Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ləmbəli
Ləmbəli (Loru) — Tiflis quberniyasının Borçalı qəzasında, Ermənistan SSR-inin Barana rayonunda, hazırda Ermənistan Respublikasının Loru mərzində kənd. Ləmbəli (Qaraçöp) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Ləmbəli (Loru)
Ləmbəli — Tiflis quberniyasının, Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-qərbdə, Tona çayının sağ tərəfində yerləşir.Ən tanınmış tayfası Ayvazdar tayfasıdır. == Tarixi == Bu yer "Ermənistan"ın şimalında sonuncu nöqtədir. Dəniz səviyyəsindən 470 m yüksəklikdə yerləşən, dərəli-təpəli, dağlı-düzlü yerdir. Erməni mənbələrində "Ləmbəli qyuğ" formasında qeyd edilir. Toponim "rütubətli və bürkülü zonalar üçün səciyyəvi olan tikili" mənasında işlənən ləm və "düzənlik, açıqlıq, açıq yer", "geniş düzənlik" mənasında işlənən pila//pala (> bəli) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. == İqlimi == Qışı mülayim-orta temperaturu +50 °C, yayı nisbətən isti –orta temperaturu +300C-dir. == Əhalisi == Kənddə 1831-ci ildə 11 nəfər, 1886-cı ildə 292 nəfər, 1897-ci ildə 376 nəfər, 1908-ci ildə 400 nəfər, 1914-cü ildə 493 nəfər azərbaycanlı yaşamışdır. 1915-ci ildən sonra azərbaycanlılar ermənilərin təcavüzünün nəticəsində tarixi-etnik torpaqlarından qovulmuşlar.
Ləmbəli (Qaraçöp)
Zemo Ləmbəli (gürc. ზემო ლამბალო, zemo lambalo) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə 99,9%-i azərbaycanlılardan ibarət 2.959 nəfər əhali yaşayır.
Ləmbəli körpüləri
Ləmbəli körpüləri — Loru mahalının Barana (31.12.1937:ci ildən — Noyemberyan) rayonunun qədimdən Türk-Oğuz boylarının anayurdu olmuş, 1948-ci ildən sonra isə ermənilərin məskunlaşdığı Ləmbəli (31.12.1937-ci ildən — Debedaşen) kəndində Tona (Debed) çayı üstündə körpü tağları. == Haqqında == Azərbaycanlıların kompakt halda yaşadığı Loru mahalının Barana rayonunun Ləmbəli kəndində (dəyişdirilmiş adları ilə: Noyemberyan rayonunun Baqrataşen kəndi) Tona çayı üzərində körpü tağları mövcud olmuşdur.Ləmbəli kəndi ilə Sadaxlı kəndini birləşdirən üç qədim körpü aran Borçalısı ilə dağ Borçalısını birləşdirməklə tarixi İpək Yolunun üstündə yerləşirdi. XVI–XVIII əsrlərdə inşa edilən bu körpülər XIX yüzildə Rusiya-İran müharibələri zamanı dağıdılmışdır.
Zemo Ləmbəli (Qaraçöp)
Zemo Ləmbəli (gürc. ზემო ლამბალო, zemo lambalo) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə 99,9%-i azərbaycanlılardan ibarət 2.959 nəfər əhali yaşayır.
Pəmbək (Pəmbək)
Pəmbək — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə Qarakilsə - Allahverdi yolunun 25 kilometrliyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim iki komponentdən ibarətdir. I komponent qədim türk dilində «dar keçid» mənasında işlənən paam // baam, bom // boom və II komponent «təpəlik», «yüksəklik, zirvə, başlanğıc, hündürlük» mənasında işlənən bak (> bək) sözündən ibarətdir. «Dar keçid yanındakı təpəlik, yüksəklikdə, zirvədə olan kənd» mənasını ifadə edir. Bak (> bək) türk dilində «təpə tirələri» mənasında işlənən baku sözündən özünü göstərir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erməni dilində Pambak, Bambak formasında işlənir.
Nəlbəki
Nəlbəki — stəkan və ya fincan qoyulan, kənarları azacıq yuxarı doğru əyilmiş kiçik boşqab. Nəlbəki içərisinə maye tökülərkən kənara dağılmaması üçün istifadə edilir. Son dövrlərdə o maye dolu qab altında estetik gözəllik üçün istifadə edilir.
Tənbəki
Tənbəki (lat. Nicotiana rustica) — tütün cinsinə aid bitki növü.
