Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lay
Lay (təbəqə)
Atmosfer təzyiqi
Atmosfer təzyiqi - atmosferin Yer səthinə və cisimlərə etdiyi təzyiqdir. Hər bir noqtədə Atmosfer təzyiqi o noqtədən atmosferin üst sərhədinə qədər olan hava sutununun ağırlığı ilə muəyyən olunur. Okean səviyyəsində, 450 en dairəsində, 00 C temperaturda yer səthinin 1sm2 sahəsinə atmosfer sütunu 1033,2 qr. ağırlıqla təzyiq göstərir ki , bu da 760mm hündürlüyündə olan civə sütununun həmin səthə göstərdiyi təzyiqlə eynidir. Buna görə də şərti olaraq civə sütununun 760mm-ə bərabər təzyiqi NORMAL ATMOSFER TƏZYİQİ kimi qəbul edilmişdir. Normal atmosfer təzyiqi 760 mm hundurluyundə civə sutununun ağırlığına bərabərdir. Atmosfer təzyiqini olçmək ucun təzyiq vahidi olaraq bar qəbul edilmişdir. Atmosfer təzyiqi barometrlə ölçülür.2 cür barometr olur:civəli və metal barometr. Havada toz hissəcikləri və havanın öz çəkisi atmosfer təzyiqini əmələ gətirir. Demək olar ki, hava yer səthində bütün cisimlərə və canlılara təsir göstərir.
Laplas təzyiqi
Laplas təzyiqi — maye səthinin əyriliyindən asılı olan əlavə təzyiqdir, P. Laplas müəyyən etmişdir ki, maye səthinin qabarıq və ya çökük olmasından asılı olaraq səthi gərilmə qüvvəsi hesabına əlavə təzyiq əmələ gəlir; bu təzyiq hər iki halda əyrinin içəri tərəfinə yönəldiyindən qabarıq səthdə daxili təzyiqə əlavə olunur (şəkil 1), çökük səthdə isə ondan çıxılır (şəkil 2). Ona görədə əyri səth altındakı təzyiq P i = p i + δ p {\displaystyle P_{i}=p_{i}+\delta p} burada Pi-daxili təzyiq, pi-molekulyar təzyiq, δ p {\displaystyle \delta p} -Laplas təzyiqidir. Laplas təzyiqi: δ p = σ ( 1 R 1 + 1 R 2 ) {\displaystyle \delta p=\sigma ({\frac {1}{R_{1}}}+{\frac {1}{R_{2}}})} -burada R1 və R2-maye səthinin əyrilik radiusu σ {\displaystyle \sigma } -səthi gərilmə əmsalıdır. Üfiqi vəziyyətdə qoyulmuş silindirin içində olan maye üçün R 1 = ∞ {\displaystyle R_{1}=\infty } və R 2 = R {\displaystyle R_{2}=R} olduğundan Laplas təzyiqi: δ p = σ R {\displaystyle \delta p={\frac {\sigma }{R}}} -olar. Kürə şəklində olan maye üçün R 1 = R 2 = R {\displaystyle R_{1}=R_{2}=R} olduğuna görə δ p = 2 σ R {\displaystyle \delta p={\frac {2\sigma }{R}}} Daxili təzyiq isə P i = p i + σ ( 1 R 1 + 1 R 2 ) {\displaystyle P_{i}=p_{i}+\sigma ({\frac {1}{R_{1}}}+{\frac {1}{R_{2}}})} olur.
