Vinisius Junior
Vinisius Joze Paysan de Oliveyra Junior (port. Vinícius José Paixão de Oliveira Júnior) (12 iyul 2000) — Vinisius Junior kimi də tanınan, Braziliya təmsilçilərindən olan Flamenqo klubunda yarımmüdafiənin sol cinahında çıxış edən peşəkar Braziliya futbolçusudur.
Vinisius Junior Gələcəyin Neymarı hesab olunur. Heç vaxt tam peşəkar futbol oyunu oynamasına baxmayaraq, Vinisius 45 milyon avro qarşılığında Real Madrid klubuna keçməyə razılıq vermişdir. 18 yaşı olanda müqavilə qüvvəyə minəcəkdir. Vinisius Flamenqonun U-13 komandasında tanınmış, klubun əsas aparıcı gənc oyunçulardan birinə çevrilmişdir.
Vinisius Junior Flamenqo klubunda debütünü 13 may 2017-ci ildə Braziliya Seria A-da Atletiko Mineyro klubuna qarşı oyunda etmişdir. O, 82-ci dəqiqədə meydana daxil olmuşdur. Həmin görüşdə Flamenqo rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. İki gündən sonra o, klubu ilə 45 milyon avro dəyərində müəyyən olunmuş blits bəndinə əsasən 2022-ci ilə qədər müqaviləni uzatmışdır.