Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lyej
Lyej (fr. Liège [ljɛːʒ], nid. Luik [lœyk], vallon. Lîdje (Lic), alm. Lüttich‎ [ˈlʏtɪç], lat. Leodi(c)um (Leodi(k)um)) — Belçikada (Valloniya), Maas və Urt çaylarının qovuşuğunda yerləşən, Lyej əyalətinin inzibati mərkəzi olan şəhər. Əhalisi 194 mindir (ətrafı ilə birlikdə 600 min).
Hit Lecer
Hit Endrü Ledcer (4 aprel 1979[…], Pert, Qərbi Avstraliya, Avstraliya – 22 yanvar 2008[…], Manhetten, Nyu-York, ABŞ) — Avstraliya aktyoru. O, 1990-cı illərdə bir çox Avstraliya istehsalı olan film və televiziya işlərində rol alaraq diqqətləri cəlb etmiş və karyerasını inkişaf etdirmək üçün 1998-ci ildə ABŞ-yə köçmüşdü. Prodüser və rejissor olduğu musiqi videoları da var idi. Kinorejissor olmağı arzulayırdı. O, 2005-ci ildə eyniadlı hekayə əsasında ekranlaşdırılan "Qozbel dağ" filmində homoseksual münasibəti olan kovboyu canlandırmışdı. Bu filmdəki tərəf müqabili ABŞ aktyoru Ceyk Cillenhol idi. Hit, filmdəki performansına görə "BAFTA", "Qızıl Qlobus" və "Oskar" mükafatlarına namizəd göstərilmişdi. Hit Ledcer 2008-ci ilin yanvarında Kristofer Nolanın rejissoru olduğu, Betmen filmlər silsiləsinin ikinci hissəsi olan "Qara cəngavər" filminin çəkilişləri başa çatdıqdan bir müddət sonra öz yaşadığı SoHo-dakı mənzilində ölü vəziyyətdə tapılıb. Ölüm səbəbi kimi resept əsasında satılan dərmanların səhvən həddindən artıq dozada qəbul edilməsi göstərilir. O, "Qara cəngavər" filmində kriminal kloun olan Cokeri ifa etmişdi.
Kobus leche
Liçi (lat. Kobus leche) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü.
Lyaene-Virumaa
Lyaene-Virumaa (est. Lääne-Virumaa və ya Lääne-Viru maakond) — Estoniyanın vilayətidir. Vilayətin paytaxtı Rakvredir. Sahəsi 3 628 km², əhalisi 66 996 min nəfərdir. Şimaldan Fin körfəzi suları ilə yuyulur. == Əhali == Estonlar əhalinin 84,8 %, ruslar 10,7 %, ukraynalılar 1,4 %, finlər isə 1,5 %, digərləri 1,6 % (beloruslar, almanlar, tatarlar, ermənilər) təşkil edir. == Şəhər və icmalar == Lyaene-Virumaa özündə 12 icmanı və 3 Şəhəri birləşdirir.
Capsella lycia
Capsella lycia (lat. Capsella lycia) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü.
Standard Lyej FK
Standard (Lyej) — Belçikanın futbol klubu 1900-cü ildə yaradılıb. 29 dəfə Avropa kuboklarında iştirak edib.
Bruce Lee
Brüs Li (ing. Bruce Lee; çin. 李振藩 Li Jun-fan; 27 noyabr 1940[…], San-Fransisko, Kaliforniya – 20 iyul 1973[…]) — döyüş sənəti üzrə məşhur döyüş ustası, rejissor, ssenarist, idmançı və aktyor, Cit Kun Do döyüş sənətinin yaradıcısı, filosof == Həyatı == 1940-cı ilin səhərində Çin təqviminə görə Əjdaha ilində Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olan Brüs Linin əsl adı Jun-fan Lidir. Atası və anası, Çin operasında aktyor idi. Anası Qreysin sözlərinə görə, ona bir Amerikan adı verməyi fikirləşmirdi. Xəstəxanada işləyən həkimlərdən biri bu körpəyə Brüs deməyə başladı buna görə də anası bu adı dəyişdirməyib ona Brüs adını verdi. Bundan sonra adı Brüs Li oldu. Ailə çox qısa bir müddət sonra Honq Konqa geri döndü. 6 yaşı olanda da o tündxasiyyət idi. Brüs Honq Konqda film karyerasına 8 yaşında başladı.