Osmos təzyiqi
Osmos təzyiqi — Vant-Hoff (1887) qanunu ilə xarakterizə olunur. == Diffuziya == Həll olan maddə hissəciklərinin təmiz həllediciyə və əksinə, su molekullarının məhlula keçməsi hadisəsi diffuziya adlanır. Aralarında diffuziya hadisəsi müşahidə edilən müxtəlif qatılığa malik iki məhlul və ya məhlul ilə saf həlledici arasında su molekullarını özündən buraxan, lakin həll olan maddə molekullarını buraxmayan yarımsızdırıcı arakəsmə qoyularsa (yarımsızdırıcı arakəsmə üzvi və qeyri-üzvi mənşəli ola bilər) bir tərəfli diffuziya baş verər. Yəni, yalnız su molekulları məhlula keçə bilir. İlk dəfə 1748-ci ildə müşahidə edilən bu proses osmos adlandırılmışdı. == Osmos prosesinin təcrübi izahı == Arakəsmə ilə iki yerə bölünmüş qabın bir hissəsinə məhlul, o biri hissəsinə su tökülür. Təcrübənin əvvəlində hər iki mayenin səviyyəsi eyni olur.Osmos prosesinə əsasən su molekullarının arakəsmədən məhlula keçməsi nəticəsində müəyyən müddətdən sonra məhlulun səviyyəsi müəyyən dərəcədə qalxır; suyun səviyyəsi isə müvafiq surətdə aşağı düşür. Su molekullarının arakəsmədən məhlula keçməsi nəticəsində yaranan təzyiq, osmos təzyiqi adlanır. Suyun məhlula keçməsi və bunun nəticəsində məhlulun səviyyəsinin artması müəyyən həddə qədər, yəni məhlul sütununun hidrostatik təzyiqinin osmos təzyiqi ilə bərabərləşməsinə qədər davam edə bilər. Osmos təzyiqi məhlulun qatılığıartdıqca artır.
Qan təzyiqi
Qan təzyiqi — qanın damarda hərəkət sürətidir. == Ölçülməsi == Təbabətdə qan təzyiqinin ölçülməsinin iki üsulu mövcuddur. Klassik Riva-Roççi manjet üsulu; İnvaziv qanlı Korotkov üsulu == Normal təzyiq == Sistola: 120 mm civə sütunu Diastola: 80 mm civə sütunuKeçmiş SSRİ-də 17 yaşdan 79 yaşa qədər normal təzyiq 105–63 sayılırdı. Hal-hazırda normal təzyiq 120–80 mm c. s. sayılır. Əgər insanda təzyiq 120–60 mm c. s. olarsa, bu normal hesab edilir. İnsan özünü bu təzyiqdə narahat hiss edirsə, çay və ya qəhvə içə bilər.
Aylar Lay
Aylar Lay (12 fevral 1984, Tehran) — Norveç manekeni və keçmiş pornoaktrisası. Hal-hazırda o musiqi sənayesində aktirsa və müğənni kimi fəaliyyət göstərir, İsveç diceyi Basshunterin bir neçə klipində iştirak edib. Ailəsində baş verən problemlər səbəbindən o öz ailəsindən alınaraq ögey ailədə böyüdülüb. == Həyatı == Aylar İranın paytaxtı Tehran şəhərində. ailəsində anadan olub. Lakin sonradan ailəsi Norveçə köçüb. Burada bir müddət sonra o öz ailəsindən alınaraq norveçli ailənin tərbiyəsinə verilib. Öz müsahibələrində Aylar həmişə özünün norveçli olduğunu qətiyyətlə vurğulayıb. Məktəbi bitirdikdən sonra Aylar porno filmlərdə çəkilməyə başlayıb. Diana səhnə ləqəbi altında bir neçə porno filmdə çəkildikdən sonra model fəaliyyətinə başlamaq qərarına gəlir.
Lay-duce
Lay-duce, İnc. (レイ・デュース, Rei De~yūsu) 2013-cü ilin avqust ayında qurulmuş Yaponiya animasiya studiyası. == İşləri == === Anime serialları === Go! Go!
Lay (Fransa)
Lay (fr. Laye, oks. L'Aja) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05072. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 231 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 163 nəfər (15-64 yaş) arasında 112 nəfər iqtisadi fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,7%, 1999-cu ildə 77.3%). Aktiv olan 112 nəfərdən 107 nəfər (59 kişi və 48 qadın) işləyir, 5 nəfər işsizdir (2 kişi və 3 qadın).
