Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Laba
Laba — Rusiya Federasiyasında, Krasnodar diyarında çaydır.Kuban çayının sol qoludur. Böyük Laba və Kiçik Laba çaylarının birləşməsindən yaranır. Qafqaz dağlarının şimal yamaclarından başlanır, Azov dənizinə tökülür. Uzunluğu 214 km, hövzəsinin sahəsi 12,5 min km2-dir.
Sofi Lakaz
Sofi Lakaz (fr. Sophie Lacaze; 9 sentyabr 1963[…]) — fransız bəstəkarı. Tuluza konservatoriyası və Parisdə yerləşən Normal Musiqi Məktəbində təhsil almışdır. Daha sonra Kirj akademiyasında Franko Donatoni və Ennio Morrikone kimi ustadlardan dərs almışdır, Pyer Bulez kurslarını dinləyirdi. İki il Avstraliyada yaşayıb 2006-cı ildə Fransaya qayıtdı. Sofi Lakaz Lycéen des compositeurs (2009) qran-prisini və SACEM-də Klod Arye mükafatının (2010) sahibidir. 1992 — J. Syupervelin şeirlərinə soprano və simli trio üçün üç melodiya 1993 — A. Rembo şeirlərinə fleyta üçün Voyelles 1996 — qadın səsi, fleyta və fortepiano üçün Jetez-vous sur l’avenir 1997 — fleyta və violonçel üçün La vita e bella 1998 — nəfəsli alətlər, didjeridu, uşaq xoru və perkussiya üçün Le Becut 1999 — skripka, klarnet və fortepiano üçün Comme une rue pavee 1999 — fortepiano üçün üç müqəddimələr 2000 — Henry Kendallın şeirlərinə fleyta və simli trio üçün Broken Words 2000 — fleyta, didjeridu və fleytaların orkestri üçün And then there was the sun in the sky 2001 — Iotife üçün simli trio, şeirlərinı H. Kendall 2001 — Messe de Nostre Dame üçün xor akapella 2002 — Histoire sans paroles üçün skirpka, violonçellər və fortepiano 2002 — Voices of Australia üçün fleyta solo və maqnitofon lentası 2002 — L’enfance de Catherine üçün fleyta və simli trio, Anna Bodrinin "Katrinin uşaqları" filmi üçün musiqi 2002 — Ave Maris Stella üçün xor 2003 — Messe de Nostre Dame üçün 8 qadın səsləri və perkussiya, в честь «Messe de Nostre Dame» Гийома де Машо 2003 — Tarantella üçün fortepiano 2004 — Dreaming, kamera operası üçün iki qadın səsi, didjeridu, fleyta, alt, perkussiya və maqnitofon lentası 2005 : Cinq Voyelles pour Quatre Flûtes, транскрипция «Voyelles» üçün 4 fleyta. По стихотворению А. Рембо 2005 — Oceans üçün fleyta, faqot, skirpka, alt, kontrabas, uşaq xor və perkussiya 2005 — Py üçün fleyta və fortepiano 2005 — Het Lam Gods üçün simli kvartet, на темы Гентского алтаря братьев Ван Эйк 2005 — Duo üçün səs və maqnitofon lentası 2006 — Archelogos I üçün səs və maqnitofon lentası 2006 — Les quatre elements, konsert üçün fleyta, uşaq xor və perkussiya 2006 — Deux mouvements üçün тенор-saksofon və orkestri. 2006 — Musique de la mer üçün klarnet, faqot, simli kvartet, uşaq xor və perkussiya 2006 — Vignes üçün CD, Guy Bompais şəkil sərgisi üçün 2006 — The great flood üçün alt-saksofon və ансамбля саксофонов 2006 — Mouvement üçün simli orkestri 2007 — Het Lam Gods II üçün fleyta solo və fleytaların orkestri 2007 — Archelogos II üçün bas fleyta və CD 2008 — Quatre haïkus üçün alt-saksofon və fortepiano 2008 — Le Petit Prince, musiqi tamaşası üçün волн Мартено, fleyta və simli trio 