Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xanəndə
Xanəndə — Azərbaycan mədəniyyətində müğənni, muğam ifa edən musiqiçi. Xanəndələr klassik musiqi sərvətlərinin — muğamların yaradıcıları və qoruyucularıdır. Xanəndəlik sənəti bu gün də yaşayır və fəal inkişaf edir. Xanəndəlik xalqın mənəvi aləminin ifadəçisi olan xalq musiqisini və muğam sənətini təbliğ etmək, yaşatmaq və qoruyub saxlamaq sənətidir. Azərbaycan musiqi mədəniyyətinin inkişafında bir çox görkəmli xanəndələrin adları dərin iz salmışdır. Bu xanəndələr musiqi sənətinin bir çox janrlarının inkişafında aparıcı qüvvə olmuşdur. Şifahi ənənəli musiqi mədəniyyəti xəzinəsini öz yaratdıqları nadir sənət inciləri ilə zənginləşdirən xanəndələrin, eyni zamanda, Azərbaycan operasının yaranmasında və bəstəkar yaradıcılığının genişlənməsində böyük xidmətləri olmuşdur. Ağabala Ağasəid oğlu (1860–1928) Ağabala Məmmədbağır oğlu Abdullayev (1910–1976) Ağaxan Minaxan oğlu Abdullayev (1950–2016) Alim Həmzə oğlu Qasımov (1957) Arif İmran oğlu Babayev (1938) Aygün Əliqulu qızı Bayramova (1967) Baba Mahmud oğlu Mirzəyev (1940–2006) Bahadır Mehralıoğlu (1883–1962) Bakir Musa oğlu Haşımov (1926–1989) Cabbar Qaryağdıoğlu (Cabbar Məşədi İsmayıl oğlunun təxəllüsü; 1861–1944) Canəli Xanəli oğlu Əkbərov (1940–2021) Cümşüd Malıbəyli (1845–1915) Eynulla Eynulla oğlu Cəbrayılov (1935–1992) Eynulla Fətulla oğlu Əsədov (1930–1976) Əbdülbaqi Kərbəlayi Əli oğlu Zülalov (təxəllüsü "Bülbülcan"; 1841–1927) Əbülfət Əsəd oğlu Əliyev (1926–1990) Ələsgər Baba oğlu Abdullayev (1866–1929) Əlibaba Balaəhməd oğlu Məmmədov (1930–2022) Firuz Əmirxan oğlu Məmmədov (1972) Hacı Hüsü Neftali oğlu (təqribən 1830 illər, Şuşa — 1898, Aşqabad) Hacıbaba Hüseynəli oğlu Hüseynov (1919–1993) Haşım Səməd oğlu Kələntərli (1899–1984) Həmid Malıbəyli (Qurbanov Həmid İmamqulu oğlunun təxəllüsü; 1869–922) Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşirovun təxəllüsü; 1901–1979) İqbali Azər Əbülhəsənxan (Əbdülhəsənxan Musa oğlunun təxəllüsü; 1870–1971) İslam Tapdıq oğlu Rzayev (1934–2008) Qaraxan İmran oğlu Behbudov (1935–2020) Qədir Çərkəz oğlu Rüstəmov (1935–2011) Qəzənfər Abbasov (1962) Qulu Rüstəm oğlu Əsgərov (1928–1989) Məcid Behbudalı oğlu Behbudov (1873–1945) Məhəmməd Keçəçioğlu (Məhəmməd Məşədi Xəlil oğlunun təxəllüsü; 1864–1940) Məhəmmədhəsən İsmayıl oğlu Mirzə (1951–1917) Mələkxanım Məzahir qızı Əyyubova (1963) Məmməd oğlu Ağa Mirzə Əli Əsgər Qarabaği (XIX əsr) Məmmədbağır Məmmədəli oğlu Bağırzadə (1950–2005) Mənsum İsrafil oğlu İbrahimov (1960) Məşədi Məmməd Fərzəliyev (1872–1962) Mircavadov Mirməmməd Mirbala oğlu (04.10.1953, Bakı) — xanəndə, muğam bilicisi.
Zayəndə
Zayəndə çayı İranın mərkəzində çay adıdır. Zagros axan bu çay İsfahan şəhərinin ortasından keçərək qavxuni bataqlığına tökülür . Uzunluğu 405 kilometrdir . Vikianbarda Zayəndə ilə əlaqəli mediafayllar var.
Salənd
Salənd— İranın Xuzistan ostanının Dezful şəhristanının Sərdəşt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,841 nəfər və 394 ailədən ibarət idi.
