lyamblioz
lyapis
OBASTAN VİKİ
Lyambliya
Lyambliya (lat. Giardia) — heyvanlar aləminin metamonada tipinin diplomonadida dəstəsinin hexamitidae fəsiləsinə aid heyvan cinsi. İnsan və digər bir çox məməlilər, eləcə də quşların nazik bağırsaqlarında parazitlik edir. Bu cinsin Giardia lamblia növü insanda lyambliyoz xəstəliyi törədicisidir. Lyambliyalar da digər diplomonadidalar kimi iki nüvə və iki cüt orqanoidlərdən — 4 cüt qamçı və 2 medial bədəndən ibarətdir.
Bağırsaq lyambliyası
Bağırsaq lyambliyası (lat. Giardia lamblia) — heyvanlar aləminin metamonada tipinin diplomonadida dəstəsinin hexamitidae fəsiləsinin lyambliya cinsinə aid heyvan növü. İlk dəfə Xarkov Universitetinin professoru D.F.Lyamble tərəfindən öyrənilmiş və elmə daxil edilmişdir. Parazit müxtəlif onurğalıların, o cümlədən, insanın onikibarmaq bağırsağında yaşayır. == Morfologiyası == 4 cüt qamçıya malikdir, onlardan biri arxa hissədən, qalanları isə alt və yan tərəflərdən çıxır. Bədənin ön hissəsi dəyirmi, arxa hissəsi isə konusvari itidir. Ümumi görünüşü armudvari olub, ikitərəfli simmetriyaya malikdir. Bədənin alt tərəfində bağırsağa yapışmaq üçün bir ədəd sorucu disk vardır. Parazitin uzunluğu 10–18 mkm, eni isə 8–10 mkm-dir. Bədənin ön hissəsində simmetrik yerləşən iki nüvə vardır.