Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xəfif ləpə
Xəfif ləpə (rus. рябь, ing. ripple) — küləyin təsiri altında dalğalanmanın başlanğıc forması. Dənizin hamar səthi kələ-kötürlənir və sanki pulcuqlarla /kapilyar sularla/ örtülür. Ləpələr uzun müddət qalmır, və küləyin sürəti artdıqca qravitasion dalğaya çevrilir.
Sebayaşi xəfif ləpə nişanələri
Sebayaşi xəfif ləpə nişanələri (瀬林の漣痕, Sebayaşi no renkon) – Yaponiyanın Qunma prefekturasının Kanna qəsəbəsinin yaxınlığında yerləşən təbiət abidəsi. Dağ uçurumundakı bir divarda yerləşən qədim xəfif ləpə nişanələrindən və 50-yə yaxın dinozavr izindən ibarətdir. Sebayaşi xəfif ləpə nişanələri Kanna qəsəbəsinin 299-cu magistralı boyunca davam edən Sezanami-iva adlı dağ uçurumu divarında yerləşir. Nişanələr ilk dəfə 1953-cü ildə yol tikintisi zamanı kəşf edilmişdir. Kəşf edildiyi zaman sadəcə qədim xəfif ləpə nişanələrindən ibarət olduğu düşünülürdü. Yaxınlığında yerləşmiş keçmiş bir kəndin adı ilə Sebayaşi xəfif ləpə nişanələri adlandırılmışdır. 23 iyul 1965-ci ildə təbiət abidəsi elan olunmuşdur. Qaya 1957-ci ildə Qunma Universitetinin alimləri tərəfindən araşdırılmış və xəfif ləpə nişanələrinin yanında "qəribə dəliklər"in olduğu bildirilmişdir. 1985-ci ildə ildə aparılmış araşdırmalar nəticəsində bu dəliklərin dinozavrların ayaq izləri olduğu məlum olmuşdur. Bu, Yaponiyada kəşf edilmiş ilk dinozavr izləri kimi tarixə düşmüşdür.
Lepel
Lepel (belar. Лепель) — Belarusda şəhər. Vitebsk vilayətində yerləşən şəhər Lepel rayonunun inzibati mərkəzidir. Şəhər ölkənin paytaxtı olan Minsk şəhərindən 155 km, vilayətin mərkəzi olan Vitebsk şəhərindən isə 110 km məsafədə yerləşir.
Lepus
Dovşan (lat. Lepus) — dovşanlar fəsiləsinə aid məməli cinsi.
Cennifer Lopes
Cennifer Linn Lopez (ing. Jennifer Lynn Lopez; 24 iyul 1969[…], Bronks, Nyu-York) — əsasən J. Lo ləqəbi ilə tanınan ABŞ müğənnisi, aktrisası və rəqqasəsi. İspan dilli amerikalı aktrisa hesab olunur, həmçinin müğənni və maneken kimi də fəaliyyət göstərir. Dünya üzrə 55 milyondan artıq musiqi diskini satıb. 1998-ci ildə Qarışqa Zed cizgi filmində "Atsteka" personajını səsləndirmişdir. Cennifer Lopez 1969-cu il iyulun 24-də Cənubi Bronksda doğulub. Valideynləri Qvadelupa Rodriqes və David Lopez Puerto-Rikodan gəlmiş mühacirlər olublar. Cenniferin özündən böyük Linda və Lesli adlı iki bacısı var. Ailə kasıb yaşasa da, valideynləri qızlarını təmin etməyə və küçənin təsirindən qorumağa çalışıblar. Bu məqsədlə də Qvadelupa və Devid pul yığaraq Cenniferi katolik məktəbinə göndəriblər.
Eber Lopes
Eber Lopes (port. Héber Roberto Lopes; 13 iyul 1972, Londrina, Braziliya) — Braziliyalı futbol hakimi. 1995-ci ildən peşəkar hakimdir, 1997-ci ildən Braziliya çempionatının oyunlarını idarə edir. 2012-ci ildən FİFA hakimidir. Futbol üzrə 2014-cü il dünya çempionatının seçmə mərhələsinin oyunlarında hakimlik edib. 2016-cı il Kopa Amerika Sentenario final oyununu idarə etmişdir. Lopes finalda əsasən, argentinalıların etirazlarına səbəb olan qərarlarla yadda qalmışdı. Brazilyalı referi həlledici oyunda Çilinin və Argentinanın bir oyunçusuna qırmızı vərəqə vermişdi. Matçın 28-ci dəqiqəsində çilili Marselo Diazı ikinci sarı vərəqəylə meydandan qovan hakim, 43-cü dəqiqədə isə argentinalı Markos Roxoya qırmızı vərəqə göstərmişdi.