Lay (Nir)
Lay (fars. لاي‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 178 nəfər yaşayır (42 ailə).
Lay (təbəqə)
Lay (rus. пласт, ing. stratum) — stra­tiqrafiyada sərbəst işlənən ter­min litoloji cəhətdən əsasən bir­cins­li, yayılma sahəsinə görə az qa­lın­lıqlı, altda və üstdə yatan çökün­tülərdən kəskin ayrılan süxur küt­ləsi. Linza, paz, örtük (lava axını) və s. formalarda olur.
Lay düzənliyi
Lay düzənliyi - (rus. пластовая равнина, ing. plain built of horizontal strata) platforma örtüyün laylarından təş­kil olunmuş, demək olar ki, üfqi yatımlı və ya zəif meylli platforma plitələri düzənliyi. L.d. daxilində akkumulyativ ovalıq və laylı de­nudasion yüksəklik ayrılır.
Sulu lay
Suyadavamlı layın üzərində yerləşən və yeraltı suları olan sukeçirən süxur qatıdır.
Normal atmosfer təzyiqi
Normal atmosfer təzyiqi – dəniz səviyyəsində 0°S temperaturda atmosfer təzyiqi. Normal təzyiq orta hesabla 760 mm hundurlukdə olan civə sutununun təzyiqinə deyilir. Hava yer səthinin hər bir 1 sm2-nə 1 kq (1033 q) təzyiq edir. Normal atmosfer təzyiqi 45 dərəcə paraleldə, okean səviyyəsində, 0 dərəcə temperaturda 760 mm c.s.-na bərabərdir. Atmosfer təzyiqi 760 mm c.s.-dan çox olarsa yüksək təzyiq, az olarsa alçaq təzyiq hesab olunur. Coğrafi enliklər üzrə Günəşin istiliyi qeyri-bərabər paylanmışdır. Bu da Yer səthində müxtəlif təzyiq sahələrinin yaranmasına səbəb olur. Ekvatorial enliklərdə hava qızaraq yüngülləşir və troposferin yuxarı qatlarına qalxır. Havanın qalxan hərəkəti atmosfer təzyiqinin ekvatorda aşağı düşməsinə səbəb olur. Troposferin yuxarı qatlarından tropik enliklərə (30 dərəcə şimal və cənub enliyi) hərəkət edən hava axınları soyuyaraq Yer səthinə enir və yüksək təzyiq sahəsi yaradır.
Aylar Diyanati Lay
Aylar Lay (12 fevral 1984, Tehran) — Norveç manekeni və keçmiş pornoaktrisası. Hal-hazırda o musiqi sənayesində aktirsa və müğənni kimi fəaliyyət göstərir, İsveç diceyi Basshunterin bir neçə klipində iştirak edib. Ailəsində baş verən problemlər səbəbindən o öz ailəsindən alınaraq ögey ailədə böyüdülüb. == Həyatı == Aylar İranın paytaxtı Tehran şəhərində. ailəsində anadan olub. Lakin sonradan ailəsi Norveçə köçüb. Burada bir müddət sonra o öz ailəsindən alınaraq norveçli ailənin tərbiyəsinə verilib. Öz müsahibələrində Aylar həmişə özünün norveçli olduğunu qətiyyətlə vurğulayıb. Məktəbi bitirdikdən sonra Aylar porno filmlərdə çəkilməyə başlayıb. Diana səhnə ləqəbi altında bir neçə porno filmdə çəkildikdən sonra model fəaliyyətinə başlamaq qərarına gəlir.