Bəhlul Danəndə
Bəhlul Danəndə — Yaxın Şərqdə folklor surəti. Bəhlul adı ilə məşhur olan Bəhlul Danəndə 9-cu əsrdə Bağdadda yaşamışdır. Rəvayətə görə, o, tarixi şəxsiyyət Harun ər-Rəşidin qardaşı olub, siyasət və səltənət taxtından üz döndərmiş, özünü dəliliyə vurub, incə sözləri ilə xalq arasında şöhrət qazanmışdır. Rəvayətlərdə həmçinin Bəhlulun İmam Cəfəri-Sadiqin səhabəsi olduğu, onlara qarşı təqiblərin olması üzündən özünü dəli kimi göstərməsi də qeyd olunur. Əsasən, ərəb folkloru surəti olan Bəhlul Danəndə, dünya folklorundakı "ağıllı axmaqlar"ın Şərq prototipidir. Bəhlul danəndə bir çox lətifə, didaktik şeir və hekayənin hökmdar, ruhani və varlılara qarşı çıxan hazırcavab, tədbirli və müdrik qəhrəmanıdır. Azərbaycan şifahi xalq ədəbiyyatında da Bəhlul Danəndənin adı ilə bağlı lətifələr var. Xalq arasında Divanə Bəhlul kimi də tanınmışdır. == İstinadlar == == Ədəbiyyat == "Ön söz". Məmmədhüseyn Təhmasib.
Səttar (xanəndə)
Səttar (XIX əsr) — azərbaycanlı xanəndə. Aleksandr Barnov "Köhnə Tiflisin musiqiçiləri" kitabında yazır: "Səttar əslən İran Azərbaycanından idi. O, Ərdəbildə XIX əsrin 20-ci illərində anadan olmuşdur. Səttar elə uşaqlıq vaxtlarından musiqiyə meyl göstərmişdir. Parlaq istedada və şirin ləhcəyə malik olub. O əvvəlcə dinə qulluq etməyə başlayır. Lakin onu axıra kimi davam etdirmir. İki-üç ildən sonra dindən uzaqlaşır. Şənliklərdə və toylarda muğam və xalq mahnılarını ifa etməyə başlayır. Səttar Şərqin görkəmli klassik şairlərindən Sədi, Hafiz, Füzuli və başqalarının qəzəlləri üstündə muğamları və təsnifləri çox ustalıqla ifa edir.
Zayəndə Rud
Zayəndə çayı İranın mərkəzində çay adıdır. Zagros axan bu çay İsfahan şəhərinin ortasından keçərək qavxuni bataqlığına tökülür . Uzunluğu 405 kilometrdir . Vikianbarda Zayəndə ilə əlaqəli mediafayllar var.
Gülşən Əliyeva (xanəndə)
Mirzə Məhəmmədhəsən (xanəndə)
Mirzə Məhəmmədhəsən (1831–1907) — Azərbaycan xanəndəsi. Mirzə Məhəmmədhəsən 1831-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. Xanəndəliyi musiqişünas, mesenat Mahmud ağadan öyrənmişdi.
Mürşüd Məmmədov (xanəndə)
Mürşüd Səlim oğlu Məmmədov (21 avqust 1929, Muradbəyli, Ağdam rayonu – 26 aprel 1996, Bakı) — Muğam ustası, xanəndə. Mürşüd Məmmədov 1929-cu ildə cənnət Qarabağda – Ağdam rayonunun Muradbəyli kəndində dünyaya göz açmışdır. Kiçik yaşlarından musiqiyə marağı olan Mürşüd qonşuluqda yaşayan Əhməd Ağdamskinin evinə yığışıb istedadlı xanəndələrin ifa etdiyi xalq mahnılarını və muğamlarını dinlər, onlardan eşitdiyi muğamları gizlicə zümzümə edərdi. Mürşüd Məmmədovun hələ kiçik yaşında ifa etdiyi Qarabağ şikəstəsi bütun Qarabağda insanları heyrətə gətirmişdir. Əsasən Əhməd Ağdamski onun ifasını dinlədiyində gözlərindən qeyri ixtiyari yaş gəlmiş və onu bağrına basmışdir. Az keçmədi ki, Mürşüd Məmmədov Ağdam musiqi məktəbinin tələbəsi oldu. Özü də Seyid Şuşinskinin sinifində… Qarabağın hər yerində Seyidin ən ləyaqətli tələbəsi kimi böyük şöhrət qazandı. Lakin 3 ildən sonra Əhməd Ağdamski Ağdaş musiqi məktəbinə müdir vəzifəsinə və Seyid Şuşunski isə Baki musiqi texnikumuna müəllim göndərildi. Mürşüd Məmmədov İkinci dünya müharibəsindən sonra isə ailəsi ilə birlikdə Şəki şəhərinə köçür. Bir müddət Şəki şəhər Piyonerlər evində bədii özfəaliyyət kollektivinin solisti kimi fəaliyyət göstərir.
