Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Apex Legends
Apex Legends (azərb. Zirvə əfsanələri‎; qısaca Legends, azərb. Əfsanələr‎) — "Respawn Entertainment" tərəfindən hazırlanan və "Electronic Arts" tərəfindən nəşr olunan free-to-play kral döyüşü videooyunu. "Titanfall" oyun seriyasındakı 1-ci spin-off epizoddur (bütövlükdə 4). Oyun 4 fevral 2019-cu ildə Microsoft Windows, PlayStation 4 və Xbox One platformaları üçün buraxılmışdır. Oyun buraxılmazdan əvvəl haqqında heç bir açıqlama verilməmişdi və marketinq kampaniyası aparılmamışdı. "Apex Legends" videooyununun geympleyi "Respawn Entertainment" studiyasının əvvəlki oyunları, digər kral döyüşü oyunları, sinif-əsaslı atıcılar və inkişaf edən süjetlərə malik videooyunlar kimi müxtəlif videooyunların geympley elementlərini bir araya gətirir. Oyunda təqribən 60 oyunçu 3 nəfərlik dəstələrə bölünərək böyük bir adaya düşürlər və bir-birlərinə qarşı vuruşurlar. Hər raundda maksimum 20 dəstə olur ki, bu dəstələrin bir üzvü onların haraya düşəcəklərini müəyyənləşdirir. Daha sonra bu dəstələr digər dəstələrlə vuruşmaq üçün adada silahlar və ehtiyatlar axtarırlar.
Spartacus Legends
Spartacus Legends (azərb. Spartak əfsanələri‎) — "Kung Fu Factory" tərəfindən "Spartak" teleserialı əsasında hazırlanan və "Ubisoft" tərəfindən nəşr olunan free-to-play faytinq videooyunu. Videooyun 26 iyun 2013-cü il tarixində "PlayStation Network" və "Xbox Live" platformaları üçün buraxılmışdır. "Spartacus Legends" 22 dekabr 2015-ci il tarixində ləğv edilmişdir. "Spartacus Legends" bütün platformalarda "qarışıq" və "mənfi" rəylər almışdır. Rəy toplayıcısı "Metacritic"ə əsasən videooyun PlayStation 3 platformasında 6 rəy əsasında 100 baldan 50 bal, Xbox 360 platformasında 8 rəy əsasında 100 baldan 45 bal almışdır. "Game Revolution" mütəxəssisi Nikolas Ten videooyunun təqdim etdiyi məzmunun çoxluğunu tərifləmiş, ancaq onun çətinlik səviyyəsini, o cümlədən qrafik problemlərini tənqid etmiş və oyuna 5 ulduzdan 3 ulduz vermişdir.
Asphalt 9: Legends
Asphalt 9: Legends — 2018-ci ilin ən reytinqli yarış oyunu. Hazırlayanlar Gameloft Barcelona və nəşr edənlər Gameloft şirkətidir. Oyun yarış janrında və Asphalt siyasındadır. == Oyun == Oyun daha çox Asphalt 8: Airborne-a bənzəyir. Oyun öncəki seriallarda olduqu kimi 5 sinifə bölünür: D, C, B, A və S. Toplaya biləcəyiniz 48 avtomobil vardır. Avtomobillərin kilidini açmaq və yüksəltmək üçün "Blueprint" lazımdır. Oyunun daha əyləncəli və maraqlı olması üçün avtomobil redaktoru vardır. Həmçinin oyuncu topluluğu yarada bilər və zəfərlər qazana biləcəyiniz klublarda vardır. Oyuna Asphalt 6: Adrenaline və Asphalt 7: Heat-da olan effekt "Nitro Shockwave"-də əlavə olunmuşdur, amma bu effekt Asphalt 8: Airbone-də əlavə olunmamışdı. Oyunçu Nitro düyməsinə iki dəfə toxunduqda bənövşəyi bir alov görüləcək.