As I Lay Dying
As I Lay Dying — 2000-ci ildə San-Dieqoda (Kaliforniya) Tim Lambezis tərəfindən yaradılan ABŞ metal musiqi qrupu. == Haqqında == Tim Lambezis əvvəllər zərb alətlərində ifa etmək istəyib, lakin bunu yaxşı bacarmadığına görə sonra qrupun vokalisti olub. Qrup mahnı sözlərini və qrupun adını məşhur yazıçı Uilyam Folknerin 1930-cu ildə yazdığı "As I Lay Dying" adlı romanından götürüb. Qrupun ilk debüt albomu 2001-ci ildə Pluto Records şirkəti ilə birgə "Beneath the Encasing of Ashes" adlı albomu olmuşdur. 2003-cü ildə qrup Metal Blade Records albom şirkəti ilə müqavilə imzalayaraq ikinci "Frail Words Collapse" adlı albomlarını çıxardaraq, metalcore üslubun da ən məşhur qruplardan biri oldu. Çünki bu albomdan sonra MTV kanalında albomun "94 Hours" və "Forever" mahnıları kanal da ən çox reytinq toplayan mahnılardan biri oldu. Bu da qrupun tanınması üçün çox əlverişli oldu. Daha sonra qrup Killswitch Engage, In Flames, Shadows Fall, Lamb of God, Hatebreed, Everytime I Die, The Black Dahlia Murder, Scarlet, Chimaira, Soilwork, Papa Roach, Soul Embrace, Bleeding Through, Sworn Enemy, Danzig, 3 Inches Of Blood, Haste, Zao, Six Feet Under və The Agony Scene kimi qruplarla eyni səhnələr də yer alaraq konsertlər də çıxış etdi. Bundan əlavə qrup Metal Blade Records albom şirkəti ilə birlik də 2005-ci ildə "Shadows Are Security", 2007-cı ildə "An Ocean Between Us",2010-cu ildə "The Powerless Rise" və 2012-ci ildə "Awakened" albomlarını buraxmışdır. 2013-ci ilin mayında qrupun vokalisti Tim Lambesis keçmiş arvadını öldürtmək üçün gizli qatil tutmasından həbs edilərək istintaqa cəlb edilmişdir.
Təzyiq
Təzyiq ( p ) {\displaystyle (p)} — kəmiyyətcə F {\displaystyle ~F} qüvvəsinə malik ümumi mühitin S {\displaystyle ~S} sahəsinə perpendikulyar təsir edən fiziki ölçü. Perpendikulyar təsir səthin vəziyyətindən asılı deyil. İstənilən halda F n {\displaystyle F_{n}} rastlaşdığı səthə təsir edir: p = d F n d S . {\displaystyle p={\frac {dF_{n}}{dS}}.} .Səthə orta təzyiq qüvvənin səthə nisbəti deməkdir: p c p = F n S . {\displaystyle {p_{\rm {cp}}}={\frac {F_{n}}{S}}.} Təzyiq fiziki ölçüdür. BS-də paskalla ölçülür. Bundan başqa təzyiqin aşağıdakı ölçü vahidləri mövcuddur. 1 Psi=6894,76 Pa 1 Bar=105 Pa 1 fiziki atmosfer=101330 Pa 1 Texniki atmosfer=98100Pa Təzyiqi ölçən cihaz manometrdir. == Ədəbiyyat == E.R. Cohen et al, "Quantities, Units and Symbols in Physical Chemistry", IUPAC Green Book, 3rd Edition, 2nd Printing, IUPAC & RSC Publishing, Cambridge (2008). — p.