Nəriman Əliyev (xanəndə)
Nəriman Mövsüm oğlu Əliyev (5 may 1930, Bakı – 28 aprel 1998, Bakı) — Azərbaycan xanəndəsi, müəllim, Azərbaycan Dövlət Filarmoniyasının solisti, Azərbaycan Respublikasının əməkdar müəllimi (1992). Nəriman Əliyev 5 may 1930-cu ildə Bakının Buzovna qəsəbəsində anadan olmuşdur. 1942-ci ildə 206 saylı məktəbin 7-ci sinfini bitirmişdir. Atası ilə birlikdə Kolxozda işləmiş, oradan da 29 saylı peşə məktəbinə göndərilmişdir. Burada o, xarratlıq və avtomobil çilingəri peşələrinə yiyələnmişdir. 1948-ci ildə sənət məktəbini bitirmiş, 1951–1954-cü illərdə hərbi xidmətdə olmuşdur. 1956-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi texnikumunun xanəndəlik sinfinə daxil olmuşdur. 1960-cı ildə Texnikumu bitirərək Azərbaycan Estrada Birliyinə, daha sonra isə Azərbaycan Dövlət Filarmoniyasına solist kimi qəbul edilmişdir. 1964-cü ildə 12 nömrəli musiqi məktəbinin axşam şöbəsində muğam müəllimi işləmişdir. 1965-ci il sentyabrın 1-dən 1997-ci il yanvarın 1-nə kimi Asəf Zeynallı adına Bakı Musiqi texnikumunda xanəndəlik sinfində dərs demiş, həmin şöbənin baş müəllimi olmuşdur.
Qasım Abdullayev (xanəndə)
Qasım İbrahim oğlu Abdullayev və ya Zabul Qasım (1873, Şuşa – 1927, Şuşa, DQMV) — xanəndə. Abdullayev Qasım İbrahim oğlu 1873-cü ildə Şuşada anadan olmuşdur. O, ömrünün son illərində Şuşa musiqi məktəbində muğamatdan dərs demiş, incəsənət işçilərinin respublika həmkarlar ittifaqı şurasının sədri vəzifəsində çalışmışdır. Qasım Abdullayev 1927-ci ildə Şuşada vəfat etmişdir. "Zabul" muğamını xüsusilə yaxşı ifa etdiyinə görə tanınan Qasım Abdullayev xalq arasında "Zabul Qasım" adı ilə məşhurlaşmışdı. O dövrdə, Azərbaycan xalqının məclislərində ”Segah" muğamı daha populyar idi. Lakin XIX əsrin son illərində xanəndələr “Zabul-segah”a daha çox meyl edirdilər. Bu populyarlığın əsas səbəbi tarzən Sadıqcanın tarın qoluna "Zabul" pərdəsini əlavə etməsi idi. XX əsrin əvvəllərində Zabul Qasım Bakıda bir neçə dəfə konsert vermiş və tamaşaçıların sonsuz rəğbətini qazanmışdır. Zabul Qasım ilk dəfə Bakı tamaşaçıları qarşısında 1903-cü ilin yanvar ayının 27-də H.Z.Tağıyevin teatr binasında verilən “Şərq konserti”ndə Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər və Seyid Mirbabayevlə birlikdə çıxış etmişdir.
Sabir Mirzəyev (xanəndə)
Sabir Nüsrət oğlu Mirzəyev (1943, Astraxanbazar rayonu – 23 iyul 2011, Təbriz) — Azərbaycanın Əməkdar artisti (2007), Azərbaycan xanəndəsi, Çahargah muğamının görkəmli ifaçısı. Sabir Mirzəyev 1943-cü ildə Cəlilabad rayonunda anadan olmuşdur. Azərbaycan incəsənətinin tanınmış xadimləri sırasında S. Mirzəyevin layiqli yeri vardır. O, əmək fəaliyyətinə 1960-cı ildə başlamışdır və 40 il ərzində Dövlət Filarmoniyasında, "Azərkonsert" birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şərkətində öz sənəti ilə xalqa xidmət etmişdir. Tanınmış sənətkarların ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan S. Mirzəyev eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirmişdir. Onun ifa etdiyi "Qarabağın maralı", "Şuşanın dağları", "Nazlana-nazlana", "Gülə-gülə", "Aşıqəm" xalq mahnıları, "Cahargah" və "Rast" muğamları qızıl fondunda saxlanılır. O, Prezident təqaüdçüsü idi. 2007-ci ildə Əməkdar artist adını almışdır. 23 iyul 2011-ci ildə Təbrizdəki xəstəxanada vəfat etmişdir.
