Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lyudmila
Lyudmila — ad. Lyudmila Duxovnaya — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1991). Lyudmila Mirzəyeva — Azərbaycan alimi Lyudmila Alekseyeva — Rusiya tarixçisi Lyudmila Suxostat — texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Xristeseva — Belarus mənşəli İsveç Lyudmila Azarova — SSRİ və Rusiya keramika rəssamı, SSRİ xalq rəssamı (1991).DigərRuslan və Lyudmila — Aleksandr Puşkinin ilk tamamlanmış poeması. Ruslan və Lyudmila (film, 1972) — rejissor Aleksandr Ptuşkonun 1972-ci ildə çəkdiyi sovet bədii filmi.
Lyudmila Alekseyeva
Lyudmila Mixaylovna Alekseyeva (rus. Людмила Михайловна Алексеева; 20 iyul 1927[…], Evpatoriya, Krım MSSR – 8 dekabr 2018, Moskva) — Rusiya tarixçisi, insan haqqları fəalı və müasir Rusiyada sonuncu Sovet dissidentlərdən biridir.
Lyudmila Azarova
Lyudmila Pavlovna Azarova (rus. Людмила Павловна Аза́рова; 24 oktyabr 1919 – 8 mart 2010) — SSRİ və Rusiya keramika rəssamı, SSRİ xalq rəssamı (1991). Qjel keramika ənənəsinə əsaslanaraq, lakonik formada, kiçik plastikdən, ağ fonda zəngin mavi rəng çalarları olan dekorativ qablar hazırlamışdır. == Mükafatlar == RSFSR əməkdar artisti (1970) RSFSR xalq artisti (1981) SSRİ xalq artisti (1991) İ. E. Repin adına RSFSR Dövlət Mükafatı (1978) "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində Qələbəyə görə" medalı (1945) Zaqrebdə (Yuqoslaviya) Beynəlxalq Sərgidə qızıl medal (1978) == İstinadlar == == Əlavə ədəbiyyat == Якимчук Н. Искусство Гжели. — М. : Советская Россия, 1985. — С. 35—38. Григорьева Н. Художественная керамика Гжели и Скопина. — Л.: Искусство, 1987. — С. 46-48. Дулькина Т., Григорьева Н., Астраханцева Т. Гжель.
Lyudmila Davıdova
Lüdmila Petrovna Davıdova (qızlıq soyadı Şlyaxtur; 29 mart 1939, Tula — 25 dekabr 1996, Moskva) — sovet kino və teatr aktrisası.
Lyudmila Duxovnaya
Duxovnaya Lyudmila Semyonovna (23 oktyabr 1944, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1991). == Həyatı == Lyudmila Duxovnaya 23 oktyabr 1944-cü ildə Bakıda anadan olmuşdur. 1963-cü ildə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı nəzdindəki studiyanı bitirmişdir. Həmin ildən bu teatrda çıxış edir. Klassik və müasir dramaturqların pyeslərində müxtəlif obrazlar yaratmışdır: Nastya ("Həyatın dibində", M.Qorki), dul qadın ("Kaliforniyada dəfn", R.İbrahimbəyov), Valentina ("Valentin və Valentina", M.Roşşin), Natalya Qolubeva ("Aləmlə üz-üzə", A.Gelman), Karolli ("Əldən düşmüş at", F.Saqan), Eleonora ("Əliaçıq", İ.Jamiak), Jülyetta ("Oğrular balı", J.Anuy) və s. Azərbaycan Milli Dram Teatrında Elçinin "Ah Paris, Paris" pyesinin tamaşasında Vera rolunda çıxış etmişdir. 1976-ci ildə L.Duxovnaya "Əməkdar artist", 1991-ci ildə "Xalq artisti" fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.2016-cı ildə Rusiyada milli aktyor mükafatı olan Andrey Mironov adına "Fiqaro" mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == O qızı tapın (film, 1970) Qızıl qaz (film, 1972) Boş yer (film, 1989) Ləqəbi "İKA"dır (film, 1997) Nigarançılıq (film, 1998) Bir anın həqiqəti (film, 2003) Vəkil hanı?
