Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lətafət
Lətafət — Qadın adı. Lətafət Ələkbərova — televiziya və radio aparıcısı, aktrisa və müğənni. Lətafət Əlizadə — həkim-ginekoloq. Lətafət Məmmədova — rəssam.
Lətifə
Lətifə — latın, isim, yumoristik məzmun daşıyan kiçik hadisə və ya tam fikri ifadə edən cümlə. Bəzəmələr də adlanan lətifələrdə dövrün eybəcərlikləri, ictimai həyatdakı yaramazlıqlar gülüşdoğurucu şəkildə tənqid edilir. Lətifələrdəki gülüş həm incə yumor, həm də acı istehza və kinayə şəklində olur. Azərbaycan lətifələrinin tarixi Molla Nəsrəddinin adlı tarixi-mifik şəxsin adı ilə bağlıdır. O, hazırcavablığı ilə diqqəti cəlb edir. Sən, zarafatcıl, bəzən də avam görünən Molla cəmiyyətdəki bir çox eybəcərlikləri və yaramaz əməlləri ifşa edir. Azərbaycan lətifələrinin bir hissəsi də Bəhlul Danəndə, Hacı dayı, Abdal Qasım, Ayrım Tağı və digərləri ilə bağlı yaranmışdır. Epik növün digər janrlarına nisbətən lətifələr həcmcə qısa olur və adətən, nəsr şəklində söylənilir. Lətifələrin əsas məğzi onun sonunda aydınlaşır. Bəzən bu sonluqlar xalq arasında məsəl kimi də işlənir.
Lətafət Məmmədova
Lətafət Məmmədova (1954, Bakı) — rəssam. == Həyatı == Lətafət Hafiz qızı Məmmədova 1954-cü ildə Bakıda anadan olmuşdur. O, əməkdar incəsənət xadimi Hafiz Məmmədovun qızıdır. Lətafət Məmmədova Əzim Əzimzadə adına Rəssamlıq məktəbini və Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdir.Lətafət Məmmədova bir müddət Azərbaycan Dövlət Pedaqoji Universitetinde kafedra müdiri vəzifəsində işləmişdir. O, 2001-ci ildə Türkiyə dövlətinin dəvəti ilə İstanbulun müxtəlif sənət qurumlarında dərs demişdir.2005-ci ildə İstanbulun Yeşilkoy səmtində öz sənət emalatxanasını yaratmışdır.Türkiyədə təşkil etdiyi sərgilərdə əsərlərim auksioniarda satışa çıxarılmış, bir çöx əsərləri Türkiyənin muzeyləri tərəfindən satın alınmışdır.Lətafət Məmmədova Türkiyədə 10 fərdi sərgi açmışdır. Onun əsərləri Rusiyanın, Avropanın, ABŞ-nin muzey və kolleksiyalarında saxlanılır. == İstinadlar == == Mənbə == İstanbulda Lətafət Məmmədova va tələbələrinin qrup sərgisi açılıb. "Səs" qəzeti,13 mart.
Lətafət Əlizadə
Lətafət Əlizadə (tam adı: Lətafət Məmməd qızı Əlizadə; 1942, Kirovabad – 2018, Bakı) — həkim-ginekoloq. == Haqqında == Lətafət Məmməd qızı Əlizadə 1942-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1969-cı ildən Ana və Uşaqların Mühafizəsi ETU-nda kiçik elm işçi kimi çalışıb. Yasamal rayonu 2 saylı qadın məsləhətxanasında Əmək Veteranları Komitəsinin sədri, Yasamal rayonu Ağbircəklər Cəmiyyəti İdarə Heyətinin üzvü olub. 1992-ci ildən 1999-cı ilədək Təhsil Nazirliyinin nəzdində Tələbə və Müəllimlərin Xeyriyyə Fondunda sədr müavini işləyib. 2000-ci ildən Azərbaycan Respublikası Qadın Xeyriyyə Fondunda sədr müavini vəzifəsində ictimai fəaliyyətlə məşğul olub. Lətafət xanım Əlizadə Müharibə Veteranları Hərbçilər İctimai Birliyinin üzvü, ehtiyatda olan fəxri böyük leytenantdır. == Mükafatları == Lətafət Məmməd qızı Əlizadə Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib. == Ölümü == Lətafət Əlizadə 2018-ci ildə ürək çatışmazlığından vəfat edib.
