LEGEND

n əfsanə; famed in ~s əfsanəvi, əfsanələrdə şöhrətləndirilmiş

LEGATION
LEGENDARY
OBASTAN VİKİ
The Legend of Korra (videooyun)
The Legend of Korra — eyni adlı serialın əsasında Platinum Games tərəfindən istehsal olunmuş və Activision tərəfindən nəşr olunmuş üçüncü şəxs döyüş oyunu. O, 2014-cü ilin oktyabrında Microsoft Windows, PlayStation 3, PlayStation 4, Xbox 360 və Xbox One üçün çıxıb.
The Legend of Korra (video oyun)
The Legend of Korra — eyni adlı serialın əsasında Platinum Games tərəfindən istehsal olunmuş və Activision tərəfindən nəşr olunmuş üçüncü şəxs döyüş oyunu. O, 2014-cü ilin oktyabrında Microsoft Windows, PlayStation 3, PlayStation 4, Xbox 360 və Xbox One üçün çıxıb.
The Legend of Korra: A New Era Begins
The Legend of Korra: A New Era Begins — eyni adlı serialın əsasında Nintendo 3DS üçün addımbaaddım strategiya oyunu. O, Webfoot Technologies tərəfindən istehsal olunmuş və Activision tərəfindən 2014-cü ilin oktyabrın 28-də nəşr olunmuş.
Apex Legends
Apex Legends (azərb. Zirvə əfsanələri‎; qısaca Legends, azərb. Əfsanələr‎) — "Respawn Entertainment" tərəfindən hazırlanan və "Electronic Arts" tərəfindən nəşr olunan free-to-play kral döyüşü videooyunu. "Titanfall" oyun seriyasındakı 1-ci spin-off epizoddur (bütövlükdə 4). Oyun 4 fevral 2019-cu ildə Microsoft Windows, PlayStation 4 və Xbox One platformaları üçün buraxılmışdır. Oyun buraxılmazdan əvvəl haqqında heç bir açıqlama verilməmişdi və marketinq kampaniyası aparılmamışdı. "Apex Legends" videooyununun geympleyi "Respawn Entertainment" studiyasının əvvəlki oyunları, digər kral döyüşü oyunları, sinif-əsaslı atıcılar və inkişaf edən süjetlərə malik videooyunlar kimi müxtəlif videooyunların geympley elementlərini bir araya gətirir. Oyunda təqribən 60 oyunçu 3 nəfərlik dəstələrə bölünərək böyük bir adaya düşürlər və bir-birlərinə qarşı vuruşurlar. Hər raundda maksimum 20 dəstə olur ki, bu dəstələrin bir üzvü onların haraya düşəcəklərini müəyyənləşdirir. Daha sonra bu dəstələr digər dəstələrlə vuruşmaq üçün adada silahlar və ehtiyatlar axtarırlar.
Asphalt 9: Legends
Asphalt 9: Legends — 2018-ci ilin ən reytinqli yarış oyunu. Hazırlayanlar Gameloft Barcelona və nəşr edənlər Gameloft şirkətidir. Oyun yarış janrında və Asphalt siyasındadır. == Oyun == Oyun daha çox Asphalt 8: Airborne-a bənzəyir. Oyun öncəki seriallarda olduqu kimi 5 sinifə bölünür: D, C, B, A və S. Toplaya biləcəyiniz 48 avtomobil vardır. Avtomobillərin kilidini açmaq və yüksəltmək üçün "Blueprint" lazımdır. Oyunun daha əyləncəli və maraqlı olması üçün avtomobil redaktoru vardır. Həmçinin oyuncu topluluğu yarada bilər və zəfərlər qazana biləcəyiniz klublarda vardır. Oyuna Asphalt 6: Adrenaline və Asphalt 7: Heat-da olan effekt "Nitro Shockwave"-də əlavə olunmuşdur, amma bu effekt Asphalt 8: Airbone-də əlavə olunmamışdı. Oyunçu Nitro düyməsinə iki dəfə toxunduqda bənövşəyi bir alov görüləcək.
League of Legends
League of Legends (azərb. Əfsanələr liqası‎), qısaca LoL və ya bəzən sadəcə League – 2009-cu ildə Riot Games tərəfindən buraxılmış çoxnəfərli onlayn döyüş arenası videooyunu. 2009-cu ilin oktyabrında buraxılmasından bəri oyunu oynamaq pulsuzdur və oyundaxili alış-verişlər mümkündür. Oyun Microsoft Windows və macOS platformaları üçün əlçatandır. Beş nəfərdən ibarət iki komandanın qarşı-qarşıya gəldiyi oyunda hər komanda xəritənin özünə aid yarısını müdafiə etməyə çalışır. Hər oyunçu "çempion" olaraq adlandırılan, özünəməxsus bacarıq və oyun stilinə malik olan personajı idarə edir. Oyunun gedişində çempionlar təcrübə xalları toplayaraq, qızıl qazanaraq və əşyalar alaraq daha da güclənirlər. Oyunun əsas modu olan "Çağırışçı vadisi" modunda əsas məqsəd qarşı komandanın bazasına çatmaq və orda yerləşən "Neksus" adlı böyük strukturu məhv etməkdir. League of Legends tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Tənqidçilər oyunun əlçatanlılığını, personaj dizaynlarını və istehsal dəyərini bəyənmişdirlər.