Lyudmila Mirzəyeva
Lyudmila Mirzəyeva (tam adı: Lyudmila Musa qızı Mirzəyeva) — Azərbaycan alimi, AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun texnika elmləri doktoru, dosent. == Həyatı == Lyudmila Musa qızı Mirzəyeva 1953-cü il may ayının 16-da Azərbaycan Respublikası Naxçıvan şəhərində anadan olmuşdur. O, 1970-ci ildə Xaçmaz rayonu Muxtadır qəsəbəsində orta məktəbi bitirdikdən sonra, həmin ildə Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Kimya-texnologiya fakültəsinə daxil olmuşdur. İnstitutu bitirdikdən sonra 1975-ci ildə təyinatla AMEA-nın Y.H.Məmmədəliyev adına Neft-kimya Prosesləri İnstitutuna göndərilmiş və Krekinq və piroliz laboratoriyasında mühəndis vəzifəsində işə başlamışdır. 1982-ci ildə «Avtomobil benzinləri və onlara yüksəkoktanlı əlavələr» laboratoriyasında mühəndis vəzifəsində işləmişdir. 1984-cü ildə «Effektli emulqatorlardan istifadə etməklə karbohidrogenli yanacaq kompozisiyaların yaradılması və onların alınması texnologiyasının işlənib hazırlanması» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və texnika elmləri namizədi elmi dərəcəsini almışdır. 1986-cı ildə böyük elmi işçi vəzifəsinə keçirilmişdir. 1995-ci ildə baş elmi işçi elmi adını almışdır. 2002-ci ildən aparıcı elmi işçi vəzifəsini icra etmişdir. 2004-cü ildən “Avtomobil benzinləri” laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışmışdır.
Lyudmila Qurçenko
Lüdmila Markovna Qurçenko (rus. Людмила Марковна Гурченко; 12 noyabr 1935, Xarkov — 30 mart 2011, Moskva) — əsl soyadı Qurçenkova sovet-rus teatr və kino aktrisası, estrada müğənnisi. SSRİ xalq artisti (1983). == Həyatı == Lüdmila Qurçenko 1935-ci il noyabrın 12-də Ukraynanın Xarkov şəhərində anadan olub. Atası “Amerikanın köpək balığı” filminə baxandan sonra filmin qəhrəmanının şərəfinə qızının adını Lüdmila qoyub. 1943-cü ildə Lüdmila orta məktəbdə birinci sinifə gedir, eyni zamanda musiqi məktəbində təhsil almağa başlayır. 1953-cü ildə orta məktəbi bitirir, sənədlərini Moskva Dövlət Kinematoqrafiya İnstitutuna verir və tələbə adını qazanır. İnstitutda həm yaxşı oxuduğuna, həm də yaxşı səsi olduğuna görə müəllimlərin sevimlisinə çevrilir. Üçüncü kursda F. Şillerin “Qaçaqlar”ında ilk rolunu oynayır. 1956-cı ildə Eldar Ryazanovun “Karnaval gecəsi”ndə oynadığı Lena Krılova rolu ona şöhrət gətirir.
Lyudmila Suxostat
Suxostat Lyudmila Valentinovna — texnika üzrə fəlsəfə doktoru, dosent, AMEA İnformasiya Texnologiyaları İnstitutunda aparıcı elmi işçi. == Ümumi məlumatlar == 2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının "Tətbiqi riyaziyyat" ixtisası üzrə "İqtisadiyyat, beynəlxalq iqtisadi münasibətlər və menecment" fakültəsinə daxil olmuş və 2009-cü ildə bakalavr dərəcəsini almışdır. 2011-ci ildə həmin fakültənin "Riyazi modelləşdirmə" ixtisas üzrə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunda laborant vəzifəsində işə qəbul olunmuşdur və 2020-ci ildən isə aparıcı elmi işçi kimi fəaliyyət göstərir. İnformasiya təhlükəsizliyi və biometrik texnologiyalar sahəsində bir sıra tədqiqatlar aparmış və hal-hazırda informasiya təhlükəsizliyinin təmin edilməsi üçün Big data texnologiyaları əsasında verilənlərin intellektual analizi metodlarının işlənməsi və onların bəzi tətbiqləri mövzusunda doktorluq dissertasiyası üzərində çalışır. Çapdan çıxmış elmi əsərlərin ümumi sayı 55, xaricdə çıxmış elmi əsərlərin sayı 22-dir. Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə "Multibiometrik sistemlərdə informasiyanın aqreqasiyası metodlarının işlənməsi" — EİF-2011–1(3)-82/08/1 qrant layihəsidə və "Səsə görə şəxsin biometrik tanınması üçün robast yanaşmaların işlənməsi" — EİF-RİTN-MQM-2/İKT-2–2013-7(13)-29/18/1 layihəsində tədqiqatçı kimi fəaliyyət göstərmişdir. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvüdür. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 27 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən, elm sahəsində Gənclər üçün Prezident mükafatına layiq görülmüşdür. 2017-ci ildə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub.
