QABAR-QABAR

sif. Hər tərəfi qabarlı, qabarla örtülmüş. Əlləri qabar-qabar (z.) olmaq.
– Yaralarım qabar-qabar; Gəldi yardan doğru xəbər. Aşıq Kərəm.
Ayağın qabarqabar çatdın Tehrana, heyhat! S.Rüstəm.
[Komandir:] Mən özüm də kənddən çıxmışam, atamın da əli, bax, belə qabar-qabardır. S.Rəhimov.

QABAR
QABARBÖCƏYİ
OBASTAN VİKİ
Qabar Əli
Qabarəli — İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı. 1830-cu ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Əsli Kabar eli yə'ni Kabar tayfası. Mənşəcə Xəzərlərin Kabar (Kəbər) tayfasının adını əks etdirir. Azərbaycanda Kəbirli və Kəlbəcər rayonunda Havarlı (Qabarlıdan təhrif) kənd adları ilə mənşəcə eynidir.
Qabar Hüseyn (Piranşəhər)
Qabar Hüseyn (fars. قبر حسين‎) — İranın Qərbi Azərbaycan ostanının Piranşəhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 572 nəfər yaşayır (98 ailə). Əhalisini kürdlər təşkil edir.

Digər lüğətlərdə