Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Limp Bizkit
Limp Bizkit — 1994-cü ildə Ceksonvil şəhərində (Florida ştatı) yaradılmış ABŞ nü-metal qrupudur. 1994-cü ildə qrupun solisti Fred Dörst, bassist Sem Riverslə tanış olur və onlar birlikdə qrup yaratmaq qərarına gəlir. Onlara Riversin qohumu zərbçi Con Otto və qitaraçı Ves Borland qoşulur. 1995-ci ildə onlar House of Pain qrupunun keçimiş di-ceyi – DJ Letalı qrupa dəvət edirlər və ilk demo disklərini 4 mahnıdan ibarət olan Mental Aquaducts albomunu yazırlar. Elə ilk illərdən qrupun en boyuk dostu və onlara dəstək verən artıq məşhurlaşmış və böyük fanat dəstəsinə sahib olan Korn qrupu olur. Ilk rəsmi albom "Three Dollar Bill, Yall$" olduqca uğurlu olsa da populyarlıq qazanmadı və yalnız qrupun 18 aylıq konsert turlarından sonra, yüksək satışlara nail oldu və dünya üzrə 2 milyon nüsxəyə yaxın satıldı. Bu günə kimi albom rapcore və nü-metal janrlarında yazılmış ən uğurlu albomlardan biri hesab edilir. Limp Bizkit, 1999-cu ilin yazında, ikinci albomlarını – Significant Other – çıxartdı və Billboard 200 siyahısında birinciliyə yükseldi. "Nookie" mahnısı onların dünya şöhrətini bir qədər də artırdı. 2000-ci ilin axırında ise, 3-cü albom "Chocolate Starfish and the Hot Dog Flavored Water" işıq üzü gördü.
Ligularia limprichtii
Ligularia limprichtii (lat. Ligularia limprichtii) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Limpopo vilayəti
Limpopo (ing. Limpopo - Şimali Soto dilində güclü fışqıran şəlalə demək) — Cənubi Afrika Respublikasının ən şimalında vilayət. Mərkəzi Polokuane şəhəridir.
Limpopo çayı
Limpopo — Afrika qitəsində çay. == Təsviri == Adının etimologiyası məlum deyildir. Burlar onu «timsah çayı» adlandırırdılar. Səbəb burada çoxlu timsahın olmasıdır. Vitvatersrand dağlarından başlayır və Pretoriyanın cənubundan axır. Moqali dağlarını keçir və Mariko çayı ilə birləşir. 1600 km məsafədən sonra Hind okeanına (Delaqoa körfəzi) tökülür. Mariko və Krokodayl çaylarının birləşməsindən əmələ gəlir. Çayda çoxlu sayda astana vardır. Bu səbəbdən ziqzaqvarı axır.
Nausithoe limpida
Nausithoe limpida (lat. Nausithoe limpida) — nausithoe cinsinə aid heyvan növü.
Pleione limprichtii
Pleione limprichtii (lat. Pleione limprichtii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin pleione cinsinə aid bitki növü.
Lima
Lima (isp. Lima) — Perunun paytaxtı.Şəhər sakit okeandan 12 km şərqdə Kallau çayının limanında yerləşir.Lima 21-ci əsrin ən sıx şəhərlərindən biridir.Əhalisinin sayı 7.368.069 nəfərdir.
Olimp
Olimp (dağ) — Yunanıstanda dağ. Olimp (Mars) — Marsda dağ. Olimp-2 — Rusiyada stadion. Olimp tanrıları — Yunan mifologiyasındakı tanrılar.
Lima Lima (aerobatika eskadronu)
Lima Lima Uçuş Komandası (ing. Lima Lima Flight Team) ABŞ-nin İllinoys ştatında bazalaşan mülki aerobatika eskadronudur. Uçuşlar üçün 6 ədəd Beechcraft T-34 Mentor təyyarəsinin daha güclü mühərrikə məxsus versiyasını istifadə olunur. T-34 təyyarələri hərbi aerobatika komandalarında istifadə olunan təyyarələrdən daha aşağı sürətə sahib olduğuna görə şou zamanı "ölü vaxt" olmur.