Lepus americanus
Amerika ağ dovşanı (lat. Lepus americanus) dovşanlar fəsiləsinin dovşan cinsinə aid məməli növüdür. Lepus americanus americanus Lepus americanus bairdii Lepus americanus cascadensis Lepus americanus dalli Lepus americanus struthopus Lepus americanus virginianus Bala dovşanın anasından 30-45 gün süd əmməsi lazımdır. Burada onların kifayət qədər süd əmmələri çox əhəmiyyətlidir, çünki ana südü ilə lazımi immunitet əldə edilər. Balalar bu immunitet ana südündən başqa heç bir qidadan götürə bilməzlər. Burada süd yalnız dovşan südü olmalıdır. Dovşan balaları 15 gündəlik olduqdan sonra ana südü ilə birgə quru yonca-quru saman və pelet yeyirlər. Dovşanların bəslənməsində digər bir məsələ onlara tərəvəz və meyvə vermənin zamanıdır. Bu qidalar sulu qida olduqlarından 3 aylıq yaşdan əvvəl verilmələri uyğun olmaz. Çünki həzm sisteminin inkişafı tam olaraq reallaşmamışdır.
Lepus brachyurus
Yapon dovşanı (lat. Lepus brachyurus) — Dovşanlar fəsiləsinə aid növ. Yaponiya adalarında yayılmış endemik canlı. Yapon dovşanı əsasən kiçik ölçülü dovşanlara aiddir. Onların çəkisi 2,5 kq təşkil edir. Rəngi parlaq qırmızı-qəhvəyidən tünd boz-qəhvəyi çalarlarında ola bilir. Ağ ləkələr isə baş və ayaq nahiyələrində rast gəlinir. Şimal adalarında yayılmış yarımnövlərdə mövsümü dimorfizm müşahidə edilir. Beləki, qış ayları xəzi ağ rəngə bürünür. Onların yayılma sərhədləri əsasən yapon adaları daxilində yerləşir Honşu, Şikoku, Kyuşu, Sado, Oki adaları, Avaci.
Lepus europaeus
Boz dovşan və ya Adi dovşan (lat. Lepus euporaeus) dovşanlar fəsiləsindən (lat. Leporidae) olan məməli növüdür. Bədən uzunluğu 57 – 68 sm, çəkisi 4 – 6 kq-a, nadir hallarda 7 kq çatır. Ən iri fərdləri arealın şimal və şimal – şərq hissələrində qeydə alınır. Xarici görünüşcə boz dovşan daha uzun qulaqları (9,4 – 14 sm) və üst tərəfdən qara və ya qaramtıl – qonur rəngli uzun pazşəkilli quyruğu ilə (7,2 – 14 sm) ağ dovşandan asanlıqla ayırd edilir. Gözləri qırmızımtıl – qəhvəyi rəngdədir. Ağ dovşanla müqayisədə arxa ətrafları daha uzundur, lakin pəncələri qısa (pəncənin uzunluğu 13,6 – 18,5 sm) və dardır. Bunun səbəbi adi dovşanın qar örtüyünün çox olmadığı ərazilərdə yayılmasıdır. Yay tük örtüyü sarımtıl – boz, qonur, qəhvəyi, sarımtıl – qırmızı və ya zeytuni – qonur olur.
Lopes burnu
Lopes burnu (fr. Cap Lopez) — Mərkəzi Afrikanın Qabon sahillərində 55 km məsafədə uzanan burun və yarımada. Burun həmçinin Qvineya körfəzini Atlantik okeanından ayıran təbii sərhəddir. Burunda Oqave çayının deltası yerləşir. Yaxınlıqda Port-Jantil şəhəri yerləşir. Burunda 1897-ci ildə mayak quraşdırılmışdır. Müasir bina isə 1911-ci ildə inşa edilmişdir. Burun öz adını portuqaliyalı araşdırmaçı Qonsales Lopesin adından almışdır. O, 1474-cü ildə buruna qədər üzüb gələ bilmişdir. XVIII—XIX əsrlərdə burun qul ticarətinin əsas mərkəzlərindən biri olmuşdur.
Mario Yepes
Mario Yepes (d. 13 yanvar 1976; Kali, Kolumbiya) — Kolumbiyalı futbolçu. Hal hazırda "Atalanta" komandasında oynayır. 1994-cü ildə Kortuala komandasında peşəkar olan Yepes, həmin vaxtdan etibarən müdafiəçidir. 1997-ci ildə Deportivo Kali komandasına transfer oldu. 1998–1999 Kolumbiya liqasında çempion oldu. 1999-cu ildə Argentina komandalarından olan River Pleyt komandasına transfer oldu. 1999–2000-ci illərdə Argentina liqası çempionu olan Yepes, 2002-ci ildə Fransa komandası olan Nant komandasına transfer oldu. Həmin il Marioya "Rey" ləqəbi verildi. Nant komandasında olan uğuru ilə 2004-cü ildə Pari Sen-Jermen komandasına transfer oldu və "Super Mario" ləqəbini qazandı.
