Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Portağal
Portağal (lat. Citrus sinensis) – Sədokimilər fəsiləsinə aid bitki növü. == Təbii yayılması == Dünyanın subtropik rayonlarının əksəriyyətində geniş sahələrdə becərilir. Vətəni Yeni Çin və Hind - Çindir. == Botaniki təsviri == Həmişəyaşıl, 7-12 m hündürlüyündə enli-piramidal çətirli ağacdır. Qabığı bozdur, cavan budaqları tikanlıdır. Yarpaqları uzunsov-yumurtavarı, uca doğru ensizləşən, kənarları hamar və ya az dişlidir; saplaqları zəif qanadlıdır. Çiçəkləri xırda, ağrəngli, ətirli olub, tək-tək və ya qoltuqlarda dəstə ilə yerləşmişdir. Kasayarpağı dəyirmi, bəzən kənarı kirpikciklidir, ləçəkləri ağdır. Erkəkciklər 20-25-i dəstə ilə birləşir, bəzi sortlarda erkəkciklər sterildir.
Limon
Limon (lat. Citrus limon) — Sədokimilər fəsiləsinə aid bitki növü. == Ümumi məlumat == Limon çox faydalı bitkidir. Azərbaycanın subtropik rayonlarında (Lənkəran, Astara və s.) son illərdə müvəffəqiyyətlə becərilir və onun əkin sahələri ildən-ilə genişləndirilir. Limonun vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Güman edilir ki, "limon" sözü malay dilində bu meyvəni adlandıran "lerno" sözündən əmələ gəlib. Çində isə bu bitkini "limunq" adlandırırlar və tərcümədə bu "analar üçün xeyirli" deməkdir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu.
Portağal (meyvə)
Portağal — Rutaceae ailəsinin müxtəlif sitrus növlərinin meyvəsidir. İlk növbədə Citrus × sinensis, onu acı portağal kimi adlandırılan əlaqəli Sitrus × aurantiumdan ayırmaq üçün şirin portağal adlanır. Şirin portağal cinsi yolla çoxalır (nuklear embrion vasitəsilə apomiksis); şirin portağal növləri mutasiyalar nəticəsində yaranır.Portağal — pomelo (Citrus maxima) və mandarin (Citrus reticulata) arasında hibriddir. Xloroplast genomu və buna görə də ana xətti pomelonun genomudur. Şirin portağalın tam genomu ardıcıllıqla tərtib edilmişdir. Portağal Cənubi Çin, Şimal-Şərqi Hindistan və Myanmanı əhatə edən bir bölgədə yaranmışdır və şirin portağalın ilk qeydi eramızdan əvvəl 314-cü ildə Çin ədəbiyyatında olmuşdur. 1987-ci ildən etibarən portağal ağaclarının dünyada ən çox becərilən meyvə ağacı olduğu müəyyən edilmişdir. Portağal ağacları şirin meyvələrinə görə tropik və subtropik iqlimlərdə geniş şəkildə becərilir. Portağal ağacının meyvəsi təzə yeyilə bilər, ya da şirəsi və ya ətirli qabığı üçün emal oluna bilər. 2012-ci ildə şirin portağal sitrus meyvələrinin istehsalının təxminən 70%-ni təşkil edmişdi.
Portağal salatı
Portağal salatı- Portağal alman mənşəli sözdür, mənası çin alması deməkdir. Portağal salaltı İtalyan mətbəxinin ənənəvi yeməyidir. Portağal salatı İtalyan mətbəxinin xüsusi yeməyi olsa da, yunanlar, ispanlar, ərəblər və digər ölkələr də qəlyanaltı yemək kimi istifadə edirlər. == Xarici keçidlər == Salat. Portagal salati. Apelsin salatı. Yeni il salati. Салат с курицей и апельсином. Итальянская кухня. Рецепты.
