Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lombok
Lombok (ind. Lombok) — Malay arxipelaqına daxil olan, Kiçik Zond adalarına aid adadır. Ada İndoneziyaya məxsusdur. Cənubdan Hind okeanı, şimaldan isə Sakit okeana daxil olan Bali dənizi ilə əhatələnir. Lombok adasını qərbdən Bali adasından Lombok boğazı, şərqdən isə Sumbavadan Alas boğazı ayırır. == Coğrafiyası == Adanın sahəsi təxmini olaraq 5435 km² təşkil edir. Ada ümumilikdə oval formaya malikdir. Onun şimaldan cənuba eni 80 km, şərqdən qərbə uzunluğu isə 70 km-dən bir qədər azdır. Ən hündür nöqtəsi 3726 metr yüksəkliyə malik olan Rincani vulkanıdır Şimal-qərb və şimal-şərq sahillərinə yaxın kiçik adalar vardır. == Təbiəti == Lombokun relyefində kəskin yüksəliş müşahidə edilir.
Lombok boğazı
Lombok boğazı (ind. Lombok Selat) - Lombok boğazı Malay arxipelaqına aid olan İndoneziyaya məxsus Bali, Nusa Penida və Lombok adalarını ayırır. == Coğrafiyası == Sakit okeanına aid olan Bali dənizini (şimaldan) Hind okeanı (qərbdən) ilə birləşdirir. Boğazın cənub-qərbində Bali və Nusa Penida adaları arasında Badunq boğazına çevrilir. Ən dar yeri 18 km təşkil edir. Nusa Penida adası qərbdə, Lombok adası isə şərqdə yerləşir. Ən dərin yeri 1400 m təşkil edir ki, o da boğazın şimalında yerləşir. Ən dayaz yeri isə 250 m-dən aşağıdır. Boğaz İndoneziyanın iki vilayəti olan Bali və Qərbi Kiçik Zond adaları arasında sərhəd təşkil edir. Sahilində Bali adasında Manqqis və Kubu, Lombok adasında Matarom və Lembar şəhərləri yerləşir.
Lordoz
Lordoz (yun. "lordos" – əyilmiş) — anadangəlmə və ya sonradan qazanılmış onurğa əyriliyi, onurğa sütununda bel və omba hissədə olan önə əyrilik. Bu əyriliklər beli şaquli vəziyyətdə tutur, yeriyən, qaçan və tullanan zaman narahatlıq yaradır.
Tromboz
Tromboz (thrombōsis "laxtalanma" ← q.yun. θρόμβος "laxta") — qan damarlarının içərisində qan laxtalarının (trombların) ömür boyunca formalaşması prosesi olub, qanın sərbəst axınını əngəlləyir. Tromboz həm bədənin qoruyucu mexanizmi, həm də patoloji proses ola bilər. Birinci halda, tromboz qanaxmanın dayandırılmasına kömək edir: qan damarı zədələndikdə qan laxtalanma sistemi aktivləşir, qan laxtası (tromb) əmələ gəlir, damar divarındakı qüsuru örtərək qan itirilməsinin mexaniki olaraq qarşısını alır. İkinci halda, tromboz müxtəlif xəstəliklərin və patoloji vəziyyətlərin gedişatını çətinləşdirir (ateroskleroz, infeksiyalar və s.). Damar divarına bərkiməmiş və qan axını boyunca sərbəst dövr edən qan laxtasına emboliya deyilir . Tromboembolizm, ilkin əmələ gəlmə və fiksasiya yerindən qopmuş trombun parçası ilə qan damarının kəskin tıxanmasıdır. Tromb arteriya lümeninin kəsik sahəsinin 75% -dən çoxunu əhatə etdikdə, qan axını və müvafiq olaraq toxumaya oksigen o qədər azalır ki, hipoksiya əlamətləri və metabolik məhsulların, o cümlədən laktik turşunun yığılması görünür. Obstruksiya 90%-dən çox olduqda, hipoksiya, oksigenin tam çatışmazlığı və bədəndə hüceyrələri və toxumalarının ölümü müşahidə edilə bilər. == Səbəbləri == Trombozun inkişafına aşağıdakı amillər (Virxov triadası) səbəb olur: qanın tərkibi (hiperkoaqulyasiya və ya trombofiliya); damar divarının zədələnməsi (endotel hüceyrələrinin zədələnməsi); qan axınının xarakteri (staz, turbulentlik).