Sabir Novruzov (xanəndə)
Sabir Novruzov (1 may 1944, Ağcabədi – 7 yanvar 2009, Bakı) — xanəndə, Azərbaycan SSR Əməkdar artisti. Sabir Novruzov 22 iyul 1944-cü ildə Ağcabədidə dünyaya gəlmişdir. Xan Şuşinskini, Seyid Şuşinskini, Yaqub Məmmədovu, Zülfü Adıgözəlovu özünün müəllimləri sayırdı. Aqibətindən danışan S. Novruzov bu sənətə bağlanmağının səbəbi barədə bunları deyərdi: "Orta məktəbdə oxuyarkən "Pionerlər evi"nə gedərdim. Qarmon dərsi almışam. O gözəl günlər indi də yadımdan çıxmır. Toylarda Əlif kişiyə, Yaqub Məmmədova qulaq kəsilirdim, daim öyrənirdim. Zahid Novruzov vardı, o da gözəl oxuyan idi. 1956-cı ildə bizi Bakıya gətirdilər, "Neftçilər klubu"nda çıxış etdik. Oxuyan zaman bir nəfər səhnəyə çıxdı, dedi ki, bu oğlanın gələcəyi var.
Sabir Əliyev (xanəndə)
Sabir Məhərrəm oğlu Əliyev (13 fevral 1948, Pərdi, Astraxanbazar rayonu – 22 dekabr 2020, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti, Azərbaycan Respublikasının Xalq artisti (2017). Sabir Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. 1967–1972-ci illərdə A.Zeynallı adına Bakı Musiqi texnikumunun muğam şöbəsində, 1981–1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilmiş və 50 ildən artıq bu teatrın muğam bölməsinin solisti olmuşdur. Teatrda çalışdığı illər ərzində muğam bölməsinin tamaşalarında bir çox yadda qalan obrazlar — "Leyli və Məcnun"da (İbn Səlam, Zeyd, Şeyx), "Koroğlu"da (Vəli, Nadir), "Vaqif"də (Xanəndə, Züvvar), "Şah İsmayıl"da (Çapqınçı), "Əsli və Kərəm"də (Sofi, Osmanlı), "Aşıq Qərib"də (Aşıq Vəli, Şahvələd), "Gəlin qayası"nda (Əmioğlu, Şeyx), "Natəvan"da (Aşıq), "Sevil"də (Azançı) rolları yaratmışdır. S. Əliyev müxtəlif səhnələrdə, radio və telekanallarda, Türkiyə, BƏƏ, Rusiya, Fransa, İsveçrə, İran, Misir, Nigeriya və b. ölkələrdə qastrol səfərlərində olmuş və böyük uğurla çıxış etmişdir. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 16 sentyabr 2005-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına, 15 sentyabr 2017-ci ildə isə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adına layiq görülmüşdür. Sabir Əliyev 22 dekabr 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Arzu Əliyeva (xanəndə)
Əliyeva Arzu Qurban qızı - Xanəndə, Azərbaycan Respublikasının əməkdar artisti == Həyatı == Əliyeva Arzu Qurban qızı 1991-cı ildə Bakı şəhərində anadan olmuşdur. Ailəlidir. 1 övladı var. == Təhsili == 1997-ci ildə Səbail rayonunda yerləşən Tofiq Məmmədov adına 239 saylı orta məktəbin I sinifinə gedib, 2008-ci ildə həmin məktəbin XI sinifini bitirmişdir Bundan əlavə 2002-ci ildə Yasamal rayonunda yerləşən 22 saylı musiqi məktəbinə muğam dərsləri almağa getmiş, 2008-ci ildə həmin məktəbi qırmızı diplomla bitirmişdir. Bundan əlavə 7-illik fortepiano təhsili də var.2008-2012-ci illərdə bakalavr, 2013-2015-ci illərdə magistr pilləsi üzrə Azərbaycan Respublikasının Milli Konservatoriyasını qırmızı diplomla bitirmişdir. Konservatoriyada oxuduğu illərdə dərslərini əla qiymətlə oxuduğu üçün “Süleyman Ələskərov” adına təqaüdlə təltif edilmişdir. == Fəaliyyəti == Müəllimi Respublikanın Xalq artisti, Dossent, Şərəf orderli Mənsum İbrahimov olmuşdur. İlk dəfə istedadını müəllimi üzə çıxarıb. Məhsuliyyətli və böyük səhnədə olan çıxışı 2003-cü ildə “Heydər Əliyev adına Saray”da keçirilən ölkə Prezidentimiz cənab İlham Əliyevin and içmə mərasiminə ayrılmış konsert proqramında olan çıxışı olmuşdur. 2004-cü ildə Türkiyə Respublikasında keçirilən “VII Uluslararası dünya festivalı”nda uğurlu çıxış etmişdir.