Hay Day
Hay Day — Supercell şirkəti tərəfindən istehsal olunmuş pulsuz mobil ferma oyunu. iOS platforması üçün 21 iyun 2012-ci ildə, Android platforması üçün 20 noyabr 2013-cü ildə buraxılmışdır. 2013-cü ilin məlumatına görə Supercell şirkəti Hay Day və Clash of Clans oyunlarından ayda 30 milyon $ qazanmışdır. 2013-cü ildə Hay Day ən çox gəlir əldə 4-cü oyun olmuşdur. == Məzmun və geympley == Oyunçunun əmisi artıq fermanın qayğısına qala bilmir və buna görə də fermanı oyunçunun əllərinə əmanət edir. Oyun müqəvvanın müşayiəti ilə oyunçunun buğda biçməyi öyrənməsi ilə başlayır. Oyunçu fermasında yetişdirdiyi məhsulları sataraq qızıl pullar qazana bilər. Qızıl pullardan istifadə edərək istehsal tikililəri və dekorativ əşyalar ala bilər. Həmçinin əldə etdiyi təcrübə xalları (XP) sayəsində səviyyə keçə bilər. Oyunçular öz aralarında "məhəllələr" yaradaraq bir-birilərinə kömək edə bilərlər.
Hay Layn
Hay Layn (ing. The High Line — "hündür xətt") — Midatun və Aşağı Manhettenin Mitpekinq və Çelsi rayonlarında yer səthindən 10 metr yüksəklikdə yerləşən yerüstü park. Bura keçmiş yerüstü dəmir yolu yerində salınıb. Ümumi uzunluğu 2,33 km-dır. == Təsviri == Park Qansvort Stritdən 34-cü küçəyə qədər uzanır. 34-cü küçədəki girişdə əlil arabaları üçün giriş nəzərdə tutulub. Park qışda hər gün səhər saat 7-dən axşam saat 19-a qədər, yazda və payızda axşam saat 22-yə qədər, yayda (ancaq günəşin batmasına qədər açıq olan 11-ci prospektin qərbindəki xiyaban istisna olmaqla) isə axşam saat 23-ə qədər açıq qalır. Parkda on bir giriş var, bunlardan beşi əlillər üçün əlçatandır. Girişlər pilləkənlərin yaxınlığında xüsusi əlil arabaları liftləri ilə təchiz olunmuşdur, onlar Gansvort, 14-cü, 16-cı, 23-cü və 30-cu küçələrdə yerləşirlər. Küçə səviyyəsində giriş 34-cü küçədə yerləşir, hansı ki 30-cu küçə və 11-ci prospektdən 11-ci prospektin qərbindəki 34-cü küçəyə qədər uzanan Aralıq xiyabanından keçır.
Say Yay!
Say Yay! (azərb. Ura de!‎) — İspaniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Barei "Say Yay!" mahnısı ilə İspaniyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü və eyni zamanda Ruben Viyanueva və Viktor Pua Vivo tərəfindən bəstələnmişdir.
Xay-alay
Xay-alay — üç tərəfi divarla örtülü bir sahədə kauçukdan hazırlanmış sərt bir topu divara vurma və tutmağa əsaslanan oyun. İspaniyada Pelota Vasca adlanır. Bask (Basklar İspaniyanın şimalı və Fransanın cənub qərbindəki bölgədə yaşayan bir xalqdır) mənşəli olan oyun 1900-cü ildə Kubada oynanmağa başladıqdan sonra Qərb Yarımkürəsində xay-alay olaraq adlandırılmışdır. Ənənəvi olaraq ən yaxşı xay-alay oyunçuları Bask Ölkəsindən çıxmışdır. Hal-hazırda İspaniya, Fransa, Kuba, Meksika və Filippinin bəzi bölgələrində geniş şəkildə oynanmaqdadır.
Hidrostatik təzyiq
Hidrostatik təzyiq - sükunətdəki mayenin olduğu qabın dibinə və divarlarına göstərdiyi təzyiqə deyilir. Hidrostatik təzyiq mayenin sıxlığı və maye sütununun hündürlüyü ilə düz mütənasibdir, p ilə işarə olunur. p=ρgh, burada ρ - mayenin sıxlığı, g -qravitasiya sahəsinin intensivliyi, h - maye sütununun hündürlüyüdür. Qabın divarına mayenin göstərdiyi təzyiqdə həmin düsturla hesablanır. Lakin divarın hər yerində təzyiq eyni olmayıb, dərinliyin artması ilə artır. == Mənbə == M.Murquzov və b. Fizika. VII sinif üçün dərslik.