League of Legends
League of Legends (azərb. Əfsanələr liqası‎), qısaca LoL və ya bəzən sadəcə League – 2009-cu ildə Riot Games tərəfindən buraxılmış çoxnəfərli onlayn döyüş arenası videooyunu. 2009-cu ilin oktyabrında buraxılmasından bəri oyunu oynamaq pulsuzdur və oyundaxili alış-verişlər mümkündür. Oyun Microsoft Windows və macOS platformaları üçün əlçatandır. Beş nəfərdən ibarət iki komandanın qarşı-qarşıya gəldiyi oyunda hər komanda xəritənin özünə aid yarısını müdafiə etməyə çalışır. Hər oyunçu "çempion" olaraq adlandırılan, özünəməxsus bacarıq və oyun stilinə malik olan personajı idarə edir. Oyunun gedişində çempionlar təcrübə xalları toplayaraq, qızıl qazanaraq və əşyalar alaraq daha da güclənirlər. Oyunun əsas modu olan "Çağırışçı vadisi" modunda əsas məqsəd qarşı komandanın bazasına çatmaq və orda yerləşən "Neksus" adlı böyük strukturu məhv etməkdir. League of Legends tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Tənqidçilər oyunun əlçatanlılığını, personaj dizaynlarını və istehsal dəyərini bəyənmişdirlər.
Legends of Runeterra
Legends of Runeterra (azərb. Runterra əfsanələri‎) və ya qısaca LoR – 2020-ci ilin aprelində Riot Games tərəfindən istehsal olunmuş və buraxılmış rəqəmsal kolleksiya kart oyunu. Riot Games tərəfindən istehsal olunmuş "League of Legends" videooyununun dünyasına əsaslanır. Oyunu oynamaq pulsuzdur, sadəcə kosmetik vasitələr pulludur. Oyun Microsoft Windows, iOS və Android platformaları üçün əlçatandır. Oyunda məqsəd rəqibin canını sıfıra endirməkdir. Kartların müxtəlif növləri var və kartlar oyundakı 10 regiondan birinə və ya bir neçəsinə aiddir. Oyunun döyüş sistemi digər kart oyunlarından fərqlənir. Oyunun bir çox personajı Riot Games tərəfindən istehsal olunmuş "League of Legends" videooyunundan götürülmüşdür. İstehsalçıların qısa hekayələr, komikslər və animasiyalar vasitəsilə genişləndirdiyi Runterra uydurma dünyası oyunun kartları üçün mövzu təşkil edir.
Legends Never Die (League of Legends mahnısı)
Legends Never Die (azərb. Əfsanələr heç vaxt ölmür‎) – Against the Current pop-rok qrupunun ifası ilə buraxılmış League of Legends mahnısı. 24 sentyabr 2017-ci ildə 2017 League of Legends Dünya Çempionatının özəl mahnısı kimi buraxılmışdır. Mahnının sözləri Riot Games Musiqi Komandası, Aleks Siver və Castin Tranter tərəfindən yazılmış, prodüserləri Riot Games Musiqi Komandası, Aleks Siver və Oliver olmuşdurlar. Alan Uolker mahnının remiksini hazırlamışdır. == Musiqili video == 18 oktyabr 2017-ci ildə League of Legends rəsmi YouTube kanalında musiqili videosunu buraxmışdır. == Trek siyahısı == == İstinadlar == == Xarici keçidlər == Legends Never Die (feat.
League of Legends: Wild Rift
League of Legends: Wild Rift – Riot Games tərəfindən Android və iOS platformaları üçün hazırlanmış, çoxoyunçulu onlayn döyüş arenası mobil oyunu. Oyun PC oyunu "League of Legends"in modifikasiya edilmiş mobil versiyasıdır. "League of Legends" oyununda olduğu kimi bu oyunda da oyunçular hər biri unikal bacarıqlara malik personajlarla ("çempion") oynayıb qarşı komandanın Neksusunu məhv etməyə çalışırlar. Hər oyun diskretdir; bütün çempionlar oyun davam etdikcə güclənirlər. == Geympley == "League of Legends: Wild Rift" izometrik baxış bucağından oynanılan çoxoyunçulu onlayn döyüş arenası oyunudur. Oyunun geympleyi PC versiyasına çox yaxın olsa da, mobil versiya olduğu üçün bəzi adaptasiyalara malikdir. "Wild Rift"də xəritənin ölçüsü daha kiçik, yenidən doğulma müddəti daha qısa və qızıl qazancı daha yüksəkdir. Buna görə də oyunlar daha qısa çəkir. Oyunun iki əsas modu var: Wild Rift və ARAM. Wild Rift əsas moddur, bu modda oyunçular istədikləri çempionları seçirlər. ARAM modunda isə bir koridor olur, oyunçular təsadüfi çempionlarla oynayırlar.