Lətafət Ələkbərova
Lətafət Ələkbərova (tam adı: Lətafət Nadir qızı Ələkbərova) (21 iyul 1976, Bakı) — televiziya və radio aparıcısı, aktrisa və müğənni (1996-cı ildən). == Həyatı == Lətafət Nadir qızı Ələkbərova Bakıda doğulmuşdur. Orta təhsilini Nərimanov rayonu 39 saylı məktəbdə almışdır. Məktəb illərində çox fəal olan Lətafət məktəbdə keçirilən ictimai tədbirlərdə aparıcılıq etmiş, önəmli tədbirlərdə, şeir müsabiqələrində, olimpiyadalarda şəhər birinciliyi əldə etmişdir. Qarabağ müharibəsi illərində yaralı əsgərlərlə, veteranlarla görüşlərin keçirilməsində daim fəal iştirak etmişdir. 90-cı illərdə ölkənin ən populyar qəzetlərində vətənpərvərlik mövzularında məqalə və şeirləri dərc olunmuşdur. Bir övladı var (Rəna Cəfərzadə, 2007) == Təhsili == 1993 – 1997-ci illərdə yüksək nəticələrlə Bakı Slavyan Universitetinin Filologiya fakultəsinə qəbul olunaraq təhsilni davam etdirmişdir. Təhsil aldığı dövrlərdə müəllimləri SSRİ Xalq Artisti, Beynəlxalq Televiziya və Radio Akademiyasının Akademiki, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü, Xalq Artisti Sabir Ələsgərovun, Əməkdar İncəsənət Xadimi, alim, Teleradio Akademiyasının rektoru Etibar Babayevin və Xalq Artisti, "Şöhrət" ordenli Vasif Babayevin rəğbətini qazanmışdır. Bütün bunların nəticəsi olaraq 1996-cı ildə o dövrdə ölkədə məşhur olan Sara TV-də aparıcı kimi fəaliyyətə başlamış, 1996 – 1999-cu illərdə bir çox televiziya və radio proqramlarında aparıcılıq etmişdir. 2003 – 2005-ci illərdə Bakı Slavyan Universitetinin Filologiya ixtisası üzrə magistr təhsili almış və fərqlənmə diplomu ilə bitirmişdir.
Lətifə (1989)
Lətifə — 1989-cu ildə çəkilmiş Azərbaycan filmi. == Məzmun == Kinokomediyada təsvir olunan hadisələr real həyatdan götürülmüşdür. Əsərdə üç süjet xətti var və onlar vahid bir məcrada birləşir. İlk süjetdə hadisələr partiya komitəsi katibinin kabinetində, ikincisində katibin qəbul otağında, üçüncüsündə isə liftdə cərəyan edir. XX əsrin 80-ci illərinin sonu. Partiya məmurlarının fəaliyyətsizliyi, mənasız işlərlə məşğul olmaları, prokurorların satqınlığı, komsomol rəhbərlərinin maymaqlığı-bütün bunlar gündəlik ictimai həyat normasına çevrilmişdir: yeni mikrorayona kanalizasiya çəkilməmişdir, yerli əhali üçün nəzərdə tutulmuş məhsullar yenidən emal olunmuş məqsədilə xaricə göndərilir... Müəlliflər burada sözləri ilə əməlləri düz gəlməyən adamların iç üzünü açmağa çalışmışlar. Hadisələr gülüşlə müşayiət olunur. Lakin bu gülüşün arxasında ciddi problemlər durur. == Film haqqında == Filmin süjeti də, qrotesk çəkiliş üslubu da, ideyası da Azərbaycan kinosu üçün yenidir.