Maqnetik təzyiq
Maqnetik təzyiq — bir maqnit sahəsi ilə əlaqəli enerji sıxlığıdır. Hər hansı bir maqnit sahəsi sahədəki sərhəd şəraiti ilə əlaqəli bir maqnit təzyiqinə malikdir. Bu qaz molekullarının kinetik enerjisi ilə (bir qaz halında) eyni olmayıb, bir maqnit sahəsi ilə daşımaq istisna olmaqla, hər hansı digər fiziki təzyiq ilə eynidir. Qüvvə sahəsindəki qradient, maqnit qüvvəsi adlanan maqnit təzyiq qradienti səbəbindən bir qüvvəyə səbəb olur. Maqnetik təzyiq qüvvəsi dayaqsız bir naqilin ilməsində asanlıqla müşahidə olunur. Əgər elektrik cərəyanı ilmədən keçirsə, naqil elektromaqnit kimi xidmət edir, beləliklə, ilmənin daxilindəki maqnit sahəsi ilmənin xarici maqnit sahəsinin gücündən daha böyükdür. Sahənin gücündəki bu qradient təzyiqin maqnit qüvvəsini yaradır, bu da birbaşa naqilin uzanmasına səbəb olur. Teldən kifayət qədər cərəyan keçərsə, naqilin ilməsi dairə formasında olur. Daha yüksək cərəyanlarda, maqnetik təzyiq naqilin elastiklik qabiliyyətini aşan bir zərbəyə səbəb ola bilər ki, bu da onun məhvinə və ya partlayışa gətirib çıxarır. Beləliklə, maqnetik təzyiqin idarə edilməsi, ultragüclü elektromaqnitlərin dizaynında ciddi problemdir.
Osmotik təzyiq
Osmotik təzyiq — termodinamik parametr; məhlulun saf həlledici ilə təmasda olduğu zaman həllolan maddə və həlledici maye molekullarının qarşılıqlı diffuziyası nəticəsində qatılığının azalmasına meylini xarakterizə edir. Məhlulla saf həlledici arasında membran qoyduqda yalnız birtərəfli diffuziya (membran həlledicinin məhlula osmotik sorulması) mümkündür. Sorulma nəticəsində məhlulun səviyyəsi yüksəlir və bu yüksəlmə qalxan maye sütununun hidrostatik təzyiqi həllolan maddənin osmotik təzyiqinə bərabərləşənədək(osmotik tarazılıq yarananadək) davam edir və məhlul tərəfdən əlavə osmotik təzyiq yaranır. Bu təzyiq birbaşa ölçülür. həllolan maddənin təsiri nəticəsində həlledici mayenin kimyəvi potensialı azalır. Termodinamik baxımdan bu, osmotik təzyiqin kimyəvi potensialını bərabərləşdirmək və sərbəst enerjinin daha aşağı səviyyələrinə keçmək meyli maddənin osmotik köçürülməsinə səbəb olur. İdeal və son dərəcə duru məhlulda osmotik təzyiq həlledici və həllolan maddələrin təbiətindən asılı deyil. Sabit temperaturda o yalnız kinetik elementlərin (məhlulun vahid həcmindəki ionların, molekulların, kolloid hissəciklərinin) sayı ilə təyin olunur. == Osmos == Osmos — məhlulu saf həlledicidən, yaxud müxtəlif qatılıqda 2 məhlulu bir-birindən ayıran arakəsmədən maddələrin birinin diffuziyası. == Mənbə == A. Məhərrəmov, M. Allahverdiyev və b.