League of Legends çempionlarının siyahısı
2009-cu ildə buraxılmış "League of Legends" videooyununda oyunçular tərəfindən oynanıla bilən personajlar çempion adlanır. Hər bir çempionun özünəməxsus dizaynı, bacarıqları və oyun stili var. Oyunçular oyun başlamazdan qabaq çempionlardan birini seçib oynayırlar. Oyuna daim yeni çempionlar əlavə olunur. Hal-hazırda oyunda 167 çempion mövcuddur. Ən son buraxılan çempion 31 yanvar 2024-cü ildə buraxılmış Körpə alov Smoldrdır. Çempionların hər biri müxtəlif hekayələrə malikdir və oyunun dünyasındakı 13 regiondan birinə aiddir: Bendl-Siti, Bilcvoter, Demasiya, İoniya, İştal, Noxsus, Piltover, Kölgə adalar, Şurima, Tarqon, Frelyord, Heçlik və Zaun. Hər çempionun özünəməxsus ləqəbə malikdir. Çempionlar "League of Legends" əsasında yaradılmış "Legends of Runeterra" kart oyunununda və "Wild Rift" adlı mobil versiyada da yer alırlar. Hazırda "Legends of Runeterra" oyunununda 111, "Wild Rift" oyununda isə 105 çempion mövcuddur.
The Legend of Korra (videooyun)
The Legend of Korra — eyni adlı serialın əsasında Platinum Games tərəfindən istehsal olunmuş və Activision tərəfindən nəşr olunmuş üçüncü şəxs döyüş oyunu. O, 2014-cü ilin oktyabrında Microsoft Windows, PlayStation 3, PlayStation 4, Xbox 360 və Xbox One üçün çıxıb.
The Legend of Korra (video oyun)
The Legend of Korra — eyni adlı serialın əsasında Platinum Games tərəfindən istehsal olunmuş və Activision tərəfindən nəşr olunmuş üçüncü şəxs döyüş oyunu. O, 2014-cü ilin oktyabrında Microsoft Windows, PlayStation 3, PlayStation 4, Xbox 360 və Xbox One üçün çıxıb.
The Legend of Korra: A New Era Begins
The Legend of Korra: A New Era Begins — eyni adlı serialın əsasında Nintendo 3DS üçün addımbaaddım strategiya oyunu. O, Webfoot Technologies tərəfindən istehsal olunmuş və Activision tərəfindən 2014-cü ilin oktyabrın 28-də nəşr olunmuş.
Aşağı Ləkənde (Avurğazı)
Aşağı Ləkənde (başq. Түбәнге Ләкәнде, rus. Нижние Леканды) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Nuqazaqı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Tolbazı): 32 km, kənd sovetliyindən (Tatar Nuqazaqı): 5 km. ən yaxın dəmiryol stansiyasından (Tyukun stansiyası): 5 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (50%), başqırdlar (49%) üstünlük təşkil edir.
Yuxarı Ləkənde (Avurğazı)
Yuxarı Ləkənde (başq. Үрге Ләкәнде, rus. Верхние Леканды) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Nuğazağı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, kənd sovetliyindən (Tatar Nuğazağı): 4 km. ən yaxın dəmiryol stansiyasından (Nuğazağı stansiyası): 4 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (65%), tatarlar (35%) üstünlük təşkil edir.
Letenye
Letenye (xorv. Letinja, sloven. Letina) — Macarıstanın Zala medyesində, Xorvatiya ilə sərhəddə yerləşən rayon. 1989-cu ildə rayon statusunu almışdır. == Tarixi == Letenye qədim Hun qəbilələrinin məskənidir. Rayonun əsası Atillanın ağ cəngavərləri tərəfindən qoyulmuşdur. == Nəqliyyat == Letenye Budapeştdə başlayan Macarıstanın M7 magistral yolunun son məntəqəsidir.
