Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Laperuz (En)
Laperuz (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Laperuz boğazı
Laperuz boğazı (rus. Пролив Лаперуза) və ya Soya boğazı (yap. 宗谷海峡) - Sakit okeanda Saxalin adası və Hokkaydo adalarını ayırır, Yapon dənizi və Oxot dənizilərini birləşdirir. Uzunluğu 94 km, eni isə 43 km təşkil edir. Orta dərinlik 20–40 m-dir. Ən dərin yeri isə 118 m təşkil edir. Qışda boğazın ərazisi donur. Boğazın adına gəldikdə isə fransız səyyahı Jan Fransua de Laperuz 1787-ci ildə boğaz ərazisini üzərək keçir. Yaponiya sahillərində Vakkanay limanı yerləşir. Boğaz ərazisində sərt qayalıqlardan ibarət olan Təhlükəliklər adası mövcuddur.
Leonurus lacerus
Adi damotu (lat. Leonurus cardiaca) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü. Azərbaycanda yabanı halda 2 növü yayılmışdır. Təbabətdə bir növü istifadə olunur. Çoxillik, hündürlüyü 40-150 sm, gövdəsi düz, çox vaxt qırmızımtıl, budaqlı, qısa qıvrım tükcüklü, bitkidir. Gövdə yarpaqları saplaqlı, altdan bozumtul, əsasdan ürəkvari, ortasına kimi və ya daha dərin beş enli, uzunsov, kəsikli-dilimli hissələrə bölünmüşdür. Yuxarıya doğru yarpaqlar tədricən kiçilir, üç yumurtavarı-lansetvari kəsikli-dilimli və ya bütöv hissələrə bölünmüşdür. Çiçəklər xırda, oturaq, xəttvari, tikanlı çiçəkaltlıqlıdır. Kasacıqı qıfvari, 5 6mm uzunda, qısa tükcüklü, üçkünc dişli, ucu tikanlıdır. Tacı çəhrayı, ağ pırpıztüklü, bir az kasacıqdan uzundur.
Jan Fransua de Laperuz
Jan Fransua de Qalo, qraf de La Peruz (ənənəvi yazılışı Laperuz; 23 avqust 1741, Qo, Albi — 1788)- hərbi-dəniz zabiti, məşhur fransız dəniz səyyahı. Dünya səyahətinə çıxdığı bütün heyətlə birlikdə Santa-Kruz adalar qrupuna daxil olan Vanikoro adasında həlak olmuşdur. == Həyatı == Jan Fransua de Laperuz 15 yaşında Brestdə yerləşən Kral hərbi-dəniz Akademiyasına daxil olmuşdur (1756-cı il). Hələ 17 yaşında ikən, təhsilinin bitməsinə qalmış Yeddi illik müharibə və Şimali Amerika sahillərində müxtəlif döyüşlərdə iştirak etmişdir. 18 yaşında marşal de Konflan ilə admiral Houk arasında baş vermiş döyüş zamanı yaralanmış və əsir götürülmüşdür. Nəticədə, 5 il ərzində İl-de-Frans adasında (indiki Mavriki) müxtəlif vəzifələrdə çalışmışdır. "Sena" gəmisinin kapitanı kimi Hindistana 2 dəfə üzmüşdür. O, burada gələcək həyat yoldaşı kreol əsilli Eleonor Bruda ilə tanış olmuşdur. 1777-ci ildə Fransaya qayıdanda Mae qəsrini sultan Maxaraştrın donanmasının hücumundan qoruduğuna görə Müqəddəs Lüdoviq ordeni və leytenant rütbəsi ilə təltif olunmuşdur. Fransanın hərbi-dəniz donanmasının zabiti kimi ABŞ İstiqlaliyyət müharibəsində və ingilislərə qarşı Antil adalarından Labradora qədər ərazidə baş vermiş döyüşlərdə iştirak etmişdir.