Mark! Lopes
Mark! Lopes — Amerikalı ətraf mühit fəalı. O, ekoloji ədaləti müdafiə edən East Yard icmasının icraçı direktorudur. 2017-ci ildə Qoldman Ətraf Mühit Mükafatını qazanışdır. Santa Kruzdakı Kaliforniya Universitetini və Nortricdəki Kaliforniya Dövlət Universitetini bitirmişdir. Onun nənəsi Mothers of East Los Angeles təşkilatının həmtəsisçisi Xuana Beatris Quterredir. Kaliforniyanın Vernon şəhərində qurğuşun batareyasının çirklənməsinin aradan qaldırılması üçün lobbiçilik etmişdir. Los Anceles Vətəndaş Mərkəzində etiraz aksiyası təşkil etmişdir.
Pablo Lopes
Pablo Sesar Lopes Martines (isp. Pablo César López Martínez; 7 yanvar 1998, Santyaqo-de-Keretaro, Meksika) — Meksika təmsilçilərindən olan Paçuka klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Meksika futbolçusudur. Lopes peşəkar karyerasına Paçuka klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 18 fevral 2016-cı ildə Meksika Kubokunda Atletiko San-Luis klubuna qarşı oyunda etmişdir. Lopes Meksika Premyer Liqasında debütünü 20 noyabr 2016-cı ildə Amerika klubuna qarşı oyunda etmişdir. O, ikinci hissədə Xorxe Ernandesi əvəz etmişdir. 2015-ci ildə Lopes Meksikanın gənclərdən ibarət milli komandası ilə Hondurasda keçirilən Şimali Amerika Gənclər Çempionatında iştirak etmişdir. Həmin ildə Lopes Meksikanın gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Gənclər arasında Dünya Çempionatında iştirak etmişdir. Turnirdə Pablo Argentina, Avstraliya, Almaniya, Çili, Ekvador, Nigeriya və Belçika milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Almaniya və Çili millilərinə qarşı oyunda Lopes bir qolla yadda qalmışdır.
Vaqner Lopes
Vaqner Lopes (d. 29 yanvar 1969) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 20 oyun keçirib, 5 qol vurub.
Marqa Lopes
Marqa Lopes (isp. Marga Lopez; əsl adı — Katalina Marqarita Lopes Ramos, isp. Catalina Margarita Lopez Ramos; 21 iyun 1924 – 4 iyul 2005, Mexiko) — Argentina mənşəli görkəmli Meksika teatr və kino aktrisası. Meksika kinematoqrafiyasının Qızıl əsr dönəminin aktrisasıdır. Marqa Lopes 21 iyun 1924-cü ildə San-Migel-de-Tukumanda Pedro Lopes Sançes və Dolores Ramos Navanın ailəsində anadan olmuşdur. Ailədə 7 uşaq idilər — özündən başqa onun Manuel, Migel, Pedro və Xuan adlı dörd qardaşı, Dolores-kiçik və Mariya adlı iki bacısı var idi. Dünyaya gələndən sonra böyük ailəsi ilə birlikdə Meksikaya köçmüş və buna görə də vətəndaşlığını orada almışdır. 1936-cı ildə ailəvi şəkildə bütün Latın Amerikası boyunca kruizə çıxarkən prodüser Karlos Amadorla tanış olmuşdur. O, Marqa Lopesə kinematoqrafda yaşıl işıq yandırır. Aktrisa 1945-ci ildə Meksika kinematoqrafiyasında debüt edir.
Qriqori Leps
Qriqori Viktoroviç Leps (gürc. გრიგორი ვიქტორის ძე ლედსვერიძე; 16 iyul 1962, Soçi, Krasnodar diyarı) — Gürcü əsilli bariton səsli sovet və Rusiya müğənnisi, bəstəkar, prodüser, İnquşetiya Respublikasının əməkdar artisti (2004), Rusiya Federasiyasının əməkdar artisti (2011), Qaraçay-Çərkəz Respublikasının xalq artisti (2015). Qreqori Leps Rusiyanın ən çox gəlir əldə edən müğənnisidir. 2013-cü ildə 15 milyon $, 2014-cü ildə 12 milyon $, 2015-ci ildə isə 12.2 milyon $ gəlir əldə etmişdir. Qriqori Leps Soçidə, etnik gürcü ailəsində doğulmuşdur. O, zərb alətləri üzrə musiqi məktəbini bitirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra bir neçə rok qruplarında musiqi ifa etməyə başlamış və restoranlarda müğənnilik etmişdir. O, alkoqolizm və narkotik vasitə alışqanlığından əziyyət çəkmiş və bundan qurtulmaq üçün Moskvaya getmişdir. Daha sonra o, restoranlarda ifa etməyə başlamış və səsyazma studiyasından təklif almışdır. Beləliklə 1995-ci ildə Qriqori Leps Tanrı sizləri qorusun adlı ilk albomunu buraxır.