Pəmbək
Tarixi yaşayış məntəqələri
Nəlbəki (rəqs)
Nəlbəki – Azərbaycanın milli rəqsi. Bu rəqsi 2 cür melodiyayla ifa edirlər. == Tarixçə == Bu rəqs 2 fərqli musiqi altında ifa edilir. Biri Bayatı-Şiraz ladı üzərində olan qədim Azərbaycan oyun havası "Nəlbəki"dir . Digəri isə Qılman Salahovun bəstəsidir . == Digər incəsənət janrlarında == Xalq oyun havası "Nəlbəki" "Pıspısa xanım və Siçan bəy" filmində (1974) Tıq-Tıq xanım və Siçan bəyin toy səhnəsində istifadə olunmuşdur.
Nəlbəki rəqsi
Nəlbəki – Azərbaycanın milli rəqsi. Bu rəqsi 2 cür melodiyayla ifa edirlər. == Tarixçə == Bu rəqs 2 fərqli musiqi altında ifa edilir. Biri Bayatı-Şiraz ladı üzərində olan qədim Azərbaycan oyun havası "Nəlbəki"dir . Digəri isə Qılman Salahovun bəstəsidir . == Digər incəsənət janrlarında == Xalq oyun havası "Nəlbəki" "Pıspısa xanım və Siçan bəy" filmində (1974) Tıq-Tıq xanım və Siçan bəyin toy səhnəsində istifadə olunmuşdur.
Tənbəki üsyanı
Tənbəki üsyanı — 9 mart 1891-ci ildə Nasirəddin şah Qacarın hakimiyyətinə qarşı xalq çıxışı. == Tarixi == 1891-ci il Nasirəddin şah Qacar bütün İranda tütün almaq, satmaq və emal etmək üçün ingilislərə konsessiya verilməsi barədə müqavilə imzalayır və bunun müqabilində şirkət əldə edəcəyi qazancdan ildə İran hökumətinə cüzi bir məbləği — 15 min funt sterlinqi ödəməyi öhdəsinə götürürdü. İranın bir çox mühüm şəhərlərində şirkətə məxsus idarələr təşkil edən ingilislər Hindistandan və digər müstəmləkə ölkələrindən işçi, qulluqçu adı ilə dəstə-dəstə öz təbəələrini gətirməyə başladılar ki, bu da həmin sahədə çalışan sahibkar, tacir, kəndli, sənətkar və fəhlələr arasında həyəcanın artmasına səbəb oldu, heç kəs öz tütün və tənbəkisini ingilislərə satmağa razı olmadı. Buna cavab olaraq 1891-ci ilin ortalarında ingilis şirkəti İran hökumətinin razılığı ilə tütün alverinin və emalının yalnız bu şirkətə məxsus olduğunu bildirdi. Buna cavab olaraq, 1891-ci il avqustun 19-da Təbriz əhalisinin böyük əksəriyyətinin imzası ilə şaha göndərilən petisiyada tütün və tənbəki inhisarının ləğv edilməsi tələb olundu. Təbriz bazarı bağlandı, 20 min adam silahlanaraq hərəkata qarşı baş verə biləcək hər hansı hadisəyə müqavimət göstərmək üçün hazır vəziyyətdə dayandı. Təbrizin ardınca Şiraz, İsfahan və Məşhəddə şirkətə qarşı kəskin çıxışlar baş verdi. Tehranın özündə inhisarın ləğv edilməsi tələbi ilə əhali 1892-ci il yanvarın 4-də şah sarayına hücum etdi. Bütün bunlar şahı məcbur etdi ki, 1892-ci il yanvarın 5-də Talbotla bağlanmış müqavilənin ləğv olunduğunu rəsmən elan etsin. İrana gəlmiş ingilis məmurları ölkəni tərk etməyə məcbur oldular.
Ağbulaq (Pəmbək)
Ağbulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponimin Azərbaycan dilində «keyfiyyətli, içməyə yararlı» mənasında işlənən ağ sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Lusaxbyur qoyulmuşdur.
Darbaz (Pəmbək)
Darbaz — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km məsafədə, Pəmbək çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «ensiz» mənasında işlənən dar sözü ilə türk dilində «dağ çökəkliyi» mənasında işlənən baz sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.
Dərəkənd (Pəmbək)
Dərəkənd — İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində, indiki Quqark (Böyük Qarakilsə) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 31 km məsafədə, Çaxçaxlı çayının sahilində, Çubuxlu dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Toponim «iki dağ və ya təpə arasında, düzənlikdə dərin çuxur» mənasında işlənən dərə sözü ilə kənd coğrafi nomeninin birləşməsindən əmələ gəlmişdir. Kənd dərədə yerləşdiyi üçün «Dərəkənd» adlandırılmışdır. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Dzoragyuğ (Dərəkənd) adlandırılmışdır.
