Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fortuna Liqa
Fortuna Liqa - Çex Respublikasının ən yüksək futbol liqasıdır. Liqada 18 komandadan biri çempionluğundan sonra UEFA Çempionlar Liqasına, 2 -ci və 3 -cü sıradakı komanda isə UEFA Avropa Liqasına çıxır. Liqanın sonunda son iki yerin sahibləri Çex 2 - ci Liqasına düşür.
La Liqa
La Liqa (isp. Liga de Fútbol Profesional, LaLiga) — İspaniya peşəkar futbol liqası. İlk dəfə 1929-cu ildə keçirilmişdir və "Barselona" mövsümün qalibi olmuşdur.Liqadakı ən titullu klub "Real Madrid"dir. Hər il 20 komandanın oynadığı liqada son 3 yeri tutan klub Sequndaya düşür. İlk 4 klub isə UEFA Çempionlar Liqasına çıxır. 4–7-ci yerləri tutan klublar isə UEFA Avropa Liqasına çıxır. La liqanın ən məhsuldar oyunçusu "Barselona"da oynayan Argentinalı ulduz Lionel Messidir. 2015-ci ilə qədər BBVA sponsorluq edirdi. Daha sonra isə Electronic Arts sponsor oldu. İcraçı direktor isə Javier Gomez Morinadır .
Liqa 1
Liqa 1 (fr. Championnat de France de football) Fransanın ən yüksək səviyyəli futbol liqası. Bir alt səviyyədəki Liqa 2 ilə birlikdə Liqa də Football Professionnel içində olan iki liqadan biridir. Avqust ayında başlayıb may ayında sona çatan sezonların hər birində 20 komanda mübarizə aparır. Hər komandanın digərləri, biri öz meydanında digəri isə səfərdə olmaq üzrə iki matç keçirdiyi liqa 38 həftə davam edir və cəmdə 380 oyun oynanılır. Mövsüm sonunda son üç sırada qərarlaşan komandalar Liqa 2-yə düşərlər. İlk dövrə iki həftə qalmış bitərkən, ikinci sezon isə yanvar ayının 2-ci həftəsində başlayır. UEFA əmsalları sıralamasında Premyer Liqa, La Liga, Bundesliga və Serie A-dan sonra beşinci sırada yerləşir. == Tarixi == 1930-cu ilə qədər qurulan Fransa Futbol Federasiyası Fransada liqa yaradılmağa təkan verdi. 1932-ci ildə Franas çempionatının yaradılmasına qərar verildi.
Liqa Kuboku
İspaniya Liqa Kuboku — 1982-ci ildə qurulub.
Milli Liqa
Milli Liqa (türk. Millî Küme) — Türkiyənin 1937-1950ci illər arasında ən üst səviyyəli futbol çempionatı. Türk futbol tarixində ilk dəfə bötün ölkədən komandaların yarıştığı liqa olub. Liqada dört komanda çempion olub. Fənərbaxça ən çox çempion olan komandadır.
Fransa Liqa 1
Liqa 1 (fr. Championnat de France de football) Fransanın ən yüksək səviyyəli futbol liqası. Bir alt səviyyədəki Liqa 2 ilə birlikdə Liqa də Football Professionnel içində olan iki liqadan biridir. Avqust ayında başlayıb may ayında sona çatan sezonların hər birində 20 komanda mübarizə aparır. Hər komandanın digərləri, biri öz meydanında digəri isə səfərdə olmaq üzrə iki matç keçirdiyi liqa 38 həftə davam edir və cəmdə 380 oyun oynanılır. Mövsüm sonunda son üç sırada qərarlaşan komandalar Liqa 2-yə düşərlər. İlk dövrə iki həftə qalmış bitərkən, ikinci sezon isə yanvar ayının 2-ci həftəsində başlayır. UEFA əmsalları sıralamasında Premyer Liqa, La Liga, Bundesliga və Serie A-dan sonra beşinci sırada yerləşir. == Tarixi == 1930-cu ilə qədər qurulan Fransa Futbol Federasiyası Fransada liqa yaradılmağa təkan verdi. 1932-ci ildə Franas çempionatının yaradılmasına qərar verildi.
La Liqa 1929
1929-cu il fevralın 10-unda İspaniya çempionatına Primera División adıyla start verildi və elə həmin il iyunun 23-ündə ilk sezon başa çatdı. İlk sezonda 10 klub iştirak etdi. == Komandalar == == Turnir cədvəli == == Liqalar arası pley-off == Sezonu sonuncu yerlə başa vuran Racing Primera División'da yerini qorumaq üçün Segunda División 1929 qalibi Sevilya FK 2 matçlı oyun keçirdi. Ümumi nəticədə Rasinq 3 - 2 hesabı ilə qələbə qazandı və Primera División'nun növbəti mövsümündə iştirak etmək hüququnu saxladı. Rasinq 3 – 2 hesabı ilə qələbə qazanır. == Nəticələr == Sol tərəfdəki klublar ev sahibi, üst tərəfdəki klublar isə səfər komandası olaraq nəzərə alınır.
