Şah Nemətullah Vəli

Nemətulla Vəli (1330, Hələb28 aprel 1429, Mahan, Kirman ostanı) — ərəb şairi, sufi, alim.

Nemətulla Vəli
Əmir Nurəddin Nemətullah ibn Mir Abdulla
Doğum tarixi 1330
Doğum yeri
Vəfat tarixi 28 aprel 1429
Vəfat yeri

Nemətulla Vəli ("Vəli", yəni "müqəddəs" — ona verilmiş ləqəbdir. Bu, Allahın adlarından biridir) 1330-cu ildə Hələb (Aleppo) şəhərində anadan olmuşdur. Onun atası Mir Abdullah Vəli ərəb sufi və mürşidi, anası isə Cənubi İranın zadəgan farslarından idi. Nemətilla Vəlinin nəsil şəcərəsi beşinci imam Məhəmməd Baqirdan başlayır. Gənc ikən Nemətulla islam ölkələrinə uzunmüddətli səyahətdə olmuşdur. Hər bir müsəlmana vacib bilinən Məkkə ziyarətinə (Həccə) yollanmışdır. Burada Şeyx Abdulla əl-Yəfi ilə rastlaşaraq yeddi il müddətində ona müridlik etmişdir. Müridlik müddətindən sonra ikinci dəfə (bu dəfə kamil bir insan kimi) yenidən səyahətə çıxmış, Qahirəni, Suriyanı, İraqı, Azərbaycanı və İranı gəzmişdir. O, İranın Kirman şəhərində həmişəlik məskunlaşmışdır.

Şah Nemətulla Vəli yeni bir sufi qardaşlığının (təriqətinin) yaradıcısıdır. "Nemətullahiyyə" adlanan bu təriqətin həm adı, həm də emblemi ona işarə verir (emblemdə onun adı təbərzinlərin arasına salınmışdır). O, sufi həyat tərzi, sufi fəlsəfəsi, sufi əxlaqı haqqında öz fikirlərini ərəb və fars dillərində yazdığı 500-dən artıq müxtəlif həcmli elmi və bədii əsərdə açıqlamışdır.

Sufilik tarixinin ən ali nümayəndələrindən olan Nemətulla Vəlinin səyi nəticəsində təsəvvüfə və sufilərə qarşı maraq xeyli artmışdır. Ətrafında çoxlu sayda mürid və davamçılarının olmasına baxmayaraq Şah Nemətulla Vəli özü əkinçiliklə məşğul olaraq şəxsi nümunəsində peşəkar fəaliyyətin özünütərbiyədə ən yaxşı vasitə olduğunu göstərmişdir.

101 il ömür sürmüş Nemətulla Vəli həyatının son 25 ilini Kirman vilayətinin Mahan kəndində yaşamış, burada xanəgah tikdirmişdir. Onun qəbri indiyə qədər ziyarətgahdır.