Lyudmila Xristeseva
Lyudmila Xristeseva (belar. Людміла Хрысцесева, bədii təxəllüsü L. Xristeseva/ L. Christeseva/ Л. Христесева/; 1978, Mogilyov) — Belarus mənşəli İsveç rəssamı. 2001-ci ildə Belarusun Vitebsk Dövlət Texnologiya Universitetində incəsənət və tekstil dizaynı üzrə magistr dərəcəsi aldıqdan sonra Xristeseva İsveçə köçdü və İsveç dizayneri Lars Vallinin yaradıcı heyətinə qatıldı. Belarus və İsveç mədəniyyətinin sintezi Xristesevanı gender, şəxsiyyət və fərqli mədəniyyətlərdə qadınların təmsilçiliyi mövzularını öyrənməyə ilham verdi. Xristeseva İsveçdə və xaricdə müxtəlif sənət layihələrində və sərgilərdə fəal iştirak edir. Artten adlı ona məxsus studiyası Stokholmun mərkəzində yerləşir və gənc sənətçilər üçün sərgi sahəsi kimi fəaliyyət göstərir.Xristeseva Stokholm Universitetində moda tarixi və nəzəriyyəsi üzrə magistr dərəcəsini qazanmışdır. Onun dissertasiya mövsusu Pussy Riot olmuşdur, elmi işində o, dəbli aksesuar balaklavanı müxalif fikirlərin kommunikasiyası vasitəsi kimi istifadə etmişdir. O, həmçinin "Konstfack" Ali İncəsənət Məktəbində təhsil almışdır.Fərqli mədəniyyətlərdə qadınlıq mövzusundakı "Sustainidentuty" sərgisi Qazaxıstanda (2015) və Belarusda (2016) yerli diplomatik korpusun dəstəyi ilə təqdim edilmişdir. Tualdan hazırlanmış yüksək moda prototipləri olan heykəllərin Ordu Muzeyində (2016), Amerikanın Stokholmdakı səfirinin iqamətgahında, Şimali Ölkələr Muzeyində (2017-2018), eləcə də Rusendal bağında ( 2018) sərgisi baş tutmuşdur. 2017-ci ildə Xristeseva İsveç İnstitutu üçün ”Ingmar Bergman and his legacy in fashion and art” sərgisinin prodüseri kimi çıxış etdi.
Lyudmila Şevçenko
Lüdmila Şevçenko (d. 4 fevral 1970) — Ukraynanı təmsil edən həndbolçu. == Karyerası == Lüdmila Şevçenko Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Lyudmila Şlyaxtur
Lüdmila Petrovna Davıdova (qızlıq soyadı Şlyaxtur; 29 mart 1939, Tula — 25 dekabr 1996, Moskva) — sovet kino və teatr aktrisası.
