1. is. Üfüqi vəziyyətdə bir-birinin üstündə yerləşən cismin sıralarından hər biri; qat. Torpaq layı. Gil layı. Qumlu laylar.
// Qatqat görünən, sıx, qalın (bulud, tüstü, duman və s. haqqında). Toz layları. Duman layları.
2. sif. Bütöv, calaqsız, səlt, tam. Lay divar. Lay dəmir.
3. “Kimi”, “təki” qoşmalarından əvvəl sif. mənasında – boy-buxunlu, gövdəli, hündür, şaqqalı.
4. Saylardan sonra “cərgə”, “sıra” mənasında işlədilir. İki lay ağac suladıq.
◊ Lay bağlamaq – bir-birinin üstünə yığılmaq, üst-üstə gəlmək.