Həbəş
Həbəş (Meşkinşəhr)
Kəpək
Kәpәk — dәrinin әn kәnar üzündәn tökülәn hüceyrәlәrdәn yaranır. Adәtәn tüklәrin olduğu yerdәn tökülür. Kəpək başın tüklü hissəsində laylı yağlı və ya kiçik quru ağımtıl-sarımtıl rəngli pulcuqların əmələ gəlməsidir. Başın qaşınması ilə müşayiət olunur; saçlar cansız, quru , tez qırılan, yağlı və ya parlaq olur. Seboreya, psoriaz, dərinin göbələk xəstəlikləri , sinir gərginliyi, A və ya B qrup vitaminlərinin defisiti, saçlara qeyri-düzgün qulluq nəticəsi , mədə-bağırsaq traktının fəaliyyətinin pozulmasının təzahürü ola bilər. Kəpək saç tökülməsinin geniş yayılmış səbəbidir; o, nəzərə çarpan kosmetik problem yaradır. Kəpəyin əsas yaranma səbəbi Malassezia Furfur göbələklərinin həddən artıq inkişafı nəticəsində baş dərisinin vəziyyətinin dəyişməsidir . Bu göbələk baş dərisində yaşayan fakultativ mikrofloraya aiddir və normal şəraitdə onun həyat fəaliyyəti simptomsuz gedir. Stress, piy vəzilərinin fəaliyyətinin pozulması, qidalanmanın pozulması; hamiləlik, cinsi yetişkənlik dövrü , menopauza kimi hormonal dəyişikliklər M. furfur — un aktivləşməsini təşviq edə bilər. Kəpək çox tez — tez saçlara düzgün qulluq olunmadıqda meydana çıxır.
Kəpəz
Kəpəz dağı — Azərbaycanda, Göygöl rayonu ərazisində və Gəncə şəhəri yaxınlığında yerləşən dağ. Kəpəz rayonu — Gəncə şəhərinin rayonlarından biri. Kəpəz bələdiyyəsi — Gəncə şəhərinin Kəpəz rayonuna bağlı bələdiyyə. Kəpəz — keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Ermənistanın Sünik mərzinin Gorus rayonunda dağ. Bu dağ Zəngəzurun Şurnuxu və (hazırda tərk edilmiş) Ağbulaq kəndləri yaxınlığında yerləşir. Kəpəz (Mahnişan) — Zəncan ostanındakı Mahnişan şəhristanının Ənquran bəxşinin Ənquran dehistanında yerləşən kənd. "Kəpəz" Peşəkar Futbol Klubu (Kəpəz PFK) — Gəncə şəhərini təmsil edən futbol komandası. Kəpəz (film, 1972) — film. ARB Kəpəz (2016-cı ilədək olan keçmiş adı Kəpəz Televiziyası) — Gəncə şəhərindən yayımlanan telekanal.
Ləcət
Ləcət (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Ləcət (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Ləqəb
Ləqəb — İnsanlara öz adından sonra xitab edilən amil. Nik (ing. nickname /nık/neım — "ləqəb", orta əsr üngilis dilində an eke name — "digər ad", "a nick name"). Həmçinin internetdə istifadəçilərin bloq, veb-forumlarda, çatlarda və digər yerlərdə istifadə etdikləri şərti ad.
Ləçək
Ləçək - Çiçək tacında şəklini dəyişmiş yarpaq. Tozlayıcı həşaratları cəlb etmək üçün şəklini dəyişmiş və parlaq rənglərdə olurlar. Dişicik və erkəkciyi qoruyan hissədir. Tozlaşmaya yardım edir. Botanika sahəsində daha geniş olaraq öyrənilir.
Lələ təpə
Lələtəpə — Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2.9 km şimal-qərbində yerləşən 271.1 m hündürlüyə malik təpə. Lələtəpə adlandırılan yüksəklik mühüm tarixi, etnoqrafik, dini və mədəni əhəmiyyət kəsb edir. Folklorşünas Sədnik Paşa Pirsultanlının tədqiqatlarından aydın olur ki, "Lələ dağı" (bir adı da Lələ yaylağıdır) Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndi yaxınlığında, qərbi isə Füzuli rayonunun Əhmədalılar kəndindədir. Yerli camaatın dediyinə görə Lələ öz qəbrinə yaxın olan Arğalı türbəsində, ondan xeyli aralı olan Babı gümbəzində yaşamış, yaz-yay aylarında isə "Lələ dağı", "Lələ yaylağı" deyilən yerdə çardaq qurmuşdur." Hərbi strateji əhəmiyyətə malik olan bu təpənin tutulması Horadiz şəhəri və Füzuli rayonunu atəş nəzarətində saxlamağa imkan verir. Lələtəpə Qarabağ müharibəsi zamanı 1994-cü il fevral ayının 11–12-də döyüş yerlərindən biri olub. Yüksəklik 1993-cü ildə Ermənistan ordusu tərəfindən tutulub. Sonra Lələtəpə 1994-cü ildə "Horadiz əməliyyatı" zamanı Azərbaycan ordusu tərəfindən ələ keçirilsə də, sonralar ağır döyüşlər nəticəsində yenidən Ermənistan ordusunun nəzarətinə keçib. 2 aprel 2016-cı ildə Lələtəpə Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. İşğaldan azad edilmiş Lələtəpə yüksəkliyinə illər sonra ilk dəfə Azərbaycan bayrağını aprelin 2-də təxminən saat 05:45 radələrində asan hərbi qulluqçu Asim Əliyev olub. 2017-ci il Fevral döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələri Lələtəpə yüksəkliyin almaq məqsədilə təxribat törədiblər.
