Rəşid Güləhməd oğlu Lətifov (14 yanvar 2000, Tatyanoba, Masallı rayonu – 1 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi
Rəşid Lətifov | |
---|---|
Rəşid Güləhməd oğlu Lətifov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Kəlbəcər rayonu |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | Masallı |
Dəfn tarixi | 29.12.2020 |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Güləhməd Lətifov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2018-2020 |
Rütbəsi | Çavuş |
Döyüşlər |
ikinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Murovdağ döyüşləri |
Təltifləri |
Rəşid Güləhməd oğlu Lətifov 14 yanvar 2000-ci ildə Masallı rayonunun Tatyanoba kəndində anadan olub.[1] 2006-cı ildə Güllütəpə kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2017-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir.
2018-ci ilin yanvar ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətdən tərxis olunub.
2019-cu ilin avqust ayında MAXE kimi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Şəmkir şəhərində yerləşən “N” saylı hərbi hissədə davam etdirib.
Azərbaycan Ordusunun çavuşu Rəşid Güləhməd oğlu Lətifov 27 sentyabr 2020-ci il tarixdə başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Kəlbəcər rayonunlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Rəşid Lətifov 01.10.2020-ci il tarixində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Şəhidin nəşi 29 dekabr 2020-ci il tarixdə doğulduğu Tatyanoba kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin çavuşu Rəşid Güləhməd oğlu Lətifov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.[2]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin çavuşu Güləhməd oğlu Lətifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[3]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin çavuşu Rəşid Güləhməd oğlu Lətifov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.[4]