Portağal tortu
== Ərzaqlar == 12 porsiya üçün nəzərdə tutulub: 100 q.yağ 50 q. şəkər kirşanı 1 ədəd yumurta sarısı 150 q. un 1 ədəd portağal ¼ litr qaymaq 50 q. portağal cemi 100 q.şəkər 6 ədəd yumurta 3 ədəd limonun qurudulmuş qabığı 50 q. şəkər 2 x.q. su 2 ədəd saplaqlı gilas == Hazırlanma qaydası == Sobanı 200 dərəcədə qızdırın. Un, yağ, şəkər və yumurta sarısını yaxşıca qarışdırıb xəmir yoğurun. Sonra xəmirin üstünə dəsmalı örtüb, iki saatlıq soyuducuya yerləşdirin. Soyuducudan çıxaran kimi xəmiri 3mm. qalınlıqda yayın və formalı qaba yerləşdirin.
Citrus limon
Limon (lat. Citrus limon) — Sədokimilər fəsiləsinə aid bitki növü. == Ümumi məlumat == Limon çox faydalı bitkidir. Azərbaycanın subtropik rayonlarında (Lənkəran, Astara və s.) son illərdə müvəffəqiyyətlə becərilir və onun əkin sahələri ildən-ilə genişləndirilir. Limonun vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Güman edilir ki, "limon" sözü malay dilində bu meyvəni adlandıran "lerno" sözündən əmələ gəlib. Çində isə bu bitkini "limunq" adlandırırlar və tərcümədə bu "analar üçün xeyirli" deməkdir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu.
Limon tetra
Hyphessobrycon pulchripinnis (lat. Hyphessobrycon pulchripinnis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xarasikimilər dəstəsinin xarasilər fəsiləsinin hifessobrikon cinsinə aid heyvan növü. Ana vətəni: Cənub Amerika; Tokantis Çayı. Bəslənmə Forması: Heyvanlar ilə bəslənən Davranış Forması: Təcavüzkar olmayan Öz Növlərinə Davranışı: Təcavüzkar olmayan Üzmə Səviyyəsi: orta-Səth Cinsiyyət Ayrı-seçkiliyi: Cinsiyyət ayrı-seçkiliyi asan deyil. Dişilər daha yumru quruluşa sahib və nisbətən kişilərdən daha böyükdür. Kişilər daha incə quruluşa malikdir. Anal üzgəclərdən də ayrı-seçkilik edilə bilər. Altdakı şəkildə, üstdəki balıq dişi, altdakı kişidir. Artıma: Yumurta saçaraq. 100-200 arası yumurtanı bitkilərin yaxınında yumurtlayarlar.
Limon turşusu
Limon turşusu (2-hidroksi-1,2,3-propantrikarbon turşusu, 3-hidroksi-3-karboksipentandiol) (C6H8O7) — ağ rəngli kristal maddədir; el arasında "lumu duzu" və ya "limon duzu" kimi da tanınır [1] Arxivləşdirilib 2016-04-09 at the Wayback Machine. == Xassələri == Ərimə temperaturu 153 °S-dir. Suda yaxşı həll olur. Etil spirtində həll olur. Dietil spirtində az həll olur. Üçəsaslı zəif turşudur. Limonturşusunun duzları və efirləri sitratlar adlanır. == Alınma qaydası == Limon turşusu limon və ya yabanı nar şirəsindən, eləcə də tənbəki yarpaqlaından, şəkər məhlulunu xüsusi göbələklərlə qıcqırtmaqla alınır. Qeyd edək ki, tütündə 7-8%, yabanı narda 9%, limonda isə 10%-ə qədər limon turşusu olur. Limon turşusunun limon və nar şirəsindən alınması çox mürəkkəb prosesidir.
Limon şirəsi
Limon şirəsi — limonun şirəsi == Limon suyunun faydaları == Mədə üçün yaxşıdır. İsti su ilə qarışdırılmış limon həzm problemlərini azaltmağa kömək edir. Ürək bulanması, mədə qıcqırması və parazitlərə qarşı təsirlidir. Həzmsizlik əlamətlərini yox edir. Gəyirməyi təmin edir və qaz yaranmasına mane olur. Nizamlı olaraq içildiyində bağırsaqları işlədir. Qəbizliyə və ödün fəaliyyətinə yaxşı təsizr edir. Bəlğəm miqdarını azaldır və öd daşı əriməsinə köməkçi olur. Dəri baxımına faydalıdır. Limon təbii bir antiseptik dərmandır.
Cır limon
Cır limon (lat. Schisandra) — bitkilər aləminin avstrobeyliyaçiçəklilər dəstəsinin cırlimonkimilər fəsiləsinə aid bitki cinsi.