Jason Lee
Ceyson Maykl Li (ing. Jason Michael Lee; 25 aprel 1970, Orinc[d], Kaliforniya) — amerikalı aktyor, filmmeyker, fotoqraf və keçmiş peşəkar skeytbordçu. O, komediya serialı "Mənim adım Erldir"dəki ifasına görə məşhurlaşıb. Bu serialdakı performansına görə o, 2005 və 2006-cı ildə "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. Ceyson həmçinin "Elvin və burunduklar" film seriyasında Deyv roluna görə tanınır. Keçmiş peşəkar skeytbordçu olan Ceyson Li 1992-ci ildə həmkarı skeytbordçu Chris "Dune" Pastras ilə birlikdə "Stereo Skateboards" şirkətini təsis etmişdir. Şirkət yarandığı ildən bəri skeyt avadanlıqları və geyimlərinin istehsalı və paylanması ilə məşğuldur. Şirkət məhsullarına əlavə olaraq skeyt videoları da çəkir. == Həyatı == Ceyson Li 25 aprel 1970-ci ildə Kaliforniya ştatının Santa-Ana şəhərində anadan olub. Onun atası Qreq Li avtomobil satışı üzrə menecer, anası Kerol Li isə evdar qadın olmuşdur.
Lee Felix
Lee Felix (doğum adı:Lee Yongbok;(kor. 이용복)), 15 sentyabr 2000, Sidney) və ya bilinən səhnə adı ilə Felix — Cənubi Koreyalı oğlan qrupu Stray Kids-in üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 17 mahnının müəllifidir. == Haqqında == === İlk İllər === Felix (펠릭스) −15 sentyabr 2000-ci ildə Sidney, Avstraliya-da anadan olub. Qrupun rəqqası, vokalı, repçisidir. 2016 -cı ildə Feliks Avstraliyada dostları ilə alış -veriş edərkən, JYP Entertainment -in dinləmələrinə qatılmağa dəvət edildi. Stray Kids -in gələcək üzvü Hwang Hyunjin ilə eyni vaxtda JYP Entertainment-ə girməli idi, lakin təhsilini bitirmək və məzun olmaq üçün Avstraliyadan ayrılmasını təxirə saldı. 2017 -ci ilin fevral ayında Feliks JYP Entertainment -də stajçı oldu və Koreya dilini öyrənməyə başladı. İl ərzində, Mnet reallıq televiziya şousu Stray Kids-in çəkilişində iştirak etdi, burada yeni bir oğlan qrupu qurulacaqdı. Səkkizinci bölümdə Feliks səhnədəki zəif performansı və Koreya dilini bilməməsi səbəbiylə yarışmadan ayrıldı. Bununla birlikdə, prodüser Park Jin-yonnun seçimi sayəsində o və digər seçilmiş iştirakçı, Stray Kids-in digər üzvü Lee Know serialın son bölümündə yenidən rol almaq imkanı əldə etdi.