Lətifə Abbasova
Lətifə Ramazan qızı Abbasova — kolxozçu. == Həyatı == 1947-ci ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1973-cü ildən Sov.İKP üzvüdür, natamam orta təhsili var. Naxçıvan MSSR-in İliç rayonundakı N. Nərimanov adına kolxozun üzvüdür. Azərbaycan SSR Ali Soveti təbiəti mühafizə komissiyasının üzvüdür. Səkkizinci və doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Qıvraq seçki dairəsi). == İstinadlar == Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış. Bakı: Azərnəşr. 1976.
Lətifə Cahandarqızı
Lətifə Cahandar qızı Əliyeva (d. 1 iyul 1944, Yuxarı Salahlı, Qazax rayonu) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2018),Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006-cı ildən). == Həyatı == Lətifə Cahandar qızı Əliyeva 1 iyul 1944-cü ildə Qazaxın Yuxarı Salahlı kəndində anadan olub. Teatr İnstitutunda dram – kino aktyorluğu fakültəsində təhsil alıb (1964–1964). 1964-cü ildən Gənc Tamaşaçılar Teatrında işləyir. Ana rollarının mahir ifaçılarından biridir. Kliplərə çəkilib. İran istehsalı olan "Divlər zindanı" (1992) və "Arzular" (200?) filmlərində çəkilib. 2000-ci ildə Əməkdar artist, 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülmüşdür. 2006-cı ildən Prezident təqaüdçüsüdür..
Lətifə Məmmədova
Lətifə Adil qızı Məmmədova (19 avqust 1961, Bakı) — publisist, tarixçi, politoloq, kitabxanaşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitabxana sektorun müdiri (2004–2018), UNESCO-nun "İnformasiya hamı üçün" Proqramının Azərbaycan Komitəsinin sədri (2011–2018), tarix üzrə fəlsəfə doktoru. == Həyatı və fəaliyyəti == 1961-ci ilin avqust ayının 19-da Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin (h/h BDU) tarixçi, tarix müəllimi ixtisası üzrə bitirmiş, komsomol, sovet və partiya orqanlarında çalışmışdır.1980–1987-ci illərdə Bakı şəhər Sovetinin (XVII, XVIII, XIX çağırışlar) deputatı seçilmişdir.1985–1989-cu illərdə Bakı şəhər Əmircan qəsəbə Sovetinin deputatı (XIX və XX çağırışlar) və İcraiyyə Komitəsinin məsul katibi vəzifəsinə seçilmişdir.1989–1990-cı illərdə Bakı şəhər Ordconikidze (Suraxanı) rayon partiya komitəsinin təlimatçısı vəzifəsində işləmişdir.1980-ci ildən mətbuatda publisistik məqalələri dərc olunur ("Бакинский рабочий", "Respublika", "Вышка", "Azad Azərbaycan", "Dirçəliş", "Возрождение", "Hərbi bilik", "Mədəniyyət", "Mədəniyyət. Culture", "Carçı", "Elm və təhsil", "Tarixin səhifələri" və s.) 1990–1992-ci illərdə Bakı Ali Partiya Məktəbində, sonralar Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (BSİPİ) politologiya ixtisası üzrə təhsil almış və institutu fərqlənmə diplomu ilə bitirmişdir (Politoloq, ali məktəblərdə ictimai-siyasi fənlər müəllimi ixtisası üzrə).Həmin illərdə elmi işlə məşğul olmağa başlamış və 1997-ci ildə "Azərbaycanda erməni siyasi təşkilatlarının fəaliyyəti (1918–1920-ci illər)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır.1992–1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun, 1999–2007-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) tarix kafedrasının baş müəllimi, dosenti, 2002–2004-cü illərdə DİA-nın Elmi Kitabxanasının müdiri vəzifəsində çalışmış, Elmi Şuranın üzvü olmuşdur. 