Fransisko Solano Lopes
Fransisko Solano Lopes Karillo (isp. Fransisko Solano López Carrilo; 24 iyul 1826[…], Asunson – 1 mart 1870). 1827-ci ilin 24 iyulda Monaro Asunsonda dünyaya göz açır. 1870-ci ilin 1 martında Serro Kora Amabayda öldürülür.O böyük hökumət adamı, respublika ordusunun marşalı (Marşal de los Ejėrcitosde la Respública) (5 mart 1865), hərbi nazir (1855-1862), müvəqqəti prezident vəzifəsini daşıyıcısı (10 sentyabr 1862 - 16 oktyabr 1862), 1862 16 oktyabrdan 15 avqust 1869-ilə qədər Paraqvayın prezidenti olmuşdur.16 avqustdan vəzifədən uzaqlaşdırısada ölənə qədər bu vəzifəni yerinə yetirilmişdir. O Karlos Antonio Lopesin böyük oğlu olur. Bundan da irəli gələrək atasından hakimiyyəti vərəsə olaraq almışdır. Paraqvay müharibəsinin əsas fiqurlarınından biri və ideoloqlarından idi. Müharibənin sonunda 1870-ci ilin 1 martında öldürülür. Onun 200 nəfərlik dəstəsi müharibəni davam etdirirdi və onları Üçlər birliyinin qüvvələri təqib edirdi. Nəhayət Lopesin tərəfdarlarının düşərgəsi aşkarlanır.
Karlos Antonio Lopes
Karlos Antonio Lopes (isp. Carlos Antonio Lopéz; 4 noyabr 1792, Asunson – 10 sentyabr 1862, Asunson) — Paraqvay siyasətçisi olaraq ölkənin birinçi prezidenti olmuşdur. Faktiki diktator olaraq olkəni 1841–1862-ci illər ərzində ölkəni idarə etmişdir. O ölkənin xariçi siyasətində qapalılıqdan imtina etmiş, modernləşmə xəttdi götürmüşdür. Üstəlik beynəlxalq birliyə üzv olmuş həm də beynəlxalq münaqişələrə sürüklənmişdi. Lopesin valideynləri ispan və hindu məşəlli olmuşdur. Kasıb ailədə dünyaya göz acır. O semnariyanı bitirdikdən sonra Asunsonda dərs deyir, o vaxta qədər ki Xose Qasperi Rodriges de Fransi seminariyanı bağlayır. Ümumiyyətlə o ölkədə ali təhsili ləğv etməyi calışır. Lopes varli bir qadınla evlənir hansı ki, bu qız ölkənin ən varlı ailəsinin övladı idi.
Adolfo Lopes Mateos
Adolfo Lopes Mateos (isp. Adolfo López Mateos; 26 may 1910[…] – 22 sentyabr 1969, Mexiko) — Meksika dövlət və siyasət xadimi, 1958–1964-cü illərdə Meksika Prezidenti. Adolfo Ruis Mateos 26 may 1910-cu ildə anadan olmuşdur. O, 1929-cu ildə Toluka Elm və Ədəbiyyat İnstitutunu bitirmişdir. Mateos 1934-cü ildə Meksika Universitetində hüquq təhsili almışdır. O, 1933-cü ildən İnstitusional İnqilab Partiyasının (İİP) üzvü olmuşdur. Mateos 1944–1946-cı illərdə Tolukada Elm və Ədəbiyyat İnstitutunun direktoru olmuşdur. Mateos 1946–1952-ci illərdə senator vəzifəsində çalışmışdır. O, 1952–1957-ci illərdə əmək və sosial təminat naziri vəzifəsində çalışmışdır. Mateos 1958–1964-cü illərdə Meksika Prezidenti olmuşdur.
Xose Lopes Portilyo
Xose Gilyermo Abel Lopes Portilyo-i-Paçeko (isp. José Guillermo Abel López Portillo y Pacheco; 16 iyun 1920[…], Mexiko – 17 fevral 2004[…], Mexiko) — Meksika siyasətçisi, 1 dekabr 1976-cı ildən 30 noyabr 1982-ci ilə qədər Meksika Prezidenti. 1945-ci ildə İnstitusional İnqilab Partiyasına (İİP) qoşulmuşdur. Tezliklə partiyanın önəmli üzvlərindən birinə çevrilmişdir. Digər dövlət vəzifələri arasında o, 1970-ci ildə İrs maziri, 1973–1975-ci illərdə Maliyyə və Dövlət Krediti katibi vəzifələrində çalışmışdır. 1976–1982-ci illərdə Meksika Prezidenti olmuşdur. Prezidentliyi dövründə o, parlamenti genişləndirərək müxalifətin minimum təmsilçiliyini təmin etmişdir. Bu, İİP-nin hər yerdə mövcudluğunu daha az bariz etmişdir. O, Tabasko və Verakruz ştatlarında həmin illərdə aşkar edilmiş neft ehtiyatlarının istismarı və ixracının tərəfdarı olmuşdur. Bu ticarətdən əldə edilən gəlirin çox hissəsini korrupsioner məmurlar yayındırmışdılar.