Portağal qabığından sukat
Portağal qabığından sukat - Potağal qabığından hazırlanmış quru mürəbbə == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Limon qabığından sukat
Limon qabığından sukat - Limon qabığından hazırlanmış quru mürəbbə == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Çin cır limon
Antalya Qızıl Portağal kinofestivalı
Qızıl Portağal kinofestivalı olaraq bilinən Antalya Qızıl Portağal kinofestivalı (türkcə: Antalya Altın Portakal Film Festivali) 1963-cü ildən bəri hər il Antalyada təşkil edilən bir film festivalıdır və Türkiyənin ikinci ən əhəmiyyətli film festivalıdır.
Qurulan portağal (film, 1971)
Qurulan portağal (ing. A Clockwork Orange) — 1971-ci ildə Entoni Börcessin eyniadlı romanının motivləri əsasında Stenli Kubrik tərəfindən çəkilmiş film.Film 136 dəqiqə davam edir. == Məzmun == Film Alex adında bir gəncin kriminal dəstəsinin insanlara cinayət, şiddət və təcavüz etməsini göstərir. Dəstənin başçısı Alexin digər üzvlərlə arası pisləşir. Və növbəti tədbir zamanı dəstə Alexə xəyanət edir. Alex həbs olunur. Ardından onun beyninin təmizlənib yenidən cəmiyyətə qazandırılmasını göstərir. Ancaq bunun nə dərəcədə işə yaraması sorğulanır.
Antalya Qızıl Portağal Film Festivalı
Qızıl Portağal kinofestivalı olaraq bilinən Antalya Qızıl Portağal kinofestivalı (türkcə: Antalya Altın Portakal Film Festivali) 1963-cü ildən bəri hər il Antalyada təşkil edilən bir film festivalıdır və Türkiyənin ikinci ən əhəmiyyətli film festivalıdır.
Fatih Portakal
Fatih Portakal (2 fevral 1967, Nazilli, Aydın ili) — türk jurnalist, aparıcı və YouTuber. == Təhsil Həyat == 2 fevral 1967-ci ildə Aydının Nazilli rayonunda anadan olub. İbtidai təhsilini Karacasuda tamamladı; Orta təhsilini İzmir Atatürk Liseyində bitirib . Ali təhsilini İstanbul Universitetinin Biznesin idarə edilməsi fakültəsində başa vurub. 1994-cü ildə magistratura və xarici dil təhsili almaq üçün Avstraliyaya getdi. == İş həyatı == Fatih Portakal təhsil aldıqdan sonra bir müddət Avstraliyada məşhur restoran işləyib. 1997-ci ildə Türkiyəyə qayıdıb. Armağan Toperlə evləndi. 1997–2005-ci illərdə Star TV -də müxbir işləyib. 2005-ci ildə jurnalist Mehmet Ali Birandın təklifi ilə Kanal D -ə keçdi.
Şəkər portağalı
Şirin portağal ağacım və ya Şəkər portağalı (Portuqalca orijinal adı: Meu Pé de Laranja Lima) — Braziliyalı yazıçı Joze Mauru di Vaskonselosun 1968-ci ildə yazdığı dram və uşaq romanıdır. Roman Braziliyanın Minas-Jerays bölgəsində yaşayan yoxsul bir ailənin beş yaşlı oğlu olan Zezenin yaşadıqlarından bəhs edir. Orijinal dili portuqalca olan əsər 16 dilə tərcümə olunub. Müəllif öz uşaqlığının izlərini daşıyan bu kitabı düz 12 günə yazdığını demişdir. Roman 2012-ci ildə braziliyalı rejissor Markos Bernşteyn tərəfindən kinoya uyğunlaşdırılıb. == Azərbaycan dilinə tərcüməsi == Əsərin Azərbaycan dilində tərcüməsi ilk dəfə 2018-ci ildə "Parlaq İmzalar" tərəfindən portuqalca əslindən birbaşa tərcümə edilərək nəşr edilmişdir. 2021-ci ildə "Qanun" nəşriyyatı əsəri türk dilindən Azərbaycan dilinə tərcümə etdirərək nəşr etmişdir.