2004-cü ilin dekabr ayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitabxana sektorun müdiri vəzifəsinə təyin olunmuşdur. Mədəniyyət Nazirliyinin ləğvi ilə əlaqədar, aparılan struktur islahatları nəticəsində Kitabxana sektoru ləğv olunduğu səbəbindən 2018-ci ilin iyun ayından Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru vəzifəsinə təyin olunmuşdur. 2011–2018-ci illərdə UNESCO-nun "İnformasiya hamı üçün" Proqramının Azərbaycan Komitəsinin sədri olmuşdur.Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsində müstəsna xidmətləri olmuşdur. Onun təşkilati dəstəyi ilə Mədəniyyət Nazirliyinin və digər nazirliklərin tabeliyində olan kitabxanalarda ilk Elektron kitabxanalar və Elektron kataloqlar yaradılmışdır.Dövlət Proqramı əsasında L. Məmmədovanın fəal iştirakı ilə AZLİBNET Milli Kitabxana-İnformasiya Mərkəzi təşkil olunmuş və onun nəzdində ölkədə ilk və yeganə Toplu kataloq istifadəyə verilmişdir. Lətifə Məmmədova Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" 2007-ci il 20 aprel tarixli Sərəncamına və Dövlət Proqramına əsasən "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nı yaratmışdır. Ölkə başçısının müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə "Azərbaycanın kitab abidələri"nin reyestrinin yaradılması işinə başlamış və kitab abidələri haqqında CD hazırlamışdır.
Lətifə Quluzadə
Lətifə Nəsir qızı Quluzadə — A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rəssamı. == Həyatı == Lətifə Quluzadə 29 avqust 1946-cı ildə Bakıda doğulub. 189 saylı orta məktəbi bitirən ili Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olaraq orada dekorativ-tətbiqi sənət rəssamı ixtisasına yiyələnib (1964-1969). Lətifə Nəsir qızı Quluzadə yaradıcılığının ən parlaq dövrünü Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına bağlayıb. İşlədiyi müddət (1976-1995) ərzində Telman Qarabağlının «Du-du, yol verin», Rada Moskovanın «Hara qaçırsan, dayça?», Yuri Oleşanın «Üç gombul», Reno Pilonun «Bizim evdə», Mirzə Cəlinin «Pırpız Sona», Bertolt Brextin «Kuraj ana», Aleksandr Ostrovskinin «Qar qız» tamaşalarının rəssamıdır. Rəssam Macarıstanda, Türkiyədə, İranda, Pakistanda, Litvada, Rusiyada, Özbəkistanda, Gürcüstanda keçirilmiş festival və sərgilərin iştirakçısıdır. 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1978-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Lətifə Quluzadə Azərbaycan Akademik Milli Dram Teatrında Əli Əmirlinin «Ağqoyunlular və Qaraqoyunlular», Opera və Balet teatrında Fikrət Əmirovun «Sevil» (geyim üzrə), Rus Dram teatrında G.Koktonun «Muqəddə vəhşi», Gənc Tamaşaçılar teatrında «Quyu», Mağara», «Ğara», Kamera teatrında Qoqolun «Dəlinin qeydləri», Musiqili Komediya teatrında «Məlikməmməd», «Bazar günü gəzinti» və bir çox səhnə əsərlərinin quruluşçu rəssamıdır. Lətifə Quluzadə Kukla teatrında ilk dəfə aktyorları tamaşaçılardan «gizlədən» pərdədən tamaşanın iştirakçı obrazı kimi istifadə edib. O, 2000-ci ildən yenidən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına qayıdaraq baş rəssam təyin olunub.