Liqa Kuboku (dəqiqləşdirmə)
İspaniya Liqa Kuboku — 1982-ci ildə qurulub.
Macarıstan Liqa Kuboku
Macarıstan Liqa Kuboku (mac. Magyar Ligakupa) — Futbol üzrə Macarıstan Liqasının klubları arasında kubok sistemi ilə keçirilən futbol turniri. 2007-ci ildə yaradılmış bu turnirdə rəqabət yalnız 8 mövsüm davam etmişdir. 2015-ci ildə ləğv edilmişdir. == Bütün finallar == Səkkiz finalın 2-si 2 oyundan, 6-sı isə 1 oyundan ibarət olmuşdur.
Super Liqa (Türkiyə)
Super Liqa (türk. Super Liqa) — Türkiyənin ən üst səviyyə futbol liqası. Bir mövsümdə 19 futbol klubunun yer aldığı liqada, hər komanda bir-birilə 2 dəfə olmaqla mübarizə aparır və qaliblər dairəvi sistem vasitəsilə seçilir. Mövsümü 1-ci və 2-ci yerdə tamamlayan klublar UEFA Çempionlar Liqasında, 3-cü, 4-cü yerdə tamamlayan və Türkiyə Kubokunu qazanan klublar isə UEFA Kubokunda çıxış etmə şansı qazanır. 9 ay davam edən Super Liqa, avqust və may ayları da daxil olmaqla 34 həftə və 306 matç davam edir. 2015–16 mövsümünün sona çatması ilə liqa UEFA ölkələri sıralamasında 11-ci yerdə qərarlaşmışdır. 1959-cu ildə İstanbul, Ankara və İzmir regional liqalarından cəmi 16 komandanın iştirakı ilə təşkil edilmişdir. Türkiyə 1. Futbol Liqası 1962–63 mövsümündə, 2001–02 mövsüm başında istifadə ediləcək olan Super Liqanın adı, bu dövrdə sponsor sponsor adı əlavə edildikdən sonra liqanın başında müxtəlif sponsorların dəstəyi səbəbiylə istifadə edildi. Zamanla iştirakçıların sayı və format baxımından müxtəlif dəyişikliklərə məruz qaldı.
Unibank Premyer Liqa
Misli Premyer Liqası — Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ən yüksək təbəqədir. Hazırda Misli Premyer Liqasında 10 futbol klubu iştirak edir. Azərbaycan Premyer Liqasının mövsümü adətən avqust ayından maya kimi keçirilir. Premyer Liqanın qalibi UEFA Çempionlar Liqasının 1-ci pley-off mərhələsində yer alır. Çempionat 1992-ci ildən 2007-ci ilə qədər Yüksək Liqa, 2007-ci ildən sonra Azərbaycan Premyer Liqası adı altında fəaliyyət göstərir. 1992-ci ildən 10 klub Azərbaycan Premyer Liqasının qalibi olmuşdur. Azərbaycan Premyer Liqasının ən uğurlu komandası "Qarabağ"-dır. Hazırkı çempion "Qarabağ" 2022–23 mövsümündə 10-cu dəfə bu titulu qazanmışdır. == Tarixi == === 1990-cı illər === 1990-cı illərdə liqada əsasən "Neftçi", "Qarabağ", "Kəpəz", "Turan Tovuz FK" və "Şəmkir" hökmranlıq edib. 1997-ci ildə "Kəpəz" Azərbaycan Premyer Liqası tarixində ən uzun qələbə seriyasına imza atmışdır.
İngiltərə Liqa Kuboku
Mançester Yunaytedİngiltərə Liqa Kuboku, İngiltərədə keçirilən futbol turniridir. İngiltərədə əsas futbol liqası olan Premyer Liqa və digər 3 diviziondan 92 komandanın qatıldığı turnir 1960-ci ildə qurulub.
İspaniya Liqa Kuboku
İspaniya Liqa Kuboku (isp. Copa de la Liga) — 1982-ci ildə qurulub. Bu kubokda üç komanda qələbə qazanıb (Barselona, Real Madrid, Real Valyadollid). Burda La Liga, Segunda, Segunda B və Tersera klubları iştirak edirlər.