Berende butası
Berende buxtası (bolq. залив Беренде, ‘Zaliv Berende’ \'za-liv be-ren-'de\) — 3.3 km uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Qrinviç adası sahillərindən 1.15 km cənub-qərbdə yerləşmişdir. Pelişat burnundan cənubda yerləşmişdir. Buxta qərbi Bolqarıstanda yerləşən Berende şəhərinin adını daşıyır. == Yerləşməsi == Berende buxtası 62°28′25″ c. e. 59°58′35″ q. u. koordinatlarında yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.
Fobus Levene
Fobus Aaron Teodor Levene (ing. ; 25 fevral 1869 və ya 1869 – 6 sentyabr 1940 və ya 1940, Nyu-York, Nyu-York ştatı) — amerikalı biokimyaçı, nuklein turşularının strukturunu və funksiyasını öyrənmişdir. O, DNT və RNT-ni xarakterizə etmiş və DNT-nin adenin, quanin, timin, sitozin amin əsaslarından, dezoksiriboza monosaxaridindən və fosfat qrupundan ibarət olduğunu tapmışdır. Sonradan Rusiya İmperiyasının tərkibinə daxil olan Litvanın Çaqaro şəhərində Litvak (Litva Yəhudi) ailəsində dünyaya gəlmişdir. Fişel Rostropoviç Levene Sankt -Peterburqda böyümüşdür. Orada İmperator Hərbi Tibb Akademiyasında (1891-ci ildə doktorluq dərəcəsi alıb) tibb təhsili alır və biokimyaya böyük marağı yaranır. 1893-cü ildə antisemitik talanlar səbəbiylə ailəsi ilə birlikdə ABŞ-yə köçür və Nyu-Yorkda tibblə məşğul olur. Levene Kolumbiya Universitetinə yazılır və boş vaxtlarında şəkərlərin kimyəvi quruluşu ilə bağlı məqalələr dərc edərək biokimyəvi tədqiqatlar aparır. 1896-cı ildə New York Dövlət Xəstəxanalarının Patoloji İnstitutunda dosent vəzifəsinə təyin edilir, ancaq vərəmdən sağalmaq üçün öz işlərinə fasilə verməli olur. Bu vaxt ərzində zülallar üzrə mütəxəssis olan Albrext Kossel və Emil Fişer də daxil olmaqla bir neçə kimyaçı ilə işləyir.
Vərəndə
Vərəndəçay — Azərbaycanda çay. Vərəndə sahəsi — Şuşa qəzasının sahələrindən biri. Vərəndə mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri.
Nəqədə
Nəqədə – (Azərbaycan Türkcəsində: Sulduz; farsca: نقده) İranın qərbində, Qərbi Azərbaycan ostanında şəhərdir. 1967–ci ilədək şəhər rəsmi olaraq Sulduz adlanırdı. Urmu gölündən 70 km cənub-qərbdə, dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşir. Nəqədə yaxınlığındakı Təpə-i Həsənli adlı yer qədim mannalıların məskəni idi. Bu gün orada qədim Manna şəhərlərindən birinin xarabaları mövcuddur. Soyuqbulaq (Məhabad), Xana (Piranşəhr), Üşnü (Üşnəviyə) və Urmu (Urmiya) ilə əhatə olunub. Bu şəhərin tarixində çoxlu hadisələrin izi var. Arxeoloji qazıntılar Həsənlitəpədə şəhərin qədim tarixindən bəhs edir və şəhərin salınma tarixini eramızdan əvvəl 2000-ci ilə işarə edir. Assuriya, Manna və Türk tayfaları burada məskunlaşıblar. Nəhayət, Qacar sülaləsinin erkən vaxtında qarapapaq tayfaları Qafqazdan İrana köçür və Sulduz düzənliyində məskunlaşır.
Nəğədə

Lendə
Lendə — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanının Lendə bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,540 nəfər və 1,991 ailədən ibarət idi.