Adriana Lima
Adriana Lima (12 iyun 1981, Salvador) — Braziliyalı model. == Həyatı == Əsl adı Adriana Franseska Limadır. 12 iyun 1981-ci ildə Braziliyada, Salvador, Bahia şəhərində anadan olub. Atası Nelson Torres, anası Maria da Graça Limadır. Adriananın uşaqlığı çox çətin keçib, belə ki, atası anasıyla onu hələ 6 aylıq olarkən atıb getmişdir. Əvvəllər atası ilə münasibətləri gərgin olmasına baxmayaraq, mətbuatın verdiyi məlumatlara görə hal-hazırda onların münasibətləri normallaşmaq üzrədir. == Karyerası == Baxmayaraq ki, məktəbdə oxuduğu vaxt bir çox gözəllik müsabiqələrində qalib gəlmişdi, Adriana Limanın heç vaxt model olmaq kimi bir fikri olmamışdır. Amma ən yaxın rəfiqəsi model məktəbində oxumaq istədiyi və tək getmək istəmədiyi üçün Adriana da onunla modellik məktəbinə sənədlərini verdi. Hər iki qız şəkillərini müsabiqəyə göndərdilər, amma yalnız Adriana müsabiqədən keçə bildi. Tezliklə - 15 yaşında Adriana Ford şirkətinin "Dünyanın super modeli" yarışmasına qatılaraq birinci yerə çıxdı.
Emanuelle Lima
Emanuelle Lima (3 may 1996) — Braziliyanı təmsil edən bədii gimnast. Emanuelle Lima 2016-cı ildə Braziliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Lima həm də 2015-ci ildə Pan Amerika Oyunlarında iki qızıl və bir gümüş medal qazanıb. == Karyerası == Emanuelle Lima 2016-cı ildə Braziliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Morqana Qmaç, Cessika Mayer, Qabrielle da Silva və Fransielle Pereyra ilə birgə təsnifat mərhələsində 32.649 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Lima Universiteti
Lima Universiteti (isp. Universidad de Lima) — Perunun paytaxtı Lima şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 25 aprel 1962-ci ildə qoyulmuşdur.
Lima qrupu
Lima qrupu (isp. Grupo de Lima) — Venesuelada baş qaldıran siyasi böhranı aradan qaldırmaq məqsədilə təşkil olunmuş beynəlxalq təşkilat. Təşkilat adını aldığı Perunun Lima şəhərində 8 avqust 2017-ci ildə təşkil olunmuşdur. == İştirakçı dövlətlər == Qrupun tərkibinə Cənubi və Mərkəzi Amerika bir çox dövlətləri, həmçinin Kanada və Sent-Lüsiya daxildir. Uruqvay, Barbados, Qrenada, Yamayka, həmçinin ABŞ və Avropa İttifaqı təşkilata öz dəstəyini bildirmiş amma ona üzv olmamışlar.
Lima şəhəri
Lima (isp. Lima) — Perunun paytaxtı.Şəhər sakit okeandan 12 km şərqdə Kallau çayının limanında yerləşir.Lima 21-ci əsrin ən sıx şəhərlərindən biridir.Əhalisinin sayı 7.368.069 nəfərdir.
Limu (rayon)
Limu (fr. Limoux — Fransada rayon (fr. Arrondissement).Langedok-Russilon bölgəsindəki rayonlarından biri . Rayonun departamenti — Od. Suprefektura - Limu. Rayon əhalisi 2006-cı ildə 43387 nəfər olmuşdur. Əhalinin sıxlığı 24 nəfər / km² təşkil edir. Rayon ərazisi 1781 km²-dir. == Tarix == Od departamenti 17 fevral 1800-ci ildə yaradılan zaman Limu rayonu orijinal departamentin bir hissəsidir. == Coğrafiya == Limu rayonu şimalda Karkason, Narbon rayonu ilə şərqdə, Cənub-şərqdə Pireneyi departamenti və qərbdə Aryej departamenti ilə sərhəddir.