Birinci Liqa (Azərbaycan)
Azərbaycan Birinci Liqası — Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ikinci ən yüksək təbəqə. Azərbaycan Birinci Liqasının mövsümü adətən sentyabr ayından maya kimi keçirilir. == Tarixi == === 1990-cı illər === === 2000-ci illər === === 2010-cu illər === Azərbaycanda 2010-cu ildən 2017-ci ilə qədər Birinci Divizionda çempion olan komandalardan yalnız üçü Azərbaycan Premyer Liqasına buraxılıb: "Bakılı" (2008), "Gəncə" (2010) və "Araz-Naxçıvan" (2014). Digər 7 mövsümdə birinci yeri tutan "ABN-Bərdə", "Abşeron, "Qaradağ", "Ağsu", "Neftçala" (2 dəfə) yüksək liqadan kənarda qalıb. Bəzən klublar özləri imtina ediblərsə, əsasən lisenziya tələbləri ödənilməyib deyə Premyer Liqaya yüksəlmək mümkün olmayıb.2016-cı ildə UEFA-nın təzyiqindən sonra AFFA-nın İntizam Komitəsi Azərbaycan Birinci Divizionunda oyun alveri qalmaqalına görə 22 futbolçu, 1 inzibatçı və 1 hakim bütün yarışlardan kənarlaşdırıldı. İkinci mərhələdə 16 nəfərin adı silindi, əvəzinə 2-si əlavə edildi. Araşdırmaların yekunu AFFA-nın martın 15-də keçirilən Hesabat Konfransından bir gün sonra açıqlandı. 9 futbolçu mövsümün sonuna qədər, "Şahdağ"ın inzibatçısı Rafael Kübərov 2 il müddətinə, hakim Anar Niyazov isə ömürlük bütün yarışlardan kənarlaşdırıldı. Araşdırmaların daha sərt nəticəsi isə "Rəvan" və "Şərurspor"un Birinci Diviziondan uzaqlaşdırılması oldu. Hər iki komandaya növbəti oyunlarda məğlubiyyət, futbolçularına azad agent statusu verildi.2018-ci ildə Premyer Liqada mübarizə aparacan əvəzedici komandalarının çempionatı Azərbaycan Birinci Divizionu ilə birləşdirildi.
Premyer Liqa (Azərbaycan)
Misli Premyer Liqası — Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ən yüksək təbəqədir. Hazırda Misli Premyer Liqasında 10 futbol klubu iştirak edir. Azərbaycan Premyer Liqasının mövsümü adətən avqust ayından maya kimi keçirilir. Premyer Liqanın qalibi UEFA Çempionlar Liqasının 1-ci pley-off mərhələsində yer alır. Çempionat 1992-ci ildən 2007-ci ilə qədər Yüksək Liqa, 2007-ci ildən sonra Azərbaycan Premyer Liqası adı altında fəaliyyət göstərir. 1992-ci ildən 10 klub Azərbaycan Premyer Liqasının qalibi olmuşdur. Azərbaycan Premyer Liqasının ən uğurlu komandası "Qarabağ"-dır. Hazırkı çempion "Qarabağ" 2022–23 mövsümündə 10-cu dəfə bu titulu qazanmışdır. == Tarixi == === 1990-cı illər === 1990-cı illərdə liqada əsasən "Neftçi", "Qarabağ", "Kəpəz", "Turan Tovuz FK" və "Şəmkir" hökmranlıq edib. 1997-ci ildə "Kəpəz" Azərbaycan Premyer Liqası tarixində ən uzun qələbə seriyasına imza atmışdır.
La Liqa 1929-30
Primera División'nun 1929-30 sezonuna dekabrın 1-i 1929-cu il tarixində start verildi. 10 komandanın iştirak etdiyi bu sezon 1930-cu il martın 30-da sona yetdi. == Komandalar == == Yekun cədvəl == == Nəticələr == Sol tərəfdəki klublar ev sahibi, üst tərəfdəki klublar isə səfər komandası olaraq nəzərə alınır.
La Liqa 1930-31
La Liqa'nın bu sezonuna 1930-cu il dekabrın 7-də start verildi. Sezon 1931-ci il 5 aprel tarixində başa çatdı. 1930-31 sezonunda iştirak edən klublar: == Komandaların yerləri == == Yekun cədvəl == == Nəticələr == Sol tərəfdəki klublar ev sahibi, üst tərəfdəki klublar isə səfər komandası olaraq nəzərə alınır.
La Liqa 1931-32
La Liqa'nın bu sezonuna 1931-cu il noyabrın 22-də start verildi. Sezon 1931-ci il 3 aprel tarixində başa çatdı. 1931-32 sezonunda iştirak edən klublar: 1 İspaniyanın İkinci Cümhuriyyəti dönəmində bütün klubların adından Real sözü götürülmüşdür. == Komandaların yerləri == == Yekun cədvəl == 2 Real Madrid klubu Madrid FK adını alıb. 3 RCD Español klubu CE Espanyol adını alıb. 4 Real Sosyedad became Donostia CF adını alıb. 5 Real Unión klubu Union Club Irún adını alıb. == Nəticələr == Sol tərəfdəki klublar ev sahibi, üst tərəfdəki klublar isə səfər komandası olaraq nəzərə alınır.
La Liqa 2008-09
== Yerdəyişmə == Sequnda -dan yüksələn klublar Numansiya Malaqa Sportinq XixonSequnda -ya düşən klublar Saraqosa Mursiya Levante == Turnir cədvəli == == Piçiçi mükafatı == Piçiçi mükafatı bir mövsüm ərzində ən çox qol vuran oyunçuya verilir. Son yenilənmə: 17 May 2009Mənbə: Yahoo! Sport == Zamora mükafatı == Zamora mükafatı bir mövsüm ərzində qapısından ən az qol buraxan qapıçıya verilir.