Andres Manuel Lopes Obrador
Andrés Manuel López Obrador (13 noyabr 1953[…], Tepetitan[d]), həmçinin AMLO baş hərfləri ilə də tanınır, 2018-ci ildən Meksikanın 65-ci və hazırkı prezidenti vəzifəsini icra edən meksikalı siyasətçidir. Milli Yeniləşmə Hərəkatının (Morena) lideri. López Obrador Tabasko ştatının Tepetitan şəhərində orta səviyyəli ailədə anadan olub. O, Meksika Milli Muxtar Universitetində (UNAM) siyasi elmlər üzrə təhsil alıb və siyasi karyerasına 1970-ci illərdə İnstitusional İnqilab Partiyasının (PRI) üzvü kimi başlayıb. Daha sonra o, solçu Demokratik İnqilab Partiyasına (PRD) qoşulub və 1994–1996-cı illərdə Tabasko ştatının Makuspana şəhərinin meri vəzifəsində çalışıb. 2000-ci ildə Lopez Obrador Tabasko qubernatoru seçildi. O, 2006-cı ilə qədər Meksikanın prezidentliyinə namizəd olana qədər qubernator vəzifəsində çalışıb. O, seçkini Felipe Kalderona az fərqlə uduzdu, lakin seçkinin ondan oğurlandığını iddia etdi. López Obrador seçkinin nəticələrinə qarşı kütləvi etiraz hərəkatına rəhbərlik edib və bunu "Lopez Obrador Vətəndaş İtaətsizliyi Kampaniyası" (LECDO) adlandırıb. 2012-ci ildə Lopez Obrador yenidən prezidentliyə namizəd oldu.
Mali i Lopes dağı
Mali i Lopes (İnək dağı), Mali i Lopës (alb) — Albaniyanın mərəkəzi, qismən də şərq hissəsində yerləşən dağ massivi. Mali i Lopes dağı Diber və Mat bələdiyyələrinin sərhəddində yerləşir. Ən yüksək zirvəsi Maja e Dhoksit olub, hündürlüyü dəniz səviyyəsindən 2021 metrdir. Mali i Lopes dağı şimaldan Zalli və Bulkizes, şərqdən Zalli və Okştunit, cənubdan Kaptina və Martaneşit, qərbdən isə Mat vadiləri ilə həmsərhəddir. Dağ silsiləsi qərbdən şərqə doğru təxminən 7,5 km məsafədə uzanır. Şimal-qərb hisəsində hündürlük 1200 metr, cənubda isə hündürlük 700 metrə qədər enir. Şimal ərazisində bir neçə kar relyef forması mövcuddur. Dağlar qərbdən şərqə doğru tədricən enir, kəskin meyillik çox azdır. Dağlıq ərazinin cənubunda Martaneş dağlıq rayonu yerləşir və ərazinin ən yüksək nöqtəsi olan Maja e Dhoksit zirvəsi bu bölgədədir. Geoloji baxımdan ərazi əsasən ultraəsas maqmatik süxurlardan təşkil olunub.
Fransisko Lopes de Qomara
Fransisko Lopes de Qomara (isp. Francisco López de Gómara; 1511[…] – 1566[…]) — İspaniya keşişi, humanisti, Amerikanın fəthi üzrə tarixşünas. Heç vaxt Yeni dünyada olmamışdır, lakin onun əsərləri çox təfərrüatlıdır. Qomara Kortesin etirafçısı idi və Meksikanın fəthində iştirak edənlərin çoxunu şəxsən tanıyırdı. Onun işi Bernal Diası ilhamlandırmışdır.
Ləgər
Aşağı Ləgər
Ləkər
Ləkər — Azərbaycan Respublikasının Lerik rayonunun Bürsülüm inzibati ərazi vahidində kənd. Əhalisi 206 nəfərdir. Yaşayış məntəqəsi həmin rayondakı Şiləvar kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimi ləkər/ləgər (dağ ətəyində çökəklik) və ya lüəkər (yarğanlı yer) sözləri ilə əlaqələndirirlər. Kəndin adı ərazidən axan eyniadlı çayın adından götürülmüşdür.
