Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sənətulla Eynullayev
Eynullayev Sənətulla İbrahim oğlu (1881, Simbirsk quberniyasının Buin qəzası, Əski Yukal k., - ?, Bakı) - mətbuat xadimi, naşir, redaktor, publisist. Ev təhsili almış, orduda xidmət etmişdir. Yaradıcılığa Simbirskdə başlamış, 20 əsrin 10-cu illərində Bakıya köçərək, "Məlumat" (1911), "Yeni İrşad" (1911-12) qəzetlərinin redaksiyalarında işləmiş, "Səda" (1909-11), "Açıq söz" (1915-18) və s. qəzetlərdə məqalələr dərc etdirmişdir. Müstəqil jurnalistlik fəaliyyəti göstərmiş, 1912 il martın 6-da "İqbal" gündəlik qəzetinin nəşrinə başlamışdır. Qəzetin 459 nömrəsi çıxandan sonra hərbi qulluğa çağırılmış, naşirlik və mühərrirlik hüququnu Seyid Hüseynə vermişdir. Ordudan tərxis olunduqdan sonra Məhəmməd Əmin Rəsulzadə ilə "İqbal", "Yeni iqbal" və "Açıq söz" qəzetlərində işləmiş və gündəlik redaktor vəzifəsini icra etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə "Azərbaycan" qəzetinin redaksiyasında işləmiş, qəzetin aparıcı müəlliflərindən biri olmuşdur. Əsasən publisistika sahəsində çalışmışdır. İmperialist ölkələrinin Balkan yarımadasında törətdikləri müharibələrin, Asiya və Afrika ölkələrini iqtisadi və siyasi asılılıqda saxlamaq cəhdinin, çarizmin köçürmə siyasətinin tənqidi, müsəlmanların iqtisadi və mədəni dirçəlişinin, ana dili, ədəbiyyat və maarifinin inkişafı uğrunda mübarizə Sənətulla Eynullayevin publisistik məqalələrinin əsas mövzuları idi.
Əmətullah Sultan
Əmətullah Sultan (Osmanlıca: إيمت الله بن مصطفى ساني) (d. 22 iyun 1701 - ö. 19 aprel 1727) — 22-ci Osmanlı sultanı II Mustafanın qızı. Əmətullah Sultan 22 iyun 1701-ci ildə Ədirnə sarayında dünyaya gəldi. Atası II Mustafa, anası isə Şahsüvar Sultandır. 2 yaşı olanda atası taxtdan endirilmiş, bu səbəblə anasıyla birlikdə Köhnə saraya köçmüşdür. Gənclik illərini burada keçirən Əmətullah Sultan 1720-ci ildə əmisi Sultan Əhmədin istəyilə bibisi Fatma Sultanın dul qalan kürəkəni Mosul bəylərbəyi Osman Paşa ilə nişanlandı. Eyni mərasimlə bacısı Ayşə Sultan da Silahdar İbrahim Paşayla nigahlanmışdır. Osman Paşanın saraya göndərdiyi qiymətli əşyalardan sonra, 9 sentyabr 1720-ci ildə şeyxülislam Abdullah Əfəndi cütlüyün nigahını bağladı. Bu evlilikdən Hibətullah adlı bir qızı dünyaya gəlmişdir.
Əmətullah Rabiyə Gülnuş Sultan
Əmətullah Rabiyə Gülnuş Sultan (osman. گلنوش سلطان) (1642, Retimno[d] və ya Krit – 6 noyabr 1715, Konstantinopol) — 19-cu Osmanlı sultanı IV Mehmedin xanımı, II Mustafa və III Əhmədin anası, Validə sultan. 1642-ci ildə dünyaya gəldiyi düşünülür. Əslən venesiyalı Verzizzi ailəsinə mənsub olub, Krit adasındakı Resmo şəhərində dünyaya gəldi. Resmonun fəthinin ardından Dəli Hüseyn Paşa tərəfindən əsir alındı və saraya hədiyyə edildi. Sarayda öncə Kösəm Sultanın, onun vəfatından sonra isə Turhan Sultanın himayəsinə alınaraq təlim-tərbiyə edildi. Adı Kösəm Sultan tərəfindən dəyişdirilərək Əmətullah Gülnuş oldu. Həddi buluğa çatmasının ardından Ədirnə sarayında olan Sultan Mehmedə təqdim olundu. İlk övladı olan Xədicə Sultan da 1662-ci ildə bu sarayda dünyaya gəldi. Ardından 1664-cü ildə Şahzadə Mustafanı, 1670-ci ildə Gülsüm Sultanı, 1673-cü ildə Şahzadə Əhmədi, 1675-ci ildə Şahzadə Bəyazidi və 1680-ci ildə Fatma Sultanı dünyaya gətirdi.
Nemətullah (Şəbüstər)
Nemətullah (fars. نعمت الله‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 771 nəfər yaşayır (195 ailə).