2008 — Archèlogos IIb üçün волн Мартено və CD 2009 — L’art est le plus beau des mensonges üçün sopranovə вибрафона sözlərinə Алена Карре 2009 — Het Lam Gods III üçün dörd fleyta, на темы Гентского алтаря братьев Ван Эйк və текст Алена Карре 2009 — Variations sur quatre haïkus üçün виолончели 2010 — L’espace et la flûte — Variations sur des textes de Jean Tardieu üçün чтеца və ансамбля fleyta, şeirlərinı Жана Тардьё 2010 — Souffles üçün dörd fleytaистов (2 zamponias, 2 bajones, 3 Boehm flutes) 2011 — Marco Polo камерная opera üçün xor və ансамбля 2011 — Calligrammes üçün баритона, xor və kvartet саксофонов, şeirlərinı Гийома Аполлинера 2011 — Archèlogos III üçün gitara və CD 2011 — orkestr üçün Après avoir contemplé la lune 2012 — Estampes üçün dörd fleytaистов 2012 — En Quete üçün qadın səsi, чтеца, saksofon və fortepiano, üçün выставки фотографий Guy Bompais 2012 — Ukiyo-e konsert üçün Мартено волн və fleyta оркестром 2013 — O Sapientia 4 qadın səsləri. Hildeqard fon Bingenin mətininə əsasən 2013 — Immobilité sérieuse I üçün fortepiano və simli orkestri 2014 — Maye üçün zərbə alətləri 2014 — Un parapluie et un manteau de paille короткая работа üçün fortepiano 2015 — Voyelles üçün saksofon 2015 — Au milieu de la plaine üçün fleyta və arfa 2015 — Voices of Australia üçün solo sopranosaksofon və CD 2015 : La lune dans l’eau, üçün saksofon 2016 : La lune dans l’eau, üçün fleyta 2016 : qarışıq xor üçün Petite messe, 2017 : Voyages d’Orient I və Voyages d’Orient II, üçün ансамбля ветра və xor 2017 : Je vois passer l’Ange, üçün üç qadın səsləri və alt-saksofon 2017 : Ahatonhia again, üçün kvartet klarnet 2018 : And Earth moves away, üçün dörd fleyta 2018 : Ntau, üçün fleyta, klarnet, fortepiano və perkussiya «Sophie Lacaze, portrait d’une compositrice», Geneviève Mathon-la dialoq, Delatour Publishing, 160 səh., 2018-ci il may ayı Rəsmi sayt Müasir musiqi sənədləşməsinin mərkəzi veb-saytında səhifə, Fransa "Sofi Lakazın fleytası üçün musiqi" Arxivləşdirilib 2020-05-12 at the Wayback Machine — Traversière Magazine 104, 2012.
Şaya LaBaf
Şaya Said LaBaf (ing. Shia Saide LaBeouf; 11 iyun 1986, Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.
Jan Batist de Lamaz
Jan Batist de Lamaz (fr. Jean-Baptiste de la Maze) — Fransız yezuit din xadimi, İsfahanda və Şamaxıda fəaliyyətdə olmuşdur. == Həyatı == 21 fevral 1624-cü ildə Fransanın Paris şəhərində doğulmuşdur. 16 yaşında yezuit ordeninə daxil olub, 8 dekabr 1658-ci ildə dini and içmişdi. 1652-ci ildən bəri Fransada qrammatika, fəlsəfə və humanitar elmlər dərsi dedikdən sonra 1662-ci ildə Şərqə doğru katolik təriqətini yaymağa gəlmişdi. 2 il Suriyada qaldıqdan sonra, 1664-cü ildə Səfəvilər dövlətinə gəlmişdi. == Fəaliyyəti == 1664-cü ildə Klod İqnat Mersier ilə İsfahandakı Yeni Culfa məhəlləsinə gəlmişdi. 1674-cü ildə Mersierin ölümündən sonra 1676-cı ildə Yezuit missiyasınn rəhbəri təyin olunmuşdu. Onun burdakı əsas işi qriqorian erməniləri katolik məzhəbinə gətirməkdən ibarət idi. Farsca, türkcə və ermənicə bilirdi.