Vərəndə (dəqiqləşdirmə)
Vərəndəçay — Azərbaycanda çay. Vərəndə sahəsi — Şuşa qəzasının sahələrindən biri. Vərəndə mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri.
Vərəndə mahalı
Vərəndə mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri. 1747-ci ildən 1822-ci ilədək mövcud olub. Qarabagın mahallarından birinin adı. Quruçay, Kirs və Kirs dağından Əlibaba düzünə qədər olan ərazinin əhatə edirdi.. Peçeneq və qıpçaq tayfalarından birinin adıdır. Rus salnamələrində 1097-ci ilə aid məlumatda peçeneqlərlə yanaşı Berende adı da çəkilir. Bir məlumata görə Bərəndə oğuz tayfalarındandır (İst., II s. 346–347). N. A. Baskakova görə, Rus salnamələrində adları çəkilən Tork, (Türk), Berende və Köv tayfaları Uz tayfasının qolları idi. (Baskakov İqorove, s.79).
Vərəndə məlikliyi
Vərəndə nahiyəsi

Vərəndə sahəsi
Vərəndə sahəsi — Şuşa qəzasının sahələrindən biri. Qarabağ xanlığı 1822-ci ildə ləğv edildi. Rusların 42-yeger alayının komandiri polkovnik Reut Şuşa şəhərində yerləşdi. Bu zamandan Qarabağ Rusiyanın inzibati-ərazi bölgüsünə daxil edildi. 1840-cı ildə qədim mahallar yenidən formalaşdı. Şuşa qəza statusunu aldı. Şuşa qəzasına Vərəndə, Cavanşir, Kəbirli, Muğru və Zəngəzur sahələri aid edildi. Sahəni murov, rus dilində uçaskovıy zasidatel-idarə edirdi. Vərəndə sahəsinin murovlari: Avət Mamikanov, Kavalyev, Əhməd bəy Cavanşir və başqaları. Vərəndə sahəsi 1867-ci ildə ləğv oludu.
İrəvan(Vərəndə)
İRƏVAN — Yuxari Qarabağın Vərəndə nahiyəsində məzrə (əkin yeri) adı. Türk dillərində ir "dağın gündüşən tərəfi", "dalğavari suayrıcı", "dağ döngəsi" və farsca van "yer" sözlərindən ibarətdir. İrəvan şəhərinin adı ilə mənaca eynidir. Qeyd edilmişdir ki, V-XII əsrlər qədim erməni mənbələrində "Yerevan" şəhər adı çəkilir. İrəvan şəhər adının "Yerevan" forması erməni yazılışıdır, qədim erməni dilində "e" səsindən əvvəl "y" səsinin əlavəsi və bu səsin "ye" kimi oxunuş qaydası vardır. Bu söz Ermənistanda İrəbad və İrəkənd adlarında vardır. Qədim türk dillərində ir sözü Qara-İr (Goranboy rayonu), İrqar (Kəlbəcər rayonu Baş Qaracılı kəndi ərazisində təpə adı), İrdaq (Astara rayonu), Gürcüstanda Borçalı bölgəsində Qalaq-İr, Ermənistanda Aqut-ir oronimlərdə də var. Qədim türkmənşəli ir sözü Gürcüstanda V əsrdən çəkilən Taşir (orta əsrlərdə Dağ Borçalıda mahal adı) toponimində (türk dillərində taş "qaya" və ir sözlərindən) əksini tapmışdır. 1828-ci il Türkmənçay müqaviləsinin IV bəndinə görə İran-Rusiya sərhəd xətti Adnabazao çayının sahilində Çiko-İr dağından keçirdi. Bu ad qədim türk dillərində çik "dar dərə" və İr sözlərindən ibarətdir.
İrəvan (Vərəndə)

Dəmirçi (Nəqədə)
Dəmirçi (fars. دميرچي‎) — İranın Qərbi Azərbaycan ostanının Nəqədə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 66 nəfər. yaşayır (16 ailə).
Galvan (Nəqədə)
Galvan (fars. گلوان‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 633 nəfər yaşayır (98 ailə).
Gurxana (Nəqədə)
Gurxana (fars. گورخانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 51 nəfər yaşayır (15 ailə).