Ruslan və Lyudmila
Ruslan və Lyudmila (rus. Руслан и Людмила) — Aleksandr Puşkinin ilk tamamlanmış poeması. Puşkinin poemaları onun yaradıcılığında mühüm yer tutur. Şair hələ lisey illərində böyük həcmli əsərlər yazmağa başlayır. İlk təcrübə olaraq "Ruslan və Lyudmila" poemasını yazıb. Bu poemanı şair 1817-ci ildə başlamış, 1820-ci ildə bitirmişdir. Əsər xalq nağılları əsasında müxtəlif variantlarla məşhur olan "Üç bacı" nağılı və məşhur "Dobrinya Nikitiç" bılinasına çox yaxın idi. Çoşqun həyat mübarizəsi eşqi, dostluq, sədaqət, mərdlik kimi gözəl əxlaqi ideyaların təbliği poemanın əsas ideyasını təşkil edirdi, lakin ən əhəmiyyətlisi budur ki, Puşkin bu poeması ilə həm məzmun, həm də forma cəhətdən o vaxta qədər ədəbiyyatda öz təsirini saxlamış yalançı klassisizmə ağır zərbə vurmuş, o vaxta qədər görünməmiş yeni bir poeziya nümunəsi yaratmışdır. "Ruslan və Lyudmila"ya görə mürtəce şübhələrdən Puşkinə hücum edən çox oldu, lakin əsərin son dərəcə qüvvətli cazibəli bir üslubda yazılması geniş oxucu kütləsinin sevincinə səbəb olmuşdu. Bu vəziyyət Puşkinin düşmənlərini susmağa məcbur edir.
Ruslan və Lyudmila (film, 1972)
Ruslan və Lyudmila (rus. Руслан и Людмила) — rejissor Aleksandr Ptuşkonun 1972-ci ildə çəkdiyi sovet bədii filmi. == Məzmunu == Filmin baş qəhrəmanı uzun saqqallı sehrbaz Çernomor tərəfindən qaçırılmış nişanlısı Lyudmilanı tapmaq üçün yola çıxan pəhləvan Ruslandır. Bu yolda onu təhlükəli macəralar gözləyir... == Film haqqında == Film böyük rus yazıçısı Aleksandr Puşkinin 1820-ci ildə yazdığı eyniadlı poemasının motivləri əsasında çəkilmişdir. Kinokritiklərin fikrincə, film rejissorun yaradıcılığının zirvəsini təşkil edir. Film SSRİ xalq artisti rejissor Aleksandr Ptuşkonun kinoda son işidir. Filmdə Lyudmilanın sehrbaz Çernomorun sarayında olarkən səslənən musiqilərin bir hissəsi görkəmli Azərbaycan müğənnisi Müslüm Maqomayev tərəfindən ifa olunmuşdur.
Ludmila Guzun
Ludmila Quzun (26 iyun 1961 – 16 aprel 2021) — Moldovalı siyasətçi. O, Moldova Parlamentində Unqeni dairəsini təmsil edən millət vəkili olmuşdur. == Həyatı və fəaliyyəti == Quzun 26 İyun 1961-ci ildə Moldovanın Faleşti rayonunda anadan olmuşdur. Moldova Demokratik Partiyasını təmsil edərək, 24 fevral 2019-cu ildə Moldova Parlamentinə deputat olaraq daxil oldu və 16 aprel 2021-ci il tarixdə ölümünə qədər vəzifəni icra etdi. Quzun 7 aprel 2021-ci il tarixindən etibarən COVID-19 diqnozu ilə xəstəxanada müalicə almış, 16 aprel 2021-ci il tarixində isə vəfat etmişdir.
Ludmila Quzun

Lüdmila
Lüdmila — qadın adı.
Lüdmila Bodniyeva
Lüdmila Bodniyeva (d. 15 sentyabr 1978) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Lüdmila Bodniyeva Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu.
Lüdmila Davıdova
Lüdmila Petrovna Davıdova (qızlıq soyadı Şlyaxtur; 29 mart 1939, Tula — 25 dekabr 1996, Moskva) — sovet kino və teatr aktrisası.