Alabay
Mərkəzi Asiya çoban iti (Alabay) — güclü və atletik quruluşlu bir gözətçidir. İri sümüklərə və əzələli bir bədən quruluşuna malikdir. İri və güclü quruluşu ilə kobud bir görünüşü olan Alabay irqinin başı böyük ancaq bədəni ilə mütənasibdir. Qulaqları başın iki yanında yerləşmişdir və qısadır. İki təbəqəli olan tüklər qısa və sıxdır. Geniş şəkildə ağ, qara, boz, açıq qəhvə, qırmızı qəhvə rənglərdə xallıdır. == Xarakteri == Ağıllı, özündən əmin, hər istiqamətiylə balanslı, eyni zamanda, azadlığına düşkün və cəsur bir irqdir. Xaricilərə qarşı şübhəçi, qorxusuz və basqın bir xarakterə sahib olan Alabay yaxşı bir gözətçi və sürü itidir. Doğuşdan qoruma instinktinə malikdir və təcavüzkar deyil. Alabayın pis xüsusiyyəti isə torpağı qazmağı sevməsi və gecə hürməsidir.
Alban
Albanlar (alb. Shqiptarët) və ya Arnaudlar ― Albaniyanın əsas əhalisi, həmçinin Adriatik dənizi sahillərində, Balkan yarımadasında yaşayan Avropanın ən qədim xalqlarından biri. Ümumi sayları 9 milyon nəfərdir. Təxminən 70%-i müsəlmanlardır. Müsəlmanların əksəriyyəti sünni, azı isə bəktaşidir. Qalan hissəsi katolik və paroslav xristianlarıdır. Ənvər Xocanın dövründə Albaniyada ateizm təbliğ edilirdi. Kommunist hökmranlığın mirası olaraq, müsəlman və ya xristian olan albanların əksəriyyəti dindar deyil və əhəmiyyətli bir qismi dinsizdir. == Tarixi == Albanların əcdadları Avropanın ən qədim avtoxton xalqı olan illiriya tayfaları, xüsusən dardanlar hesab edilir. Albanlar haqqında ilk tarixi qeydlər XI əsrə aiddir.
Almaz
Almaz (almanca – Diamant (m), fransızca – Diamant (m), ingiliscə – Diamond) saf karbondan meydana gəlib, bilinən ən bərk maddədir. Karbon elementinin bir modifikasiyası qrafit, digəri isə almazdır. Almazın saf karbon olduğu ilk olaraq Fransız kimyaçı Lavuazye tərəfindən aşkar edilmişdir. Lavuazye almazı yandırmış və yanma qazının yalnız karbondioksid olduğunu görüncə almazın karbon olduğu qənaətinə gəlmişdir. == Xüsusiyyətləri == Almaz qrafitlə bərabər allotrop quruluşa malik olub ən bərk 10 mineraldan biridir. Əsas xassəsi yüksək bərklik, istilik keçiriciliyi və disperisyası ilə tanınır. Almaz kristallik quruluşa mailkdir ,ona görə də o dielektrikdir. Almazın metalda və havada sürtünmə əmsalı 0,1-dir. Bu onun səthində nazik absorbsiya olunmuş qaz qatının yaranması ilə bağlıdır. Bu qat yağlayıcı rolunu oynayır.
Bayaz
Bayaz — XX əsrə qədər Azərbaycan ziyalıları mühitində ailələrdə saxlanılan əlyazmalar. Bayazda seçmə şeir parçaları, dualar, ailənin xeyir-şərinə (ölüm, təzə uşağın doğulması, evlənmə, səfərəçıxma və s.) dair qeydlər, tarixlər yazılırdı. Ədəbiyyat həvəskarları buraya xoşladıqları şeir parçalarını, hikmətamiz sözləri də yazıb saxlayardılar. Başqa sözlə, bayaz qismən müasir xatirə albomlarını, qismən cüngləri, qismən də indiki vətəndaşlıq sənədlərini əvəz edirdi.
Canbaz
Canbaz — Goranboy rayonu ərazisində dağ. Kürək və Buzluq çaylarının suayrıcında yerləşir. Hündürlüyü 1896 m. Farsca canbaz "oyunbaz, kəndirbaz; at minicisi, at dəllalı" deməkdir.
