Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Daşqalaq
Rəcm və ya daşqalaq (lat. lapidatio) — hələ qədimlərdə yəhudilərə və yunanların icra etdikləri ölüm hökmü növü. Quran ayələri daşqalağın əvvəlki qövmllərdə də olmasını təsdiq edir. Məsələn, "Onlar dedilər: "Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif (gücsüz) görürük. Əgər əşirətin (dinimizə tapınan qəbilən) olmasaydı, səni daşqalaq edərdik. Yoxsa sən bizim üçün əziz (hörmətli) bir adam deyilsən!"", yaxud, (Gəncləri illərlə yatırtdığımız kimi) beləcə də onları bir-birindən hal-əhval tutsunlar deyə, oyatdıq. Onların biri dedi: "(Mağarada) nə qədər qaldınız?" Onlar: "Bir gün və ya bir gündən az!" - deyə cavab verdilər. Onlardan (bəziləri isə) belə dedi: "Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə (Tərsusa və ya Əfsusa) göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə ruzi (yemək alıb) gətirsin.
Sürəyyanın daşqalaq edilməsi (film, 2008)
Sürəyyanın daşqalaq edilməsi (ing. The Stoning of Soraya M.) — 2008-ci ildə çəkilmiş ABŞ filmi. == Məzmun == Film bu sözlərlə başlayır:"Olmayın ikiüzlülük edənlərdən, bir tərəfdə yüksək səslə Quran oxuyarkən, digər tərəfdən əxlaqsızlığını gizlətdiyini zənn edənlərdən" (Hafiz Şirazi, İranlı şaır, 14-cü əsr). Əslində kinonun mövzusu da tam olaraq bundan ibarətdir ki, ikiüzlü mollalar İslam və şəriət adından istifadə edərək min hoqqadan çıxır. Sürəyyanın xalası Zəhra xanım Sürəyyaya siğə təklifi edən Molla Həsənə dediyi sözlərdən:"Heç olmazsa nəcis əllərinlə tutduğun Qurani-Kərimdən xəcalət çək." Mühacirətdə yaşayan iranlı kinematoqrafçıların çəkdiyi "Sürəyyanın daşqalaq edilməsi" filmi kino dünyasında böyük səs-küyə səbəb olmuş ekran əsərlərindəndir. 2008-ci ildə ABŞ-də kinorejissor Sirus Növrəstə tərəfindən çəkilən filmin süjet xətti Fransada yaşayan iranlı yazar Firudin Saəbcamın "Daşqalaq etmə" əsərindən götürülüb. Müəllif əsərdə bəhs olunan hadisələrin təxminən 30 il bundan öncə baş verdiyini, daha sonralar isə bunu qələmə aldığını deyir. Həmçinin bu film "Oscar" ilə mükafatlandırılıb. Film bu gün dünyada, o cümlədən müsəlman aləmində aktual olan dini fanatizm və radikalizmi ifşa edir. Filmin süjet xəttinə görə, İranda səfərdə olan qismən əcnəbi jurnalistin avtomobili xarab olur və o, yaxın kəndlərdən birində qalır.
Ağqala
Ağqala (Göyçə)
Ağqala (Göyçə)
Ağqala — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim rəng bildirən «ağ» sözü ilə «qala» sözünün birləşməsindən əmələ gəlmişdir. Kənd adını kəndin ərazisindəki albanlara məxsus ağ rəngli qaladan götürmüşdür. Mürəkkəb quruluşlu toponimdir. Ermənistanın prezidentinin 19.IV.1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Berdkunk (Qala yeri) qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 39 nəfər, 1873 - cü ildə 192, 1886-cı ildə 253 nəfər, 1897-ci ildə 331, 1904 - cü ildə 424, 1914 - cü ildə 507, 1916-cı ildə 520 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar, ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. Azərbaycanlılar kənddən qovulandan sonra buraya Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.
Ağqala (Nəmin)
Ağqala - İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 33 km şimalda, Germi-Ərdəbil avtomobil yolunun 2 kilometrliyindədir.
Ağqala (Savə)
Ağqala — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsində, Bəyat kəndistanında, Növbəran qəsəbəsindən 15 km şimal-qərbdədir.
Ağqala (Səreyn)
Ağqala (fars. اق قلعه‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 286 nəfər yaşayır (65 ailə).
Ağqala (Təkab)
Ağqala (fars. اق قلعه‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 264 nəfər yaşayır (46 ailə).
Ağqala (Ərdəbil)
Ağqala (fars. ‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin İrədmusa kəndistanında, Ərdəbil şəhərindən şimaldadır. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 119 nəfər yaşayır (22 ailə).
Ağqala şəhristanı
Ağqala şəhristanı — İranın Gülüstan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ağqala şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 109,440 nəfər və 22,804 ailədən ibarət idi.
Ağqala (Gülüstan ostanı)
Ağqala - İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Ağqala şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,402 nəfər və 5,811 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti türkmənlərdən ibarətdir və türkmən dilində danışırlar.
Ağqabaq-i Süfla (Pərsabad)
Ağqabaq-i Süfla (fars. اق قباق سفلي‎) və ya Aşağı Ağqabaq — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 872 nəfər yaşayır (159 ailə).
Ağqabaq-i Vusta (Pərsabad)
Ağqabaq-i Vusta (fars. اق قباق وسطي‎) və ya Orta Ağqabaq — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 123 nəfər yaşayır (26 ailə).
Ağqabaq-i Ülya (Pərsabad)
Ağqabaq-i Ülya (fars. اق قباق عليا‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 196 nəfər yaşayır (36 ailə).