Lobez
Lobez (ˈwɔbɛs, ) - Polşanın üçüncü ən iri şəhəri. == Demoqrafik == == Bələdiyyə başçıları == == Abidələr == == Məşhur sakinləri == Franz Andreas von Borcke (1693–1766), ümumi Ferdinand Nemitz (1805–1886), siyasətçi Oskar Beyersdorff (1830–1887), həkim Felix Genzmer (1856–1929), memar Otto Puchstein (1856–1911), arxeoloq Franz Georg von Glasenapp (1857–1914),ümumi Walter Goehtz (1878–1946), siyasətçi Fritz Puchstein (1893-1968), aktor Kazimierz Obuchowski, (1931-2014), psixoloq Zbigniew Harbuz (1932), tarixçi Ignacy Gryczyński (1948), bioloq Zygmunt (Karol) Gryczyński (1958), fizik Andrzej Gudański (1979), rəssam == Qardaş şəhərlər == Affing (alm. Affing‎), Almaniya Wiek (alm. Wiek‎), Almaniya Kėdainiai (lit. Kėdainiai, pol. Kiejdany), Litva İstra, (rus. Истра), Rusiya Svalöv (isv. Svalöv), İsveç Paikuse (est. Paikuse), Estoniya Гуча (serb. Гуча), Serbiya == İdman == MLKS "Światowid" - Futbol.
Lomon
Lomon (fr. Lomont) — Fransa kommunası, Franş-Konte regionunda yerləşir. Departament — Yuxarı Sona. Qərbi Erikur kantonuna daxildir. Kommuna rayonu — Lur. == Coğrafiya == Kommuna Parisdən təxminən 350 km cənub-şərqdə, Bezansondan 65 km şimal-şərqində, Vezouldan 35 km şərqində yerləşir.. == Əhalisi == == İqtisadiyyatı == 2010-cu ildə 238 nəfərdən (15-64 yaş) olanlar arasında 164-ü iqtisadi cəhətdən aktiv, 74-ü qeyri-aktivdir (fəaliyyət göstəricisi 68,9%, 1999-cu ildə isə 65,0%). 164 aktiv sakindən 150 nəfər işləyib (89 kişi və 61 qadın), 14 nəfər işsizdir (9 kişi və 5 qadın). 74 qeyri-aktiv arasında 14 nəfər tələbə, 34 nəfər təqaüdçü, 26 nəfəri isə digər səbəblərlə qeyri-aktivdir.. == Əhəmiyyətli yerləri == Kommunanın aşağı hissəsində bulaq və ictimai camaşırxana yerləşir (XIX əsr).
Norbert Qombos
Norbert Qombos (13 avqust 1990, Qаlаntа) — ATP Çelencer Turunda iştirak edən və Slovakiya Davis Kuboku komandasının üzvü olan Slovakiya tennisçisi. 25 may 2015-ci ildə Dünya ATP reytinqində 103-cü sırada qərarlaşaraq şəxsi rekorduna imza atmışdır.
Stefan Lambez
Stefan Lambese (fr. Stéphane Lambese; 10 noyabr 1995[…] və ya 10 may 1995, Nojan-sür-Marn) — Pari Sen-Jermen B klubunda müdafiəçi kimi çıxış edən Haiti futbolçusu. == Karyerası == Lambese öz karyerasına 2004-cü ildə Olimpik de Sevranda başlamışdır. 2009-ci ilin yay ayında isə Pari Sen-Jermen FK klubunun gənclərdən ibarət yığmasına qoşulmuşdur. 2012-ci ilin yayında PSJ-in ehtiyat komandasından gənclər yığmasına keçmişdir. Öz debütünü isə 20 aprel 2013-cü ildə Çampionat de Frans Amateur liqasında Nansi klubunun ikinci heyəti ilə qarşılaşmada etmişdir. == Milli karyerası == Lambese 2010-cu ildə Fransa U-16 yığmasında 4 oyunda iştirak etmiş və 1 qol vurmuşdur. 2014-cü ildən etibarən Haiti milli futbol komandasını təmsil edir və Haiti U-20 yığmasının bir üzvüdür. Lambese 7 mart 2014-cü ildə Kosovo milli futbol komandasına qarşı qeyri-rəsmi yoldaşlıq oyununda iştirak etmişdir.
Typhlodromalus olombo
Typhlodromalus olombo (lat. Typhlodromalus olombo) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin typhlodromalus cinsinə aid heyvan növü.
Çezare Lombrozo
Çezare Lombrozo (it. Marco Ezechia Lombroso) - kriminologiya və cinayət hüququnda antropoloji istiqamətin əsasını qoyan və əsas ideyasını anadangəlmə cinayətkar olduğunu təşkil edən italyan həbsxana həkim-psixiatrı. == Həyatı == Lombrozo 1835-ci il 6 noyabr tarixində Veronada varlı yəhudi ailəsində anadan olmuşdur. O, Paduya, Vyana, Parisdə olan universitetlərdə ədəbiyyat, linqvistika və arxeologiyanı öyrənsə də, sonradan öz planlarını dəyişərək 1859-cu ildə orduda cərrah kimi fəaliyyət göstərməyə başlayır. 1866-cı ildə Paviyada dəvət olunmuş rektor təyin olunsa da, 1871-ci ildə Pezaroda yerləşən psixiatriya xəstəxanasına rəhbərlik etmişdir. Lombrozo 1876-cı ildə Turin universitetinin məhkəmə tibbi və ictimai gigiyena şöbəsinin professoru təyin olunur. Həmin ildə o özünün daha vacib və nüfuzlu işi hesab edilən L Uomo delinquente (Cinayətkar insan) əsərini yazmışdır. O, 1909-cu ildə Turində vəfat etmişdir. == Əsərləri == 1863-cü ildə Lombrozo özünün Dahilik və Dəlilik kitabını nəşr etdirir. O, bu kitabda dahi insanlarla dəlilər arasında paralel şəkildə müqayisələr aparmışdır.
