Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Library Genesis
Library Genesis (Libgen) — elmi jurnal məqalələri, akademik və ictimai kitablar, şəkillər, komikslər, audiokitablar və jurnallar üçün faylın birgə istifadəsi əsaslı kölgə kitabxanası veb saytı. Libgen özünü "ictimai internet resurslarından toplanmış" elementlərin və istifadəçilərdən yüklənmiş faylların axtarış edilə bilən məlumat bazasını təmin edən "bağlantılar aqreqatoru" kimi təsvir edir. Libgen Elsevier-in ScienceDirect veb portalının məzmununun PDF-ləri kimi müəllif hüquqları ilə qorunan əsərlərə çıxış təmin edir. Elsevier kimi nəşriyyatlar Library Genesis-i internet piratçılığında ittiham edirlər. Digərləri iddia edirlər ki, akademik naşirlər bir çoxu dövlət universitetlərində çalışan tədqiqatçılar tərəfindən yazılmış dövlət tərəfindən maliyyələşdirilən araşdırmalardan ədalətsiz şəkildə faydalanırlar və Libgen ilk növbədə sərbəst şəkildə əldə edilməli olan tədqiqatların yayılmasına kömək edir.
Z-Library
Z-Library (z-lib kimi qısaldılmışdır, əvvəllər BookFinder) — elmi jurnal məqalələrinə, akademik mətnlərə və ümumi təyinatlı kitablara faylın birgə istifadəsi üçün kölgə kitabxanası layihəsi. Kitablarının çoxunun qaynağı Library Genesis-in güzgüsü kimi fəaliyyətə başladı. Alexa Traffic Rank xidmətinə görə, Z-Library 2021-ci ilin oktyabr ayında ən aktiv veb saytlar arasında 8182-ci yeri tutdu. Z-Library xüsusilə inkişaf etməkdə olan ölkələrdə və elm adamları arasında populyardır. 1 yanvar 2023-cü il tarixinin reportuna görə, Z-Library 11.828.754-dən çox kitab və 84.837.643 məqaləyə malikdir. Təşkilat özünü "dünyanın ən böyük elektron kitab kitabxanası" ilə yanaşı "dünyanın ən böyük elmi məqalə mağazası" kimi təsvir edir və ianələr hesabına dəstəklənən qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərir. Z-Library layihəsi və fəaliyyəti bəzi yurisdiksiyalarda qanunsuz hesab edilə bilər. 2022-ci ilin noyabrında vebsaytın clearnet domenləri ABŞ Ədliyyə Nazirliyi tərəfindən müsadirə edildi və layihə ilə əlaqəli iki Rusiya vətəndaşı müəllif hüquqlarının pozulması və çirkli pulların yuyulması ittihamı ilə Argentinada həbs edildi. Veb saytın müsadirə olunması məzmunun əlçatanlığını azaltsa da, məzmun hələ də dark web-də mövcuddur. Layihənin hüquqi statusu, habelə onun nəşriyyat sənayesinə və müəllif hüquqlarına potensial təsiri davamlı müzakirə mövzusudur.
Loeb Classical Library
Loeb Classical Library ("Lyobov seriyası") — hal-hazırda Harvard University Press tərəfindən nəşr olunan, qədim Yunan və Latın ədəbiyyatının ən məşhur əsərlərini təqdim edən bir kitab seriyası. Bu seriyanın məqsədi antik mətnləri mümkün olan ən geniş auditoriyaya təqdim etməkdir. Hər bir kitabda ingilis dilinə paralel tərcüməsi olan orijinal Yunan və ya Latın mətni vardır. "Lyobov seriyası"-nda nəşr olunan kitabların görünüşünün özəlliyi, yunan müəlliflərin əsərlərinin yaşıl örtük altında, Latın kitablarının qırmızı bir kitab altında nəşr edilməsidir. Seriya, alman əsilli amerikalı bankir (yəhudi əsilli) Ceyms Lyob (1867-1933) tərəfindən düşünülmüş və maliyyələşdirilmişdir. Kitabxananın birinci cildi 1912-ci ildə nəşr olundu. 2014-cü ilin sentyabr ayında kitabxananın 520 cilddən ibarət rəqəmsal seriyası nəhayət tamamlandı. 2021-ci ilin yanvar ayına olan məlumata görə, cəmi 546 cild nəşr edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Harvard University Press —seriyanın rəsmi saytı (tam kataloq, serialın tarixi və yeni nəşrlər haqqında məlumatlar) Harvard Universiteti Press portalında. The Loeb Classical Library — seriyanın rəsmi rəqəmsal kitabxanası.
World Digital Library
Dünya Rəqəmsal Kitabxanası — 21 aprel 2009-cu ildə Dünya Elektron Kitabxanası saytının rəsmi açılışı olub. Bu kitabxanada pulsuz olaraq dünyanın hər yerindən nadir kitabları, əlyazmalarını oxumaq olar; filmlərə, şəkillərə baxmaq olar. Veb-saytın ünvanı: wdl.org. Saytdakı mətnlər dünyanın 7 əsas dilindədir − ərəb, çin, ingilis, fransız, portuqal,rus və ispan dili. UNESCO-nun və dünyanın 32 kitabxanasının birgə yaratdığı yeni kitabxananın məqsədi qiyməti olmayan nadir materialları hamı üçün əl çatan etməkdir. Dünya Elektron Kitabxanası yaratmağı 2005-ci ildə Amerika Konqresi Kitabxanasının rəhbəri Ceyms Billinqton təklif edib.
Library of Congress
Konqres Kitabxanası (ing. The Library of Congress) — ABŞ-də kitabxana ABŞ Konqres Kitabxanası 1800-cü il aprelin 24-də ABŞ prezidenti Con Adamsın göstərişi ilə yaradılıb. Prezident kitab alınmasına və saxlanılmasına o vaxtın pulu ilə böyük məbləğ — 5 000 dollar pul ayırır və qərar imzalayır ki, kitabxananı ancaq prezidentlər, Konqresin üzvləri ziyarət edə bilərlər. O vaxtdan etibarən kitabxananın adı Konqres Kitabxanası qalır. 1814-cü ildə ABŞ-Britaniya müharibəsi vaxtı kitabxana demək olar ki, məhv olur. İngilis əsgərləri kitabxananın yerləşdiyi Kapitoli binasını yandırırlar. 3000-dən çox kitab məhv olur. Eks-prezident və kitab həvəskarı Tomas Cefferson özünün yarım əsr ərzində yığdığı 6487 cilddən ibarət kitabxanasını kitabxanaya bağışlayır. Belə bir kitabxana ABŞ-də heç kimdə yox idi. Konqres Kitabxanası Britaniya Milli Kitabxanasından sonra dünyanın ən böyük kitabxanası hesab olunur.