LİMİT
LİNYİT
OBASTAN VİKİ
Limon
Limon (lat. Citrus limon) — Sədokimilər fəsiləsinə aid bitki növü. == Ümumi məlumat == Limon çox faydalı bitkidir. Azərbaycanın subtropik rayonlarında (Lənkəran, Astara və s.) son illərdə müvəffəqiyyətlə becərilir və onun əkin sahələri ildən-ilə genişləndirilir. Limonun vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Güman edilir ki, "limon" sözü malay dilində bu meyvəni adlandıran "lerno" sözündən əmələ gəlib. Çində isə bu bitkini "limunq" adlandırırlar və tərcümədə bu "analar üçün xeyirli" deməkdir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu.
Limon tetra
Hyphessobrycon pulchripinnis (lat. Hyphessobrycon pulchripinnis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xarasikimilər dəstəsinin xarasilər fəsiləsinin hifessobrikon cinsinə aid heyvan növü. Ana vətəni: Cənub Amerika; Tokantis Çayı. Bəslənmə Forması: Heyvanlar ilə bəslənən Davranış Forması: Təcavüzkar olmayan Öz Növlərinə Davranışı: Təcavüzkar olmayan Üzmə Səviyyəsi: orta-Səth Cinsiyyət Ayrı-seçkiliyi: Cinsiyyət ayrı-seçkiliyi asan deyil. Dişilər daha yumru quruluşa sahib və nisbətən kişilərdən daha böyükdür. Kişilər daha incə quruluşa malikdir. Anal üzgəclərdən də ayrı-seçkilik edilə bilər. Altdakı şəkildə, üstdəki balıq dişi, altdakı kişidir. Artıma: Yumurta saçaraq. 100-200 arası yumurtanı bitkilərin yaxınında yumurtlayarlar.
Limon turşusu
Limon turşusu (2-hidroksi-1,2,3-propantrikarbon turşusu, 3-hidroksi-3-karboksipentandiol) (C6H8O7) — ağ rəngli kristal maddədir; el arasında "lumu duzu" və ya "limon duzu" kimi da tanınır [1] Arxivləşdirilib 2016-04-09 at the Wayback Machine. == Xassələri == Ərimə temperaturu 153 °S-dir. Suda yaxşı həll olur. Etil spirtində həll olur. Dietil spirtində az həll olur. Üçəsaslı zəif turşudur. Limonturşusunun duzları və efirləri sitratlar adlanır. == Alınma qaydası == Limon turşusu limon və ya yabanı nar şirəsindən, eləcə də tənbəki yarpaqlaından, şəkər məhlulunu xüsusi göbələklərlə qıcqırtmaqla alınır. Qeyd edək ki, tütündə 7-8%, yabanı narda 9%, limonda isə 10%-ə qədər limon turşusu olur. Limon turşusunun limon və nar şirəsindən alınması çox mürəkkəb prosesidir.
Limon şirəsi
Limon şirəsi — limonun şirəsi == Limon suyunun faydaları == Mədə üçün yaxşıdır. İsti su ilə qarışdırılmış limon həzm problemlərini azaltmağa kömək edir. Ürək bulanması, mədə qıcqırması və parazitlərə qarşı təsirlidir. Həzmsizlik əlamətlərini yox edir. Gəyirməyi təmin edir və qaz yaranmasına mane olur. Nizamlı olaraq içildiyində bağırsaqları işlədir. Qəbizliyə və ödün fəaliyyətinə yaxşı təsizr edir. Bəlğəm miqdarını azaldır və öd daşı əriməsinə köməkçi olur. Dəri baxımına faydalıdır. Limon təbii bir antiseptik dərmandır.
Cır limon
Cır limon (lat. Schisandra) — bitkilər aləminin avstrobeyliyaçiçəklilər dəstəsinin cırlimonkimilər fəsiləsinə aid bitki cinsi.
Limon çəngəli
Limon çəngəli — limon dilimlərini hərəkət etdirmək üçün istifadə edilən kiçik (4+ düym uzunluğunda) süfrə ləvazimatı. Limon çəngəlləri 19-cu əsrin son rübündə digər xüsusi süfrə ləvazimatları ilə birlikdə məşhurlaşmışdır. Çəngəl süfrədə limon dilimlərinin üzərinə qoyulurdu. Bir çox ixtisaslaşdırılmış qablardan fərqli olaraq limon çəngəlləri 21-ci əsrdə, əsas da restoranlarda hələ də istifadə olunur. Limon çəngəli həmçinin xiyar dilimləri, zeytun, kərə yağı, hisə verilmiş balıq və pendir dilimlərini götürmək üçün də istifadə edilə bilər.