Arif Babayev (xanəndə)
Arif İmran oğlu Babayev (20 fevral 1938, Sarıhacılı, Ağdam rayonu) — Azərbaycan xanəndəsi, professor (1996), Azərbaycan SSR xalq artisti (1989), Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının sabiq müdiri. == Həyatı == Arif Babayev 20 fevral 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib (1962). Azərbaycan Dövlət Filarmoniyasında (1963–1966), Azərbaycan Dövlət Opera və Balet Teatrında (1966) çalışıb. O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaratmışdır. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olmuşdur. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonar isə Azərbaycan Dövlət opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü. Hacıbəyov-"Leyli-Məcnun", "Əsli və Kərəm "), Aşıq Qərib (Z. Hacıbəyov-"Aşıq Qərib"), Camal (Ş. Axundova-"Gəlin qayası") kimi yaddaqalan obrazlar yaratmışdır. Arif Babayevin ifasında bütün muğam dəstgahlar səslənmiş və lentə alınaraq AzTR Fonduna daxil olmuşdur. 1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb.
Süleyman Abdullayev (xanəndə)
Süleyman Cümşüd oğlu Abdullayev vəya Dədə Süleyman (14 fevral 1939, Qaryagin – 23 oktyabr 2022) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2012). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002) Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu il fevral ayının 14-də Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olmuşdur. 1959-cu ildə istedadlı musiqiçilər sorağıyla Füzuli rayonuna gələn böyük xanəndə Seyid Şuşinski, Süleyman Abdullayevin səsini yüksək qiymətləndirmiş və o, peşəkar təhsil almaq üçün Bakıya dəvət edilmişdir. 1960–1964-cü illər ərzində S. Abdullayev ADMM-də Seyid Şuşinskinin sinfində bütün muğam dəsgahlarını tam şəkildə öyrənmişdir. 1964-cü ildən Süleyman Abdullayev Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlamış, xalq çalğı alətləri ansamblları ilə çalışmışdır. 1969-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən ümumdünya festivalının qalibi olmuşdur. Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi, bir çox muğamların yadda qalan təfsiri ilə tanınır. Süleyman Abdullayev zəngin tembrli, yüksək tessituralı səsə malik xanəndədir. O, ifa etdiyi muğamda sözün düzgün tələffüzünə, qəzəlin mənasının dinləyiciyə çatdırılmasına çalışır. Süleyman Abdullayevin ifasında "Segah", "Dəşti", "Çahargah", "Şur" muğam dəsgahlarının lent yazıları AzTR Fonduna daxil olmuşdur.
Səxavət Məmmədov (xanəndə)
Səxavət Əmirxan oğlu Məmmədov (23 oktyabr 1953, Gülablı, Ağdam rayonu – 30 sentyabr 1991, Azərbaycan) — Azərbaycan xanəndəsi. Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. Səxavətin də səsi "Segah"a yatımlı idi, ruhu "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül" "Sona Bülbüllər" və s. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənir. 1976-cı ildə "Hümayun" xalq ansmblının solisti olur. 1983–88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edir. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır. “Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yarandı.
Teymur Mustafayev (xanəndə)
Mustafayev Teymur Ağaxan oğlu (10 aprel 1939, Alar, Astraxanbazar rayonu – 11 iyun 2020, Bakı) — Azərbaycan müğənnisi və xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (2005). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2003) Teymur Mustafayev 10 aprel 1939-cu ildə Astraxanbazar rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır. Sənət müəllimləri Seyid Şuşinski, Əhməd Bakıxanov olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmişdir. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1978-ci ildən Azərbaycan Dövlət Konsert Birliyində, 1998-ci ildən Muğam Teatrında fəaliyyət göstərmişdir. Teymur Mustafayevin repertuarı muğam və təsniflərdən, xalq və bəstəkar mahnılarından ibarət olmuşdur. Onun ifa etdiyi muğam və təsniflər AzTR Fondunda saxlanılır. Bir çox xarici ölkələrdə (Avropa ölkələrində, Ərəb ölkələrində, Rusiyada, Türkiyədə, İranda, Əfqanıstanda) qastrol səfərlərində olmuşdur.
Tələt Qasımov (xanəndə)
Tələt Qasımov (21 iyun 1933, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ – 28 iyul 2013, Bakı, Azərbaycan) — Azərbaycan Respublikasının xalq artisti (2006). Qasımov Tələt Məmmədağa oğlu 21 iyun 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. Erkən yaşlarından musiqiyə həvəs göstərərək, əvvəlcə dini musiqiyə çox meyl etmiş və mərsiyəxan olmuşdur. Sonradan isə xanəndəlik sənətinə gəlmişdir. O, Zülfi Adıgözəlov, Hacıbaba Hüseynov kimi ustad sənətkarlardan muğamın sirrlərini dərindən mənimsəyərək, onların ənənələrini davam etdirmişdir. İllər keçdikcə, xanəndə kimi sənətini təkmilləşdirən Tələt Qasımov öz dəst-xətti ilə tanınmışdır. Tələt Qasımovun repertuarı zəngindir. O, bir çox muğamları və təsnifləri məharətlə və xüsusi şövqlə ifa edir. Onun ifasında “Rast”, “Şur”, “Seygah-Zabul” muğam-dəstgahları , “Şüştər” təsnifləri AzTR Fondunda saxlanılır. Tələt Qasımov Azərbaycan Dövlət Filarmoniyasının solistidir.