Nemətullah Kişvəri
Nemətullah Kişvəri (XV əsr, Salmas, Qərbi Azərbaycan ostanı – XVI əsr, Təbriz) — XV əsrin ortalarında Cənubi Azərbaycanın Dilməqan (indiki Səlmas) şəhərində anadan olmuş, 1490-cı ilə qədər Ağqoyunlu sultanı Yaqubun sarayında yaşamış, sultan öldürüldükdən sonra saraydan uzaqlaşdırılmışdır. Onun adı Nemətullah, təxəllüsü isə Kişvəridir. O, Təbriz ədəbi mühitində formalaşmışdı. Saray şeir ənənələrinə əməl etmək məcburiyyəti qarşısında qalmış istedadlı şair məddahlığa alışa bilməmiş, Ağqoyunlu sarayını tərk edərək 6 divan yaratmış özbək şairi, mütəfəkkiri və dövlət xadimi Əlişir Nəvaiyə pənah aparmışdır. Kişvəri Azərbaycan (türk) və fars dillərində "Divan" yaratmış, əsasən lirik qəzəllər müəllifi kimi tanınmışdır. Kişvərinin həyat və yaradıcılığı haqqında məlumatlar natamam və pərakəndə haldadır. Təəssüf ki, orta əsr mənbələrində şairin anadan olduğu il və yer barədə məlumata rast gəlinmir. Lakin şairin hansı illərdə yaradıcılıqla məşğul olduğunu təxmin etmək mümkündür. Sam Mirzə "Töhfəyi-Sami" təzkirəsində sənətkardan danışarkən aşağıdakı məlumatla kifayətlənir: "Mövlana Kişvəri Qəzvin çaybasarı ətrafındandır. Nəstəliq xətti ilə yazılmış çoxlu şeirləri var.
Nemətullah Naxçıvani
Nemətullah Naxçıvani (tam adı: Nemətullah Mahmud oğlu Şeyx Əlvan Naxçıvani; 1452, Naxçıvan – 1514, Türkiyə) — mənşəcə Azərbaycan türklərindən olan sufi alimi. Xacə Məhəmməd Parsanın məşhur tələbələrindəndir. Nemətullah Naxçıvani nəqşibəndilik təriqətinin Azərbaycanda ilk təmsilçilərindən olmuş, məşhur mütəfəkkir, ilahiyyatçı, hüquqşünas kimi tanınmışdır. Naxçıvanda anadan olan Mövlana Nemətullah ibn Mahmud Şeyx Əlvan Naxçıvani, zamanın tanınmış xocalarından dərs alıb zahiri elmləri tamamladıqdan sonra təsəvvüfə bağlanmışdır. Bu sahədə də mükəmməl bilik almışdır. 1498-ci ildə Naxçıvandan ayrılmış, islam aləminin bir çox önəmli mərkəzlərini gəzmiş, bir müddət Təbrizdə qalaraq, orada Dədə Ömər Rövşəni ilə görüşmüşdür. Sultan Bəyazidin zamanında (1481-1512) Anadoluya getmiş, Karaman vilayətinin Akşehir şəhərində yaşamış, şöhrət tapmışdır. Akşehirlilər arasında Şeyx Əlva, Nemətullah Naxçıvani, Baba Nemətullah, Baba Nemət və Nemətullah Sultan kimi adlarla xatırlanan bu böyük Türk-İslam alimi və vəlisi, zamanındakı alim və vəlilərin ən fəzilətlilərindən biri hesab olunurdu. Akşehirdə uzun illər elmə xidmət etmiş və çox sayda müridi olmuşdur. Öz doğma dili olan türkcəylə yanaşı, ərəb və fars dillərini də bilirdi.
Şah Nemətullah
Nemətulla Vəli (1330, Hələb – 28 aprel 1429, Mahan, Kirman ostanı) — ərəb şairi, sufi, alim. Nemətulla Vəli ("Vəli", yəni "müqəddəs" — ona verilmiş ləqəbdir. Bu, Allahın adlarından biridir) 1330-cu ildə Hələb (Aleppo) şəhərində anadan olmuşdur. Onun atası Mir Abdullah Vəli ərəb sufi və mürşidi, anası isə Cənubi İranın zadəgan farslarından idi. Nemətilla Vəlinin nəsil şəcərəsi beşinci imam Məhəmməd Baqirdan başlayır. Gənc ikən Nemətulla islam ölkələrinə uzunmüddətli səyahətdə olmuşdur. Hər bir müsəlmana vacib bilinən Məkkə ziyarətinə (Həccə) yollanmışdır. Burada Şeyx Abdulla əl-Yəfi ilə rastlaşaraq yeddi il müddətində ona müridlik etmişdir. Müridlik müddətindən sonra ikinci dəfə (bu dəfə kamil bir insan kimi) yenidən səyahətə çıxmış, Qahirəni, Suriyanı, İraqı, Azərbaycanı və İranı gəzmişdir. O, İranın Kirman şəhərində həmişəlik məskunlaşmışdır.
Şah Nemətullah Vəli
Nemətulla Vəli (1330, Hələb – 28 aprel 1429, Mahan, Kirman ostanı) — ərəb şairi, sufi, alim. Nemətulla Vəli ("Vəli", yəni "müqəddəs" — ona verilmiş ləqəbdir. Bu, Allahın adlarından biridir) 1330-cu ildə Hələb (Aleppo) şəhərində anadan olmuşdur. Onun atası Mir Abdullah Vəli ərəb sufi və mürşidi, anası isə Cənubi İranın zadəgan farslarından idi. Nemətilla Vəlinin nəsil şəcərəsi beşinci imam Məhəmməd Baqirdan başlayır. Gənc ikən Nemətulla islam ölkələrinə uzunmüddətli səyahətdə olmuşdur. Hər bir müsəlmana vacib bilinən Məkkə ziyarətinə (Həccə) yollanmışdır. Burada Şeyx Abdulla əl-Yəfi ilə rastlaşaraq yeddi il müddətində ona müridlik etmişdir. Müridlik müddətindən sonra ikinci dəfə (bu dəfə kamil bir insan kimi) yenidən səyahətə çıxmış, Qahirəni, Suriyanı, İraqı, Azərbaycanı və İranı gəzmişdir. O, İranın Kirman şəhərində həmişəlik məskunlaşmışdır.