Olimp-2
«Olipm-2» stadionu — Rostov-na-Donu şəhərində yerləşən, Rostov FK ev oyunlarını keçirdiri station. Bu stadion 1930-cu ildə Rostselmaş zavodunun idman kompleksi olaraq inşa edilmişdir. «Rostselmaş» zavodu stadionu (1930—1996) «Rostselmaş» (1997—2002) «Olimp-21 Vek» (2002—2006) «Olimp-2» (2007-ci ildən) «Rostselmaş» zavod stadionu 1930-cu illərdə inşa edilmişdir. 1958—1970 illər ərzində stationda öz oyunlarını SKA klubu keçirirdi. 1950-ci illərdə station SSRİ ərazisində sahəsinə görə doqquzuncu olmuşdur. 1950-ci illərdə stadionun iki pilləli tribunası sayəsində tutumu 32 000 idi. 2000-ci ildə qərb tribunası genişləndirilir. 2009-cu ildə isə cənub tribumasının tikintisinə icazə verilmir.. 2010-cu ildə stadionda yeni video tablo quraşdırılmışdır. 2016-cı il məlumatına görə dörd tribuna müxyəlif şəxslətin mülkiyyətindədir.
Olimp (Mars)
Olimp dağı (lat. Mount Olympus) — Mars planetində yerləşən Günəş sisteminin ən hündür dağıdır. Dağın hündürlüyü 21 kilometrə yaxındır. Bu göstərici ilə Olimp Yer kürəsinin ən böyük dağı olan Everesti üç dəfə üstələyir. Olimpin hündürlüyü, əsasən 21.2 km. Yer üzündə ən yüksək vulkan olan Mauna Kea (10.2 km) vulkanından iki dəfədən çoxudur. Dağın diametri təxminən 540 kilometrdir. O, 7 km yüksəkliyə qədər kənarları boyunca dik yamaclara malikdir. Bu nəhəng uçurumların meydana gəlməsinin səbəbləri hələ inandırıcı bir izahat tapmamışdır. Baxmayaraq ki, çoxları okean tərəfindən Marsda bir dəfə mövcud olan vulkan yamaclarının aşınma versiyasına meylli olmasını söyləmişlər.
Olimp (dağ)
Keşiş dağı ya da Olimp dağı (yun. Όλυμπος, Olympos), Yunanıstanın şimalında, Teseliya və Orta Makedoniya inzibati bölgələri arasında qalan məşhur dağdır. Dağ, 2.917 m yüksəkliyi ilə Yunanıstanın ən yüksək nöqtəsidir və eyni zamanda mifoloji inanclara görə Olimp tanrılarının evidir.
Olimp dağı
Keşiş dağı ya da Olimp dağı (yun. Όλυμπος, Olympos), Yunanıstanın şimalında, Teseliya və Orta Makedoniya inzibati bölgələri arasında qalan məşhur dağdır. Dağ, 2.917 m yüksəkliyi ilə Yunanıstanın ən yüksək nöqtəsidir və eyni zamanda mifoloji inanclara görə Olimp tanrılarının evidir.
Olimp tanrıları
Olimp tanrıları — yunan mifologiyasına əsasən Olimp dağında yaşayan əsas ilahi qüvvələr.
Qustavo Lima
Qustavo Lima (3 sentyabr 1989, Prezidenti Oleqario[d], Minas-Jerays) — Braziliyalı müğənni, musiqiçi və söz yazıçısı. 2014-cü ildə artq çoxdan populyarlıq qazanmış "balada boa" musiqisi Lionel Messinin çəkildiyi reklamda səsləndirilib. Qustavo Limanın əsl adı Nivaldo Batista Limadır. 1989-cu ildə Braziliyada anadan olub. Luan Santana və Michel Teló ilə musiqi layihələri vardır. "Balada" mahnısı başda Avropa olmaqla birliktə birçox ölkədə müvəffəqiyyət əldə etmişdir.