Liqa 1 bombardirlər siyahısı
Bu, hər mövsüm üzrə Fransa Liqa 1 üzrə bombardirlər siyahısıdır. Mükafatlandırma 1932-ci ildən günümüzədək davam edir. Yosip Skoblar bir mövsüm ərzində ən çox qol vuran (44 qol) futbolçu statusunu hələdə qorumaqdadır. Karlos Biyanki, Deliyo Onnis və Jan Pyer Papen titulu rekord sayda, 5 dəfə qazanmışdır. Sonuncu dəfə isə bu titulu "Pari Sen-Jermen" klubunun oyunçusu Zlatan İbrahimoviç qazanmışdır.
Osmanlı-Müqəddəs Liqa müharibəsi
Osmanlı-Müqəddəs İttifaq müharibəsi (1683-1699) — Osmanlıların II Vyana mühasirəsində uğursuzluğa uğramasından cəsarət alan bir qrup Avropa ölkəsinin "Müqəddəs İttifaq" adı altında Osmanlılara qarşı birləşməsi və bu ölkələrin Macarıstan, Ukrayna və Dalmasiyada hakimiyyət qurub Balkanlardakı Osmanlı hakimiyyətinə böyük zərbə vurmaları ilə nəticələnmiş bir müharibədir. Osmanlı tarixində "fəlakət illəri" olaraq da adlanır. Xarici qaynaqlarda isə bu "böyük türk müharibəsi" olaraq bəhs edilir. == Səbəbləri == Qanuni Sultan Süleymanın 1526-cı ildə Mohaç döyüşünü qazanaraq Macar Krallığını süquta uğratmasından sonra Macarıstanın böyük bir hissəsi 150 ildən çox Osmanlı dövlətinin əsarəti altında qalmışdır. Macarıstanın qalan hissəsi isə Avstriya hersoqluğu Habsburqlar sülaləsinin əlində idi. Katolik avstriyalılar öz hakimiyyəti altında olan protestant macarlarını katolikləşdirmə siyasətini davam etdirirdilər. Avstriya rəhbərliyi altında protestan macarlar Tökəli İmrənin (macar dövlət adamı) hakimiyyətində qiyam qaldırdılar və bəzi əraziləri əllərinə keçirərək Macarıstanın mərkəzi ərazisində padşahlıq qurdular. Tökəli İmrə dəfələrlə Osmanlıdan kömək istədi, lakin istəyi qəbul edilmədi. Avstriyanı məğlub edərək nüfuz qazanmaq istəyən sədrəzəm Mərzifonlu Qara Mustafa Paşa IV Mehmedi Tökəli İmrənin yardım istəyini qəbul etməyə və Avstriya əleyhinə müharibə elan etməyə yola gətirdi. == II Vyana mühasirəsi == Osmanlı ordusu 1683-cü ildə Avstriyaya qarşı səfərə çıxdı.
Premyer Liqa Qızıl Butsu
Premyer Liqa Qızıl Butsu İngiltərə Premyer Liqasında mövsüm ərzində ən çox qol vuran oyunçuya təqdim edilən illik futbol mükafatıdır. Sponsorluq anlaşmalarına görə mükafat 1994-cü ildən 2001-ci ilədək Karlinq Qızıl Butsu, 2001-ci ildən 2004-cü ilədək Barkleykard Qızıl Butsu, 2015-ci ildən başlayaraq isə Barkleys Qızıl Butsu kimi adlanır. Bundan əlavə mükafatın sahibinə mövsüm ərzində vurduğu hər qola görə adətən 1000 funt sterlinq pul mükafatı təqdim edilir. Həmçinin 2012/13 mövsümündə vurduğu 26 qol qarşılığında Robin van Persi toplam 30.000 funt sterlinq pul mükafatı əldə etmişdir.Premyer Liqa 1992-ci ildə yaranmışdır. Belə ki, birinci divizyonda çıxış edən klublar Futbol Liqasını tərk etdilər və beləcə maliyyə baxımından azad olan, şəxsi yayım hüququ və sponsor razılaşmaları olan liqa yarandı. Yeni yaranmış liqanın 1992/93 futbol mövsümünü təşkil etməsi üçün heç bir sponsoru yox idi ta ki Karlinq növbəti mövsüm üçün büdcəsi 12 milyon funt sterlinqi əhatə edən 4 illik müqavilə bağlayana qədər. Beləliklə ilk mövsümündə daxili çempionat Premyer Liqa adı ilə tanınırdı. Nəticədə ilk dəfə Teddi Şerinqam mükafatı qazanarkən bu Premyer Liqa Qızıl Butsu adlanırdı. O, bir mövsüm ərzində keçirdiyi 41 oyun ərzində 22 dəfə fərqlənə bilmişdi. 1994/95 mövsümündən sonra liqada klubların sayı 22-dən 20-yə endirildi və beləliklə çempionatda matçların sayı 42-dən 38-ə düşürüldü.Tyerri Anri mükafatı 4 dəfə qazanmaqla bu mənada rekorda sahibdir.