Yaqub Məmmədov (xanəndə)
Yaqub Məmməd oğlu Məmmədov (5 may 1930, Ağcabədi rayonu – 5 iyul 2002, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan SSR xalq artisti (1990). Məmmədov Yaqub Məhəmməd oğlu 5 may 1930-cu ildə Ağcabədi rayonunda anadan olmuşdur. Qarabağ xanəndəlik məktəbinin XX əsrin II yarısında yetişmiş orta nəslinin görkəmli nümayəndəsi olmuşdur. Qarabağ torpağında boya-başa çatmış Yaqub Məmmədov peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində almışdır. Görkəmli xanəndə Seyid Şuşinskidən ve xanəndə Mütəllim Mütəllimovdan muğam dəsgahları, xanəndəlik sənətinin sirlərini öyrənmiş, həmçinin musiqi və poeziya sahəsində dərin biliklər qazanmışdır. Yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə diqqəti cəlb etmişdir. O, bütün muğam dəstgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən bilirdi. Yaqub Məmmədov uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olmuş, konsertlərdə çıxış etmişdir. Onun ifasında qrammafon vallarına yazılmış muğam dəstgahları bütün Yaxın və Orta Şərqdə yayılmışdır. Ustad xanəndə kimi püxtələşmiş Yaqub Məmmədov sənətdə öz ənənələrini yaratmışdır.
Zakir Əliyev (xanəndə)
Zakir Əlisahib oğlu Əliyev — xanəndə, Azərbaycan Respublikasının əməkdar artisti (2013). == Həyatı == Zakir Əliyev 22 may 1968-ci ildə, Neftçala rayonunun Xolqarabucaq kəndində, qulluqçu ailəsində doğulmuşdur. 1975-ci ildə 1-ci sinifə öz kənd məktəbində daxil olmuş və 8-ci sinifə qədər həmin məktəbdə təhsilini davam etdirib.1983-cü ildə "Gənclərin və tələbələrin III respublika baxış" müsabiqəsinin qalibi olmuş və Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil olmuşdur. Həmçinin Bülbül adına orta ixtisas musiqi məktəbində professor Arif Babayevin sinifində muğam təhsili alıb. 1986-cı ilə qədər həmin məktəbdə təhsilini davam etdimişdir. Və bu illər ərzində bütün dövlət tədbirlərində iştirak etmişdir. Zakir Əliyevin ən böyük uğurlarından biri isə 1985-ci ildə Moskvada keçirilən "Gənclərin və tələbələrin XII ümumdünya festivalı"-nın diplomantı olmağıdır. 1985-ci ildə Heydər Əliyev sarayında Üzeyir Hacıbəyovun 100 illiyinə həsr olunmuş tədbirdə "Leyli və Məcnun" əsərini ifa etmişdir. Həmin dövr üçün böyük uğurlardan biri də Zakir Əliyevin "Leyli və Məcnun" əsərini Moskvada Bolşoy teatrda da ifa etməsi olmuşdur. 1986-cı ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin, Mədəni maarif fakültəsinin, özfəaliyyət teatr kollektivi rejjisoru ixtisasında təhsil alıb, 1987-ci ildə hərbi xidmətə yollanıb ordu sıralarında qulluq etmişdir.
Lendə
Lendə — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanının Lendə bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,540 nəfər və 1,991 ailədən ibarət idi.
Avqust gələndə (film, 1984)
Avqust gələndə filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1984-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə 15 yaşlı Arifin və onun dostlarının yeniyetmə xarakterlərinin formalaşmasından, şüurlarının özünütəsdiqindən danışılır. Filmdə əsas rolları Natiq Abdullayev, Şahmar Ələkbərov, Valeri Rıjakov, Dadaş Kazımov, Şükufə Yusupova və Ayan Mirqasımova ifa edirlər. == Məzmun == Film yeniyetmələr üçün nəzərdə tutulmuşdur, lakin hər bir uşaq filmi yaşlı tamaşaçıya da ünvanlanır. Burada 15 yaşlı Arifin (Natiq Abdullayev) və onun dostlarının yeniyetmə xarakterlərinin formalaşmasından, şüurlarının özünütəsdiqindən danışılır. Arifin atası Nadir (Hamlet Xanızadə) gəmidə kapitan işləyib və günlərin birində vəzifəsini yerinə yetirərkən həlak olub. Anası (Şükufə Yusupova) həkimdir. O, iki oğlunu təkbaşına böyüdür. Arifin dayısı Cümşüd (Şahmar Ələkbərov) əczaçıdır, aptekdə işləyir və bacısının övladlarının qayğısına qalır.