Lee Iacocca
Lido Antoniy "Li" Yakoka (15 oktyabr 1924[…], Allentaun, Pensilvaniya – 2 iyul 2019[…], Bel-Eyr (Los-Anceles), Kaliforniya) Amerikalı biznesmen. Ən çox 1980-ci illərdə Chrysler şirkətinin yenidən doğuşundakı rolu ilə tanınır. 1979-cu ilə qədər Chrysler-in sədri və direktoru, 1979-cu ildən isə bunlardan əlavə olaraq idarə heyətinin sədri vəzifələrində işləmişdir. 1992-ci ildə təqaüdə çıxmışdır. Kitablar yazmış və bir çox kitaba da ilham vermişdir. Bunlara nümunə olaraq William Novakın yazdığı tərcümeyi-halını və özünün yazmış olduğu “Bütün liderlər hara getdi?” (Where all the leaders gone?) əsərləri göstərilə bilər. Dünyanın ən məşhur iş adamlarından biri olan Lee Iacocca, 1980-ci illərdə Amerika ixracatçılarının iddialı bir müdafiəçisi olmuşdur.
Lee Karslake
Li Kersleyk (16 aprel 1947, Uinton[d], Dorset[d] – 19 sentyabr 2020, London) — İngiltərə müğənnisi, bəstəkarı və təbilçisi. == Həyatı == Ən çox rok qrupu Uriya Hip üçün və 1980-ci illərin əvvəllərində Ozzi Osborn ilə çalışması üçün uzun müddət təbilçi və arxa vokalist kimi tanınırdı. Kersleyk 19 sentyabr 2020-ci ildə 73 yaşında prostat xərçəngindən vəfat etmişdir.
Lee Taemin
Li Txemin (koreyaca:이태민, d. 18 iyul 1993-cü il, Seul) – koreyalı müğənni, SHINee qrupunun ifaçısı.
M3 Lee
M3 Lee - ABŞ ordusu tərəfindən İkinci Dünya müharibəsində istifadə olunan tankdır. Çox qısa müddətdə dizayn edilmiş və istehsal olunmağa başlanmışdır. Başlanğıcda çox yaxşı zirehli və silahlı kimi görünsə də, çatışmazlıqları istifadəyə verildikdən sonra üzə çıxmışdır. Tank çox hündür idi, qülləsi modern deyildi və normal sürətdən çox aşağı sürətlə hərəkət edirdi. Bu səbəblərdən cəbhə bölgəsindən geri çəkilmişdir və yerinə M4 Shermanan tankları qoyulmuşdur.
Spike Lee
Şelton Cekson Spayk Li (20 mart 1957[…], Atlanta, Corciya, ABŞ) — amerikalı aktyor, rejissor, kino prodüseri, ssenarist və akademik. Emmi mükafatı və iki Oskar mükafatına namizəd olan Spike Linin filmləri çox vaxt sosial və ya siyasi xarakter daşıyır. Li həm də müəllimdir. O, həmçinin New York Knicksin sadiq fanatıdır. Knicksin hər oyununda Lini tamaşaçılar arasında görmək mümkündür.
Central Cee
Central Cee (4 iyun 1998, Shepherd's Bush[d], London, İngiltərə, Birləşmiş Krallıq) — Birləşmiş Krallıq repçisi. "UK drill" janrındakı mahnılarına görə tanınır. 2020-ci ildə yayımladığı iki dənə sinqlı "Day in the Life" və "Loading" sayəsində diqqətləri öz üzərinə çəkib. 2021-ci ildə çıxardığı debüt miksteypi "Wild West" UK Albums Chart-da ikinci pillədə qərarlaşıb. Onun 2022-ci ildə təqdim etdiyi ikinci miksteypi "23" həmin hit-parada başçılıq edib. Central Cee-nin 2022-ci ilin iyul ayında yayımladığı sinqlı "Doja" UK Singles Chart-da ikinci sıraya çatıb. Bu mahnı Spotify-da ən çox dinlənilən Britaniya rep mahnısı olmuşdur. O, 2022-ci ilin oktyabrında "No More Leaks" adlı dördüncü mini-albomunu buraxıb. 2023-cü ilin iyununda repçi Dave ilə birgə ifa etdiyi sinqlı "Sprinter"-i yayımlayıb. Sözügedən mahnı onun Birləşmiş Krallıqda bir nömrəyə çatan ilk mahnısı olub.