Premyer Liqa Qızıl Əlcək
Premyer Liqa Qızıl Əlcək (ing. Premier League Golden Glove) — Premyer liqada qol buraxmadan ən çox oyun keçirən qapıçıların qazandığı futbol mükafatıdır. Sponsorluq razılaşmaları nəticəsində, bu mükafat ilk dəfə 2004-05 mövsümündən bu yana hər il "Barclays Qızıl Əlcək" adıyla təqdim olunur. Başlanğıcda, Qızıl Əlcək mükafatı sadəcə bir oyunçu tərəfindən qazanılırdı. Qolsuz oyun sayılarının bərabər olması nəticəsində mükafat, qolsuz oyun sayısının sezon boyu çıxdığı oyun sayısına nisbəti yüksək olan qapıçıya verilirdi. 2013-14 mövsümündən etibarən isə mükafat, qapıçıların çıxdıqları oyun sayısına baxmayaraq, qol buraxmama rokordu bərabər olan qapıçılar arasında paylaşılır.Qızıl Əlcək mükafatları 2005-ci ildən verilməyə başlamışdır. Bu mükafatı ilk qazanan Petr Çex olmuşdur. Qapıçılar arasında ən çox qazananlar isə, dörd mükafatla Co Hart və Petr Çexdir. Hartın mükafatı qazandığı dörd mövsümdə də forma geydiyi Mançester Siti, hal-hazırda mükafatı ən çox qazanan klubdur. Hartın və Çexin dörd mükafatıyla ingilislər və çexlər mükafatı ən çox qazanan millətlər olaraq ilk sırada yer alarkən, onları üç mükafatla ispanlar izləyir.
Super Liqa bombardirlərinin siyahısı
Super Liqa bombardirlərinin siyahısı — Super Liqada bir mövsümdə ən çox qol atan futbolçuların mövsümlərə görə hazırlanmış siyahısı. 1959-cu ildən başlayan liqanın ilk bombardiri, on beş matçda on bir qol vuran Türkiyə futbolçusu və baş məşqçi, "Tacsız kral" ləqəbli Mətin Oqtay, sonuncu bombardir isə 2016-2017 mövsümündə iyirmi səkkiz matçda iyirmi üç qol vuran "Alanyaspor" futbolçusu Vaqner Lavdır. Bu günə qədər qırx bir fərqli futbolçu bombardir adına layiq görülmüşdür. Mətin Oqtay altı dəfə bombardir adına layiq görülmüşdür. Tanju Çolaq beş dəfə bombardir adını layiq görülmüşdür və o, Mətin Oqtaydan sonra ikinci yeri tutur. Həmçinin Tanju Çolaq 1987-1988 mövsümündə vurduğu otuz doqquz qolla Avropanın ən çox qol atan futbolçusu olub. O, Qızıl buts mükafatını qazanmışdır. Bundan başqa, Tanju Çolaq birdən çox komanda ilə bombardir olan ilk futbolçudur.Qırx bir futbolçudan otuz üç nəfəri Türkiyə vətəndaşı, səkkizi isə xarici futbolçudur. İlk xarici bombardir 1983-1984 mövsümündə on altı qol vuran Yuqoslaviya əsilli Tariq Hodiçdir. Digər xarici bombardirlər Şota Arveladze, Aleksandro de Souza, Milan Baroş, Ariza Makukula, Aatif Şaeşue, Fernandao, Mario Qomes və Vaqner Lavdır.
Super Liqa çempionlarının siyahısı
Türkiyə futbol çempionlarının siyahısı
Liman Şəhərlərinin Universitet Liqası
Liman Şəhərlərinin Universitet Liqası (ing. Port-City University League və ya qısaca ing. PUL) — dünyanın böyük liman şəhərlərində yerləşən universitetlərin beynəlxalq birliyi. == Tarixi == 2006-cı ildə təsis edilmişdir. İlk ümumi yığıncağı da elə həmin il Yaponiyanın Yokohama şəhərində keçirilmişdir. == Üzvləri == 2014-cü ilin dekabr ayına olan məlumata görə liqaya 12 ölkədən 15 ali məktəb üzvdür.
