Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lyamblioz
Lyambliyoz
Lyambliyoz — nazik bağırsaqda, bəzən isə öd kisəsində parazitlik edən lyambliyalar tərəfindən törədilən xəstəlik. == Haqqında == Çirkli sulardan istifadə хüsusilə uşaqlar arasında lyambliyozun geniş yayılmasına gətirib çıхarıb. Tərəvəzlər də əsas parazit keçiriciləridir. Bu zaman qəbul olunan qida vasitəsilə parazit lyambliya qurdları orqanizmə daxil olur. Lyambliyoz uşaqların sağlamlığına böyük ziyan vurur. Lyambliyoz-geniş yayılmış xəstəlikdir və birhüceyrəli heyvanlar ailəsindən olan mikroorqanizmlər- Protozoe Giardia Lamblia tərəfindən törənir. Xəstəlik lyambliyaların nazik bağırsağı və qaraciyəri zədələməsi ilə baş verir. İnsanda lyambliyaların bir növü- L.intestinalis parazitlik edir. == Mənbələri == Lyambliyozun əsas mənbəyi xəstə insandır. Bununla belə müəyyən edilmişdir ki, lyambliyalar it, pişik və siçanabənzər gəmiricilərin orqanizmində də parazitlik edir.
Lyambliyoz qurd xəstəliyi
Lyambliya
Lyambliya (lat. Giardia) — heyvanlar aləminin metamonada tipinin diplomonadida dəstəsinin hexamitidae fəsiləsinə aid heyvan cinsi. İnsan və digər bir çox məməlilər, eləcə də quşların nazik bağırsaqlarında parazitlik edir. Bu cinsin Giardia lamblia növü insanda lyambliyoz xəstəliyi törədicisidir. Lyambliyalar da digər diplomonadidalar kimi iki nüvə və iki cüt orqanoidlərdən — 4 cüt qamçı və 2 medial bədəndən ibarətdir.