Berendeylər
Berendeylər—Peçeneq və Qarabörk tayfa ittifaqına daxil olan qədim türk tayfası.
== Tarixi ==
V.Bartold və eləcə də M.Artamonov XI-XII əsrlər arasında qədim rus
dövlətinin daxili həyatında mühüm rol oynamış türk tayfalarından biri olan
Berendeyləri Bayandırlarla eyniləşdirirlər. Məlum həqiqətdir ki, köçəri türk
qəbiləsi berendeylər XI-XII əsrlərdə Cənubi Rus çöllərində sakin idilər. 1146-cı
ildən etibarən bir çox türk soyları kimi qara klobukların tərkibinə daxil olmuşlar
XIII əsrin başlanğıcında berendeylərin böyük qismi Bolqarıstana və Macarıstana
mühacirət etmiş, qalanı Qızıl Orda dövlətinin əhalisi ilə qaynayıb qovuşmuşdular.
"Moskvadan şimala tərəf stansiya adı olan Berendeevo adı türk nəslinin adı ilə
bağlıdır.
== İstinadlar ==
== Mənbə ==
Oljas Süleymenov, Berendeylər
Oljas Süleymenov, Qarabörklülər
Енциклопедія Українознавства. Т. 1. Львів, 1993. С. 115.
== Həmçinin bax ==
== Xarici keçidlər ==
Nikolay Karamzin.