Leççe
Leççe, cənubi İtaliyanın Apuliya bölgəsində yerləşən və öz adını daşıyan Leççe rayonunun mərkəzi olan bir şəhərdir. Leççe, barokko stili memarlıq əsərlər baxımından olduqca zəngindir. Barokko stili memarlığın qızıl dövründə inşa edilən, günümüzdə iz buraxan memarlıq abidələri nümunələrini Leççedə görmək mümkündür. == Coğrafi mövqeyi == Leççe şəhəri ümumiyyətlə düzlük bir ərazi olan "Salento Ovası" nın orta-şimalında yerləşir. Selanto düzənliyi çox geniş bir düzlüktür və şimalında "Mürği platosu" və cənubunda "Salento Serre" platosu yerləşir. == Tarixi == Tarixi mifologiyaya görə Leççe şəhəri Troya müharibəsi dövründə "Mesapii" adlı bir İtalyan tayfası tərəfindən məskunlaşılan Sybar adlı bir şəhər idi. Sonra; İapyqes adlı digər bir İtalyan qövmünün əlinə keçdi, İ.Ö. 3. əsrdə antik Roma Respublikasının əlinə keçdi və şəhərə Romalılar tərəfindən Lupiae adı verildi. == Görməli yerlər == Qədim Roma Amfi Teatrı: İ.S.II əsrdə inşa olunub. Təxminən 25 min nəfər tutumu var idi.
Licər
Licər — Qəbələ rayonu ərazisində dağdır. Bum çayından sağ tərəfdə yerləşir. Keçmişdə maldar ellərin yaylaq yeri olmuşdur. Oronim “su kənarı; səfalı, xarici görünüşcə gözəl” mənasındadır.
Ləcət
Ləcət (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Ləcət (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Ləçək
Ləçək - Çiçək tacında şəklini dəyişmiş yarpaq. Tozlayıcı həşaratları cəlb etmək üçün şəklini dəyişmiş və parlaq rənglərdə olurlar. Dişicik və erkəkciyi qoruyan hissədir. Tozlaşmaya yardım edir. Botanika sahəsində daha geniş olaraq öyrənilir.
Ləcət (Qusar)
Ləcət — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Ləcət oyk., sadə. Xaçmaz r-nlınun eyniadlı i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır. Keçmiş adı Ləcətoba olmuşdur. Kənd Qusar r-nundakı Ləcət kəndinə məxsus qışlaq yeri olduğu üçün belə adlandırılmışdı. Sonralar daimi yaşayış məntəqəsinə çevrilən kəndin adındakı ikinci komponent (oba sözü) düşmüşdür; Qusar r-nunun Həzrə i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Ehtimal etmək olar ki, oykonim ləc (bataq¬lıq) və ət (burada “yer, məkan" mənasım bildirir) komponentlərindən düzəlib, “bataq¬lıq yer" mənasındadır.
Ləcət (Xaçmaz)
Ləcət — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Ləcət (dəqiqləşdirmə)
Ləcət (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Ləcət (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Ləcət bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Silsiləvi ləçək xalçaları
Silsiləvi ləçək xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaçılıq məktəbi "Bağ-behişt xalçası", "Bağ-meşə xalçası", "Balıq xalçası", "Buta xalçası", "Dərviş xalçası", "Kətəbəli xalçası", "Gördəst xalçası", "Göllü-guşəli xalçası", "Güldanlı xalçası", "Leyli və Məcnun xalçası", "Məşahir xalçası", "Mun xalçası", "Namazlıq xalçası", "Nəcaqlı xalçası", "Sərvistan xalçası", "Sərdari xalçası", "Səhənd xalçası", "Silsiləvi ləçək xalçası", "Fərhad və Şirin xalçası", "Xəyyam xalçası", "Xətai xalçası", "Həddad xalçası", "Çərxi-gül xalçası", "Ceyranlı xalçası" və s. klassik kompozisiyaları ilə məşhurdur.