Lətifə Uşşaqi
Lətifə Uşşaqzadə (türk. Latife Uşşaki, Latife Uşakizade, Latife Uşaklıgil) və ya Lətifə Xanım (türk. Latife Hanım) (17 iyun 1898, İzmir, Aydın vilayəti – 12 iyul 1975, İstanbul) — Türkiyə Cümhuriyyətinin birinci prezidenti Mustafa Kamal Atatürkün həyat yoldaşı (1923–1925). == Həyatı == Latifə Uşşaqi, 17 iyun 1899-cu ildə İzmirdə anadan olub. Uşak vilyətindən "Helvacızadə" kimi köçüb gəlmiş ailələri İzmirə köçüdükdən sonra İzmirin tanınmış ailələrindən birinə çevrilmiş və "Uşakizadə" olarak tanınmışlar. Uşakizadə Muammer bəy ilə Adəviyə xanımın qızı olan Lətifə Uşşaqlının Vəcihə (1907–1992), İsmayıl (1902–1973), Münci (1910–1932), Ömər (1903–1938) və Ruqiyə (1908–1970) adlarında 5 bacı-qardaşı vardı. Uşakizadə İzmirdə ailənin Köşkü bağçasınde yerləşən "Camlı Köşk" ibtidai məktəbini, İstanbul Arnavutköy Amerikan Kollecində orta məktəbi bitiri. Sonra Paris Universitetində siyaset və hüquq fakültəsində təhsil alır, Londonda dil kursunu bitirdi. Latife xanım aldığı təhsillə ingiliscə, fransızca, ispanca v almanca öyrənir. Sakarya döyüşlərində Atatürk ordusunun qələbə qazanmasını eşidərək universitetin üçüncü kursunda təhsilini dayandırır və Sakaryaya Müstafa Kamalı və ordusunu qarşılamaq üçün İzmirə gedir.
Lətifə Əliyeva
Lətifə Cahandar qızı Əliyeva (d. 1 iyul 1944, Yuxarı Salahlı, Qazax rayonu) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2018),Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006-cı ildən). == Həyatı == Lətifə Cahandar qızı Əliyeva 1 iyul 1944-cü ildə Qazaxın Yuxarı Salahlı kəndində anadan olub. Teatr İnstitutunda dram – kino aktyorluğu fakültəsində təhsil alıb (1964–1964). 1964-cü ildən Gənc Tamaşaçılar Teatrında işləyir. Ana rollarının mahir ifaçılarından biridir. Kliplərə çəkilib. İran istehsalı olan "Divlər zindanı" (1992) və "Arzular" (200?) filmlərində çəkilib. 2000-ci ildə Əməkdar artist, 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülmüşdür. 2006-cı ildən Prezident təqaüdçüsüdür..
Lətifə (dəqiqləşdirmə)
Lətifə — latın, isim, yumoristik məzmun daşıyan kiçik hadisə və ya tam fikri ifadə edən cümlə.
Lətifə (film, 1989)
Lətifə — 1989-cu ildə çəkilmiş Azərbaycan filmi. == Məzmun == Kinokomediyada təsvir olunan hadisələr real həyatdan götürülmüşdür. Əsərdə üç süjet xətti var və onlar vahid bir məcrada birləşir. İlk süjetdə hadisələr partiya komitəsi katibinin kabinetində, ikincisində katibin qəbul otağında, üçüncüsündə isə liftdə cərəyan edir. XX əsrin 80-ci illərinin sonu. Partiya məmurlarının fəaliyyətsizliyi, mənasız işlərlə məşğul olmaları, prokurorların satqınlığı, komsomol rəhbərlərinin maymaqlığı-bütün bunlar gündəlik ictimai həyat normasına çevrilmişdir: yeni mikrorayona kanalizasiya çəkilməmişdir, yerli əhali üçün nəzərdə tutulmuş məhsullar yenidən emal olunmuş məqsədilə xaricə göndərilir... Müəlliflər burada sözləri ilə əməlləri düz gəlməyən adamların iç üzünü açmağa çalışmışlar. Hadisələr gülüşlə müşayiət olunur. Lakin bu gülüşün arxasında ciddi problemlər durur. == Film haqqında == Filmin süjeti də, qrotesk çəkiliş üslubu da, ideyası da Azərbaycan kinosu üçün yenidir.