Laqaş
Laqaş-Mesopotamiyada Qədim dövr şəhərlərindən biri.E.ə. XXV-XXIV əsrlərdə yaranmışdır.Erkən sülalələr dövrünün son mərhələsində (e.ə. XXV-XXIV əsrlər) Laqaş şəhəri yüksəlməyə başlayır. Laqaş dövlətinin banisi Urnanşe idi. Urnanşenin nəvəsi Eannatum (2400-cü il) Laqaşın qüdrətini daha da artırır. Eannatum Şumerin bir sıra şəhərlərini Laqaşa tabe edir. Entemena və Luqalandanın vaxtında ərazi böyüsə də, əhalinin vəziyyəti pisləşir. Ona görə də Luqalandanın hakimiyyəti uzun sürmür . Ali hakimiyyət Uruinimkinanın əlinə keçir. O, əvvəlcə özünü ensi (kahin-hökmdar), sonra luqal (hökmdar) adlandırır.
Likak
Likək və ya Likak — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Bəhməi şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 12,226 nəfər və 2,201 ailədən ibarət idi.
Likan
Canavar adam (yun. λυκάνθρωπος, ing. Werewolf, alm. Werwolf‎, ukr. Вовкулака, fr. loup-garou) – insandan canavara (və yaxud əksinə) çevrilmək xüsusiyyətinə malik olan mifik varlıq. Qurd adam bütöv ay sırasında qurd kimi qorxunc bir bədheybətə dönüşən əfsanəvi insandır. Bir insanın bir heyvan şəklində, xüsusən də canavar şəklində olması, canavar əfsanəsinin mənşəyi üçün kifayət qədər bir izah deyil. Ümumiyyətlə bir canavar tərəfindən dişlənmə və ya müəyyən bir ayda doğulma kimi tanınır. Qurd adam hekayələri uzun müddətdir müxtəlif mənbələrdə və cəmiyyətlərdə tapılmışdır.
Liman
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. == Limanlar və ekologiya == Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Liqvan
Liqvan və ya Liğvan (fars. ليقوان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanının Mərkəzi bəxşinin Meydançay dehestanında yerləşən kənd.Bu kənd pendirinə görə məşhurdur. Bu kənd "Livan" və "Levan" kimi də adlanır. 2006-cı il əhalinin siyahıya alınmasına görə əsasən, kəndin əhalisi 5,359 nəfərdən ibarət idi.
Lisar
Lisar — İranın Gilan ostanında yerləşən şəhər. Lisar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2,599 nəfər yaşayır (679 ailə).
Livan
Livan (ərəb. لبنان‎‎) və ya rəsmi adı ilə Livan Respublikası (ərəb. الجمهوريّة اللبنانيّة‎‎) — Yaxın Şərqdə dövlət. Şimal və şərqdən Suriya, cənubdan İsraillə həmsərhəddir. Qərbdən isə Aralıq dənizinə çıxışı vardır və bu dəniz vasitəsilə Kiprlə su sərhəddinə malikdir. Paytaxtı və ən böyük şəhəri Beyrut, ümumi sahəsi 10,452 kvadrat kilometrdir. Livanı bəzən Yaxın Şərqin İsveçrəsi də adlandırırlar. == Coğrafiyası == Livan Respublikasının ərazisi 10.452 km² — dir . Ərazisinin böyüklüyünə görə dünyada 161-ci yeri tutur. Şimal-şərqdəki Biqa vadisindən başqa bütün ərazisi dağlıq ərazilərdir.
Loqar
Niqab
Niqab — üzü təbii təsirlərdən və bəd niyyətlərdən qorumaq üçün gözlərdən başqa bütün üzü və ya bir hissəsini örtmək üçün istifadə edilən bir növ pərdə. == Mənşə == Niqab sözünün mənşəyinin ərəbcə piçe istifadəsindən gəldiyi bir fərziyyədir. Digər iddia isə onun italyanca kiçik parça mənasını verən "pezzoto" sözündən götürülməsidir. Başqa dillərdə də niqab əvəzinə burku, peçe, vesvesa, rubənd kimi sözlər işlədilir. Yarandığı andan Semit tayfalarının ənənəsi olan örtünün sübuta yetirilə bilən tarixi eramızdan əvvəl IV əsrə təsadüf edir. == İstifadəsi == Niqab üzü xarici təsirlərdən fiziki olaraq qoruyan örtükdür. Bu səbəbdən səhra mühitində günəş şüalarına və külək əsən qumlara qarşı qoruyucu funksiyanı yerinə yetirir. Niqab alnın yuxarı səviyyəsində baş örtüyünə və ya çarşaba bağlanan və istifadə olunmayanda başın üstündən atılan parçadır. Hicab nöqteyi-nəzərindən üzün də örtülməsi müxtəlif coğrafiyalarda geniş yayılmışdır. Bəzi bölgələrdə, xüsusən də müsəlman, hindu və sikx əhalisinin sıx yaşadığı ölkələrdə qadınlar arasında geniş istifadə olunur.
Siqar
Puro və ya siqar — Silindrik formada yuvarlanan tütün yarpaqlarından ibarət tütün məmulatıdır. Ortada tütün hissəcikləri olan "tutucu" yarpağı və ətrafına spiral şəklində bükülmüş "sarğı" yarpağı var. Puronun ən bahalı hissəsi olan sarğı yarpağı; güclü, çevik və ipək kimi quruluşa malik olmalı, nizamlı yanmağı təmin etmək üçün xoş ətirli və yanar xüsusiyyətə malik olmalıdır. Qısa puro da adətən "siqarillo" termini ilə tanınır. Daha çox Kuba və Dominikan Respublikası kimi ölkələrdə yetişdirilir.