Kimon
Kimon (yun. Κίμων; Kímon; e.ə. 510, Qədim Afina, Attika – e.ə. 450, Larnaka və ya Salamin, Famaqusta rayonu[d]) — Yunan-İran müharibələri dövrünün afinalı sərkərdəsi. Miltiadın və Frakiya padşahı Olorun qızı Hehespilanın oğlu, Filaid zadəgan nəslinə aiddir. Sıravi döyüşçü və sərkərdə kimi bir sıra döyüşlərdə (o cümlədən, Salamin və Evrimedont döyüşlərində) iştirak etmişdir. Femistoklun qovulmasından sonra Afiananın ən mühüm siyasi fiquruna çevrilmişdir. Hakimiyyət başında olarkən, bir sıra mühüm tikinti proseslərini həyata keçirmişdir. Onun dövründə ucaldılmış tikililər vasitəsilə adı, dolayı da olsa da antik fəlsəfə tarixinə dolayı da olsa daxil olmuşdur. onun tərəfindən yaradılmış zeytunluq "Akademiya" ilk öncə Platonun məşhur məktəbinin üzvlərinin toplandığı yer, sonra isə elmi təşkilatlar –aka demiyaların eponiminə çevrilmişdir.
Liman
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. == Limanlar və ekologiya == Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Lomon
Lomon (fr. Lomont) — Fransa kommunası, Franş-Konte regionunda yerləşir. Departament — Yuxarı Sona. Qərbi Erikur kantonuna daxildir. Kommuna rayonu — Lur. == Coğrafiya == Kommuna Parisdən təxminən 350 km cənub-şərqdə, Bezansondan 65 km şimal-şərqində, Vezouldan 35 km şərqində yerləşir.. == Əhalisi == == İqtisadiyyatı == 2010-cu ildə 238 nəfərdən (15-64 yaş) olanlar arasında 164-ü iqtisadi cəhətdən aktiv, 74-ü qeyri-aktivdir (fəaliyyət göstəricisi 68,9%, 1999-cu ildə isə 65,0%). 164 aktiv sakindən 150 nəfər işləyib (89 kişi və 61 qadın), 14 nəfər işsizdir (9 kişi və 5 qadın). 74 qeyri-aktiv arasında 14 nəfər tələbə, 34 nəfər təqaüdçü, 26 nəfəri isə digər səbəblərlə qeyri-aktivdir.. == Əhəmiyyətli yerləri == Kommunanın aşağı hissəsində bulaq və ictimai camaşırxana yerləşir (XIX əsr).
Timon
Timon — Əsl kərtənkələlər fəsiləsinə aid cins. Əvvəllər bu cins Lacertaya daxil edilirdi. İri kərtənkələlərdir. Gözlü kərtənkələlərin uzunluğu 90 sm çatır.
Simon
Simon — ad. Simon Minyole — Belçikalı qapıçı. Simon Stevin — Holland riyaziyyatçısı və mühəndisidir; Simon Hoytvill — Norman əsilli Siciliya qrafı. Simon Bolivar – Simon Simonyan — yazıçı, publisist, müəllim. Simon Qerada — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Simon Canaşia — gürcü tarixçisi və ictimai xadimi. Simon Virsaladze — Sovet, gürcü və rus teatr sənətçisi. Simon Açıqgözyan — Qarabağ müharibəsi və Çaykənd əməliyyatında iştirak etmiş erməni əsilli terrorçu. Simon Riekhoff — İsveçrəli suya tullanan. Simon Baxmann — Seyşel adalarını təmsil edən üzgüçü.
Lion
Lion (fr. Lyon [ljɔ̃]}}) — Fransada şəhər, Ron-Alp bölgəsinin, Ron departamentini və 14 kantonun inzibati mərkəzi. Lion "Böyük Lionun" (fr. Grand Lyon), və ya 37 inzibati vahiddən ibarət Lyon şəhərlər cəmiyyətinin (fr:Communauté urbaine de Lyon) mərkəzidir. 1,2 milyon nəfər əhalisi vardır.
Portuqal
Portuqallar — Avropada xalq.