Limon (bitki)
Sitrus (lat. Citrus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Əsasən ABŞ, Çin, Yaponiya, Hindistan, Pakistan, Avstraliya, Cənubi Amerika, Əlcəzair, Mərakeş, Aralıq dənizi ölkələrində bitir. == Botaniki xarakteristikası == Dünyanın subtropik və tropik zonalarında yayılmış. 40-dək növü (portağal, naringi, limon, qreypfrut, berqamot, sitron və s.) məlumdur. Sitrus bitkilərinin meyvələri dadına, tərkibindəki limon turşusuna, şəkər, C, P, B qrupu vitamnnləri, karotin (A provitamini) olmasına görə fərqlənir. Sitrus bitkilərinin meyvəsi yeyilir, ondan şirə, mürəbbə, kompot, cem, povidlo və s. hazırlanır. Yarpağı, çiçəyi və meyvəsinin qabıqından ətriyyatda, yeyinti sənayesində işlədilən efir yağı (2—3,5%) alınır. Sitrus bitkiləri şaxtaya az davamlıdır.
Limon qabığından sukat
Limon qabığından sukat - Limon qabığından hazırlanmış quru mürəbbə == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Citrus limon
Limon (lat. Citrus limon) — Sədokimilər fəsiləsinə aid bitki növü. == Ümumi məlumat == Limon çox faydalı bitkidir. Azərbaycanın subtropik rayonlarında (Lənkəran, Astara və s.) son illərdə müvəffəqiyyətlə becərilir və onun əkin sahələri ildən-ilə genişləndirilir. Limonun vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Güman edilir ki, "limon" sözü malay dilində bu meyvəni adlandıran "lerno" sözündən əmələ gəlib. Çində isə bu bitkini "limunq" adlandırırlar və tərcümədə bu "analar üçün xeyirli" deməkdir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu.
Çin cır limon
Amblyseius limonicus
Dərman limonotu
Limonad
Limonad — adətən, qazlı olan şirin alqokolsuz içkidir. Sərinləşdirici xassəyə malikdir. Limondan hazırlandığına görə ona "Limonad" adı verilmişdir. Limonad ilk dəfə Fransada I Lüdovikin hakimiyyəti dövründə yaranmışdır. Limonad bütün dünya ölkələrində məşhurdur.
Limonit
Limonit — mineral, HFeO2×nH2O (n-4-dək). == Haqqında == Limonite - aqreqatı: stalaktitlər, salxımabənzər, qatranabənzər, torpaqvari, tozvari, oxrayabənzər, pizolitlər, oolitlər və b. Rəngi qonur, müxtəlif çalarlı, tünd-qonur, qara, sarı. Sıx sızma növünün sərtliyi 4-5,5. Xüsusi çəkisi 2,7-4,3. Səthdə və səthəyaxın şəraitdə əmələ gəlir. Sulfid yataqlarının oksidləşmə zonasında sulfidlər üzrə psevdomorfozlar əmələ gətirir. Aşınma qabığında Fe-lu süxurəmələgətirən minerallar üzrə psevdomorfozlar. Göl-bataqlıq filizləri limonitdən təşkil olunmuşdur. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Limonium
Dəvəayağı (lat. Limonium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
Limonium meyeri
Limonium scoparium (lat. Limonium scoparium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinin dəvəayağı cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 40-80 (100) sm olan çılpaq çoxillik bitkidir. Kökü yoğun, odunlaşmış, qısa budaqlı kaudekslidir. Bozumtul-yaşıl rəngli yarpaqlarının hamısı kökyanı, uzunluğu 6-20 (35) sm, eni 4-7 (10) sm enli elliptik və ya tərs yumurtavaridir. Çoxsaylı çiçək saplaqları süpürgəvari-budaqlıdır. Qısa sünbülcüklər şəklində yığılan çiçəkləri, cəm olaraq süpürgəvari çiçəkqrupu əmələ gətirir. Sünbülcüklər xırda, 2-4 çiçəklidir. Tacı əlvan bənövşəyidir. Avqust-oktyabr aylarında çiçəkləyir və meyvə verir.
Limonium vulgare
Adi dəvəayağı (lat. Limonium vulgare) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinin dəvəayağı cinsinə aid bitki növü.