Anal tromboz
Anal tromboz — Anal kanal ətrafında hemorroidal damar yumaqcıqlarının (kavernoz cisimciklərin) birinin və ya bir neçəsinin mənfəzinə qan laxtasının toplanması hadisəsidir.
Franklin Lobos
Franklin Lobos (isp. Franklin Erasmo Lobos Ramírez; 2 iyun 1957, Kopiapo) — 2010-cu ildə Çilidə dağılan şaxtanın altında 2 aydan artıq qalıb, sonradan işıq üzünə çıxanlara arasında milli komandanın sabiq futbolçusu. 2010-cu ildə Çilidə dağılan şaxtanın altında qalanların xilas olunması əməliyyatı zamanı həyata qaytarılan 33 nəfərdən biridir. da olub. Belə ki, 53 yaşlı Franklin Lobos Çili yığmasının sabiq yarımmüdafiəçisidir. Karyerası boyu ortabab klublarda oynayan Lobos 1984-cü ildə keçirilən Olimpiya Oyunlarının seçmə mərhələsində millinin şərəfini qoruyub. 15 il əvvəl karyerasını başa vuran futbol veteranı dağılan şaxtada yük maşınında sürücü çalışırdı.
Lobos adası
Lobos adası (isp. Isla de Lobos) — Atlantik okeanıda, Uruqvayın cənub sahilində yerləşən ada. == Coğrafiya == Ada Atlantik okeanında, La-Plata estuarisinin sərhəddində, Punta-del-Este şəhərindən 12 km cənub-şərqdə yerləşir. İnzibati baxımından Uruqvayın Maldonado departamentinə daxildir. Uruqvayın ən cənub nöqrəsi hesab edilir. Adanın maksimal hündürlüyü 26 metrdir. Sahilləri alçaqdır. Ərazisinin mərkəzi hissəsini böyük plato tutur. Ərazisi əsasən torpaqla örtülüdür. adada şirin su mənbələri vardır.
Nijniy Lomov
Nijniy Lomov — Rusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir.
Opel Combo
Opel Combo (ing. Opel Combo) — General Motors şirkəti tərəfindən 2001-ci ildən istehsal olunan alman avtomobili. Üçqapılı yük və beşqapılı sərnişin variantları mövcuddur. Avtomobil 1,4 l (60 a.g.) və 1.6 l (87 a.g.) həcmində benzinlə işləyən, eləcə də 1,3 l (60 a.g.), 1,7 l (75 a.g.) və 1,7 l turbudizel (100 a.g.) həcmində dizellə işləyən mühərriklərlə təchiz oluna bilir. Standart komplektə sükanın elektrik gücləndiricisi, 4 təhlükəsizlik yastığı, antibloklama sistemi və kondisioner daxildir.
Eytor Villa-Lobos
Eytor Villa-Lobos (5 mart 1887 - 17 noyabr 1959) - braziliyalı bəstəkar. Braziliya xalq musiqisindən və klassik Avropa musiqisindən təsirlənmişdir. Bachianas Brasileiras adlı əsər onun ən məşhur əsəridir.
Lombrozo Kriminal Antropoloji Muzeyi
Lombrozo Kriminal Antropoloji Muzeyi (it. Museo di antropologia criminale Cesare Lombroso) — İtaliyanın Turin şəhərində yerləşən muzey. == Tarixi == Muzeyin əsası 1876-cı ildə qoyulmuşdur. == Eksponatları == Bu muzeyin əsas eksponatları insanın kəllə sümükləridir. Muzeydə 400-dən çox insanın kəllə sümüyü var. Həkim Çezare Lombrozonun da kəlləsi buradadır. Belə ki, həmin həkim qatillərin, əsgərlərin və ruhi xəstələrin beyinləri üzərində uzun müddət araşdırmalar aparıb. Onun araşdırmalarının nəticələri 1898-ci ildən bu günə kimi həmin muzeydə saxlanılır.
Ga və Lobo (departament)
Ga və Lobo — Kamerunun cənub regionuna daxil olan departament. Departament 19 911 km² sahəni əhatə edir və 2005-ci ildə ümumi əhalisi 196 951 nəfər olmuşdur. Departamentin mərkəzi Sanqmelimada yerləşir. Kamerundakı qorunan ərazilərdə biri olan Ga Təbiət Qoruğu dapartamentin ərazisində yerləşir.