Təzyiq (fizika)
Təzyiq ( p ) {\displaystyle (p)} — kəmiyyətcə F {\displaystyle ~F} qüvvəsinə malik ümumi mühitin S {\displaystyle ~S} sahəsinə perpendikulyar təsir edən fiziki ölçü. Perpendikulyar təsir səthin vəziyyətindən asılı deyil. İstənilən halda F n {\displaystyle F_{n}} rastlaşdığı səthə təsir edir: p = d F n d S . {\displaystyle p={\frac {dF_{n}}{dS}}.} .Səthə orta təzyiq qüvvənin səthə nisbəti deməkdir: p c p = F n S . {\displaystyle {p_{\rm {cp}}}={\frac {F_{n}}{S}}.} Təzyiq fiziki ölçüdür. BS-də paskalla ölçülür. Bundan başqa təzyiqin aşağıdakı ölçü vahidləri mövcuddur. 1 Psi=6894,76 Pa 1 Bar=105 Pa 1 fiziki atmosfer=101330 Pa 1 Texniki atmosfer=98100Pa Təzyiqi ölçən cihaz manometrdir. == Ədəbiyyat == E.R. Cohen et al, "Quantities, Units and Symbols in Physical Chemistry", IUPAC Green Book, 3rd Edition, 2nd Printing, IUPAC & RSC Publishing, Cambridge (2008). — p.
Say Say Say
Say Say Say — Maykl Cekson və Pol Makkartninin birgə ifa etdiyi mahnı. Elə ifaçı cütlük tərəfindən yazılan mahnının prodüsserliyini Makkartninin 1983-cü ildə çıxardığı Pipes of Peace albomunun da prodüsseri olan George Martin edib. Mahnı cütlüyün Maykl Ceksonun 1982-ci ildə çıxardığı Thriller albomuna daxil olan "The Girl Is Mine" mahnısından sonra ikinci duetidir. 1983-cü ilin oktyabrında mahnı satışa çıxarılandan sonra "Say Say Say" Ceksonun bir ildə top onluğa daxil olmuş yeddinci mahnısı oldu. Mahnı ABŞ-də birinci, Böyük Britaniyada isə ikinci yerə qədər yüksələ bildi. Mahnı həmçinin Norveç, İsveç, Avstriya, Avstraliya, Yeni Zellandiya, Niderland və İsveçrədə də hit paradların zirvələrini fəth etdi. ABŞ-də Recording Industry Association of America tərəfindən pltinium sertifikatı verilən mahnıya klip də çəkilib. Klipin rejissoru Bob Giraldidir.
Metalların təzyiq altında emalı
Metalların təzyiq altında emalı — hissənin verilmiş pəstahdan onun ilkin kütləsini dəyişmədən plastiki deformasiyası yolu ilə alınmasını təsvir edən texnoloji prosesdir. Prosesin gedişi metallarım kristallik quruluşuna əsaslanır. Vahid sahəyə düşən təzyiq metalda deformasiya baş verir. Metallarda kristallar isotrop və ya anisotrop olurlar. Xarici qüvvənin təsiri altında kristallarda sürüşmə müstəvisi üzrə sürüşmə istiqamətində yerdəyişmələr baş verir. Bu kristalların kub, səthi və ya heksaqonal formalara malik olmasından asılıdır. Deformasiya yerdəyişmə, və ya əkizlərin yaranması kimi baş verir. Yerdəyişmə o zaman baş verir ki, toxunan gərginliyin həddn artıq olması zamanı yaranır. Heksaqonal quruluşlu metallarda tor deformasiya olunaraq başqa vəziyyət alır, əkizlər yaranır. İsti halda deformasiya zamanı rekristalizasiya baş verir.