Darbaz
Darbaz (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda kənd. Darbaz (Pəmbək) — Ermənistanın Pəmbək mahalında kənd. Dərəbas — Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Diabaz
Dolerit və ya diabaz — dolerit və ya ofit quruluşlu, iri və orta dənəli aydın kristallik bazalt == Haqqında == Massiv teksturlu; nadir hallarda badamdaşlıdır. Əsasən plagioklaz (labrodor, labrodor-bitovnit) və piroksendən (avgit, pijonit, pijonit-avgit) ibarətdir. Onlar müvafiq olaraq 2:1 nisbətindədir. Olivinli növündə olivinin miqdarı 10% (bəzən bir qədər də çox) olur. Az miqdarda titan-maqnetit, bəzən ilmenit, xallkopirit, pirit olur; aksessorlardan — apatit, sirkon, qranat, rutil, sfen iştirak edir. Sill, dayka və ştoklar əmələ gətirir. Yer qabığının stabil zonaları üçün səciyyəvidir (əsasən qədim platformalar — Sibir, Afrika, Hind, Şərqi Avropa); okean hövzələrində, demək olar ki, rast gəlmir. Növləri tərkibinə, quruluş və teksturasına, törəmə dəyişilmələrinə, indeksinə və yatım şəraitinə görə ayrılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Elabad
Elabad (Ağsu) — Ağsu rayonunda kənd. Elabad (İsmayıllı) — İsmayıllı rayonunda kənd.
Kabab
Kabab — əsasən şişə çəkilərək manqalda bişirilən ət yeməyi. Bununla belə tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabab hazırlanır. Digər tərəfdən kabab tavada da bişirilir. Buna "tava-kababı" deyilir. Kababı hazırlayan aşpaz adətən kababçı adlandırılır. == Tarixi == Kabab rusca "şaşlık" adlanır. "Şaşlık" sözünün kökü "şişlik" türk sözündən götürülüb və "şiş üstündə" deməkdir. Hələ "Kitabi Dədə Qorqud"da "şişlik" sözünə dəfələrlə rast gəlinir. Əsrlər boyu kabab qafqazlıların ən sevimli yeməyi olmuşdur.
Kabar
Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa. Kabar tayfasının adı əsasında yaranmış etnotoponimlər Azərbaycan və indiki Ermənistan ərazisində kifayət qədər yayılmışdır. Bu tayfa haqqında ilk məlumatı Konstantin Baqranarodnı vermişdir. O, bu tayfanın xəzərlərdən çıxdığını bildirmişdir. Q.Qeybullayev bu etnonimin tərkibində ar sözünü ayırır. ar(ər) türk sözü kişi, ər, qəhrəman mənasındadır. Kabarlar Azərbaycanda kabarli və ya kəbirli adları altında yaşamışlar. Onların yaşadığı əsas areallardan biri də Qarabağ olmuşdur. Azərbaycanda Balakən və Tərtər rayonlarında Kəbirli adlı iki kənd vardır. Ermənistanın yeni Bəyazid uyezdində Kalar, Şərur-Dərələyəzdə Kəbirli (Kəbirlidağ), Dağlıq Qarabağda X1X əsrdə Kabirli –qışlaq adı, Kabarrı yeri toponimləri qeydəalınmışdır.
Kamaz
Kamaz (rus. КамАЗ (Камский автомобильный завод - Kama Avtomobil Zavodu)) — Rusiya və MDB məkanında böyük yük götürmə qabiliyyətinə malik yük avtomobili, minik maşını, traktor, dizel mühərriki və onun hissələrinın istehsalı üzrə ixtisaslaşmış zavod kompleksi. Tatarıstanın Çelnı şəhəri ətrafında yerləşir. Dünyada 10 ən böyük yük avtomobili istehsal edən müəssisədən biridir. Dizel mühərriklərinin istehsalına görə isə dünyada 8-ci yerdədir. Kamaz SSRİ vaxtında yaranmış ilk zavod kompleksidir. 23 avqust 1990-cı ildə ölkəni təmsil edən yeganə sənaye avtomobili seçilmişdir. 2006-cı ildə "Kamaz-master" komandası beynəlxalq avtorallidə qalib gəldi. Almaniyada Kamaza məxsus böyük beynəlxalq avtomombil salonu fəaliyyət göstərir. == Tarixi == 1960-cı illərdə SSRİ-də sənaye avtomobilləri çatışmırdı.Təcili olaraq avtomobil zavodu kompleksi yaratmaq və burada 8-20 ton arası qədər avtomobil istehsal etmək lazım idi.