Portuqal Amerikası
Portuqal Amerikası (port. América Portuguesa) bəzən América Lusófona kimidə adlanır və ya İngilis dilində Lusofon Amerikası — Anglo-Amerika, Fransız Amerikası və Hispanik Amerikası-ndan fərqli olaraq Portuqal dilində danışan insanlar və onların diaspora icmasıdır. Xüsusən də Amerikanın erkən Portuqal müstəmləkəsi olan Braziliyaya aid edilir. Portuqaliya Cənubi Amerikanın (Braziliya, Koloniya do Sakramento, Uruqvay, Quanare, Venesuela) hissələrini müstəmləkə etdi. Həmçinin Şimali Amerikanın (Kanada, Nyufaundlend və Labrador və Yeni Şotlandiya) bölgələrini də müstəmləkə etməyə çalışsada uğursuzluqla nəticələndi. Braziliya portuqal cəmiyyətin mərkəzidir və Portuqaliya Amerikasının əksəriyyətinin portuqal mənşəyinin nöqtəsidir. Buraya bütün Amerikadakı icmalar və portuqal dilindən gələn dillər daxildir, çünki bu, Aruba, Bonaire və Curaçao, Surinam Saramaccanı və ya demək olar ki, sönmüş Braziliyanın Kupopia bölgələrində danışılan papiamentodur. Portuqal dili roman dili olduğu üçün Portuqal Amerikası, xüsusən də Braziliya bəzi mənbələrdə Latın Amerikasının bir hissəsi hesab olunsada, bu termin daha çox İspan Amerikasına aiddir. Çünki dil yaxınlığından başqa Braziliya Latın Amerika icmasının mərkəzinə mədəni baxımdan kifayət qədər yaxın deyil.
Portuqal dili
Portuqal dili iki yüz milyondan çox insan tərəfindən ana dili olaraq danışılır. Dünyanın ən çox yayılmış altıncı dilidir. Cənubi Amerikada təxminən 190 milyon insan (əhalinin 51% -i) və Latın Amerikası əhalisinin 34% -i danışır. Hind-Avropa dil ailəsinin İtalo-Celtic alt qrupunun Romantika şöbəsinə aiddir. İspan dilinə çox yaxın olmasına baxmayaraq, İspan dilindən daha yumşaq və daha melodikdir. Sözlükləri 70% ümumi olsa da, İspan dilində istifadə edilməyən burun səsləri Portuqal dilində çox yayılmışdır. Bu səslər vurğu edildikdə ã (coração: ürək), õ (corações: ürəklər) hərfləri; vurğusuz olduqda, sözün sonuna qoyulmuş m (bem: yaxşı) hərfi ilə göstərilir. İtalyan dili, Fransız dili və Rumın dilinə də çox bənzəyir. Portuqal dilinə ən yaxın dil İspaniyanın Qalisiya bölgəsində danışılan Qalis dilidir (Gallego). Dünyada yayılması 15 və 16-cı əsrlərdə Portuqaliyanın müstəmləkəçilik prosesi zamanı sürət qazandı.Braziliya və Portuqaliyada danışılan dialektlərin tələffüz baxımından bir çox fərqləri olsa da, iki ölkənin sakinləri heç bir çətinlik çəkmədən bir -birini başa düşə bilirlər.
Portuqal İndoneziyası
Portuqal İndoneziyası (port. Insulíndia portuguesa) — Portuqaliyaya məxsus olan əsasən Zond adalarının böyük hissəsini özündə birləşdirən müstəmləkə. Həmin müstəmləkənin böyük hissəsi hazırda İndoneziyaya məxsusdur. Müstəmləkə faktiki olaraq 1512—1859 illərdə mövcud olmuşdur. 20 aprel 1859 anlaşmasına görə Niderland Ost-Hindi ilə sərhədlərin müəyyənləşdirilməsi haqqında Portuqaliya ilə Niderland arasında anlaşma imzalanır. Portuqalların əlinndə bircə Şərqi Timor əraziləri qalır. 1975-ci ildə ərazi İndoneziyaya verilsədə 2002-ci ildə Şərqi Timor müstəqillik əldə edir. Ölkədə Portuqal və Tetun dilləri rəsmi dil elan edilir. == Tarixi == Portuqalların koloniyaları demək olar ki, dünyanın bir çox bölgələrində rast gəlinirdi. İlk koloniyalar əsasən sahil ərazilərində kiçik hərbi-tiçarı obyetlərdən ibarət idi.