Goran (Pəmbək)
Goran (Qoqaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Toponimi == 1918–1919-cu illərdə kəndin azərbaycanlı əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Qoqaran adlandırılmışdır. Goran tayfasının adındandır.Toponim şahsevən türk tayfasından olan goran etnonimi əsasında əmələ gəlmişdir. N.Bəndəliyev goran tayfasını kolanı tayfasından olduğunu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 26. IV. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Qoqaran qoyulmuşdur.
Gözəldərə (Pəmbək)
Gözəldərə, Xancığaz — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının sol sahilində yerləşir. Kəndin adı erməni mənbələrində Xancuğaz, Qafqazın 5 verstlik xəritəsində Xancuqaz, formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin qədim adının Xuncuğaz olduğu göstərilir.Kənd İbrahim adlı xana məxsus olmuşdur. Ona görə də kənd İbrahimli də adlanırmış.Toponim «varlı», «sahibkar», «ağa» mənasında, işlənənxan sözünə kiçiltmə mənası bildirən - cığaz şəkilçisinin artırılması yolu ilə əmələ gəlib, kiçik xana məxsus kənd mənasını ifadə edir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l.VI.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Gözəldərə, sonra Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə bir daha dəyişdirilib Aznavadzor qoyulmuşdur. == Coğrafiyası və iqlimi == Dağların, meşələrin arasında yerləşir. Qışı çox soyuq, yayı sərin keçir. == Əhalisi == Kənddə 1831-ci ildə 33 nəfər, 1873 - cü ildə 295 nəfər, 1886-cı ildə 345 nəfər, 1897-ci ildə 393 nəfər, 1908-ci ildə 523 nəfər, 1914 - cü ildə 650 nəfər, 1916-cı ildə 576 nəfər, 1919 - cu ildə 582 nəfər yalnız azərbaycanlılar yaşamışdır.1919-cu ilin yazında azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra Kəndin sakinləri 1920-ci ilin axırlarında öz ata-baba yurdlarına qayıda bilmişdir.
Güllücə (Pəmbək)
Güllücə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km cənub-şərqdə, Çiçxan çayının yaxınlığında, Çubuxlu dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd 1937-ci ilə kimi, yəni Hamamlı rayonu təşkil edilənə kimi Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Toponim Azərbaycan dilində işlənən güllu sözünə -cə şəkilçisinin artırılması əsasında əmələ gəlib «güllü, çiçəkli yerdə salman kənd» mənasını ifadə edir. Fitotoponimdir. Quruluşca düzəltmə topoınındir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Saraart qoyulmuşdur.
Güllüdərə (Pəmbək)
Mollaqışlaq və ya Güllüdərə — İrəvan quberinyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə, Kirovakan şəhərindən 78 km cənub-şərqdə, Pəmbək çayının sahilində yerləşir. Toponim dini məna bildirən molla sözü ilə «qış vaxtı heyvanların saxlandığı yer, otlaqlı qışlama yeri», «qış yaşayış yeri, kənd əhalisinin daimi yaşayış yeri» mənasında işlənən qışlaq sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Güllüdərə qoyulmuşdur. == Əhalisi == Kənddə 1916-cı ildə 167 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar.
Hallavar (Pəmbək)
Hallavar — Qərbi Azərbaycanın (indiki Ermənistan) Pəmbək mahalının Qarakilsə şəhərinində azərbaycanlıların yaşadığı kəndir.Quqark (Kirovakan Böyük Qarakilisə) şəhərindən 18 km Bakıdan isə 687 km uzaqlıqda yerləşir. == Tarixi == Çar Rusyası dövrində İrəvan qubernatorluğu Gömrü (Aleksandropol) qazası, Sovyet döneminde Yaquplu (bu gün Gugark) Rayonu`na bağlanmışdır. Yaqublu`dan 17 km güneybatıda, Yuxarı Kilisə ve Heydərlı kəndlərinin arasında, Hallavar çayı`nın yaxınlığında və Pəmbek Çayı`nın sağ sahilində yerləşmektədir. Hallavar kəndi qədim alban vilayəti olan Qoqarena (Quqark rayonu) vilayətində yerləşir.Kəndin tarixi v-vı əsrə qədər uzanır. Kənddə çoxlu tarixi abidələr və qayaüstü rəsmlər bunu deməyə imkan verir.Qədim tarixə malik olan bu kəndin yerli əhalisi atəşpəstliyə sitayiş etmiş və ərəb işğalları dövründə müsəlmanlığı qəbul etmış qədim alban tayfalarından biridir. Səlcuqların Azərbaycanda yerləşməsindən sonrakı dövrlərdə bu ərazilər bayat tayfasının iqtası olaraq qəbul olunmuşdur. Bir sözlə bu kənd və ətraf qonşu kəndlərin türk əhalisi əsasən bayat tayfasına mənsubdurlar. Hallavar kəndinin yerləşdiyi bayat dağlarinda qədim alban yazılarına və işarələrinə rast gəlinir. == Coğrafiyası və iqlimi == Kənd dağlıq və dağətəyi ərazidə yerləşir.Subtropik iqlimə malikdir.Qışda temperatur -16 yayda isə +32,+35 dərəcə olmuşdur. == Əhalisi == Kəddə 1831.de 111, 1873.də 625, 1886.də 664, 1897.də 913, 1914.də 445, 1916.da 781, 1919.da 455 kişilik sadəcə Türk nüfus yaşamışdır.