Bayquş gələndə... (film, 1978)
Bayquş gələndə filmi rejissor Şamil Mahmudbəyov tərəfindən 1978-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji dramdakı hadisələr Abşeronun kiçik yaylaq qəsəbələrindən birində cərəyan edir. Kinolentin qəhrəmanı burada müxtəlif adamlarla qarşılaşır. Filmdə əsas rolları Emin Qafarzadə, Fikrət Məmmədov, Həsənağa Turabov, Gülşən Qurbanova, Firəngiz Şərifova, İsmayıl Osmanlı, Vidadi Əliyev və Sevil Rəsulova ifa edirlər. == Məzmun == Lirik-psixoloji dramdakı hadisələr Abşeronun kiçik yaylaq qəsəbələrindən birində cərəyan edir. Kinolentin qəhrəmanı burada müxtəlif adamlarla qarşılaşır. Tahir (Emin Qafarzadə) ilə Vasif (Fikrət Məmmədov) bütün yay tətili günlərində dənizin sahilində oturub suya tilov atır və balıq tutmaqla məşğul olurlar. Vasif həm də arzu edir ki, onun birmotorlu qayığı olsun və bu qayıqla dənizdə balıq ovuna çıxsın. Elə onların evlərinin yaxınlığında qocaman bir kişi (İsmayıl Osmanlı) yaşayır.
Migel Valente
Migel Valente (16 iyul 1993) — Braziliyalı üzgüçü. Migel Valente Braziliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Migel Valente birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:22.57 saniyəlik nəticəsi ilə 31-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Mixael Labenda
Mixael Labenda (pol. Michał Rafał Łabenda; 10 sentyabr 1974, Polşa) — Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2010-2014).
Salvador Alyende
Salvador Alyende (isp. Salvador Allende Gossens; 26 iyun 1908[…], Santyaqo – 11 sentyabr 1973[…], Santyaqo) — 1970–1973-cü illərdə Çilinin sosialist prezidenti. Alyende seçkilər vasitəsilə hakimiyyətə qəlmiş ilk marksist prezident olmuşdur. Hakimiyyətə gəlməkdə əsas məqsədi kimi, Çilidə orta təbəqənin maraqlarına cavab vermək olduğunu bildirən, Alyende xalqın etimadını qazana bilməmiş və 11 sentyabr 1973-cü ildə general Auqusto Pinoçet tərəfindən devrilmişdir. Salvador Alyende çevriliş zamanı Prezident Sarayının alınmasında həlak olmuşdur. Alyende orta təbəqdən olan ailədə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra anadan olduğu Valparasio şəhərində tibb təhsili almağa başlayır. Ali məktəbdə təhsil aldığı illərdə fəal siyasətlə məşğul olmağa başlayır və solçu gənclərin təşkil etdiyi tədbirlərə qatılır. Tədbilər zamanı etdiyi çıxışlar nəticəsində, qısa zamanda üzvü olduğu təşkilatın liderlərindən birinə çevrilir. XX Çili prezidenti Karlos İbanez de Kampoya qarşı nümayişlərdə iştirak etdiyi üçün həbs olunur və təhsil aldığı ali məktəbdən qovulur.
İzabel Alyende
İzabel Alyende Lyona (isp. Isabel Allende Llona; 2 avqust 1942[…], Lima) — Çilili yazıçı. Çilinin Perudakı səfirliyində ikinci katib işləyən atası Tomas Alyende və Fransiska Yona Barrosun evliliyindən doğulan İzabel Alyende 1942-ci ildə Limada anadan olmuşdur. Atası Tomas Alyende 1970–1973-cü illərdə Çili prezident olmuş Salvador Alyendenin əmisi oğlu olmuşdur. 1945-ci ildə valideynləri boşanmış və anası 1946-cı ildən 1953-cü ilə qədər üç uşağı ilə birgə Çili yaşamışdır. 1953-cü ildə anası diplomat Ramon Uidobro Dominqez ilə evlənmiş və atalığının işi ilə əlaqədar olaraq 1958-ci ilə qədər Boliviyada yaşamışdır. Burada o ABŞ məktəbində təhsil almışdır. Ramon Dominqezin Livana səfir göndərilməyindən sonra təhsilini həmin öldəkə özəl məktəbdə davam etdirmişdir. 1959-cu ildə, 17 yaşında ikən Çiliyə dönən İzabel burada 4 il sonra evlənəcəyi birinci əri Miqel Frias ilə tanış olur. 1987-ci ilə qədər davam edən bu evlilikdən, Paula (1963) və Nikolas (1967) adlı övladları dünyaya gəlmişdir.