Lənət
Bəddualar — inanc və dualar kimi İraq-türkman folklorunda möhkəm yer alan janrlardandır. Xalqın keçmiş həyat tərzini, adət-ənənəsini, etik və estetik görüşlərini tədqiq etmək baxımından bəddualar xüsusi əhəmiyyət kəsb edir. Professor Azad Nəbiyev Azərbaycan folklorunda qarğışlardan danışarkən onları üç qrupa bölmüşdür: mərasimlərlə, məişətlə, mifoloji və dini təsəvvürlərlə bağlı yaranan qarğışlar. Demək olar ki, Kərkük dolaylarında təsadüf edilən bədduaları da təxminən üç qrupa bölmək olar: Dini təsəvvürlərin təsiri ilə yaranan bəddualar. Mərasimlərlə bağlı yaranan bəddualar. Məişətlə bağlı yaranan bəddualar. Iraq türkman folklorunda məişətlə bağlı yaranan bəddualar daha çoxdur.
Ləpui
Ləpui-İranın Fars ostanının Şiraz şəhristanının Zərqan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,975 nəfər və 1,333 ailədən ibarət idi.
Mərəş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 Aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı üçün, "Kelimatları lisan-ı Türkiyə və əksərən xalqı Türkməndir" deyər. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydili, əksəriyyətində isə 24 Oğuz boynu mövcuddur. Dondurma dəzgahı ilə məşhurdur. Qəhrəmanmaraşın dondurma dəzgahı dünyanın hər yerində məşhur hala gəldi və yerli firmaların qatqısı və dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərində açıldı. Yaponiyadan ABŞ-yə, Avstraliyadan Dubaya qədər bir çox ölkədə şəhər və dondurma yerli firmalar tərəfindən irəli sürülür. 2012-ci ildə çıxarılan 6360 saylı qanuna görə, bir il şəhəri oldu.
Qəpəq
Qəpəq - orta əsrlərdə, xüsusilə, Səfəvilər dövründə geniş yayılmış atüstü oyun. Novruz bayramında, digər el şənliklərində daha çox icra olunub. Bu oyunun rəsm təsvirlərinə Səfəvilərin Qəzvin şəhərindəki "Qırx sütun" sarayının daxili divarında rast gəlinmişdir. XVI əsr İran şairi Əbdi bəy Şirazi "Çiçəklər bağı" əsərində həmin rosmdən bahs etmişdir. Məlumata görə, Qəpəq oyununda 6-8 nəfər iştirak edirmiş. Meydanın ortasında basdırılmış hündür dirəyin "qəpəq" ağacının ucuna içi gümüş pulla dolu kiçik bardaq və qızıl bir cam-piyalə qoyulur. El-oba şənliklərində, təntənəli günlərdə keçirilən oyunlarda bardaq qızıl sikkələrlə doldurulurmuş. Oyunçular atlarını çaparaq müəyyən məsafədən tək-tək hədəfə ox atırlar. Hədəfi vuran qalib sayılır və bardaqdan tökülən sikkələr ona çatır.
Ləkə
Ləkə (teleserial, 2014) – 2013-cü il istehsalı Azərbaycan filmi. Ləkə (komiks) – 2017-ci il istehsalı Azərbaycan superqəhrəman komiksi.
Lələ
Lələ — Qızılbaş Səfəvi hökmdarları yanında şahın himayəçisi vəzifəsi. Müxtəlif vaxtlarda bu vəzifə müxtəlif türkmən tayfaların nümayəndələrinə məxsus idi.
Ləzə
Laza və ya Lazar (ləzg. Лацар) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Laza kəndi Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində yerləşir. Laza kəndi Baş Qafqaz sıra dağlarından keçən Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval) dəniz səviyyəsindən 1300m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndin gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır. Laza oyk., sadə. Qəbələ rayonunun eyniadlı i.ə.v.-də kənd. Dəmiraparan çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Əsl adı Lazalıdır; Qusar r-nunun Zindan-muruq i.ə.v.-də kənd. Qusarçayçayın sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır.
Təpə
Təpə — dağdan kiçik olan yüksəlmiş ucalıqlara deyilir. Təpə bir nisbi addır və bir ucalıği dağ və ya təpə adlandırmaq, yerdən yerə fərqlidir. Təpə hündürlüyü 200 metrə qədər olan yüksəkliklərə deyilir. Bir çox şəhərlər təpələr üzərində salınmışlar.
Ərəş
Yaşayış məntəqələri Ərəş sancağı - Şirvan əyalətinin sancağı Ərəş sultanlığı Ərəş qəzası 1873-1926 Ərəş (şəhər) — Azərbaycanın Şirvan (indiki Yevlax rayonu) ərazisində mövcud olmuş şəhər. Ərəş (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd.
Aşağı Ləgər
Aşağı Ləgər (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd. Aşağı Ləgər (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda qəsəbə.
Həbəş (Həştrud)
Həbəş (fars. حبش‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (13 ailə).
Həbəş (Meşkinşəhr)
Həbəş (fars. حبش‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 224 nəfər yaşayır (53 ailə).
Həbəş kommiforası
Həbəş kommiforası (lat. Commiphora habessinica) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin burserakimilər fəsiləsinin kommifora cinsinə aid bitki növü.
Həbəş əyaləti
Həbəşistan əyaləti — Osmanlı imperiyasının Afrika qitəsindəki əyalətlərindən biri.