Umbra limi
Umbra limi (lat. Umbra limi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin umbralar fəsiləsinin umbra cinsinə aid heyvan növü.
Devid Lim
Devid Lim (ing. David Lyme) – İspan İtalo Disko ifaçısı, musiqi yazarı və modelidir. Ən məşhur mahnısı "Bambina" mahnısıdır.
Lim körfəzi
Lim ( lat. lims — sərhəd; xorv. Limski zaljev) — Xorvatiyanın İstriya yarımadasında körfəz. Körfəz Poreç şəhərindən cənubda, Brsar və Rovin şəhərlərinin yaxınlığında yerləşir. Körfəz hidromorfoloji fenomen hesab olunur. Körfəzi uzun və ensiz olduğuna görə bəzən kanal adlandırırlar. Formasına görə fyordu xatırlatsada əslində riadır. Körfəz Pazinçisa çayının fəaliyyəti nəticəsində formalaşmışdır. İlk vaxtlar dəniz səviyyəsi aşağı olmuş, sonradan dəniz suları çay dərəsini doldurmuşdur. Lim körfəzi Lim dərəsinin bir hissəsi hesab olunur.
İldefons Lima Sola
İldefons Lima Sola (d. 10 dekabr 1979, Andorra la Vella) — Andorralı futbolçu. İtaliyanın "Triestina" komandasında forma geyinir.
Kvon Ha-lim
Lim Kyung-Hee
Lim Kyung-Hee (16 noyabr 1982) — Cənubi Koreyanı təmsil edən marafonçu. Lim Kyung-Hee Cənubi Koreyanı 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Lim Kyung-Hee birinci dəfə Olimpiadaya 2012-ci ildə qatıldı. O, Londonda baş tutan Olimpiya Oyunlarında yarışdı və məsafəni 2 saat 39 dəqiqə 3 saniyəyə qət edərək 118 marafonçu arasında 76-cı yeri tutdu. Lim Kyung-Hee növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 43 dəqiqə 31 saniyəyə qət edərək 157 marafonçu sırasında 70-ci yeri tutdu.
Lim Mi-Kyun
Lim Mi-Kyun (d. 17 may 1967) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Lim Mi-Kyun Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
GIMP
GIMP (Rastr Qrafikalı Proqram, ing. GNU Image Manipulation Program, GIMP) — rastr qrafikası ilə işləmək üçün proqram; qismən vektor qrafikasını da dəstəkləyir. Layihənin əsası 1995-ci ildə qoyulub və hazırda könüllülər qrupu tərəfindən dəstəklənir. GNU General Public License şərtləri üzrə yayılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Lim O-Kyeong
Lim O-Kyon (11 dekabr 1971) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Lim O-Kyon Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Daha sonra Lim O-Kyon Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Lim O-Kyon Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Lim O-Kyon
Lim O-Kyon (11 dekabr 1971) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Lim O-Kyon Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Daha sonra Lim O-Kyon Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Lim O-Kyon Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
LISP
Lisp — proqramlaşdırma dili 1958-ci ildə yaradılmışdır. Lisp, ikinci qədim yüksək səviyyəli dildir (ilk yüksək səviyyəli dil Fortran). Fortran kimi Lispdə də yarandığı gündən bugünə kimi bir çox dəyişikliklər edilmişdir. Lisp adı – List Processing (siyahıların emalı) sözlərindən götürülmüşdür. == Proqram nümunələri == 1959-cu ildə süni intellekt məsələlərinin həlli üçün LISP (LISt Processing language – “siyahıların emalı dili”) dili meydana çıxmışdır. Bu dilin müəllifi amerikalı riyaziyyatçı Con Makkartidir (John McCarthy). Faktorial funksyanın hesablanmasını təsvir edək (rekursiyadan təyin olunur): == Mənbə == Patrick Winston and Berthold Horn, Lisp, Addison Wesley; 3 edition (January 1, 1989), ISBN 0-201-08319-1 Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Himn
Himn — dövlət rəmzlərindən biridir. İlk dəfə qədim Yunanıstanda yaradılıb. Bu gün bütün ölkələrin himni var. Azərbaycanın da 1991-ci ildən müstəqil olduğu vaxtdan himni var. Onun sözləri Əhməd Cavadın Musiqisi isə Üzeyir Hacıbəylinindir. Qeyd etmək lazımdır ki bizim himn 1918-ci ildə yaradılıb.