Nalayiq lətifə (roman)
Nalayiq lətifə (rus. Скверный анекдот) — 1862-ci ildə Dostoyevskinin "Vremya" jurnalında çap olunub. Hekayə dövlət qulluğunda olan general İvan Pralinkski haqqındadır ki, o, öz liberal-humanist sosial ideallarını daha iki general qarşısında qürurla müdafiə edir. Evə qayıdarkən o, kortəbii şəkildə özünün ən aşağı tabeliyində olanlardan birinin toy mərasimində dəvət olunmadan özünü təqdim edərək nəzəriyyəsini sınamaq qərarına gəlir. == Məzmun == Əsl dövlət müşaviri İvan İliç Pralinski öz müdiri Nikiforov Stepan Nikiforoviçin yanına gedir, burada onların başqa bir tanışı da var. Şampan içdikdən sonra onların arasında humanizmlə bağlı mübahisə yaranır, hər kəs öz fikrində qalır. Pralinski qonaqlardan evə qayıdanda pəncərələrindən musiqi səslənən evin yanından keçdi. Bələdiyyə sədrindən soruşandan sonra bildi ki, tabeliyində olan qeydiyyat işçisi Pseldonimovla toy gedir. Şampanla qızarmış Pralinski fikrində dayanır. O, öz dincliyini necə bərpa etmək, sosial statusu aşağı olan insanlardan üstünlüyünü hiss etmək fikri ilə yeyilir.
Mərifət
Mərifət — ad. Mərifət Nəsibov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.Məhəmməd Hadi Mərifət — İlahiyyatçı-alim; Ayətullah; Şeyx.DigərMərifət (qəzet) — Cənubi Azərbaycanda nəşr olunmuş qəzetlərdən biri. Mərifət (Cavad Amuli) — Cavad Amulinin Mərifətşünaslıq mövzusunda kitabı.
Lətifi
Lətifi-İranın Fars ostanının Laristan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,731 nəfər və 1,184 ailədən ibarət idi.
Lətif
Lətif — kişi adı.
Ayətullah Mərifət
Məhəmməd Hadi Mərifət (1931, Kərbəla — 19 yanvar 2007) — İlahiyyatçı-alim; Ayətullah; Şeyx. == Həyatı == Ayətullah Mərifət 1931-cu ildə Kərbəla şəhərində ruhanibir ailədə dünyaya göz açmışdır. Ruhanilərdən biri olan atası Şeyx Əli Mərifət 15 yaşından Kərbəlada məskunlaşmışdır. Ayətullah Mərifətin sülaləsi 300 ildən bəri elm və təqva əhli olmuşlar. Bu soy "Risaləti-Misiyyə" kitabının müəllifi Şeyx Əbd əl-Ali Misidən gəlir. O, Cəbəl-Amilin Mis kəndindən (Keçmişdə Kiçik Asiyanın şimal-qərbində yerləşən və adını orada yaşayan yerli əhalidən — mislilərdən alan Mis — və ya Meys — kəndi) İsfahana köçmüş, sonradan isə Ayətullah Mərifətin babası ailəsi ilə birgə Kərbəlaya getmiş və orada yaşamağa başlamışdır. Ayətullah Mərifət 19 yanvar 2007-ci ildə vəfat edib. == Təhsil illəri == Ayətullah Mərifət təhsilinə o dönəmin məktəbxanalarında başlamış, hətta "Came əl-müqəddimat" kitabını da o məktəbxanalarda oxumuşdur. Sonra Kərbəla Dini Elmlər Hövzəsinə daxil olmuş, ibtidai dini təhsil almışdır. İbtidai dərslərin bir hissəsini atasından, digər hissəsini isə elmi hövzədəki müəllimlərindən öyrənmişdir.