Kəpəz (1972)
Film güclü zəlzələ nəticəsində yaranmış, 3030 metr hündürlüyü olan, Ağsu çayının mənbəyində yerləşən şairlərin sevə-sevə vəsf etdiyi Kəpəz dağından, dağ gölləri — Göygöl, Maralgöl və s.-dən bəhs edir. Ssenari müəllifi: Eyvaz Borçalı, Arif Qazıyev Rejissor: Arif Qazıyev Operator: Veys Həsənov Bəstəkar: Tofiq Babayev Səs rejissoru: İsgəndər Kərimov Rejissor assistenti: R.İsmayılov Operator assistenti: N.Məhərrəmov Montaj: Svetlana Məmmədova Redaktor: F.Ağayev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 298.
Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz
Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz (1959) — Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2018-ci ildən)
Beyeş
"Beyeş" ("Biish") məşhur tarixi başqırd xalq mahnısı uzun-kyui. "Beyeş" mahnısı ilk dəfə A. S. Klyuçaryov tərəfindən 1933-cü ildə BASSR-in Temyasovo, Baymakski bölgəsi kənd sakini A. Kərimovun ifasında lentə alınıb. İlk dəfə "Başkort xalq yırdarı" məcmuəsində nəşr edilmişdir. Mahnının müxtəlif versiyaları F. H. Kamayev, L. N. Lebedinsky , K. Y. Rəhimov, instrumental versiyalar — S. T. Rıbakov və "Ural Müsəlmanlarının məişət oçerki ilə musiqi və mahnıları" lentə alınmışdır. Mahnıda hüquqları uğrunda mübarizə aparan və hakimiyyətin zülmündən gizlənən Beyeş batır təsvir olunur. Rəvayətə görə, 19-cu əsrin ortalarında başqırdlar hərbçi qismində, Rusiyanın müharibələrində və yürüşlərində iştirak etmiş, müdafiə tikililərinin inşası və şəhərlərin abadlaşdırılması ilə məşğul olmuşlar. Hərbi xidmət yükünü çəkmək istəməyən başqırdlar xidmət etdikləri yeri tərk etdilər. Beyeş və ortaqları da bu cür qaçaq əsgərlər idi. Onların ələ keçirilməsi üçün dəstələr quruldu, lakin Beyeş və yoldaşları Abubakir Abdakov, Kunakbay Abdrahimov, Rəhmatulla Barakov, Kurman Ilbakov, Kutluşa Murzaqulov 10 il ərzində — 1838–1848-ci illər arasında ələ keçmədən yaşadılar. Beyeş Verxneuralski rayonunun Kaginski və Avzyano-Petrovski fabrikləri ərazisindəki Burzyanskaya, Tamyanskaya ərazilərində fəaliyyət göstərmişdir.
Herpes
Herpes və ya qızdırma qabarcığı kimi tanınan, əsasən dodaqlara təsir edən herpes simplex virusunun infeksiya növü. Virusun peyvəndi olmasa da, insan orqanizminin immun sistemi və spesifik anticisimlər adətən virusla mübarizə aparır. Virusa ən çox yoluxur: dəri, gözlər (konyunktivit, keratit), xarici cinsiyyət orqanları Xəstəliyin ağır vəziyyətlərində, herpetik meningit və ensefalitin inkişafı ilə nəticələnən mərkəzi sinir sisteminin zədələnməsi mümkündür. Bədənin müqavimətinin azalması xəstəliyin inkişafını tezləşdirir. Bədənin həddindən artıq istiləşməsi zamanı herpes isti havada da mümkündür. İnsanlarda 8 növ herpes virusu olur: Herpes virusu 1 növ — dodaqlarda qabarcıqlara ("soyuqdəymə") səbəb olan herpes simpleks virusu. Herpes virusu 2 növ — genital herpesə səbəb olur, əksər hallarda cinsiyyət orqanlarında problemlər yaradır. Su çiçəyi virusu — Çiçək və şingles (herpes zoster) xəstəliklərinə səbəb olan herpes virusu növ 3. Epştein-Barr virusu — 4-cü növ virus — infeksion mononükleoza səbəb olur. Sitomeqalovirus — sitomeqalovirus infeksiyasına səbəb olan 5-ci növ virus.
Kekeş
Kekeş (mac. Kékes) — Macarıstanda dəniz səviyyəsindən 1015 metr yüksəklikdə yerləşən ən yüksək dağ. Heves əyalətinin Matra dağ silsiləsində Dyöndyöş şəhərinin şimal-şərqinin 12 km-liyində yerləşir. Balaton gölü və Dunay çayından sonra Macarıstanın üçüncü ən çox turist ziyarət edən bölgəsidir. Kekeş adı dağı əksər hallarda mavi rəngə çalmasından götürülmüşdür. Macar dilində kek sözü mavi, kekeş sözü isə mavitəhər mənasını verir.
Ledeb.
Karl Fridrix fon Ledebur (ing. Carl Friedrich von Ledebour; d. 8 iyul 1786 – 4 iyul 1851) — Almaniya alimi. Botanik.