Valenze gölü
Valenze gölü — İsveçrədə Alp dağlarının şimal-şərq ətəklərində yerləşən göl. Ölkənin ən böyük göllərindən biridir. Gölün su səthi dəniz səviyyəsindən 419 m hündürlükdə yerləşir, səthi 24,1 km², suyunun həcmi 2,49 km³, maksimal dərinliyi isə 150 ​​m.-dir. Valenze İsveçrənin şərqində, Vallenştadt şəhəri yaxınlığında, Sankt-Qallen və Qlarus kantonların ərazisindən qərbdən şərqə doğru axir. Uzunsov bir formaya malikdir. Gölə axan 3 əsas çay Siz, Murgbah və Lintd çaylarıdır. Sonuncu Valenzedən Sürix gölünə qədər davam edir. Gölün şərq ucunda yerləşən Şnitlauhinsel adası Valenzdəki yeganə adadır. Kurfirsten silsiləsi şimal tərəfdə göl səviyyəsindən dəniz səviyyəsinə qədər 419 m hündürlükdən 2306 m yüksəkliyə dik qalxır. Cənubda göl zirvəsi dəniz səviyyəsindən 2441 m yüksəklikdə olan Mürtşenstok massivindən yuxarı qalxır.
Pernettya palenae
Gaultheria mucronata (lat. Gaultheria mucronata) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin gaultheria cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Arbutus mucronata L.f. Brossaea mucronata (L.f.) Kuntze Pernettya mucronata (L.f.) Gaudich. ex Spreng.
Ulənde (Əbyəlil)
Ulənde kəndi (başq. Үләнде) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Taşbulat kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Ulənde kəndinin milli tərkibi: başqırdlar 75 %. Məsafələr: rayon mərkəzindən (Askar): 56 km., kənd sovetliyindən (Taşbulat): 7 km. ən yaxın dəmiryol stansiyasından (Taşbulat stansiyası): 7 km. Совет муниципальных образований Республики Башкортостан.
İzabel Allend
İzabel Alyende Lyona (isp. Isabel Allende Llona; 2 avqust 1942[…], Lima) — Çilili yazıçı. Çilinin Perudakı səfirliyində ikinci katib işləyən atası Tomas Alyende və Fransiska Yona Barrosun evliliyindən doğulan İzabel Alyende 1942-ci ildə Limada anadan olmuşdur. Atası Tomas Alyende 1970–1973-cü illərdə Çili prezident olmuş Salvador Alyendenin əmisi oğlu olmuşdur. 1945-ci ildə valideynləri boşanmış və anası 1946-cı ildən 1953-cü ilə qədər üç uşağı ilə birgə Çili yaşamışdır. 1953-cü ildə anası diplomat Ramon Uidobro Dominqez ilə evlənmiş və atalığının işi ilə əlaqədar olaraq 1958-ci ilə qədər Boliviyada yaşamışdır. Burada o ABŞ məktəbində təhsil almışdır. Ramon Dominqezin Livana səfir göndərilməyindən sonra təhsilini həmin öldəkə özəl məktəbdə davam etdirmişdir. 1959-cu ildə, 17 yaşında ikən Çiliyə dönən İzabel burada 4 il sonra evlənəcəyi birinci əri Miqel Frias ilə tanış olur. 1987-ci ilə qədər davam edən bu evlilikdən, Paula (1963) və Nikolas (1967) adlı övladları dünyaya gəlmişdir.
İzabel Ayende
İzabel Alyende Lyona (isp. Isabel Allende Llona; 2 avqust 1942[…], Lima) — Çilili yazıçı. Çilinin Perudakı səfirliyində ikinci katib işləyən atası Tomas Alyende və Fransiska Yona Barrosun evliliyindən doğulan İzabel Alyende 1942-ci ildə Limada anadan olmuşdur. Atası Tomas Alyende 1970–1973-cü illərdə Çili prezident olmuş Salvador Alyendenin əmisi oğlu olmuşdur. 1945-ci ildə valideynləri boşanmış və anası 1946-cı ildən 1953-cü ilə qədər üç uşağı ilə birgə Çili yaşamışdır. 1953-cü ildə anası diplomat Ramon Uidobro Dominqez ilə evlənmiş və atalığının işi ilə əlaqədar olaraq 1958-ci ilə qədər Boliviyada yaşamışdır. Burada o ABŞ məktəbində təhsil almışdır. Ramon Dominqezin Livana səfir göndərilməyindən sonra təhsilini həmin öldəkə özəl məktəbdə davam etdirmişdir. 1959-cu ildə, 17 yaşında ikən Çiliyə dönən İzabel burada 4 il sonra evlənəcəyi birinci əri Miqel Frias ilə tanış olur. 1987-ci ilə qədər davam edən bu evlilikdən, Paula (1963) və Nikolas (1967) adlı övladları dünyaya gəlmişdir.
Aləmdə qalan səs (film, 2001)
Aləmdə qalan səs sənədli televiziya filmi rejissor Mirsadıq Ağazadə tərəfindən 2001-ci ildə çəkilmişdir. Lider Televiziyasında istehsal edilmişdir. Film XIX əsr Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaniyə həsr olunmuşdur. == Məzmun == Film XIX əsr Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaniyə həsr olunmuşdur.