League of Legends: Wild Rift
League of Legends: Wild Rift – Riot Games tərəfindən Android və iOS platformaları üçün hazırlanmış, çoxoyunçulu onlayn döyüş arenası mobil oyunu. Oyun PC oyunu "League of Legends"in modifikasiya edilmiş mobil versiyasıdır. "League of Legends" oyununda olduğu kimi bu oyunda da oyunçular hər biri unikal bacarıqlara malik personajlarla ("çempion") oynayıb qarşı komandanın Neksusunu məhv etməyə çalışırlar. Hər oyun diskretdir; bütün çempionlar oyun davam etdikcə güclənirlər. == Geympley == "League of Legends: Wild Rift" izometrik baxış bucağından oynanılan çoxoyunçulu onlayn döyüş arenası oyunudur. Oyunun geympleyi PC versiyasına çox yaxın olsa da, mobil versiya olduğu üçün bəzi adaptasiyalara malikdir. "Wild Rift"də xəritənin ölçüsü daha kiçik, yenidən doğulma müddəti daha qısa və qızıl qazancı daha yüksəkdir. Buna görə də oyunlar daha qısa çəkir. Oyunun iki əsas modu var: Wild Rift və ARAM. Wild Rift əsas moddur, bu modda oyunçular istədikləri çempionları seçirlər. ARAM modunda isə bir koridor olur, oyunçular təsadüfi çempionlarla oynayırlar.
League of Legends çempionlarının siyahısı
2009-cu ildə buraxılmış "League of Legends" videooyununda oyunçular tərəfindən oynanıla bilən personajlar çempion adlanır. Hər bir çempionun özünəməxsus dizaynı, bacarıqları və oyun stili var. Oyunçular oyun başlamazdan qabaq çempionlardan birini seçib oynayırlar. Oyuna daim yeni çempionlar əlavə olunur. Hal-hazırda oyunda 167 çempion mövcuddur. Ən son buraxılan çempion 31 yanvar 2024-cü ildə buraxılmış Körpə alov Smoldrdır. Çempionların hər biri müxtəlif hekayələrə malikdir və oyunun dünyasındakı 13 regiondan birinə aiddir: Bendl-Siti, Bilcvoter, Demasiya, İoniya, İştal, Noxsus, Piltover, Kölgə adalar, Şurima, Tarqon, Frelyord, Heçlik və Zaun. Hər çempionun özünəməxsus ləqəbə malikdir. Çempionlar "League of Legends" əsasında yaradılmış "Legends of Runeterra" kart oyunununda və "Wild Rift" adlı mobil versiyada da yer alırlar. Hazırda "Legends of Runeterra" oyunununda 111, "Wild Rift" oyununda isə 105 çempion mövcuddur.
Legends Never Die (League of Legends mahnısı)
Legends Never Die (azərb. Əfsanələr heç vaxt ölmür‎) – Against the Current pop-rok qrupunun ifası ilə buraxılmış League of Legends mahnısı. 24 sentyabr 2017-ci ildə 2017 League of Legends Dünya Çempionatının özəl mahnısı kimi buraxılmışdır. Mahnının sözləri Riot Games Musiqi Komandası, Aleks Siver və Castin Tranter tərəfindən yazılmış, prodüserləri Riot Games Musiqi Komandası, Aleks Siver və Oliver olmuşdurlar. Alan Uolker mahnının remiksini hazırlamışdır. == Musiqili video == 18 oktyabr 2017-ci ildə League of Legends rəsmi YouTube kanalında musiqili videosunu buraxmışdır. == Trek siyahısı == == İstinadlar == == Xarici keçidlər == Legends Never Die (feat.
Legends of Runeterra
Legends of Runeterra (azərb. Runterra əfsanələri‎) və ya qısaca LoR – 2020-ci ilin aprelində Riot Games tərəfindən istehsal olunmuş və buraxılmış rəqəmsal kolleksiya kart oyunu. Riot Games tərəfindən istehsal olunmuş "League of Legends" videooyununun dünyasına əsaslanır. Oyunu oynamaq pulsuzdur, sadəcə kosmetik vasitələr pulludur. Oyun Microsoft Windows, iOS və Android platformaları üçün əlçatandır. Oyunda məqsəd rəqibin canını sıfıra endirməkdir. Kartların müxtəlif növləri var və kartlar oyundakı 10 regiondan birinə və ya bir neçəsinə aiddir. Oyunun döyüş sistemi digər kart oyunlarından fərqlənir. Oyunun bir çox personajı Riot Games tərəfindən istehsal olunmuş "League of Legends" videooyunundan götürülmüşdür. İstehsalçıların qısa hekayələr, komikslər və animasiyalar vasitəsilə genişləndirdiyi Runterra uydurma dünyası oyunun kartları üçün mövzu təşkil edir.
Spartacus Legends
Spartacus Legends (azərb. Spartak əfsanələri‎) — "Kung Fu Factory" tərəfindən "Spartak" teleserialı əsasında hazırlanan və "Ubisoft" tərəfindən nəşr olunan free-to-play faytinq videooyunu. Videooyun 26 iyun 2013-cü il tarixində "PlayStation Network" və "Xbox Live" platformaları üçün buraxılmışdır. "Spartacus Legends" 22 dekabr 2015-ci il tarixində ləğv edilmişdir. "Spartacus Legends" bütün platformalarda "qarışıq" və "mənfi" rəylər almışdır. Rəy toplayıcısı "Metacritic"ə əsasən videooyun PlayStation 3 platformasında 6 rəy əsasında 100 baldan 50 bal, Xbox 360 platformasında 8 rəy əsasında 100 baldan 45 bal almışdır. "Game Revolution" mütəxəssisi Nikolas Ten videooyunun təqdim etdiyi məzmunun çoxluğunu tərifləmiş, ancaq onun çətinlik səviyyəsini, o cümlədən qrafik problemlərini tənqid etmiş və oyuna 5 ulduzdan 3 ulduz vermişdir.