Labalm
Labalm (fr. Labalme) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Ponsen kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01200. == Coğrafiyası == Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 65 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 24 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 204 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə (15-64 yaş) əmək qabiliyyətli 124 nəfər arasında 92 nəfər iqtisadi cəhətdən aktiv, 32 nəfər fəaliyyətsiz (fəaliyyət göstəricisi - 74,2%, 1999-cu ildə 72,0% idi). 92 aktiv sakindən 81 nəfər işləmişdir (42 kişi və 39 qadın), 11 işsiz (8 kişi və 3 qadın) olmuşdur.
Kaban gölü
Kaban gölü (tatar. Кабан күле) — Kazan şəhərində göllər sistemi. Bu göllər sistemi 3 hissədən ibarətdir. Yaxın (Aşağı) Kaban (ən şimal), Uzaq (Orta) Kaban, Yuxarı (Boriskovski) Kaban olub Tatarıstanda ən iri göllər sistemi hesab olunur. == Əsas xüsusiyyətləri == Göllər Volqa çayının köhnə əyilmələri sahəsində karst prosesləri nəticəsində yaranmışdır. Göllər Volqanın terrası boyu şimala və cənuba doğru uzanır. Otarı kəndi yaxınlığında kanal bir dam ilə bloklanır, bunun vasitəsilə Kuybişev su anbarından suy nasosla buraya vurulur. Yuxarı Kaban qapalı anbar şəklində olub, digər göllər sistemi ilə əlaqəyə malik deyil. Burada suyun səviyyəsi Yaxın (Aşağı) və Uzaq (Orta) Kaban göllərindən 2 m yüksəkdədir. Göllər sisteminin ümumi sahəsi-186 ha-dır.
Kabaç xatun
Kabaç xatun (674–710)—cu illərdə Buxarada hökmranlıq edən buxaraxudat. == Həyatı == Ubeydullah ibn Ziyad 674-cü ildə Bəykəndi ələ keçirərək Buxara üzərinə yürüdü. O sırada Buxaranı Türk hökmdarı Bidunun dul arvadı Kabaç xatun idarə edirdi. Kabaç xatun çevrədəki türklərdən yardım istədiysə də, Türk birlikləri Ubeydullah qarşısında dayana bilmədi və 1 milyon dirhəm vergi vermək surətiylə Ubeydullahla anlaşma bağladı. Ubeydullah daha sonra 2000 Türk savaşçı ilə Bəsrəyə döndü; bunlar orda bir üsyanın yatırılmasında iştirak etdilər. 676-cı ildə Xorasan valiliyinə təyin edilən Səid ibn Osman, Səmərqəndə bir səfər hazırladı. Soğd, Kiş və Nəsəf əhalisi torpaqlarını qorumaq amacıyla səfərbər olunca Kabaç xatun da onlara qatıldı, ancaq Səid ibn Osman Türk birliklərini məğlubiyyətə uğratdı. Kabaç xatun girovlar göndərdi və itaət ərz etdiyini bildirdi (677). Səid, Buxaranı alaraq Səmərqəndə yönəldi. Ağır itgilər verən Səmərqəndlilər onunla anlaşdılar.
KamAZ-4308
KamAZ-4308 — orta tonnajlı yük avtomobilidir, 2007-ci ildən daş Avtomobil Zavodu (Kamaz) tərəfindən istehsal olunur.