Eynulla Lətifov
Eynulla Niyətulla oğlu Lətifov (8 sentyabr 2001, İkinci Nügədi, Quba rayonu – 20 oktyabr 2020, Xocavənd) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Lətifov Eynulla Niyətulla oğlu — 8 sentyabr 2001-ci ildə Quba rayonu İkinci Nügədi kəndində doğulub. Uşaq yaşlarından hərbi sahəyə böyük maraq göstərib. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 44 günlük müharibədə Füzuli və Cəbrayıl rayonlarındakı döyüşlərdə iştirak edib. Xocavənd uğrunda gedən döyüşlərdə həlak olub. == Təltifləri == Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 05 noyabr 2022, 17:28 Sərəncamı ilə III dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilmişdir.
Fərid Lətifov
Lətifov Fərid Qiyas oğlu (10 noyabr 2001, Şəki – 14 sentyabr 2022) — Silahlı Qüvvələr əsgəri, Azərbaycan şəhidi == Həyatı == Fərid 10 oktyabr 2001-ci ildə Şəkidə anadan olub. 2020-ci ildən hərbi xidmətdə yollanıb. Vətən Müharibəsi iştirakçısı olan Fərid 10 oktyabr 2001-ci ildə Şəkidə anadan olub. Ermənistanın son təxribatının qarşısını alarkən 14 sentyabr 2022-ci ildə şəhidlik zirvəsinə ucalıb. 15 sentyabr 2022-ci il tarixdə Şəkidəki Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn edilib.
Mərifət Nəsibov
Mərifət Əhməd oğlu Nəsibov (22 may 1972, Məzəm, Qazax rayonu – 28 yanvar 1992, Quşçu Ayrım, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 22 may 1972-ci il Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Qazax rayon kənd məktəbində təhsil almışdır. 1990-cı il hərbi xidmətə çağırılır. Sovet ordusunda xidmət edir və 1 ildən sonra Vətənə qayıdır. Mərifət könüllü olaraq Milli Orduya yazılır və onun cəbhə həyatı başlayır. == Döyüşlərdə iştirakı == İlk gündən qorxmazlığı, mərdliyi cəbhədə ona hörmət qazandırmışdı. Döyüşlərdə ön cərgədə olar, rəşadətlə vuruşardı. 1992-ci il 28 yanvarda Mərifətin son döyüşü oldu. Qazax rayonunun Quşçu Ayrım kəndində gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu.
Orxan Lətifli
Orxan Xancan oğlu Lətifli (19 iyul 1996; İsmayıllı rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Lətifli 1996-cı il iyulun 19-da İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. 2014-2019-cu illərdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Orxan Lətifli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Lətifli noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. İsmayıllı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Lətifli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Orxan Lətifli ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Orxan Lətifli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Pərvin Lətifov
Pərvin Məmməd oğlu Lətifov (2 fevral 1984, Bərdə) — Azərbaycanlı estrada müğənnisi, bəstəkar. == Həyatı == Pərvin Lətifov 2 fevral 1984-cü ildə Bərdə şəhərində dünyaya göz açıb. Bərdə rayon 6 saylı tam orta məktəbi və eyni zamanda Bərdə rayon 1 saylı musiqi məktəbin bitirmişdir. Musiqi məktəbində muğam dərsləri almışdır. Ilk müəllimi Seyyid Şuşinskinin tələbəsi Maarif Məmmədov olub. 2000-ci ildə Milli Komservatoriyanın nəzdində Asəf Zeynallı adına musiqi kollecin bitirmişdir. Müəllimi Mənsub Ibrahimov olmuşdur. Eyni zamanda Elçin Cəlilovdan və Teymur Əmrahdan dərs alıb. 2010-cu ildə Milli komservatoriyanı bitirib. 2011-ci ildə ailə həyatı qurub.