Heydərli (Pəmbək)
Heydərli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km cənub-qərbdə, Hallavar və Böyük su adlanan kiçik çayların sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim heydərli tayfa adı əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə topənimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 158 nəfər, 1886-cı ildə 175 nəfər, 1897-ci ildə 265 nəfər, 1908-ci ildə 357 nəfər, 1914 - cü ildə 461 nəfər, 1916-cı ildə 343 nəfər, 1919 - cu ildə 1328 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq kəndin sakinləri - azərbaycanlılar deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar tarixi torpaqlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 294 nəfər, 1926-cı ildə 324 nəfər, 1931-ci ildə 398 nəfər, 1987-ci ildə 1350 nəfər azərbaycanlı yaşamışdır.
Keşişkənd (Pəmbək)
Keşişkənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Keşişköy kimi qeyd olunmuşdur 1935-ci ildə kənd ermənicə Qeharot adlandırılmışdır. XVIII əsrin əvvəllərində Nadirşah bu kəndi Eçmiadzin kilsəsinə bağışlamışdır. 1727-ci ilə aid mənbədə Dağlıq Qarabağda qeyd olunan Keşişkənd adı ilə mə’naca eynidir. == Əhalisi == 1918-ci ildə kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir.
Kolagirən (Pəmbək)
Kolagirən - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Erməni mənbələrinə görə kəndin əsası 1870-ci ildə qoyulmuşdur. Kənddə azərbaycanlılarla bağlı qədim qalanın divarları, qəbirstanlığın xarabalıqları indi də durur. Toponim maldarlıqla məşğul olan kolagirən etnonimi əsasında əmələ gəlmişdir. Bu da onu göstərir ki, kənd 1870-ci ildə yox, çox-çox əvvəllər salınmışdır. Belə ki, kolagirən tayfası XVI əsrdə Qarabağda yaşayan tayfalardandır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm.
Ləmbər (Meşkinşəhr)
Ləmbər (fars. لمبر‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 562 nəfər yaşayır (161 ailə).
Nalbənd (Pəmbək)
Nalbənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930 - cu illərdə Leninakan adlı rayonun tabeliyində olmuşdur. Burada 30 - cu illərdə Nalbənd adlı dörd toponim olmuşdur. Nalbənd kəndi, Nalbənd qışlağı, Nalbənd vağzalı, Nalbənd dəmiryolu. Toponim Azərbaycan dilində peşə mənasında işlənən nalbənd (nalçı, heyvanların ayağına nalvuran adam) sözü əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.
Lemben
Lemben (fr. Lumbin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38214. Kommunanın 2012-ci il üçün əhalisi 2080 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 222 ilə 880 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 20 km şimal-qərbdə yerləşir.
Qriqori Lemberq
Qriqori Moiseyeviç Lemberq (rus. Григорий Моисеевич Лемберг; 1873-30 iyul 1945) — SSRİ operatoru və fotoqrafı. == Həyatı == Qriqori Lemberqin əsl sənəti fotoqrafdır. 1911-1917-ci illərdə operator kimi 30-dan çox bədii film çəkmişdir. Həmçinin Petroqraddakı Fevral inqilabını çəkən yeganə operatordur. 1923-cü ildən "Dövlətkino"da işləmiş və elmi-kütləvi filmlər çəkmişdir. == Filmoqrafiya == Arşın mal alan (film, 1917) (tammetrajlı bədii film) Arvad (film, 1916) (tammetrajlı bədii film) Arvadlar ərlərini mənsəbə necə çatdırırlar (film, 1916) (tammetrajlı bədii film) Ayaqyalın məhəbbət (film, 1916) (qısametrajlı bədii film) Bir alçalmanın tarixi (film, 1919) (tammetrajlı bədii film) Knyaz Dəmir Bulat (film, 1916) (tammetrajlı bədii film) Neft və milyonlar səltənətində (film, 1916) (tammetrajlı bədii film) Ölümünə bir saat qalmış (film, 1916) (tammetrajlı bədii film) Yeni tərzdə köhnə əhvalat (film, 1916) (qısametrajlı bədii film) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".