Təyziq
Təzyiq ( p ) {\displaystyle (p)} — kəmiyyətcə F {\displaystyle ~F} qüvvəsinə malik ümumi mühitin S {\displaystyle ~S} sahəsinə perpendikulyar təsir edən fiziki ölçü. Perpendikulyar təsir səthin vəziyyətindən asılı deyil. İstənilən halda F n {\displaystyle F_{n}} rastlaşdığı səthə təsir edir: p = d F n d S . {\displaystyle p={\frac {dF_{n}}{dS}}.} .Səthə orta təzyiq qüvvənin səthə nisbəti deməkdir: p c p = F n S . {\displaystyle {p_{\rm {cp}}}={\frac {F_{n}}{S}}.} Təzyiq fiziki ölçüdür. BS-də paskalla ölçülür. Bundan başqa təzyiqin aşağıdakı ölçü vahidləri mövcuddur. 1 Psi=6894,76 Pa 1 Bar=105 Pa 1 fiziki atmosfer=101330 Pa 1 Texniki atmosfer=98100Pa Təzyiqi ölçən cihaz manometrdir. == Ədəbiyyat == E.R. Cohen et al, "Quantities, Units and Symbols in Physical Chemistry", IUPAC Green Book, 3rd Edition, 2nd Printing, IUPAC & RSC Publishing, Cambridge (2008). — p.
Kosmosun tədqiqi
Kosmosun tədqiqi kosmosu tədqiq etmək üçün astronomiya və kosmik texnologiyanın istifadəsidir. Kosmosun tədqiqi əsasən teleskoplarla astronomlar tərəfindən həyata keçirildiyi halda, onun fiziki tədqiqi həm ekipajsız robot kosmos zondları, həm də insanların kosmosa uçuşu ilə aparılır. Kosmosun tədqiqi, onun klassik forması astronomiya kimi, kosmos elminin əsas mənbələrindən biridir. Astronomiya kimi tanınan kosmosda obyektlərin müşahidəsi qədim vaxtlardan olsa da, yalnız XX əsrin ortalarında kosmosun fiziki tədqiqində raket texnologiyaların inkişafı nəticəsində yüksək nailiyyətlər əldə etmək mümkün olmuşdur. Dünyanın ilk genişmiqyaslı eksperimental raket proqramı 1920-ci illərin sonlarında Fritz von Opel və Maks Valierin rəhbərliyi altında Opel-RAK idi və bu, ilk ekipajlı raket təyyarələrinin yaradılmasına yol açdı. Bu proqram Nasist dövründə V2 proqramı və 1950-ci ildən etibarən ABŞ və Sovet kosmik proqramlarının inkişafına yol açdı. Opel-RAK proqramı və yerüstü və hava nəqliyyat vasitələrinin möhtəşəm ictimai nümayişləri böyük izdiham yaratmış, dünya ictimaiyyətinin həyəcanına səbəb olmuş və Verner von Braun kimi kosmik uçuşun sonrakı yaradıcıllarına böyük və davamlı təsir göstərmişdi. Kosmosun tədqiqi üçün ümumi əsaslar arasında elmi tədqiqatların inkişafı, milli nüfuz, müxtəlif millətləri birləşdirmək, bəşəriyyətin gələcəkdə sağ qalmasını təmin etmək, digər ölkələrə qarşı hərbi və strateji üstünlüklər yaratmaq daxildir. Kosmosun tədqiqinin ilk dövrü Sovet İttifaqı və ABŞ arasında "Kosmik Yarışı" ilə əlaqədar idi. 4 oktyabr 1957-ci ildə Sovet İttifaqının Sputnik 1-in Yer orbitinə ilk insan yaratdığı obyektin çıxarılması və 20 iyul 1969-cu ildə Amerikanın Apollon 11 missiyası tərəfindən Aya ilk enişi çox vaxt bu ilkin dövr üçün əlamətdar məqamlar kimi qəbul edilir.
Hərf tezliyi
Hərf tezliyi — müəyyən bir dilin əlifbasındakı hərflərin yazılı dildə orta hesabla hansı tezliklə işləndiyini göstərir. Hərf tezliyi analizinin tarixi ərəb riyaziyyatçısı Əl-Kindiyə (801–873) qədər gedib çıxır. Hərf tezliyi dilçilər tərəfindən mətnin dilinin təyin olunmasında istifadə olunur.