Rəvan Lətifov
Rəvan Ömür oğlu Lətifov (26 avqust 1991, Xaçmaz, Oğuz rayonu – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəvan Ömür oğlu Lətifov 26 avqust 1991-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2008-ci ildə Xaçmaz kəndinə V.İbrahimov adına tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsilin təşkili və idarə olunması ixtisasına daxil olmuşdur. Təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra 2012-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun "N" saylı hərbi hissəsində Tank əleyhinə batareyada hərbi xidmət keçmişdir. Hərbi xidməti başa vurduqdan sonra bir müddət Ə.Abdulhüseynov adına Sincan kənd tam orta məktəbində məktəbdənkənar və sinifdənxaric tərbiyyə işi üzrə təşkilatçı vəzifəsində işləmişdir. Daha sonra Oğuz rayonu Sincan kənd tam orta məktəbində təşkilatçı müavin vəzifəsində çalışmışdır.Rəvan Lətifov təvəzökar, ailəcanlı və vətənpərvər insan idi. 1990-cı ilin Qanlı Yanvar hadisələri, 1992-ci ilin fevralın 25–26-da baş verən Xocalı soyqırımı və ümumilikdə Birinci Qarabağ müharibəsində Azərbaycan xalqının yaşadığı faciələr onun milli ordu sıralarına qoşulmasına böyük təsir göstərmişdir. === Şəxsi həyatı === Atası Lətifov Ömür meşə təsərrüfatı üzrə mütəxəssis, anası Gültəkin xanım müəllimə idi. Bir qardaşı və iki bacısı var. 2016-cı ildə ailə həyatı qurmuşdur və bir övladı var.
Rəşid Lətifov
Rəşid Güləhməd oğlu Lətifov (14 yanvar 2000, Tatyanoba, Masallı rayonu – 1 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Rəşid Güləhməd oğlu Lətifov 14 yanvar 2000-ci ildə Masallı rayonunun Tatyanoba kəndində anadan olub. 2006-cı ildə Güllütəpə kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2017-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. == Hərbi xidməti == 2018-ci ilin yanvar ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətdən tərxis olunub. 2019-cu ilin avqust ayında MAXE kimi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Şəmkir şəhərində yerləşən “N” saylı hərbi hissədə davam etdirib. Azərbaycan Ordusunun çavuşu Rəşid Güləhməd oğlu Lətifov 27 sentyabr 2020-ci il tarixdə başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Kəlbəcər rayonunlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Rəşid Lətifov 01.10.2020-ci il tarixində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Şəhidin nəşi 29 dekabr 2020-ci il tarixdə doğulduğu Tatyanoba kənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin çavuşu Rəşid Güləhməd oğlu Lətifov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin çavuşu Güləhməd oğlu Lətifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin çavuşu Rəşid Güləhməd oğlu Lətifov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Təyyar Lətifov
Lətifov Təyyar Şövkət oğlu — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Lətifov Təyyar Şövkət oğlu 05.07.1974-cü ildə Şəki rayonunun Baş Laysqi kəndində anadan olmuşdur. 10.09.1992-cil ildə Şəki rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb...
Etiket
Etiket (fr.etiquette – mərasim, təşrifat) — 1)ictimai yerdə, başqa şəxslərin yanında, onlarla ünsiyyətdə olduqda davranış qaydaları; 2)malın, eksponatın və s.-nin üstünə yapışdırılan, üzərində onun adını, qiymətini və digər parametrlərini göstərməklə malı müşayiət edən yarlıq; 3)monarxların saraylarında diplomatik dairələrdə və s.-də qəbul edilmiş davranış qaydaları; 4)hər hansı bir cəmiyyətdə qəbul edilmiş davranış və nəzakət forması; 5)özünü necə aparmaq barədə qoyulmuş ciddi və möhkəm qaydalar. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Echinops setifer
Echinops setifer (lat. Echinops setifer) — mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid biki növü.