KamAZ-4310
KamAZ-4310 — daş avtomobil zavodunun yüksək keçiricilik qabiliyyəti olan sovet və Rusiya iritonnajlı yük avtomobili, əsas model. Bu maşınların böyük bir hissəsi Sovet Ordusu üçün istehsal olunurdu. İlk partiya 1981-ci ilin yanvar ayında Sov.İKP-nin XXVI qurultayına əmək hədiyyəsi kimi buraxılıb. Ümumi istehsal 273.901 bu model avtomobil.
KamAZ-43114
KamAZ-43114 — 1996-cı ildən 2012-ci ilə qədər Kama Avtomobil Zavodu (Kamaz) tərəfindən istehsal olunan yüksək keçiricilik qabiliyyəti olan,üç oxlu və iri tonnajlı yük avtomobilidir. Yük avtomobilinin 43114 nömrəli şassisi Silahlı Qüvvələrdə, neft-qaz çıxarma sənayesində, o cümlədən, müxtəlif əlavələrin (avto-tankların, vaqonların, avtodaşıyıcıların, yükdaşımaların və s.) quraşdırılması üçün geniş tətbiq olunur. Kabin–həm yataq yeri, həm də yataq yeri olmadan modifikasiyadan asılı olaraq, mühərrikin üstündə yerləşən yüksək, üç nəfərlik kabinadır.
KamAZ-43118
KamAZ-43118 — 1995-ci ildən daş Avtomobil Zavodu (Kamaz) tərəfindən istehsal olunan yüksək keçiricilik qabiliyyəti olan Rusiyanın iri tonnajlı yük avtomobilidir. 2011–2016-cı illərdə avtomobil KamAZ-65115-dan (bu müddət ərzində istehsal olunmuş 39.083 ədəd 49.544-ə qarşı) sonra zavodda populyarlığı baxımından ikinci model olub, 2017-ci ildə isə Rusiya ərazisində (5,9 min ədəd) ən çox satılan yük maşınına çevrilib. Cəmi 31 dekabr 2021-ci ilə qədər bu modelin 101 813 avtomobili buraxılıb.
KamAZ-43253
Kamaz-43253 — daş Avtomobil Zavodu (Kamaz) tərəfindən istehsal olunan iki oxlu bort orta tonnajlı yük maşını. Orijinal Kamaz yenilənmiş versiyası 4325. Əsas KamAZ-5325-dən az olan standart tiporazmerə bənzər bir KamAZ-5320 malikdir. Eyni TİPORAZMERİN GKB-8350 qoşqusu ilə avtoyarmada işləmək üçün nəzərdə tutulmuşdur.
KamAZ-43255
KamAZ-43255 — 2007-ci ildən etibarən bort KamAZ-43253 əsasında daş Avtomobil Zavodu (Kamaz) tərəfindən buraxılan iki oxlu yük maşını.
Labuan
Labuan malay Labuan— Malayya Federasiyasının tərkibinə daxil olan federal ərazidir. Ərazi tərkibinə bir neçə ada daxildir ki, bunlarda əsas Labuan-ın indinki adını daşıyır. İnzibati mərkəz — Bandar-Labuan şəhəridir.
KamAZ-4326
Kamaz-4326 — daş Avtomobil Zavodu (Kamaz) tərəfindən istehsal olunan yüksək keçiricilik qabiliyyəti olan Rusiya orta tonnajlı yük avtomobilidir.
Qaban
Çöldonuzu və ya qaban (lat. Sus scrofa) — donuzlar fəsiləsindən gövşəməyən cütdırnaqlı məməli heyvan. Bədənin uzunluğu 130–175 sm, kütləsi 60–150 kq. Ayaqları qısa, nisbətən nazikdir. Qaban ölçüləri və proporsiyaları müxtəlifdir. Başı iri, pazşəkillidir. Baş bədənin 1/3 hissəsini təşkil edəcək qədər böyükdür. Başın ölçü və forması yeri qazmaq üçün əlverişlidir. Boyun əzələləri güclüdür. Gözləri xırdadır və nisbətən dərində yerləşir.
Çabar
Çabar (fars. چابار‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 46 ailədə 72 nəfəri kişilər və 67 nəfəri qadınlar olmaqla cəmi 139 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.