I Kimon
I Kimon və ya Kimon Koalem (q.yun. Κίμων Κοάλεμος; e. ə. VI əsr, Afina – güm. e. ə. VI əsr, Afina) — Filaidlər ailəsindən olan Afina aristokratı, üç qat Olimpiya mükafatçısı, Pisistratidlərin əmri ilə öldürülmüşdür. Kiçik Miltiadın atası. == Mənşəyi == Kimon Attikanın ən qədim, varlı və güclü ailələrindən olan aristokratik Filaidlər ailəsindən idi. Filaidlərin əcdadı Zevsin oğlu Eak və oğlu Filey tərəfindən Troya müharibəsi iştirakçısı Ayaks Telamonid sayılırdı.
Klod Simon
Klod Ejen Anri Simon (fr. Claude Simon; 10 oktyabr 1913[…], Antananarivu – 6 iyul 2005[…], Paris) — fransız yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1985). == Həyatı == Fransız yazıçısı Klod Ejen Anri Simon Madaqaskar adasında doğulmuşdu. Atası Lui Antuan Simon fransız müstəmləkə qüvvələrinin zabiti idi. Birinci Dünya müharibəsinin ilk günlərində cəbhədə həlak olmuşdu. Klod əvvəlcə anası Süzanna Simonla birlikdə Fransa-İspaniya sərhəddindəki kiçik Perpinyan şəhərində yaşamışdı. Lakin 10 yaşında anasını da itirdiyindən qohumlarının himayəsinə keçməli olmuşdu. Ədəbiyyatla, rəssamlıq və foto sənəti ilə yaxından maraqlanırdı. 1934-1935-ci illərdə o, Fransa ordusunda xidmət etmişdi. Ordudakı xidmətini başa vurandan sonra SSRİ-yə səfəri dünyagörüşündə müəyyən dəyişikliklərə yol açmışdı.
Braziliya Portuqal dili
Braziliya Portuqal dili (port. brasileiro, português do Brasil) — Braziliyanın rəsmi dilidir. Faktiki olaraq bu dil Braziliyanın bütün 206 milyon əhalisi tərəfindən və Amerika Birləşmiş Ştatları, Paraqvay, Yaponiya, Portuqaliya və Argentinada bir neçə milyon Braziliya mühacirləri tərəfindən danışılır.
Portal
Portal (memarlıq)
Portuqal–Səfəvi müharibəsi
Portuqal–Səfəvi müharibəsi — 1507–1622-ci illər arası Portuqaliya imperiyası və onun vassalı Hörmüzlə, Səfəvilər İmperiyası və onları dəstəkləyən ingilislər arasında baş vermiş bir sıra hərbi toqquşmalar. Müharibə portuqalların Hörmüz və Bəhreyn adalarının, eləcə də Kəşm və Bəndər-Abbas qalalarının zəbt edilməsi ilə başlayıb. == Şah Abbasın Portuqaliya ilə mübarizəsi == XVI əsr boyunca portuqaliyalılar İran körfəzində bazalar qurmuşdular. 1602-ci ildə qızılbaş ordusu onları Bəhreyndən qovmağı bacardı. 1622-ci ildə isə ingilis gəmilərinin yardımı ilə Abbas Hörmüzü ələ keçirdi. O, buranı ticarət mərkəzi olaraq Bəndər-Abbasla əvəz etdi. Bəndər-Abbas imperiyanın əsas quru torpaqlarına daha yaxın ərazidə yerləşirdi. ==== Bəhreynin fəthi ==== Bəhreyn Bəsrə körfəzinin qərb sahillərində olan adalar qrupudur. Bu adaların ən böyüyünə Bəhreyn deyilir Özbəklərlə müharibə fonunda Şah Abbasın əsas hədəflərindən biri də indiyə qədər Səfəvi imperiyasının çox az dərəcədə fəaliyyətinin olduğu İran körfəzi bölgəsi idi. Bunu düzəltməkdə qərarlı olan Abbas 1601-ci ildə bölgədəki vassal hakimlik olan Ları ilhaq etdi və oranın sonuncu hakimi İbrahim xan Fars hakimi Allahverdi xanın ordusunda özbəklərə qarşı edilən Bəlx yürüşündə iştirak etdi və yürüş əsnasında həyatını itirdi.