  8. vaz — İbrahim Bayramova görə
  9. Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.65
  10. Yüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, "Elm", 1966. s.120
  11. Зелинский С.П. "Материалы для изучения экономического быта гос. крестьян Закавказского края". // Экономический быт государственный крестьян Зангезурского уезда Елизаветпольской губернии. том. IV,. 1886.
  12. Bayramov A.Ə. Qədim Oğuz еllərinin-Ağbaba, Şərəyəl və Pəmbək bölgələrinin yеr-yurd adları. 1996. Bakı.
  13. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.68–69, 142–143
  14. История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.206