A.T.Lee
Alma Teodora Li (ing. Alma Theodora Lee; 12 aprel 1912 – 20 oktyabr 1990) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Alma Teodora Linin tədqiqatları Swainsona, Lupinus, Typha, Hovea cinslərinə aid bitkilər üzrə olmuşdur. == Əsərləri == == Şərəfinə adlandırılmış taksonlar == Almaleea Şablon:Crisp & P.H.Weston, 1991 Swainsona leeana J.Z.Weber, 1985 == İstinadlar == == Ədəbiyyat == Briggs B. Alma Theodora Lee (1912—1990) // Telopea. — 1991. — Vol. 4, № 2. — P. 141—143. Orchard A.E. A History of Systematic Botany in Australia // Flora of Australia. — 2.
Edward Lee Greene
Edvard Li Qrin (ing. Edward Lee Greene, 20 avqust 1843 – 10 noyabr 1915, Vaşinqton) — ABŞ botaniki, sistematiki. == İşləri == "Illustrations of West American oaks" illüstrasiyaçı А. Келлог San Francisco, 1889 "Flora Franciscana. An attempt to classify and describe the vascular plants of middle California" San Francisco, Cubery&Co., 1891 [1] "Manual of the Botany of the Region of San Francisco Bay" San Francisco, Cubery&Co., 1894 "Plantae Bakerianae", 1901 "Pittonia: a series of papers relating to botany and botanists" (5 hissədə) Berkeley, Doxey&Co. 1887–1905 v.1 (1887–1889) v.2 (1889–1892) v.3 (1896–1898) v.4 (1899–1901) [2] v.5 (1802–1905) [3] "Leaflets of botanical observation and criticism" (2 hissədə) Washington, D.C., 1903–1912 vol.1 (1903–1906) vol.2 (1910–1912) "Landmarks of botanical history: a study of certain epochs in the development of the science of botany" (в двух частях) Part I. — Prior to 1562 A. D. Washington, D.C., Smithsonian institution, 1909 [4] "Carolvs Linnaevs" Philadelphia, Christopher Sower company, 1912 == Ədəbiyyat == Willis Linn Jepson Edward Lee Greene the Individual The University of Notre Dame/American Midland Naturalist, Vol. 30, No. 1 (Jul., 1943), pp.
Tim Berners-Lee
Ser Timoti Con Berners-Li (ing. Sir Timothy John "Tim" Berners-Lee; 8 iyun 1955[…], London) — Böyük Britaniyalı mühəndis, kompüter mütəxəssisi və MIT professorudur. Vebin yaradıcısı hesab olunur. Tim Berners-Lee 8 iyun 1955-ci ildə London Ingiltərədə doğulub. İnsanlıq mədəniyyətinə qatqılarından ötəri 2004-ci ildə özünə İngiltərə Kraliçası tərəfindənsor (sir) ünvanı verilmişdir. Berners-Li 1989-cu ildə HTML işarələmə dilini inkişaf etdirərək Dünya Səviyyəsində Şəbəkə (WWW) olaraq da təyin olunan məlumat paylaşma sistemini qurmuş olan kompüter profesorudur. Eyni zamanda ilk Şəbəkə skaneri proqramını, 1990-ci ildə, inkişaf etdirmişdir. 1994-ci ildə Şəbəkə ilə əlaqədar standartları dünya səviyyəsində təyin edəcək açıq bir təşkilat olan W3C qurmuşdur, hələ də rəhbərlik edir. Ümumdünya Hörümçək Torunun (World Wide Web) banisi, ingiltərəli mütəxəssis Tim Berners-Li dünyada ilk veb-saytın və ilk veb-brauzerin müəllifidir. Bir çox universitetlərin fəxri professoru seçilmiş Berners-Li onlarla nüfuzlu mükafatın laureatıdır.