Lüdmila Duxovnaya
Duxovnaya Lyudmila Semyonovna (23 oktyabr 1944, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1991). == Həyatı == Lyudmila Duxovnaya 23 oktyabr 1944-cü ildə Bakıda anadan olmuşdur. 1963-cü ildə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı nəzdindəki studiyanı bitirmişdir. Həmin ildən bu teatrda çıxış edir. Klassik və müasir dramaturqların pyeslərində müxtəlif obrazlar yaratmışdır: Nastya ("Həyatın dibində", M.Qorki), dul qadın ("Kaliforniyada dəfn", R.İbrahimbəyov), Valentina ("Valentin və Valentina", M.Roşşin), Natalya Qolubeva ("Aləmlə üz-üzə", A.Gelman), Karolli ("Əldən düşmüş at", F.Saqan), Eleonora ("Əliaçıq", İ.Jamiak), Jülyetta ("Oğrular balı", J.Anuy) və s. Azərbaycan Milli Dram Teatrında Elçinin "Ah Paris, Paris" pyesinin tamaşasında Vera rolunda çıxış etmişdir. 1976-ci ildə L.Duxovnaya "Əməkdar artist", 1991-ci ildə "Xalq artisti" fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.2016-cı ildə Rusiyada milli aktyor mükafatı olan Andrey Mironov adına "Fiqaro" mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == O qızı tapın (film, 1970) Qızıl qaz (film, 1972) Boş yer (film, 1989) Ləqəbi "İKA"dır (film, 1997) Nigarançılıq (film, 1998) Bir anın həqiqəti (film, 2003) Vəkil hanı?
Lüdmila Pavliçenko
Lüdmila Pavliçenko (rus. Людмила Михайловна Павличенко; 12 iyul 1916, Bila Çerkva, Kiyev quberniyası[d] – 10 oktyabr 1974 və ya 27 oktyabr 1974, Moskva) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş sovet snayperi. Sovet İttifaqı Qəhrəmanı (1943). Ən çox düşmən əsgər və zabiti öldürən qadın kimi tarixə düşüb. İkinci dünya müharibəsi zamanı 309 nəfər alman əsgər və zabitini öldürüb. == Həyatı == 1941-ci ilin iyununda, 24 yaşlı Pavliçenko, Nasist Almaniyasının Sovet İttifaqını işğal etdiyi zaman Kiyev Universitetində tarix oxuyurdu. Tarix fakültəsində oxuyarkən nişançı bacarıqlarını artırmaq üçün atıcılıq klubuna qatıldı. Orduya qoşulmaq istəyən Pavlichenko ilk könüllülərdən biri oldu və daha sonra Qırmızı Ordunun 25-ci Piyada Diviziyasına təyin edildi. Pavlichenko orduda tibb bacısı ola bilərdi, lakin imtina etdi. Qırmızı Ordunun 2000 qadın snayperindən biri oldu.
Lüdmila Postnova
Lüdmila Postnova (d. 11 avqust 1984) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Lüdmila Postnova Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Lüdmila Postnova Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu.
Lüdmila Qurçenko
Lüdmila Markovna Qurçenko (rus. Людмила Марковна Гурченко; 12 noyabr 1935, Xarkov — 30 mart 2011, Moskva) — əsl soyadı Qurçenkova sovet-rus teatr və kino aktrisası, estrada müğənnisi. SSRİ xalq artisti (1983). == Həyatı == Lüdmila Qurçenko 1935-ci il noyabrın 12-də Ukraynanın Xarkov şəhərində anadan olub. Atası “Amerikanın köpək balığı” filminə baxandan sonra filmin qəhrəmanının şərəfinə qızının adını Lüdmila qoyub. 1943-cü ildə Lüdmila orta məktəbdə birinci sinifə gedir, eyni zamanda musiqi məktəbində təhsil almağa başlayır. 1953-cü ildə orta məktəbi bitirir, sənədlərini Moskva Dövlət Kinematoqrafiya İnstitutuna verir və tələbə adını qazanır. İnstitutda həm yaxşı oxuduğuna, həm də yaxşı səsi olduğuna görə müəllimlərin sevimlisinə çevrilir. Üçüncü kursda F. Şillerin “Qaçaqlar”ında ilk rolunu oynayır. 1956-cı ildə Eldar Ryazanovun “Karnaval gecəsi”ndə oynadığı Lena Krılova rolu ona şöhrət gətirir.