Siraf
Bəndər Siraf və ya Tahiri— İranın Buşehr ostanının Kəngan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3 500 nəfər və 722 ailədən ibarət idi.
İlqar
İlqar — Kişi adı və təxəllüs. İlqar Məmmədovİlqar Məmmədov (riyaziyyatçı) — Azərbaycanlı alim. İlqar Məmmədov (siyasətçi) — siyasətçi, Respublikaçı Alternativ hərəkatının sədri. lqar Məmmədov (hərbçi) — Ali Hərbi Məktəbin rəisi.
Viqan
Viqan və ya rəsmi olaraq Viqan şəhəri (Ciudad ti Bigan, Filipince: Lungsod ng Vigan) — Filippinin Cənubi İlokos əyalətinin bir mahalı və paytaxtıdır. Şəhər Cənubi Çin dənizinə baxan böyük Luzon adasının qərb sahilində yerləşir. 2015-ci il siyahıyaalınmasına əsasən, əhali 53879 nəfərdir. YUNESKO tərəfindən Dünya İrsi Mirası olaraq tanınan şəhər, Filippində və İspaniyada toxunulmaz qalan bir neçə İspan şəhərlərdən biridir. Şəhər döşəmə daşları ilə Filippin və Şərq memarlığını müstəmləkə İspan memarlıq dizaynları ilə birləşdirən özünəməxsus memarlığı ilə tanınır. 2015-ci ilin may ayında Viqan şəhəri Beyrut, Doha, Durban, Havana, Kuala-Lumpur və La-Pas (Boliviya) ilə birlikdə rəsmi olaraq dünyanın 7 möcüzəsindən biri olaraq tanınıb.
Əhqaf
46-cı surə
Limfa
Limfa (lat. "su") limfa sistemi vasitəsilə axan maye. Limfa damarlarından (kanallardan) və ara limfa düyünlərindən ibarət olan bu sistemin funksiyası venoz sistem kimi təkrar emal ediləcək toxumalardan mayeni qaytarmaqdır. Mayenin qaytarılması prosesinin başlanğıcında interstisial maye bədənin bütün toxumalarında hüceyrələr arasında olan maye limfa kapilyarlarına daxil olur. Bu limfa mayesi daha sonra limfa düyünləri vasitəsilə tədricən genişlənmiş limfa damarları vasitəsilə paylanır, burada maddələr toxuma limfositləri tərəfindən çıxarılır və dövran edən limfositlər sonda sağ və ya sol körpücükaltı venaya boşalmadan əvvəl mayeyə əlavə edilir və burada mərkəzi venoz qanla qarışır. == Tərkibi == Limfa qan və ətrafdakı hüceyrələrin daim maddələr mübadiləsi apardığı interstisial mayedən əmələ gəldiyi üçün limfanın tərkibi daim dəyişir. Ümumiyyətlə qanın maye komponenti olan qan plazmasına bənzəyir. Limfa zülalları və artıq interstisial mayeni qana qaytarır. Limfa həmçinin həzm sistemindən (süd vəzilərindən başlayaraq) yağları xilomikronlar vasitəsilə qana daşıyır. Bakteriyalar limfa kanallarına daxil ola bilər və bakteriyaların məhv edildiyi limfa düyünlərinə nəql edilə bilər.
Aigai
Aigai — Türkiyədə Manisanın Kösələr kəndinin 2 km. cənubunda Gün dağının üzərində, əsasən xarabalıqdan ibarət olan qədim bir şəhərdir. E.ə. 1100-cü illərdə Yunanıstandan gəlib Anadolu sahillərində yerləşmiş Aiollər tərəfindən qurulmuş 12 kənddən biri sayılır. Müasir dövrümüzdə İzmir körfəzi ilə Çandarlı körfəzi arasına təqabül edən və qədim dövrlərdə Aiolis adlandırılan bölgədə yerləşən şəhərlər quran Aiollər, İzmir körfəzinin cənubunda yerləşmiş İonlardan fərqli olaraq iç bölgələrdə də (Aigai və Temnos kimi) şəhərlər quraraq ticarətdən çox əkinçilik və heyvandarlığa üstünlük vermişlər. Aigai haqqında ilk məlumatlar tarixçi Heredot tərəfindən verilmişdir. Heredot Aigai şəhərinin Aiollərin qurduğu 12 şəhərdən biri olduğunu qeyd edir.