Limonlu piroq
Limonlu yovşan
Limonlu yovşan (lat. Artemisia balchanorum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Türkmənistanda, Azərbaycanda dağ yamaclarında bitir. == Botaniki təsviri == Limonlu yovşanın hündürlüyü 50-80 sm, diametri 50-60 sm olan mürəkkəbçiçəklilər fəsiləsindən olan çox budaqlanan yarımkoldur. Oduncaqlı çoxillik zoğlara malikdir. Yarpaqları 2-3 yerə lələkvari bölünmüşdür. Səbətləri oval-uzunsov, uzunsov süpürgədə yerləşir. Çiçəkləri ikicinslidir. Külək və həşəratların vasitəsilə çarpaz tozlanır. Çiçəkləməsi vegetasiyanın birinci ilində başlayır.
Limonlu çayı
Limonlu çayı (q.yun. Λάμος Lamos; lat. Lamus) və ya Gökler çayı ― qədim Kilikyada, müasir Türkiyənin Mersin ilində çay. Çay Tavr dağlarındakı Yüğlük dağından başlayır və Ərdəmli ilçəsindəki Limonlu (qədim Antakiya Lamotis) qəsəbəsi ərazisində Aralıq dənizinə tökülənə qədər dərin dərəsi boyu cənub-qərb istiqamətində axır. Hövzəsinin təxminən yarısında qərbdən qol olaraq Susama çayını qəbul edir. Limonlu qəsəbəsində, çayın mənsəbindən təxminən 500 metr qərbdə, sağ sahilindəki düz təpə üzərində orta əsrə aid Limonlu qülləsi yerləşir. Çayın üzərindən qüllənin altında yerləşən və ehtimal ki, daha əvvəlki bir Roma körpüsünün yerində tikilmiş, Osmanlı dövrünə aid körpü keçir. Qəsəbənin şimalında çaydan qədim Elaiussa Sebaste və Korikus şəhərlərinə su daşımış su kəmərinin qalıqları var. == Tarix == Çayın qədim adı Lamos (q.yun. Λάμος: lat.
Limonoseris
Tayaotu (lat. Crepis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Limonu evkalipt
Corymbia citriodora (lat. Corymbia citriodora) — mərsinkimilər fəsiləsinin corymbia cinsinə aid bitki növü.
Spilanthes limonica
Acmella brachyglossa (lat. Acmella brachyglossa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. Ceratocephalus caespitosa (DC.) Kuntze Ceratocephalus caespitosus (DC.) Kuntze Spilanthes arrayana Gardner Spilanthes caespitosa DC. Spilanthes eggersii Hieron.
Typhlodromus limonicus
İftarlıq limonad
Iftarlıq Limonad (türk. İftarlık Gazoz) — rejissorluğunu və senaristliyini Yüksel Aksunun etdiyi, baş rollarda Cem Yılmaz və Berat Efe Parların olduğu 2016 komediya növündəki kinoteatr filmidir. Filmin premyerası 2016-cı ilin Yanvar ayının 28-də Kanyon AVM-də oldu. Film 2016-cı ilin Yanvar ayının 29-da viziona girdi. Film 5 həftə ərzində 307 fərqli kino salonunda nümayiş olunmuşdur. Ümumi 960.898 tamaşaçıyla 11.569.063 TL hasilat etmişdir. 1970-ci illərin əvvələrində bir Egey qəsəbəsində ailəsi ilə birlikdə yaşayan Adəm ağıllı və müvəffəqiyyətli bir şagirddir. 5-ci sinfi bitirər bitirməz yay tətilini yaxşı qiymətləndirmək üçün ailəsinə Limonad satan Cibar Kamal Usta ilə işləmək istədiyini deyər. Güc-bəla icazə alan Adəm Limonad satanın çırağı olaraq Cibar Kamalın yanında işə başlayır. Ramazan ayının ilk günləridir, Adəm məsciddə oruc haqqında vəz edən müəllimin dediklərindən təsirlənər və oruc tutmağa qərar verir.
Limonium scoparium
Limonium scoparium (lat. Limonium scoparium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinin dəvəayağı cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 40-80 (100) sm olan çılpaq çoxillik bitkidir. Kökü yoğun, odunlaşmış, qısa budaqlı kaudekslidir. Bozumtul-yaşıl rəngli yarpaqlarının hamısı kökyanı, uzunluğu 6-20 (35) sm, eni 4-7 (10) sm enli elliptik və ya tərs yumurtavaridir. Çoxsaylı çiçək saplaqları süpürgəvari-budaqlıdır. Qısa sünbülcüklər şəklində yığılan çiçəkləri, cəm olaraq süpürgəvari çiçəkqrupu əmələ gətirir. Sünbülcüklər xırda, 2-4 çiçəklidir. Tacı əlvan bənövşəyidir. Avqust-oktyabr aylarında çiçəkləyir və meyvə verir.
Limonoseris biennis
Crepis biennis (lat. Crepis biennis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Crepis biennis var. platyphylla Wallr.

Digər lüğətlərdə