Hims
Hüms (ərəb. حمص‎) — Suriyada şəhər. Hüms mühafəzəsinin mərkəzidir. == Tarixi == Hüms bizim eradan əvvəl 2300-cü ilə aid salnamələrdə çəkilir. Şəhər Emesa adlanırdı. Bir müddət Roma imperiyasından asılı olmuşdu.
Lama
Lama (heyvan) – heyvan növü. Lama (buddizm) — budda rahibi.
Lampa
Lampa — süni işıq mənbəsi və gövdəsidir. Bu anlayış 13-cü əsrdə qədim yunan dilində λαμπάς (lampás, lampádos) məşəl, işıq sözlərinə əsaslanan fransız sözü lampedən alınmışdır. Lampa sözü dedikdə çib fənəri, tavan lampası, masaüstü lampa və gecə lampası başa düşülür. Xalq arasında lampa həm də işıq kimi başa düşülür. Azərbaycan dilində lampaya həm də çıraq deyilir. Lampa əslində işıq saçan qurğu və ya məşəl kimi işlənməlidir. Lampanın üzərindəki çətir çox vaxt ətraf mühiti güclü işıq şülarından və ya istidən qoruyur. Neft lampasını (XIII əsr), qaz lampasını (XIX əsr) və elekriklə işləyən közərmə lampasını ixtira edənə qədər lampa gildən, daşdan və ya metaldan hazırlanmış qabıq formalı olub içərisinə bitki və ya hevan yağı ila islanmış fitil yerləşdirilirdi. Bu tipli lampalar ən qədim zamanlarda mövcud olmuşdur. Lampalara başqa misal kimi işıq saçan materialdan hazırlanmış boruları, hologen lampalarını, metal buxarı lampalarını, günəş enerjisi ilə işləyən lampalar, qövs lampalarını və işıq diodlarını göstərmək olar.
IMAP
İnternet-məlumatlara erişmə protokolu(en. IMAP (Internet Messaging Access Protocol ~ ru. протокол доступа к интернет-сообщениям ~ tr. İnternet Mesaj Erişim Protokolü). İnternetdə məlumatlara (mesajlara) erişmək üçün protokoldu. 1986-cı ildə Stenford Universitetində işlənib hazırlanıb. elektron poçt məktublarını hostinq serverdə olduğu kimi oxumağa imkan verir. Məktublarla bağlı edilən bütün əməliyyatlar (silmə, cavabvermə, yönləndirmə, yerdəyişmə) serverdə öz əksini tapır. Bu isə o deməkdir ki, eyni e-poçt hesabı ilə işləyən və digər webmail və ya IMAP kliyentdən daxil olan istifadəçilər də bu dəyişiklikləri görmüş olurlar.POP3 protokolu ilə müqayisədə daha geniş imkanlara malikdir: gələn poçtun gözdən keçirilməsi zamanı yalnız başlıqların oxunması ilə kifayətlənməyə imkan verir. POP3 protokolunda olduğu kimi, IMAP server və poçt müştərisi arasında əlaqə üçün SMTP protokolundan istifadə edir.