Alıgan
Monqol və buryat mifologiyasında istiqamətlərə görə göydəki tanrıların mövqelərini ifadə edər. Alıqan xan - 99 cənub tanrısının başında tapılar. (Nümayəndəsi Usan Xandır.) Sargay xan - 88 orta (mərkəz) tanrısının başında tapılar. Soqto xan - 77 şimal tanrısının başında tapılar. (Nümayəndəsi Tatay Xandır.) Hürmüz xan - 55 qərb tanrısının başında tapılar. (Bu tanrıların anaları Manzan Xatundur.) Atay xan - 44 şərq tanrısının başında tapılar. (Bu tanrıların anaları Mayas Xatundur.) == İstiqamətlərə görə tanrılar == Xüsusilə monqol və buryat mifologiyasında istiqamətlərə görə göydəki tanrıların ədədləri və başlarında olan tanrılar bu şəkildədir: === Alıqan === Alıqan Xan - türk, altay və monqol mifologiyasında cənub tanrısı. Monqolların 99 cənubi Tanrısının başıdır. Monqollarda buddizmin təsiriylə ilk istiqamətin şərq olaraq deyil, cənub olması ehtimal edilir. Alığ Xan ilə də əlaqəsinin olması mümkündür.
Alıqan
Monqol və buryat mifologiyasında istiqamətlərə görə göydəki tanrıların mövqelərini ifadə edər. Alıqan xan - 99 cənub tanrısının başında tapılar. (Nümayəndəsi Usan Xandır.) Sargay xan - 88 orta (mərkəz) tanrısının başında tapılar. Soqto xan - 77 şimal tanrısının başında tapılar. (Nümayəndəsi Tatay Xandır.) Hürmüz xan - 55 qərb tanrısının başında tapılar. (Bu tanrıların anaları Manzan Xatundur.) Atay xan - 44 şərq tanrısının başında tapılar. (Bu tanrıların anaları Mayas Xatundur.) == İstiqamətlərə görə tanrılar == Xüsusilə monqol və buryat mifologiyasında istiqamətlərə görə göydəki tanrıların ədədləri və başlarında olan tanrılar bu şəkildədir: === Alıqan === Alıqan Xan - türk, altay və monqol mifologiyasında cənub tanrısı. Monqolların 99 cənubi Tanrısının başıdır. Monqollarda buddizmin təsiriylə ilk istiqamətin şərq olaraq deyil, cənub olması ehtimal edilir. Alığ Xan ilə də əlaqəsinin olması mümkündür.
Digah
Digah (Abşeron) — Azərbaycanın Abşeron rayonunda kənd. Digah (Quba) — Azərbaycanın Quba rayonunda kənd. Digah (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Digah (Lənkəran) — Azərbaycanın Lənkəran rayonunda kənd. Digah (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Yuxarı Digah — Azərbaycanın Quba rayonunda kənd.
Loğaz
Loğaz — əsasən xalq satirası ilə bağlı termin. Satirik ruhlu əsərlərdə müəyyən bir hadisənin, yaxud şəxsin bilavasitə onun öz dili ilə lağa qoyulması loğaz adlanır."Azərbaycan dilinin izahlı lüğəti"ndə loğaz həm də "istehza", "rişxənd", "masqara", "ələ salma" və "ağzına gələni danışma", "boş-boş danışma", "uydurma, yalan söyləmə" kimi qeyd edilir. "Loğaza qoyulmaq" isə "ələ salınmaq", "masqaraya qoyulmaq" kimi verilir. Məsələn: Loğazdan XX əsrin əvvəllərində — satirik şairlərimizin yaradıcılığında xüsusən geniş istifadə edilmişdir. Məsələn, Sabir xalqı geriyə sürükləyənləri, hər vasitə ilə milli intibaha mane olanları onların öz dili ilə ifşa edərək satiralarında loğazın klassik nümunələrini yaratmışdır: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Nigah
Nikah, kəbin, izdivac — evlənmənin qanuni şəklə salınması. Azərbaycan Respublikasında nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə dövlətin himayəsindədir. Azərbaycanda ailə-nikah hüquqları ailə və nikah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nikahı tənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq "nikah qarşılıqlı razılıq əsasında bağlanır", "nikah dövlətin himayəsi altındadır", "ər və arvadın hüquqları bərabərdir". Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur. === Azərbaycanda dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. === Ər-arvadın soyad seçmək hüququ - Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə , yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər == Mütə == Mütə — İslamın bəzi məzhəblərində evlənməsi qadağan olmayan qadın və kişi arasında bağlanmış müvəqqəti nikah. == Maraqlı faktlar == Böyük Britaniyada 1836-cı ildən 2012-ci ilədək axşam saat 6-dan səhər saat 8-dək nikah bağlamaq qadağan edilmişdir.
Nigar
Nigar — Azərbaycanda ad. Nigar Axundova — tarix üzrə fəlsəfə doktoru, dosent. Nigar Axundova — sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünaslıq namizədi. Nigar xanım — Osmanlılar dövründə yaşayan türk şair. Nigar Əhmədova — Azərbaycanı təmsil edən sabiq qadın güləşçi. Nigar Xanlarova — Azərbaycan həkimi.