Lüdmila Rudenko
Lüdmila Rudenko (rus. Людми́ла Влади́мировна Руде́нко; 27 iyul 1904 – 4 mart 1986, Leninqrad) — SSRİ şahmatçısı və qadınlar arasında 1950-ci ildən 1953-cü ilə qədər şahmat üzrə dünya çempionu. == Həyatı və dünya çempionluğu == Lüdmila Rudenko 1904-cü il iyunun 27-də anadan olmuşdur. Şahmatla 10 yaşından məşğul olmağa başlamışdır. İlk dəfə 1926-cı ildə "Komsomolskaya pravda" qəzetinin təşkil etdiyi turnirdə çıxış etmiş və sonuncu yerlərdən birini tutmuşdur. Lakin iki il sonra Moskva çempionatında bütün görüşlərdə qalib gələrək, çempion adını qazanmışdır. Leninqrada köçdükdən sonra onun qələbələr seriyası bir-birini əvəz edir. O 9 dəfə Leninqrad şəhər çempionu adını əldə edir. Müharibədən sonra Rudenko yenidən şahmatla ciddi məşğul olmağa başlayır. 1950-ci ildə keçirilən yarışlarda uğurla çıxış edərək, dünya çempionu adını qazanır.
Lüdmila Tukan
Lüdmila Tukan (rum. Ludmila Tukan 21 iyun 1982, Çadır-Lunqa, Qaqauziya) — Qaqauz müğənnisi, bəstəkar mahnılarının ifaçısıdır. 2013 Türkviziya Mahnı Müsabiqəsinin iştirakçısı. == Bioqrafiyası == Lüdmila Tukan 21 iyun 1982-ci ildə Moldova Respublikası, Qaqauziyanın Çadır-Lunqa şəhərində anadan olmuşdur. Uşaqlığını və gəncliyini Qaqauziyanın Bağırçı kəndində keçirmişdir. Müğənni kimi karyerasına 1998-ci ildə başlayır. 2008-ci ildə "Qagauziyanın gümüş səsi" yarışmasında Lüdmila ilk qran-prini qazanır. Üç ilə yaxın, o, popular pop üslubunda doğma qaqauz dilində, eləcə də rus və moldavan dillərində mahnılardan ibarət olan "Sana, mamu" ("Sənə, ana") adlı ilk albomunun qurulması üzərində işləmişdir. Müğənni ilk diskini sevimli anasına həsr edir. 2011-ci il müğənni üçün karyerasında bir dönüş nöqtəsi olur.
Lüdmila Turişeva
Lüdmila Turişeva — Ukraynalı idman gimnastı. Dünya Çempionatının 7 qat qızıl, 2 qat gümüş və 2 qat bürünc medalçısıdır. Lüdmila Turişeva həmçinin Yay Olimpiya Oyunlarının 4 qat qızıl, 3 qat gümüş və 2 qat bürünc medalçısıdır. Lüdmila Turişeva "Lenin" ordeni və "Qırmızı əmək bayrağı" ordeninə layiq görülmüşdür. == Həyatı == Lüdmila Turişeva 7 oktyabr 1952-ci ildə Rusiyanın Qroznı şəhərində anadan olmuşdur. Lüdmila Turişeva 1962-ci ildən idman ilə məşğul olur. === Ailəsi === Lüdmila Turişeva 1977-ci ildə 2 qat Olimpiya çempionu yüngül atlet Valeri Borzov ilə ailə həyatı qurdu. Bu nikahdan Lüdmila Turişeva və Valeri Borzovun Tatyana adlı bir qız övladı var. Tatyana Borzova həyat yoldaşı ilə birgə Kanadanın Toronto şəhərində yaşayır. == Karyerası == Lüdmila Turişeva birinci uğurunu 1968-ci ildə Meksikada qazandı.
Lüdmila Zıkina
Lüdmila Georgiyevna Zıkina (rus. Людмила Георгиевна Зыкина; 10 iyun 1929[…], Moskva – 1 iyul 2009[…], Moskva) — SSRİ və Azərbaycan SSR xalq artisti, Sosialist Əməyi Qəhrəmanı.
Lüdmila Şevçenko
Lüdmila Şevçenko (d. 4 fevral 1970) — Ukraynanı təmsil edən həndbolçu. == Karyerası == Lüdmila Şevçenko Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Jurinea ludmilae
Jurinea ludmilae (lat. Jurinea ludmilae) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid biki növü.