Lee Hye-Kyeong
Lee Hye-Kyeong (12 yanvar 1996) — Cənubi Koreyanı təmsil edən cüdoçu. == Karyerası == 2024-cü ildə Cənubi Koreyanı Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib. 1/16 final mərhələsində İsveç nümayəndəsi Tara Babulfata məğlub olaraq olimpiadanı 17-ci pillədə başa vurub.
Vong Ka Lee
Vong Ka Lee ( ) — Honq Konqu təmsil edən cüdoçu. == Karyerası == 2024-cü ildə Honq Konqu Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib. 1/16 final mərhələsində Avstriya nümayəndəsi Katarina Tanzera məğlub olaraq olimpiadanı 17-ci pillədə başa vurub.
Sehrli ləçək (film, 1983)
Günlərin birində balaca oğlan çərpələng uçurarkən onun çərpələngi gözlənilmədən yerə düşür. Sən demə, qanadı sınmış bir kəpənək həmin çərpələngin üstünə qonubmuş. Kəpənək dil açıb oğlana deyir ki, mənim qanadımı yalnız sehrli gülün ləçəyi sağalda bilər. Oğlan həmin gülün ləçəyini tapıb kəpənəyin qanadını sağaldana kimi başına çoxlu əhvalatlar gəlir. Bu alleqorik nağılda insanla təbiətin qarşılıqlı əlaqəsindən, insanın ətrafındakılara qarşı diqqətli olmasından, xeyirxah əməllərindən bəhs edilir. Rejissor: Əsgər Məmmədov Ssenari müəllifi: Eldəniz Quliyev Quruluşçu rəssam: Tahir Piriyev Operator: Ramiz Ağayev Bəstəkar: Azər Dadaşov Səs operatoru: Akif Nuriyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
20 000 lye su altında
İyirmi min lye su altında (fr. Vingt mille lieues sous les mers) – Fransız yazıçı Jül Vernin 1870-ci ildə tamamladığı macəra romanı. Roman ilk dəfə Alfons de Neuville və Eduard Riou tərəfindən nəşr edilmişdir. Əsərdə hadisələr Kapitan Nemo onun sualtı gəmisi Nautilus və alim Piyer Aronaksın ətrafında cərəyan edir. == Məzmunu == Əsər yazıldığı dövrdə müasir sualtı gəmilər mövcud deyildi. Əsərin başlanğıc mövzusu narval adlı əcinə haqqındadır. Narval müxtəlif ölkələrə aid olan gəmilər tərəfindən qeydə alınmışdır. Əcinənin gəmilərə hücum etməsindən sonra, Amerika hökuməti Narvalın tutulması üçün işçi qrupu hazırlamışdır. İşçi qrupuna alimlər, dənizçilər və hərbçilər qoşulur. Pyer Aronaks məşhur alim kimi işçi qrupuna dəvət olunur.
İyirmi min lye su altında
İyirmi min lye su altında (fr. Vingt mille lieues sous les mers) – Fransız yazıçı Jül Vernin 1870-ci ildə tamamladığı macəra romanı. Roman ilk dəfə Alfons de Neuville və Eduard Riou tərəfindən nəşr edilmişdir. Əsərdə hadisələr Kapitan Nemo onun sualtı gəmisi Nautilus və alim Piyer Aronaksın ətrafında cərəyan edir. Əsər yazıldığı dövrdə müasir sualtı gəmilər mövcud deyildi. Əsərin başlanğıc mövzusu narval adlı əcinə haqqındadır. Narval müxtəlif ölkələrə aid olan gəmilər tərəfindən qeydə alınmışdır. Əcinənin gəmilərə hücum etməsindən sonra, Amerika hökuməti Narvalın tutulması üçün işçi qrupu hazırlamışdır. İşçi qrupuna alimlər, dənizçilər və hərbçilər qoşulur. Pyer Aronaks məşhur alim kimi işçi qrupuna dəvət olunur.